Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İşlədici kroton
İşlədici kroton (lat. Croton tiglium) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin kroton cinsinə aid bitki növü.
İşlədici kətan
İşlədici kətan (lat. Linum catharticum) — kətan cinsinə aid bitki növü. == Sinonim == Cathartolinum catharticum (L.) Small Cathartolinum pratense Rchb. [Illegitimate] Nezera cathartica (L.) Nieuwl.
İşlədici murdarça
İşlədici murdarça (lat. Rhamnus cathartica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin murdarça cinsinə aid bitki növü. == Təbii yayılması == Dünyanın bir sıra ölkələrində rast gəlmək mümkündür. == Botaniki təsviri == Hündürlüyü 3 m-ə çatan, şaxələnmiş budaqlara malik kol bitkisidir. Cavan zoğların qabığı gümüşü-boz rəngli olub, sonradan qonur-qara rəng alır. Budaqlarının ucları düz tikanlidir. Üzbəüz yarpaqları saplaqlı, yumurtavari və ya ellipsvari, bir az ucu biz, parlaq, üç cüt qövsvari yan damarcıqlıdır, kənarları isə dişlidir. Yarpaqların qoltuqlarında 10-15 ədəd dəstələrlə çətirlərə yığılmış dörd hissəli, yaşılımtıl-sarı çiçəkləri yerləşir. Maydan iyunadək çiçəkləyir. Çiçəklərdən noxud ölçüsündə, əvvəlcə yaşıl, sonra qaralan yumru meyvələr-senokarp çəyirdəklər inkişaf edir.
İsokiçi Komine
İsokiçi Komine (17 iyul 1867, Şimabara, Naqasaki prefekturası – 3 oktyabr 1934, Rabaul) – yapon əsilli Avstraliya fermeri, mirvari ovçusu və biznesmeni. Alman Yeni Qvineyasının ilk yapon sakini və yerli yapon icmasının lideri olmuşdur. == Həyatı == === İlk illəri === İsokiçi Komine 17 iyul 1867-ci ildə Yaponiyanın Şimabara şəhərində doğulmuşdur. 1890-cı ildə Avstraliyanın Tersdi adasına miqrasiya etmişdir. O, mirvari ovu ilə məşğul olmağa başlamış və öz lugerini almışdır. 1894-cü ildə qayıq tikintisinə maraq göstərmişdir. O, 1895-ci ildə kənd təsərrüfatına yararlı torpaqlar tapmaq üçün Yeni Qvineyanın Binaturi və Flay çayları boyunca səyahət etmiş, lakin kəşflərindən yararlanmaq üçün kapital tapa bilməmişdir.Komine 1901-ci ildə Avstraliyanın Kerns şəhəri yaxınlığında torpaq alıb şəkər yetişdirmək istəsə də, Avstraliya vətəndaşlığına qəbul edilmədiyi üçün uğursuz olmuşdur. Britaniya Yeni-Qvineyasında daimi yaşama icazəsi də qəbul edilməmişdir. === Yeni Qvineyada === Komine 1901-ci ildə Alman Yeni Qvineyasına köçmüşdür. Rabaulda ilk işi hökumət üçün ağac kəsmək olmuşdur.
Lorenso Mediçi
Lorenso di Pyero de Mediçi "Möhtəşəm" (it. Lorenzo di Piero de Medici il Magnifico; 1.1.1449, Florensiya - 8.4.1492, Karedci) — italyan dövlət xadimi, Florensiya Respublikasınn de-fakto hakimi və İtaliyada İntibah mədəniyyətinin ən güclü və intuziast hamisi. Müasir florentinlər tərəfindən həm də Möhtəşəm Lorenso (it. Lorenzo il Magnifico) kimi tanınan dövlət xadimi, eyni zamanda maqnat, diplomat, siyasətçi və alim, sənətkar və şairlərin hamisi olmuşdur. Hami kimi o daha çox Botiçelli və Mikelancelonun təhsil və yaradıcılığını maliyyələşdirməsi ilə məşhurdur. Siyasətçi kimi Lorensonun fəaliyyəti İtaliya Liqası dövlətlərinin gücləndirilməsi, alyans ölkələrinin əməkdaşlığını yaratmaqla İtaliya yarımadasında on illərlə davam edən siyasi sabitliyə nail olunması ilə xarakterikdir. Onun yaşam dövrü İtaliya intibahı və Florensiya Qızıl dövrünün əsas hissəsini təşkil edir.Xarici siyasətdə Lorenso, Papa IV Sikstin ərazi ambisiyalarının qarşısını almaq üçün 1454-cü ildə İtaliya Liqasında balansın saxlanılması üçün dəqiq plan təklif etməsi ilə yadda qalıb. Buna görə də ona qarşı Patsi qəsdçiliyi (1478) törədilir və nəticədə Lorensonun qardaşı Culyano öldürülür. Lorensonun ölümü ilə müxtəlif italyan dövlətləri arasında sülhü təmin edən Lodi sülhü (1454) pozulur. Lorenso Mediçi Florensiyadakı Mediçi kapellasında dəfn edilmişdir.
Mariya Mediçi
Mariya Mediçi (it. Maria de Medici, fr. Marie de Médicis; 26 aprel 1575, Florensiya — 3 iyul 1642, Köln) — Fransa kraliçası, IV Henrixin ikinci arvadı, XIII Lüdovikin anası == Həyatı == Mariya Mediçi 26 aprel 1575-ci ildə Florensiyada anadan olmuşdur. Böyük Toskana hersoqu Françesko de Mediçi və onun ilk arvadı Avstriyalı İoannanın altıncı uşaq və altıncı qızı idi. Ana tərəfdən Müqəddəs Roma imperiyasının imperatoru V Karlın bacısı nəvəsi və I İzabellanın kötücəsi idi. Mariya 2 yaşında olarkən onun anası bədbəxt hadisə nəticəsində vəfat etdi, atası isə çoxillik məşuqəsi Bianka Kappello ilə evləndi. Onun yeganə rəfiqəsi sosial vəziyyət və mənşədə olan əhəmiyyətli fərqə baxmayaraq xidmətçi və süd bacısı Leonora Doru Qaliqay (təxminən 1571 — 1617) idi. 1599-cu ildə Fransa kralı IV Henrix uşaqsız olan Marqarita de Valua ilə nikahını pozduğdan və evlənmək istədiyi rəsmi favoritkasi Qabriel d'Estrenin vəfatından sonra, Mariyanın əmisi və 1587-ci ildə vəfat edən I Françeskonun xələfi I Ferdinand Mediçinin nümayəndəsi ilə onun qardaşı qızı Mariya ilə evlənməsi barədə danışıqlara başladı, hadisələr baş verəndə gələcək kraliçanın artıq 24 yaşı tamam olmuşdur. 1600-cu ilin mart ayına qədər davam edən uzun sürən danışıqlardan sonra, hər iki tərəf razılığa gəldi. I Ferdinand altı yüz min kron cehiz verdi və beləliklə Mariya Mediçi öz nişanlısına Fransa tarixində ən böyük cehiz gətirdi.
Mediçi ailəsi
Mediçilər (it. Medici) — italyan bank ailəsi, siyasi sülalə və sonradan XV əsrin birinci yarısından Florensiya Respublikasına rəhbərlik edən Kosimo Mediçinin sayəsində kral evinə çevrilmiş ailə. Ailə Toskananın Mucello adlanan bölgəsindən mənşəyini götürmüşdür. Sonradan bank işində təkmilləşərək Mediçi bankını yaradan ailə XV əsr ərzində Avropanın ən böyük bankına çevrilmişdir. Florensiyada olan siyasi güclərinin getdikcə artdığını görən ailə üzvləri özlərini monarx yox, rəsmi olaraq vətəndaş kimi qalmalarını üstün tutmuşdular. Mediçi ailəsindən dörd Roma papası - X Leo (1513-1521), VII Kliment (1523-1534), IV Piy (1559-1565) və XI Leo (1605); Fransanın iki regent kraliçası - Yekaterina Mediçi (1547 -1559) və Mariya Mediçi (1600-1610) çıxmışdır. 1531-ci ildən başlayaraq ailə üzvləri irsilik prinsipinə əsasında Florensiya hersoqlarına çevrilmişdilər. 1569-cu ildə ərazi ekspansiyasından sonra hersoqluq Böyük hersoqluğa çevrilmişdir. Onlar Toskana hersoqluğunu ailənin sonuncu nümayəndəsi Can Qastone Mediçi 1737-ci ildə öldüyü tarixə qədər idarə etmişdilər. Böyük hersoqluq ilkin böyük hersoqlar dövründə iqtisadi gücün artmasının şahidi olsa da, III Kosimo Mediçinin dövründən başlayaraq Toskana hersoqluğu maliyyə cəhətdən bankrot olmuşdur.
Semiçi adaları
Semiçi adaları (ing. Semichi Islands, aleut. Самиян) — Aleut adaları qrupuna daxil olan adalar qrupu. == Coğrafiya == Bütün adalar vulkan mənşəllidir. Bitki örtüyü olduqca kasıbdır. Sahillərini Sakit okean və Berinq dənizinin suları yuyur. Qrupa 3 əsas: Alaid, Nizki, Simiya və 2 kiçik ada daxildir: Hammerhed və Lotus. Adalar Attu adasından cənub-şərqdə, Aqattu adasından isə şimal-şərqdə yerləşir. Qrupun maksimal hündürlüyü 204 metrdir (Alaid a.). adalar qırmızısifət qarabatdaq və bozqanad qağayıların əsas yuvalama ərazisidir.
Seyiçi Miyake
Seyiçi Miyake (三宅 精一, Miyake Seyiçi, 5 fevral 1926, Kuraşiki, Okayama prefekturası – 10 iyul 1982, Okayama) – Yaponiya mühəndisi və ixtiraçısı. O, görmə məhdudiyyətli şəxslərin yol keçidlərində hərəkətini asanlaşdırmaq üçün taktil plitələri ixtira etməsinə görə tanınır. == Həyatı == Seyiçi Miyake 5 fevral 1926-cı ildə Yaponiyanın Okayama prefekturasının Kuraşiki şəhərində doğulmuşdur. Mühəndislik təhsili almış, bir neçə ixtiraya imza atmışdır. 10 iyul 1982-ci ildə Okayama şəhərində ölmüşdür. == İxtirası == Miyake 1965-ci ildə görmə qabiliyyəti zəifləmiş dostuna kömək etmək üçün qabarıq səthlərlə təcrübələr aparmağa başlamış və sonda öz maddi vəsaiti hesabına taktil plitələri və ya orijinal adı ilə Tenci plitələrini ixtira etmişdir. O, plitələrin iki növünü yaratmışdır: nöqtəli və zolaqlı. Zolaqlı plitələr təhlükəli yerə yaxınlaşdıqlarını bildirir və keçidlərin kənarında yerləşir. Zolaqlı plitələr isə istiqamət bildirir. O, görmə məhdudiyyətli şəxslərin əsasən müşayiətçi it və ya dəyənəklə hərəkət etdiyini düşündüyü üçün bu dizaynın uyğun olacağını qənaətinə gəlmişdir.
Seyiçi Sakiya
Seyiçi Sakiya (d. 1 dekabr 1950) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Yekaterina Mediçi
Yekaterina Mediçi (it. Caterina de' Medici; fr. Catherine de Médicis) (d. 13 aprel 1519 – ö. 5 yanvar 1589) — Fransa kralı II Henrinin xanımı, Fransa kraliçası. O, eyni zamanda 3 Fransa kralının - II Fransisk, IX Karl və III Henrinin anasıdır. Yekaterina 1519-cu ildə Florensiyada Urbino hersoqu Lorenzo Mediçi və xanımı Medlin La-tur-Davernin yeganə övladı olaraq dünyaya gəldi. 1533-cü ildə o, hələ 14 yaşında Yekaterina Fransa kralı I Fransiskin oğlu Henriylə evləndirildi. Onun bu evliliyi qohumu olan Roma papası VII Klement tərəfindən tərtib edilmişdi. 1547-ci ildə Fransa kralı olan əri II Henri onu dövlət işlərindən uzaq tumağa çalışsa da, onun 1559-cu ildə vəfatının ardından Yekaterina siyasi arenada təkbaşına qaldı.
Seyiçi Morimura
Seyiçi Morimura (森村 誠一, Morimura Seyiçi, 2 yanvar 1933, Kumaqaya[d], Saytama prefekturası – 24 iyul 2023, Tokio) – müəmma janrında yazmış Yaponiya yazıçısı. İkinci Dünya müharibəsi zamanı Yaponiyada insanlar üzərində təcrübələr aparmış 731-ci dəstə haqqında olan mübahisəli "Şeytanın qarınqululuğu" ("Akuma no hoşoku") trilogiyasına görə tanınır. == Həyatı və karyerası == Seyiçi Morimura 1933-cü ildə Saytama prefekturasında doğulmuşdur. Kollecdən məzun olduqdan sonra 1964-cü ildə "Otani" hotelində işləməyə başlamış və növbəti 10 il oyunca burada işləmişdir. Hoteldə işləyərkən jurnal məqalələri yazmağa başlamışdır. İlk romanı "Böyük şəhər" ("Daytokay") 1967-ci ildə nəşr olunmuşdur. "Çoxmərtəbəli binada ölüm" ("Koso no şikaku") romanına görə 1969-cu ildə Edoqava Rampo mükafatını, 1973-cü ildə Yaponiya Müəmma Yazıçıları Mükafatını qazanmışdır.1976-cı ildə yazdığı "İnsanın sübutu" ("Ninqen no şomey") romanı qaradərili gəncin qətlindən bəhs edir və Yaponiyanın müharibədən sonrakı qaranlıq dövrünü işıqlandırır. Roman əsasında film çəkilmişdir. 1977-ci ildə nəşr olunmuş "Vəhşinin sübutu" ("Yasey no şomey") romanı ucqar bir kənddə baş vermiş soyqırımdan bəhs edir. 731-ci dəstənin insan təcrübələrindən bəhs edən "Şeytanın qarınqululuğu" əsəri 1981-ci ildə qəzet seriyası kimi nəşr olunmağa başlamışdır.
David del Tredici
David del Tredici 16 mart 1937-ci ildə Kaliforniyada doğulan ABŞ musiqiçisi
Lorenso de Mediçi
Lorenso di Pyero de Mediçi "Möhtəşəm" (it. Lorenzo di Piero de Medici il Magnifico; 1.1.1449, Florensiya - 8.4.1492, Karedci) — italyan dövlət xadimi, Florensiya Respublikasınn de-fakto hakimi və İtaliyada İntibah mədəniyyətinin ən güclü və intuziast hamisi. Müasir florentinlər tərəfindən həm də Möhtəşəm Lorenso (it. Lorenzo il Magnifico) kimi tanınan dövlət xadimi, eyni zamanda maqnat, diplomat, siyasətçi və alim, sənətkar və şairlərin hamisi olmuşdur. Hami kimi o daha çox Botiçelli və Mikelancelonun təhsil və yaradıcılığını maliyyələşdirməsi ilə məşhurdur. Siyasətçi kimi Lorensonun fəaliyyəti İtaliya Liqası dövlətlərinin gücləndirilməsi, alyans ölkələrinin əməkdaşlığını yaratmaqla İtaliya yarımadasında on illərlə davam edən siyasi sabitliyə nail olunması ilə xarakterikdir. Onun yaşam dövrü İtaliya intibahı və Florensiya Qızıl dövrünün əsas hissəsini təşkil edir.Xarici siyasətdə Lorenso, Papa IV Sikstin ərazi ambisiyalarının qarşısını almaq üçün 1454-cü ildə İtaliya Liqasında balansın saxlanılması üçün dəqiq plan təklif etməsi ilə yadda qalıb. Buna görə də ona qarşı Patsi qəsdçiliyi (1478) törədilir və nəticədə Lorensonun qardaşı Culyano öldürülür. Lorensonun ölümü ilə müxtəlif italyan dövlətləri arasında sülhü təmin edən Lodi sülhü (1454) pozulur. Lorenso Mediçi Florensiyadakı Mediçi kapellasında dəfn edilmişdir.
RPM paket idarə edici
RPM paket idarə edici — paket idarə edən sistemdir. Orijanalı RedHat Packet Managment (RPM) kimi tanınırdı, indi isə RPM paket idarə edici (RPM packet manager) kimi tanınır.