Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xibinit
Xibinit — qələvi maqmatik süxur. Adı Xibin dağ massivinin adından götürülmüşdür. İridənəli, evdialitli nefelinli siyenitdir. Qələvi çöl şpatı, nefelin, egirin, arfvedsovit və s. minerallardan ibarətdir. Tikinti materialı kimi işlədilir.
İriney
İrinéus (yun: Εἰρηναῖος) (təq. 130[…], İzmir – təq. 202[…], Lion) – ilk kilsə atalarından, ilahiyyatçılarından və apologetlərindən biri. Onun əsərlərinin xristian ilahiyyatının formalaşmasına böyük təsiri olmuşdur. Rəvayətlərə görə o erkən Xristianlığın məşhur nümayəndəsi, Həvari Yuhənnanın tələbəsi Polikarpdan dərs almışdır. == Bioqrafiyası == İrineus II yüzilliyin birinci yarısında doğulmuşdur. Onun dəqiq anadan olma tarixi bilinmir, 115-125-ci illər arasıdır. Doğum yeri kimi də Smirna (İzmir) şəhəri ehtimal olunur. Bir çox başqa xristian xadimlərindən fərqli olaraq o xristian ailəsində tərbiə almış, bu dini sonradan qəbul etməmişdir. İmperator Mark Avreliusun (161–180) dövründə İrineus Lion şəhərində keşiş idi.
Böyük Pliniy
Böyük Plini (lat. Plinius Maior); əsl adı Qay Plini Sekund (lat. Gaius Plinius Secundus; ən tezi 23 və ən geci 24[…] – 79[…], Stabie[d], İtaliya[d], Roma imperiyası[…]) — Qədim Roma yazıçısı və filosofu. == Təbiət tarixi == Bir çox yüzilliklər ərzində "Təbiət tarixi" (lat. Naturalis Historia) əsəri avropalıların maddi aləm haqqında aldıqları biliklərin ən mühüm mənbəyi olmuşdur. Əsər 36 kitabdan ibarətdir. Burada Plini kainatın Roma və yunan filosoflarının təssəvvür etdiyi formadakı təsvirini verirdi. Kainatı özünün gördüyü kimi təsvir edirdi. Onun birinci kitabına astronomik və fiziki müşahidələrə dair məlumatlar var idi. Növbəti 4 kitab isə coğrafiyaya aid idi.
Lionlu İriney
İrinéus (yun: Εἰρηναῖος) (təq. 130[…], İzmir – təq. 202[…], Lion) – ilk kilsə atalarından, ilahiyyatçılarından və apologetlərindən biri. Onun əsərlərinin xristian ilahiyyatının formalaşmasına böyük təsiri olmuşdur. Rəvayətlərə görə o erkən Xristianlığın məşhur nümayəndəsi, Həvari Yuhənnanın tələbəsi Polikarpdan dərs almışdır. == Bioqrafiyası == İrineus II yüzilliyin birinci yarısında doğulmuşdur. Onun dəqiq anadan olma tarixi bilinmir, 115-125-ci illər arasıdır. Doğum yeri kimi də Smirna (İzmir) şəhəri ehtimal olunur. Bir çox başqa xristian xadimlərindən fərqli olaraq o xristian ailəsində tərbiə almış, bu dini sonradan qəbul etməmişdir. İmperator Mark Avreliusun (161–180) dövründə İrineus Lion şəhərində keşiş idi.
Obinyi (Alye)
Obinyi (fr. Aubigny) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Qərbi Mulen kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03009. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 736 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 81 yaşında (15-64 yaş arasında) 62 nəfər iqtisadi cəhətdən, 19 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 76,5%, 1999-cu ildə 75.9%). Fəal olan 62 nəfərdən 48 nəfəri (24 kişi və 24 qadın), 14 nəfər işsiz (11 kişi və 3 qadın) idi. 19 hərəkətsiz 13 nəfər arasında şagird və ya tələbə, 2 nəfər təqaüdçü, 4 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Aya İrini Kilsəsi
Aya İrini ya da Müqəddəs İrini (Yunanca: Ναός της Αγίας Ειρήνης İlahi Sülh və ya Müqəddəs Sülh) İstanbulda, Topqapı sarayının birinci həyətində, Aya Sofya ilə yaxın və müasir olan tarixi bir muzeydir. == Tarixi == İstanbulda məscidə çevrilməyən ən böyük Bizans kilsəsidir. Qədim mənbələrə görə, IV əsrin əvvəllərində, I Konstantin (324–337) dövründə, Roma dövrünün Artemis, Afrodita və Apollon ibadətgahlarının qalıqlarından istifadə edilərək tikilmişdir. Ayasofya ilə eyni həyət divarında yerləşən Aya İrini, 532-ci ildə Nika üsyanı zamanı Sempson Zenonla birlikdə yandırılmışdır. İmperator I Yustinian, Ayasofyanın yanındakı Aya İrinini də yenidən qurdu. İnşaat 532-ci ildə başlasa da, tam başa çatma tarixi məlum deyil. VIII və IX əsrlərdə baş verən şiddətli zəlzələlər binaya ciddi ziyan vurdu. Bizanslıların patriarxlıq kilsəsi adlandırdığı Aya İrini, İstanbulun fəthindən sonra Topqapı Sarayı ətrafındakı Sur-ı Sultani daxilində qaldı, bu səbəbdən məscidə çevrilmədiyi üçün əhəmiyyətli bir memarlıq dəyişikliyi olmadı. Əvvəlcə daxili sursat, daha sonra Müharibə Nazirliyinin silah anbarı kimi istifadə edilmişdir. == Muzey işləri == Türkiyənin ilk muzey işləri Aya İrinidə başlamışdır.
İbni Fazil
İbn Fəzl – 739 – 805-ci illər arasında yaşamış ərəb alimi. XII əsrin əvvələrində ilk kağız fabrikasını yaradan vəzir. İbn Fəzl Abbasi İmperatorluğunun məşhur vəzirlər yetişdirən Bərməkilər soyundandır. Əsl adı Yəhyadır. Yəhya İbn Fəzl və ya sadəcə əl-Fəzl adı ilə də tanınır. Atasının adı Xalid olduğu halda, sənədlərə "Fazilin oğulu" deyə düşüb. Mosul qubernatorluğu vaxtında özünü tanıdıb. Xəlifə Mehdi onu Bağdada çağıraraq, oğulunun yetişdirilməsini ona həvalə edib. Harun Azərbaycan qubernatorluğuna təyin edilincə (780), divan başçılığına gətirilib. İbn Fəzl, Harun xəlifə olunca vəzirliyə gətirilib.
Yeni iliniz mübarək (film, 2013)
Yeni iliniz mübarək (film, 2014)
Bələm ibni Baur
Bələm ibni Baur - Tövratda adı çəkilən dini fiqur. == İslamda == Tarix kitablarında Yuşə ibni Nunun Bəni-İsrailin düşmənlərilə vuruşduğu müharibələrdə Bəl`əm ibni Baurunun da adı çəkilib. Təfsirçilərdən bir dəstəsi də “Əraf” surəsinin ayələrini də belə təfsir ediblər. Allah taala o iki ayədə öz peyğəmbərinə xitab edərək buyurur: - “Biz ayələrimizi belə ətraflı izah edirik ki, onlar bəlkə, (batildən haqqa, küfrdən imana) dönələr. (Ey Məhəmməd!) Onlara (yəhudilərə) ayələrimizi verdiyimiz kimsənin xəbərini də söylə (oxu). O, (ayələrimizi inkar edib) imandan döndü. Şeytan onu özünə tabe etdi və o, (haqq yolundan) azanlardan oldu. Əgər biz istəsəydik, onu (həmin ayələrlə) ucaldardıq. Lakin o yerə (dünyaya) meyl edib nəfsinin istəklərinə uydu. O, elə bir köpəyə bənzəyir ki, ona tərəf gəlsən də, gəlməsən də hürkər (onun üçün heç bir fərqi yoxdur.) Bu, ayələrimizi yalan hesab edənlər barəsində çəkilən misaldır.
Kalib ibni Yufənna
"Kamilut-tarix"in müəllifi öz tarixində yazır: Yuşə ibni Nun dünyadan gedəndən sonra Kalib ibni Yufənna Bəni-İsrailə rəhbərlik etdi. Mərhum Təbərsi də "Məcməül-bəyan" kitabında "Bəqərə" surəsinin 244-cü ayəsində bu məzmunda yazır. Sələbi "Ərais" kitabında yazır ki, Kalib ibni Yufənna Həzrət Musanın (ə) bacısının əri, yəni İmranın qızı Məryəmin həyat yoldaşı idi. İbni Əsir də bu xəbəri "Kamil" kitabında Əriha şəhərinin fəthində qeyd edib. Amma Yuşə`dən sonra Kalibin peyğəmbər olması Məsudinin "İsbatul-vəsiyyə" kitabındakı və Yəqubinin yazdığı tarixdəki sözü ilə ziddiyyətdədir. Məsudi yazır: Elə ki, Yuşənin əcəli çatdı, Allah taala ona vəhy edərək yanındakı əmanəti oğlu Fənhasa verməyi əmr etdi. Yuşə də Fənhası çığırıb peyğəmbərlərin irslərini ona tapşırdı və dünyadan getdi. Fənhasdan sonra da oğlu Bəşir ibni Fənhas onun canişini olub peyğəmbərlik məqamına nail oldu. Yəqubi yazır ki, Yuşə ibni Nundan sonra Bəni-İsrailin rəhbərliyini Duşan Kifri öz öhdəsinə götürdü və səkkiz il onların rəhbəri oldu. Ondan sonra Kalibin qardaşı, Yəhudanın nəvəsi Əsnail ibni Qənəz qırx il Bəni-İsrailə hökumət etdi.
Xalid ibni Vəlid
Xalid ibn Vəlid (ərəb. أبو سليمان خالد بن الوليد بن المغيرة المخزومي القرشي‎) (592, Məkkə, Hicaz və ya Cahiliyyət dövründə Ərəbistanda siyasi vəziyyət – 19 avqust 642, Mədinə və ya Homs) — İslam sərkərdəsi və Seyfullah (ərəb. سيف الله‎ — Allahın qılıncı) ləqəbini almış Məhəmməd peyğəmbərin (s.a.v.) səhabələrindən biri. Hüdeybiyyə müqaviləsindən sonra İslamı qəbul edənə qədər Qureyşin sıralarında döyüşmüş, islamı qəbul etdikdən sonra isə İslam dövlətinin komandanlığı altında girmişdir. O, Uhud döyüşündə Qüreyşin qalibiyyətində əsas rol oynamış, tabeliyində olan süvariləri manevr edərək müsəlmanların məğlubiyyətini təmin etmişdir. Müsəlman olduqdan sonra Bizans və Sasanilərə qarşı qələbələr qazanmışdır. Bunlardan ən diqqət çəkəni Yərmuq döyüşündə Bizans ordusunu məğlub etməsidir. İslam mənbələrinə görə, o, yüzdən artıq döyüşdə məğlub olmayan nadir sərkərdələrdəndir. O, üç il kimi qısa müddətdə İraq və İranı İslam dövlətinə bağlamış, onun fəthləri Anadoluda Qəhrəmanmaraş qədər uzanmışdır. 638-ci ildə Ömər bin Xəttab tərəfindən ordu komandanlığından uzaqlaşdırılaraq inzibati vəzifəyə gətirilmişdir.
Yuşə ibni Nun
At ilinin birinci ayı (film, 1993)
At ilinin birinci ayı tammetrajlı televiziya tamaşası rejissor Bəhram Osmanov tərəfindən 1993-cü ildə ekranlaşdırılmışdır. Azərbaycan televiziyasında istehsal edilmişdir. Film 20 yanvar hadisələrindən bəhs edir. Əsas rolları Kamal Xudaverdiyev, Aqşin Vəlixanlı, Elxan Ağahüseynoğlu, Ramiz Novruz, İlqar Vəliyev və Loğman Kərimov ifa edirlər. == Məzmun == Film 20 yanvar hadisələrindən bəhs edir.
Rıbnıy yarımadası
Rıbnıy yarımadası — Taymır yarımadasının şimal-qərbində yerləşir. Materikin əsas hissəsindən Xutuqa Fiordu vastəsi ilə ayrılır. Kara dənizinin Pyasin və Minina körfəzləri onun sahillərini yuyur. Yarımada Tundra bitkiləri ilə örtülüdür. Şimalda Pessovıy adasından Sterleqov boğazı vastəsi ilə ayrılır. Sahilləri çox parçalıdır və fiordlar 15 km daxilə keçir. Yarımadada bir sıra çay və göllər vardır. Onlardan ən irisi Vısokoye gölü Taymırın ən irisidir. Yarımadada daimi yaşayış məntəqəsi olanasada burada balıqçı düşərgələrinə rast gəlmək olar. Yarımada bütünlüklə 1993-ci ildə təşkil olunan Böyük Arktik qoruğunun ərazisinə daxildir.