Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Neo-Osmançılıq
Yeni Osmançılıq və ya Neoosmançılıq – Türkiyənin Osmanlı İmperiyasının dini, mədəni və siyasi irsini sahiblənməsi lazım olduğunu müdafiə edən bir ideologiya. 1974-cü ildə Türk ordusunun Kiprə getdiyi və üçdə birini nəzarət altına alması ilə Türklərin adaya hücumlarından sonra yunanların ortaya atdığı bir nəzəriyyədir. Yeni Osmanlıçılıqdan xüsusilə Türkiyə Respublikası köhnə baş naziri Əhməd Davudoğlunun xarici siyasətinə bağlı bir ad olaraq ortaya çıxmışdır. Davutoğlu, bu məsələ qarşı Yeni Osmanlıçılıq kimi bir siyasətinin olmadığını bildirdi. Lakin "Dərin Strateji Dərinlikdə" adlı kitabında Davudoğlu Yeni Osmanlılığı Turqut Özalın xarici siyasəti ilə əlaqələndirir və bunu diplomatik bir yenilik adlandırır. Buna görə Davudoğlu bu termini özü qəbul etdi . Turgut Özal hökumətinin izlədiyi siyasət Yeni Osmanlılığın ilk addımları olaraq şərh edilə bilər. 2002-ci ildə Ədalət və İnkişaf Partiyası hakimiyyətə gəldikdən sonra bu fikir yenidən gündəmə gəlmiş, 2009-cu ildə, Türkiyənin xarici siyasətinin arxasında duran ən nüfuzlu şəxslərdən biri olan Yeni Osmançılığın müdafiəçilərindən biri olan Əhməd Davudoğlu, Türkiyənin xarici siyasətinin bu istiqamətdə gedəcəyi təəssüratı yaratdı. Əhməd Davudoğlu, İngiltərənin qurduğu Millətlər Birliyi təşkilatını nümunə göstərərək, Türkiyənin də Osmanlı Millətlər Birliyi qura biləcəyini açıqlamışdır. Bundan başqa Davudoğlu, 25 Aprel 2011-ci ildə Çanaqqalada "Bizdən qoparılan Dünya bizimlə təkrar birləşsin.
2024 Yay Olimpiya Oyunlarında fərdi neytral idmançılar
Fərdi neytral idmançılar (fr. Athlètes Individuels Neutres - AIN) — Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən 2022-ci ildən başlamış Rusiya-Ukrayna müharibəsinə görə Rusiya (RUS) və Belarusun (BLR) olimpiya sülhünü pozması əsas gətirilərək bu ölkələrin olimpiya komitələrinin olimpiya oyunlarında iştirakı qadağan edilmişdir. Lakin buna baxmayaraq işğal prosesi 2024-cü ildə də davam etdiyinə görə 2024 Yay Olimpiya Oyunlarında iştirakı təsdiqlənmiş fərdi Rusiya və Belarusiya idmançılarını ifadə etmək üçün fərdi neytral idmançılar adından istifadə edilmişdir. BOK ölkə kodu kimi, fransızcadan tərcümədə “Fərdi neytral idmançılar” sözünün abreviaturası olan AIN abreviaturasından istifadə etmişdir. İdmançılara neytral Olimpiya bayrağından və Olimpiya himnindən istifadə etmək qadağan edilmiş və bunun əvəzinə hər ikisi də BOK tərəfindən təyin edilmiş xüsusi dairəvi AIN emblemi və birdəfəlik instrumental himni əks etdirən bayraqdan istifadə etmişdirlər. Fərdi neytral idmançılar oyunlarda iştirak etməzdən əvvəl onların hər birinin keçmişi ayrı-ayrılıqda yoxlanılmış və bundan sonra hər bir idman növü üzrə beynəlxalq federasiya, daha sonra isə BOK tərəfindən yaradılmış xüsusi panel tərəfindən təsdiqlənmişdirlər. Bu idmançılar fərdi idmançılar hesab edildikləri üçün açılış mərasimi zamanı millətlərin paradında iştirak etməmiş və eyni zamanda da rəsmi medal cədvəllərində ölkə/qrup kimi göstərilməmişdirlər.
Fərdi Neytral İdmançılar 2024 Yay Olimpiya Oyunlarında