DƏRƏCƏ

is. [ ər. ]
1. Bir şeyin müqayisəli kəmiyyəti, səviyyəsi. Mədəniyyət dərəcəsi. İnkişaf dərəcəsi. Bilik dərəcəsi. Təhsil dərəcəsi.
– Kənd əhalisinin savad dərəcəsini inqilabdan əvvəlki ilə müqayisə etmək çox qəribə görünür. İ.Əfəndiyev.

// Bir sıra sözlərə qoşulduqda, həmin sözlə ifadə edilən şeyin həddini, qədərini, əhəmiyyətini bildirir. Son dərəcə (ifrat bildirir). Mühüm dərəcədə (çox, olduqca). Eyni dərəcədə (bərabərlik bildirir). Bir dərəcəyə qədər (qismən, bir cəhətdən).
– Qətibə öz fikrində ifrat dərəcəsinə çatmışdı. M.S.Ordubadi.
Günəş, hərarəti təsir etməyəcək dərəcədə üfüqə doğru enmişdi. S.Hüseyn.
Dilbər anasının bu nəzərlərində onun şikayətini və bir dərəcəyə qədər yalvarışını oxuyurdu. Ə.Sadıq.

// Hədd.
Rüstəm kişinin amiranə səsi və dərəcəsini aşan sərbəst hərəkəti Qoşatxanın xoşuna gəlmədi. M.İbrahimov.

// yerlik halında. Qədər. O dərəcədə. Bu dərəcədə isti görməmişəm. Mümkün dərəcədə.
– Osmanlıda qanuni-əsasi arvadları o dərəcədə şövqə gətirib ki, dəxi gözləri naməhrəm kişiləri görmür. C.Məmmədquluzadə.
…Ağa dərviş, mənim sözlərimin bu dərəcədə səni pərt edəcəyini bilsəydim, əlbəttə, onları ağzıma almazdım. A.Divanbəyoğlu.

2. Elmi ad, rütbə. Elmlər namizədi dərəcəsi. Doktorluq dərəcəsi.
3. İdmanda: qrup, kateqoriya, pillə. Şahmatda ikinci dərəcə almaq. İdmançının çəki dərəcəsi.
– Boks, güləşmə, ağırlıq qaldırma kimi idman növləri sahəsində idmançılar öz çəkilərinə görə dərəcələrə ayrılırlar. Ə.Babayev.

4. riyaz. Dairənin 1/360 hissəsinə bərabər bucaq və ya qövs ölçüsü vahidi.
Hər insan bir peykdi məncə; Doxsan peyk yüz səksən dərəcə; Mehvərindən dönüb getdi. M.Araz.

5. fiz. Termometr, barometr və b. ölçü cihazları üzərindəki bölgü. Temperaturun ölçü vahidi dərəcədir. İyirmi dərəcə şaxta. Otuz dərəcə isti. – Yasəmənin qızdırması getdikcə artırdı.
Səhər açıldıqda hərarəti qırx dərəcəyə çatdı. S.S.Axundov.
[Murad:] Vəli xəstələnib, qırx dərəcə qızdırma içində yatır… S.Rəhman.

6. Vəzifə, mövqe, rütbə, mərtəbə. Dərəcəsi yüksəlmək.
[Vəzir:] …Heç bilirsənmi ki, sənin bacını xana vermək ilə nə qədər mənim dərəcəm və sənin rütbən artıq olacaqdır? M.F.Axundzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DƏRƏCƏ ölçü — səviyyə
  • DƏRƏCƏ vəzifə — mövqe — rütbə — mərtəbə
  • DƏRƏCƏ 1. DƏRƏCƏ, KATEQORİYA, QRUP 2. DƏRƏCƏ, QRADUS (hərarətin ölçü vahidi) 3. dərəcə bax rütbə 1; vəzifə 2
DƏRƏBƏYLİK
DƏRƏCƏLƏMƏ
OBASTAN VİKİ
Elmi dərəcə
Elmi dərəcə – müəyyən bilik sahəsində ali təhsilli mütəxəssisə verilən ixtisas dərəcəsi. == Haqqında == Azərbaycan Respublikasında fəlsəfə doktoru (birinci) və elmlər doktoru (ikinci) elmi dərəcələri var. Elmi dərəcə bir sıra ali məktəb və elmi-tədqiqat müəssisələrinin elmi şuraları tərəfindən verilir və Ali Attestasiya Komissiyasında təsdiq edilir. Azərbaycan Respublikasının "Təhsil Qanunu"na əsasən ali məktəb təhsilindən sonrakı təhsil doktorantura hesab olunur və müvafiq elmi dərəcələrin alınması doktorantura yolu ilə həyata keçirilir. Doktoranturada təhsilini başa vurmuş və müvafiq elmi dərəcə almış şəxslərə müəyyən edilmiş qaydada həmin elmi dərəcəni təsdiq edən vahid formada dövlət nümunəli sənəd – diplom verilir.
Onuncu Dərəcə boğazı
Onuncu Dərəcə boğazı (ing. Ten Degree Channel) - Hind okeanınında yerləşən Andaman adalarını (Kiçik Andaman) Nikobar adalarından ayırır. Boğaz 10 dərəcədə yerləşir. Hind okeanında yerləşən Andaman dənizini Benqal körfəzi ilə birləşdirir. Eni 140 km, dərinliyi 1280 m təşkil edir.
Kölgədə 40 dərəcə isti
== Məzmun == Komediya janrında yaradılmış bu film Abşeron qəsəbələrindən birinin adamları haqqındadır. Burada təsvir olunan hadisələr bir gün ərzində cərəyan edir. Və bu qısa müddət ərzində biz öz ənənələrinə, öz həyat tərzinə malik dənizkənarı qəsəbənin adamları ilə tanış oluruq. Bu, milis nəfəri Mirpaşa (Süleyman Əhmədov), klub müdiri Ziya (Davud İmanov), qoca Mirəli (Süleyman Ələsgərov), gənc Əlibaba (Telman Adıgözəlov) və başqa sakinlərdir. Filmdə doğma torpağa sədaqət, prinsipial həyat mövqeyi, düzlük, doğruçuluq kimi məsələlərə toxunulur. == Film haqqında == Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. Film 2-ci kateqoriyaya layiq görülüb. Filmin rus dilində ilk adı belə olub: “Kuritsa pod qipnozom” (hipnoz altındakı toyuq). == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Eldəniz Quliyev Quruluşçu rejissor: Leyla Səfərova Quruluşçu operator: Kənan Məmmədov Quruluşçu rəssam: Firəngiz Qurbanova Bəstəkar: Aqşin Əlizadə Səs operatoru: Akif Nuriyev Rejissor: Süleyman Əhmədov Qrim rəssamı: Rəna Əliyeva === Rollarda === Telman Adıgözəlov — Əlibaba Süleyman Əhmədov — Mirpaşa Süleyman Ələsgərov — Mirəli Nuriyyə Əhmədova — Suğra Davud İmanov — Ziya Bəxtiyar Kərimov — Rəhman Fikrət Məmmədov — Rafiq Mayak Kərimov — Hüseyn Liya Seyidova — Gənc qız Yelena Stroyeva — Akademikin arvadı == Sponsor == Mərkəzi Televiziya (Moskva) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Kölgədə 40 dərəcə isti (film, 1988)
== Məzmun == Komediya janrında yaradılmış bu film Abşeron qəsəbələrindən birinin adamları haqqındadır. Burada təsvir olunan hadisələr bir gün ərzində cərəyan edir. Və bu qısa müddət ərzində biz öz ənənələrinə, öz həyat tərzinə malik dənizkənarı qəsəbənin adamları ilə tanış oluruq. Bu, milis nəfəri Mirpaşa (Süleyman Əhmədov), klub müdiri Ziya (Davud İmanov), qoca Mirəli (Süleyman Ələsgərov), gənc Əlibaba (Telman Adıgözəlov) və başqa sakinlərdir. Filmdə doğma torpağa sədaqət, prinsipial həyat mövqeyi, düzlük, doğruçuluq kimi məsələlərə toxunulur. == Film haqqında == Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. Film 2-ci kateqoriyaya layiq görülüb. Filmin rus dilində ilk adı belə olub: “Kuritsa pod qipnozom” (hipnoz altındakı toyuq). == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Eldəniz Quliyev Quruluşçu rejissor: Leyla Səfərova Quruluşçu operator: Kənan Məmmədov Quruluşçu rəssam: Firəngiz Qurbanova Bəstəkar: Aqşin Əlizadə Səs operatoru: Akif Nuriyev Rejissor: Süleyman Əhmədov Qrim rəssamı: Rəna Əliyeva === Rollarda === Telman Adıgözəlov — Əlibaba Süleyman Əhmədov — Mirpaşa Süleyman Ələsgərov — Mirəli Nuriyyə Əhmədova — Suğra Davud İmanov — Ziya Bəxtiyar Kərimov — Rəhman Fikrət Məmmədov — Rafiq Mayak Kərimov — Hüseyn Liya Seyidova — Gənc qız Yelena Stroyeva — Akademikin arvadı == Sponsor == Mərkəzi Televiziya (Moskva) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Doktor (elmi dərəcə)
Doktor (lat. doctor, "müəllim") — elmi dərəcə. == İstinadlar == == Xarici keçidlər == The Use of Dr. in British Columbia law for Optometrists Indiana usage of Dr. title Arxivləşdirilib 2015-10-26 at the Wayback Machine SECTION 1. IC 24-5-0.5–12 IS use of Dr.
Doqquzuncu Dərəcə boğazı
Doqquzuncu Dərəcə boğazı - Hind okeanınında yerləşən Lakkadiv adalarının cənubunda yerləşən Mininoy adasını şimalda kiçik adalardan ayırır. Boğaz 9 dərəcədə yerləşir. Hind okeanın Lakkadiv dənizi hövzəsinə daxildir. Eni 200 km təşkil edir. Dərinliyi 2597 m təşkil edir.
Səkkizinci Dərəcə boğazı
Səkkizinci Dərəcə boğazı - Hind okeanınında yerləşən Lakkadiv adalarını (Mininoy adası) Maldiv adalarından ayırır. Boğaz 8 dərəcədə yerləşir. Lakkadiv dənizini Hind okeanı ilə birləşdirir. Eni 150 km yaxındır. Qedim fransız xəritələrində boğazı Courant de Malicut, Maldiv dilində isə Maliku-Kandu adlandırılırdı.
İks-adamlar: Birinci dərəcə
İks-adamlar: Birinci dərəcə (ing. X-Men: First Class) — 2011-ci ildə istehsal olunmuş ABŞ filmi. Metyu Vonnun rejissorluq etdiyi filmin baş rollarında Ceyms MakEvoy, Maykl Fassbender və Cennifer Laurens çəkilmişlər.
Almaniyada elmi dərəcə almış azərbaycanlılar
Almaniyada təhsil — Almaniya təhsil sistemi klassik struktrura malikdir: məktəbəqədər, orta və ali. Almaniyanın hər bir əyaləti təhsil haqqında öz qanununa malikdir. Buna görə də atestat və diplomların əldə olunması imkanları və yolları bir birindən fərqlənirlər. Məsələn, Berlində şagirdlər 6-cı sinifə qədər ibtidai siniflərdə qalırlar, Saksoniya və Bavariyada isə bu cəmi 4 il davam edir. == Məktəbəqədər təhsil == Bir çox alman uşaqları məktəbəqədər müəssisələrə -uşaq bağçalarına (alm. Kindergarten‎) 3 yaşından etibarən gedirlər. Uşaq bağçalarında körpələr qrupları (alm. Kinderkrippe‎) da fəaliyyət göstərirlər. buraya uşaqlar altı ayından qəbul edilirlər. Almaniyada belə qruplar az olduğundan orada yer almaq çox çətindir.
İks-adamlar: Birinci dərəcə (film, 2011)
İks-adamlar: Birinci dərəcə (ing. X-Men: First Class) — 2011-ci ildə istehsal olunmuş ABŞ filmi. Metyu Vonnun rejissorluq etdiyi filmin baş rollarında Ceyms MakEvoy, Maykl Fassbender və Cennifer Laurens çəkilmişlər.
Dərəcənnət
Dərəcənnət — Azərbaycan Respublikasının Şəki rayonunun Suçma kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Dərə Cənnətli Şəki rayonunun Sucma inzibati ərazi vahidində kənd. Daşüz silsiləsinin yamacındadır. Rayonun ərazisində cənnətli tayfa adı ilə bağlı digər kənd adından (Təpə Cənnətli) fərqləndirmək məqsədilə nisbətən çökəkdə olan bu kənd Dərə Cənnətli adlandırılmışdır. == Əhalisi == Kəndin əhalisi 879 nəfər təşkil edir ki, onun da 435 nəfəri kişi, 444 nəfəri isə qadındır.
Dərəcənnət bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Effektiv faiz dərəcəsi
Faiz dərəcəsi
Faiz dərəcəsi — müəyyən bir müddət (ay, rüb, il) hesablanmış kredit alıcısının istifadə etdiyi üçün ödədiyi kredit məbləğinin faizi ilə göstərilən məbləğ. Pul nəzəriyyəsi baxımından faiz dərəcəsi bir dəyər anbarı kimi pulun qiymətidir. Faiz gəliri — müxtəlif formalarda (borclar, kreditlər) borcda kapital təmin edilməsindən əldə edilən gəlir və ya qiymətli kağızlara yatırımlardan əldə edilən gəlirdir. == Faiz dərəcələrinin tarixi == Son iki əsrdə baza faizləri ya milli hökumətlər, ya da mərkəzi banklar tərəfindən təyin edilmişdir. Məsələn, ABŞ Federal Ehtiyat Fondunun dərəcəsi 1954-2008 arasında% 0,25 ilə 19% arasında, İngiltərə Bankının baza faizləri 1989 ilə 2009 arasında% 0,5 ilə% 15 arasında dəyişmişdir və Almaniyada baza nisbətlərində yayılma 1920-ci illərdə% 90-dan 2000-ci illərdə təxminən 2% -ə qədər dəyişdi . 2007-ci ildə Hiperinflyasiya spiralini aşmağa çalışarkən, Zimbabve Ehtiyat Bankı kredit faizlərini% 800-ə qaldırdı . == Faiz dərəcələrinin növləri == Faiz dərəcələrinin bir neçə növü vardır === Sabit və üzən dərəcələr === Faizənin zaman keçdikcə dəyişib-dəyişməməsindən asılı olaraq sabit və üzən faiz dərəcələri mövcuddur: Sabit faiz dərəcəsi sabitdir, müəyyən bir müddət üçün müəyyən edilir və heç bir şərtdən asılı deyildir. Üzən faiz dərəcəsi dövri olaraq nəzərdən keçirilməlidir. Faiz dəyişikliyi müəyyən göstəricilərin dalğalanmasına əsasən həyata keçirilir. Bu cür göstəricilərin klassik nümunəsi London banklararası təklif dərəcəsidir (LIBOR, London banklararası kredit bazarındakı orta ölçülmüş faiz dərəcəsi).
Faktiki İllik Faiz Dərəcəsi
Federal fondların dərəcəsi
Federal fondların dərəcəsi (ing. federal funds rate) — ABŞ banklarının öz izafi ehtiyatlarını qısa müddətə (adətən bir gecədə) digər banklara borc verdiyi faiz dərəcəsi. Borc alan bank və borc verən bank kredit üzrə faiz dərəcəsini öz aralarında razılaşdırırlar; bütün bu cür əməliyyatlar üçün tariflərin orta çəkili məbləği effektiv federal fondların dərəcəsi (ing. federal funds effective rate) adlanır. Hədəf federal fondların dərəcəsi (ing. federal funds target rate), adətən ildə səkkiz dəfə, təxminən yeddi həftədə bir dəfə keçirilən Fed-in Federal Açıq Bazar Komitəsinin iclası tərəfindən müəyyən edilir. Komitə həmçinin əlavə iclaslar keçirə və normal cədvəlindən kənarda hədəf dərəcəsini dəyişə bilər. Federal Ehtiyat ABŞ iqtisadiyyatında pul təklifini idarə etmək üçün açıq bazar əməliyyatlarından istifadə edir ki, effektiv məzənnə hədəfə uyğun olsun. Uzunmüddətli məcmu təklif və gözlənilən inflyasiya ilə müqayisədə real ÜDM artımının sabit olduğu hədəf dərəcəsi neytral federal fondlar dərəcəsi adlanır. == Mexanizmi == Qanunla maliyyə institutlarından ya FED-də ehtiyatlar, ya da kassada nağd pul kimi müəyyən bir ehtiyat səviyyəsini saxlamaları tələb olunur.
II dərəcəli "Vətən Müharibəsi" ordeni
Vətən Müharibəsi ordeni (rus. Орден Отечественной войны) — SSRİ Ali Soveti Rəyasət Heyətinin 20 may 1942-ci il tarixli fərmanı ilə yaradılmış orden.
I dərəcəli "Vətən Müharibəsi" ordeni
Vətən Müharibəsi ordeni (rus. Орден Отечественной войны) — SSRİ Ali Soveti Rəyasət Heyətinin 20 may 1942-ci il tarixli fərmanı ilə yaradılmış orden.
I dərəcəli kapitan
Birinci dərəcəli kapitan — Azərbaycan Hərbi Dəniz Qüvvələrində zabit rütbəsi. Quru qoşunları və Azərbaycan Hərbi Hava Qüvvələrindəki ekvivalent rütbə polkovnik rütbəsidir.
Neytral faiz dərəcəsi
Neytral faiz dərəcəsi, və ya təbii faiz dərəcəsi (ing. natural/neutral rate of interest) — pul siyasətinin real faiz dərəcəsinin (mərkəzi bankın faiz dərəcəsi) dəyəri, bu zaman inflyasiya hədəfinə nail olmaq və istehsal güclərindən tam istifadə etmək (sıfır məhsul buraxılışı). Neytral faiz dərəcəsi əldə edildikdə, pul siyasəti iqtisadiyyata nə məhdudlaşdırıcı, nə də stimullaşdırıcı təsir göstərmir. Neytral faiz dərəcəsi ideyasının müəllifi 1898-ci ildə “Faiz dərəcəsi və qiymətlər” əsərində bunu dilə gətirən isveçli iqtisadçı Knut Uikseldir. İqtisadçı bunu kreditlər üzrə faiz dərəcəsinin əmtəə qiymətlərinə münasibətdə neytral olan, onların nə yüksəlməsinə, nə də azalmasına səbəb olmayan səviyyəsi kimi müəyyən edib. Wicksell bunu yalnız tələb və təkliflə müəyyən edilən faiz dərəcəsi kimi başa düşürdü. C.M. Keyns “Pul haqqında traktat”da (1930) Uikselin ideyasına əsaslanaraq, təbii faiz dərəcəsini əmanətlərin miqdarı ilə investisiyanın məbləği arasında bərabərliyin, yəni cəmiyyətin resurslarından tam istifadənin şərti kimi müəyyən etmişdir. Lakin sonralar “Məşğulluğun, faizin və pulun ümumi nəzəriyyəsi” (1936) əsərində o, səhv etdiyi qənaətinə gəlir. “Mən hər bir cəmiyyətdə bu tərifə əsasən, hər bir fərziyyəli məşğulluq səviyyəsi üçün fərqli təbii faiz dərəcəsinin olduğunu görməmişəm. Eyni şəkildə, hər bir faiz dərəcəsi üçün bir məşğulluq dərəcəsi var ki, onun üçün bu faiz dərəcəsi “təbii” dərəcədir, yəni sistemin həmin faiz dərəcəsində və bu nisbətdə tarazlıqda olması mənasında.
Qazanc dərəcəsi
Qazanc dərəcəsi (ing. rate of return və ya ing. rate of profit) — müəyyən bir müddət (dövr) üçün mənfəətin bu dövrün əvvəlindən əvvəl irəliləmiş kapitala nisbəti olan iqtisadi xüsusiyyət (bir qayda olaraq, müddətin müddəti bir ilə bərabər götürülür). Mənfəət dərəcəsinin böyüklüyü, artıq dəyər dərəcəsindən, kapitalın üzvi tərkibindən və kapital dövriyyəsi vaxtından asılıdır. Sənayələrarası rəqabət milli iqtisadiyyatın müxtəlif sahələrinə ayrılan bərabər kapital üçün orta mənfəət dərəcəsinin yaradılmasına gətirib çıxarır. Müasir şəraitdə obyektiv olaraq qaçılmaz olan kapitalın üzvi tərkibinin böyüməsi mənfəət nisbətinin düşmə meylini müəyyənləşdirir. Gəlirlik dərəcəsinin strukturu: firmanın öz kapitalının dəyəri; sənaye üçün orta gəlir dərəcəsi; müəyyən bir firmanın gəlir dərəcəsi. Gəlirlik dərəcəsi bazar iqtisadiyyatının əsas kateqoriyalarından biridir. Müasir şəraitdə funksional məqsədi bir tərəfdən inhisarların qiymətləri tənzimləmək üçün bu göstəricidən istifadə etməsidir; digər tərəfdən, cəmiyyət müxtəlif sənaye sahələrində mənfəət nisbətində böyük bir dəyişikliyin olmadığı hallarda meydana gələn tələb və təklif arasındakı ən böyük tarazlığı görər. Mənfəət dərəcəsi qoyulmuş kapitalın tərifindən asılıdır.
Qradiyent doldurma, dərəcəli doldurma
Qradiyent doldurma, dərəcəli doldurma — (ing.gradient fill, ru.градиентная заливка) — kompüter qrafikasında: qrafik obyektin müəyyən (açar) nöqtələrinin rəngini və şəffaflığını verməklə qalan nöqtələrin rənginin və şəffaflığının riyazi alqoritmlər vasitəsilə onlara nəzərən hesablanmasından ibarət doldurma növü. Bu yolla başlanğıc və son nöqtələrin koordinatlarını verməklə bir rəngdən başqa bir rəngə axar keçidlər almaq olar. Dərəcəli doldurmanın əsas növləri bunlardır: xətti – açar nöqtələr bir düz xətt boyunca yerləşir; dairəvi – birinci açar nöqtəyə nəzərən konsentrik çevrələr qurulur ki, onların da rəngi qalan açar nöqtələrin yerləşməsindən asılı olur; künc – açar nöqtələr çevrə boyunca yerləşir; əksolunmuş – xəttiyə bənzəyir və iki hissədən (xətti qradiyentdən və onun güzgüdə xəyali əksindən) ibarət olur; almaz – almazı xatırladır. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Risksiz faiz dərəcəsi
Risksiz faiz dərəcəsi (risksiz gəlir dərəcəsi) — müəyyən müddət ərzində maliyyə itkiləri riski olmayan hipotetik investisiya layihəsinin gəlirlilik dərəcəsi. Risksiz faiz dərəcəsi heç bir risk olmadan əldə edilə bildiyi üçün, hər hansı bir risk dərəcəsinə malik olan hər hansı digər investisiya, onu investor üçün cəlbedici etmək üçün daha yüksək gəlir dərəcəsinə malik olacaqdır. Praktikada risksiz faiz dərəcəsini tapmaq üçün risksiz istiqraz seçilir, yəni defolt riski əhəmiyyətli ola bilməyəcək qədər aşağı olan hökumət və ya orqan tərəfindən buraxılan istiqraz. Hazırda risksiz faiz dərəcəsinin müəyyən edilməsində fikir ayrılıqlarının olması səbəbindən onun ölçülməsi ilə bağlı vahid konsensus mövcud deyil. Nəzəri risksiz faiz dərəcəsinin şərhlərindən biri İrvinq Fişerin The Theory of Interest (1930) kitabında təsvir etdiyi inflyasiya gözləntiləri konsepsiyası ilə bağlıdır ki, bu da valyuta saxlamağın nəzəri xərcləri və faydalarına əsaslanır. Fişer modelində bir-birini kompensasiya edən iki növ hərəkət kimi təsvir edilmişdir: Pul kütləsinin gözlənilən artımı investorların gələcək gəlirləri cari istehlakdan üstün tutmasına səbəb olmalıdır. Məhsuldarlığın gözlənilən artımı investorların gələcək gəlirləri cari istehlakdan üstün tutmasına səbəb olmalıdır. Risksiz dərəcə müsbət və ya mənfi ola bilər və praktikada gözlənilən risksiz dərəcənin işarəsi müəyyən edilmiş institusional qaydaya əsasən əldə edilir – Tobinin Money, Credit and Capital kitabında təsvir etdiyi arqumentə bənzər. İstehsal qərarlarının və nəticələrinin qeyri-mərkəzləşdirildiyi və proqnozlaşdırılması çətin olan endogen pul təklifi olan bir sistemdə belə bir təhlil risksiz faiz dərəcəsinin birbaşa müşahidə olunmadığı konsepsiyasına dəstək verir. Buna baxmayaraq, bu konsepsiyanın tərəfdarlarının pul emissiyasının dəyərini müsbət bir şey kimi qiymətləndirdiklərini görmək olar.
Avropa banklararası təklif faiz dərəcəsi
Avropa banklararası təklif faiz dərəcəsi (ing. European Interbank Offered Rate, Euribor) — avro ilə verilən banklararası kreditlər üzrə orta faiz dərəcəsi. Aİ-yə üzv dövlətlərin, eləcə də İslandiya, Norveç, İsveçrə və Maliyyə Bazarları Assosiasiyasının kredit təşkilatlarının maraqlarını təmsil edən Avropa Bank Federasiyasının dəstəyi ilə müəyyən edilir. Məzənnə müxtəlif dövrlər üçün hesablanır — 1 həftədən 12 aya qədər. Məzənnənin hesablanması və dərc edilməsi Reuters tərəfindən hər gün CET saat 11:00-da birinci dərəcəli reytinqə malik bir neçə onlarla bankın təqdim etdiyi məlumatlar əsasında həyata keçirilir. Kotirovka edilmiş bankların siyahısı yüksək reytinq tələblərinə uyğunluq baxımından mütəmadi olaraq nəzərdən keçirilir. Hesablama üçün ən yüksək və ən aşağı kotirovkaların 15%-i atılır, qalanları orta hesablanır və nəticə 3 onluq yerə yuvarlaqlaşdırılır. == Sfera == Euribor, avro ilə ifadə olunan forvard faiz dərəcəsi müqavilələri, qısamüddətli faiz dərəcəsi fyuçers müqavilələri və faiz dərəcəsi svopları üçün LIBOR-un adətən sterlinq və ABŞ dolları ilə ifadə olunan alətlər üçün istifadə edildiyi kimi, istinad dərəcəsi kimi istifadə olunur. Beləliklə, onlar dünyanın ən likvid və aktiv faiz bazarları üçün əsas yaradırlar. Paris PIBOR, Frankfurt FIBOR və Helsinki Helibor kimi daxili istinad tarifləri 1 yanvar 1999-cu ildə EMU-da Euribor ilə birləşdi.
London banklararası təklif faiz dərəcəsi
London banklararası təklif faiz dərəcəsi (LİBOR, ing. London Interbank Offered Rate, LIBOR, ICE LIBOR) — Qlobal maliyyə bazarında qısamüddətli faiz dərəcələri üçün etalon kimi xidmət edən Londonda banklararası bazarda təklif olunan geniş istifadə olunan istinad faiz dərəcəsi. LIBOR əsas beynəlxalq bankların təminatsız kreditlər təklif etdiyi orta dərəcə kimi hesablanır. LIBOR beş ehtiyat valyutası üçün hesablanır: ABŞ dolları, funt sterlinq, avro, İsveçrə frankı və Yapon yeni. Hər bir valyuta üçün indikativ faiz dərəcəsi overnayt dövrləri, bir həftə, bir ay, iki ay, üç ay, yarım il və bir il üçün hesablanır. Beləliklə, Londonda hər iş günü 35 LIBOR dərəcəsi dərc olunur. LIBOR Amerika mübadilə qrupunun Intercontinental Exchange hissəsi olan ICE Benchmark Administration xüsusi indeks şirkəti tərəfindən idarə olunur. 1985–2014-cü illərdə Britaniya Bank Assosiasiyası onun inzibatçısı olmuşdur[⇨]. LIBOR maliyyə aktivlərinin müxtəlif sinifləri üçün faiz dərəcələri üçün etalon kimi xidmət edir. LIBOR kreditlər, qiymətli kağızlar və törəmə alətlər üzrə dəyişən dərəcələrə aiddir.
Overnayt faiz dərəcəsi
Overnayt faiz dərəcəsi (ing. overnight rate, O/N) — bir iş günü üçün əmanət üzrə faiz dərəcəsi. Overnayt müddətə qoyulmuş vəsait növbəti iş günündə qaytarıla bilər. Növbəti təqvim günü həftəsonu və ya tətildirsə, geri qaytarma onlardan sonrakı ilk iş günündə baş verir. Overnayt depozitlər adətən böyük əmanətlərdir. Onlar bir-birindən banklar, eləcə də iri korporativ müştərilər və maliyyə institutları tərəfindən yerləşdirilir. Overnayt depozitləri banklararası və pul bazarlarında geniş yayılmışdır, burada onun iştirakçıları yüksək likvidliyi və qısamüddətli aktivlərin etibarlılığını qorumalıdırlar. Overnayt əmanətləri üzrə faiz dərəcəsi orta hesabla müddətli depozitlərdən (bir həftədən çox müddətə) aşağıdır, lakin tələb olunan hesablardan (cari hesablar) daha yüksəkdir. Bankların əməl etdiyi məcburi ehtiyat tələbləri və likvidlik tələbləri əsasən overnayt dərəcəsinin cari səviyyəsini müəyyən edir. Banklardan cəlb edilmiş müştəri depozitlərinin bir hissəsini mərkəzi bank hesablarında və ya likvid aktivlərin müəyyən kateqoriyasında saxlamaq tələb olunur.
Sıfır faiz dərəcəsi siyasəti
Sıfır faiz dərəcəsi siyasəti (ing. Zero interest rate policy, ZIRP) — 16 dekabr 2008-ci ildən Yaponiya və ya ABŞ kimi çox aşağı faiz dərəcələrində makroiqtisadi siyasət və zəif iqtisadi artım. Bu siyasətlə Mərkəzi Bank sıfır nominal faiz dərəcəsi müəyyən edir və pul kütləsini artırmaq və borclanmanı stimullaşdırmaq üçün faiz dərəcəsini daha da aşağı salmaq imkanına malik deyil. Siyasət borc bazarının şəffaflığı problemlərinə görə nominal faiz dərəcələrinin aşağı salına bilmədiyi likvidlik tələsi problemi ilə sıx bağlıdır. Pul siyasəti maksimum həddə olduqda, hökumət yeni iş yerləri yaratmaq üçün fiskal siyasətdən istifadə etməlidir. Hökumət xərclərinin fiskal multiplikatoru sıfır faiz dərəcələrində, sıfırdan yuxarı olduqda daha çox əhəmiyyət kəsb edir. Keyns iqtisadiyyatında multiplikator birdən böyükdür, yəni dövlət xərcləri ÜDM-i effektiv şəkildə artırır. Tanınmış Keynsçi Maykl Vudford (ing. Michael Woodford) hesab edir ki, faiz dərəcələrinin sıfır olması vəziyyətində optimal hökumət siyasəti ÜDM fərqini aradan qaldırmaq üçün xərcləri artırmaqdır. Mümkündür ki, dövlət belə bir siyasətə sadiq qalaraq sıfır faiz dərəcəsi və xərclərin artırılması ilə biznesi kreditlərlə təmin etsin, iqtisadiyyatın inkişafını sürətləndirsin və bazarda bağlanmasını asanlaşdırsın.
Üzən faiz dərəcəsi
Üzən faiz dərəcəsi (ing. Floating interest rate) — kredit, istiqraz, ipoteka və ya kredit kimi hər hansı növ borc aləti üzrə bütün ömrü boyu sabit faiz dərəcəsi olmayan faiz dərəcəsi. Bu dərəcə müəyyən fasilələrlə vaxtaşırı nəzərdən keçirilir və kredit bazarındakı vəziyyətdən asılıdır. Üzən faiz dərəcələri adətən indikativ dərəcədən (istehlak qiymətləri indeksi kimi hər hansı maliyyə amilinin etalonundan) asılı olaraq dəyişir. Üzən faiz dərəcələrinin tətbiqi üçün etalon kimi istifadə edilən ən geniş yayılmış göstərici dərəcələrdən biri London Banklararası Təklif Faiz dərəcəsi və ya LIBOR-dur (böyük bankların bir-birinə borc vermə dərəcəsi). Tipik olaraq, üzən faizli kreditlər, gəlir əyrisindən qismən asılı olaraq, sabit faizli kreditlərdən daha az başa gələcək. Daha aşağı kredit dərəcəsi müqabilində borcalan faiz dərəcəsi riskini üzərinə götürür: faizlərin gələcəkdə yüksəlməsi riski. Gəlir əyrisinin tərsinə çevrildiyi hallarda, üzən faiz dərəcələri ilə borclanmanın dəyəri əslində daha yüksək ola bilər, lakin əksər hallarda kreditorlar uzunmüddətli sabit faiz dərəcəsi kreditləri üçün daha yüksək dərəcələr tələb edirlər, çünki onlar faiz dərəcəsi riskini daşıyırlar (dərəcənin aşağı düşməsi riski). yüksəlir və onlar başqa cür ola biləcəklərindən daha az faiz gəliri alacaqlar). Üzən faiz dərəcəsi ilə kreditlər əsasən hüquqi şəxslərə verilir.
Texniki əvəzetmənin marjinal dərəcəsi
Texniki əvəzetmənin marjinal dərəcəsi (MRTS, ing. Marginal Rate of Technical Substitution) — iqtisadiyyatda istifadə olunan istehsal amillərinin bir-birini əvəz etmə qabiliyyətinin ölçüsü, hasilatın dəyişməz qalması üçün amillərdən birinin neçə vahid azaldıla biləcəyini, digərini isə bir amil artıra biləcəyini göstərir. Y {\displaystyle Y} — çıxış olsun, x = ( x 1 , . . . , x n ) {\displaystyle x=(x_{1},...,x_{n})} — isə hasilatı təyin edən istehsal amilləri toplusu olsun. Sonra iki istehsal amili üçün x i , x j {\displaystyle x_{i},x_{j}} , x i {\displaystyle x_{i}} amilinin x i {\displaystyle x_{i}} faktoru ilə əvəzlənməsinin marjinal dərəcəsi belə müəyyən edilir: M R T S x i x j = − d x j d x i | Y = c o n s t {\displaystyle MRTS_{x_{i}x_{j}}=-{\frac {dx_{j}}{dx_{i}}}|_{Y=const}} Həndəsi olaraq, MRTS verilmiş nöqtədə izokvant xəttinə toxunan mailliyidir (əyilmə bucağının tangensi). Bəzi istehsal funksiyası Y = F ( x 1 , . . .
APİ dərəcəsi
APİ dərəcəsi — neft mayesinin su ilə nə qədər ağır və ya yüngül olduğunu göstərən ölçüdür: onun API dərəcəsi 10-dan çox olarsa, o, daha yüngüldür və su üzərində üzür; 10-dan azdırsa, daha ağırdır və batır. Beləliklə, API çəkisi neft mayesinin sıxlığının suya nisbətən tərs ölçüsüdür (həmçinin xüsusi çəkisi kimi tanınır). Neft mayelərinin sıxlığını müqayisə etmək üçün istifadə olunur. Məsələn, bir neft mayesi digərindən daha az sıxdırsa, daha böyük API çəkisi var. 1916-cı ildə ABŞ Milli Standartlar Bürosu 1768-ci ildə Fransada hazırlanmış Baume şkalasını sudan daha az sıx olan mayelərin xüsusi çəkisini ölçmək üçün ABŞ standartı kimi qəbul etdi.
İkinci dərəcəli mənbə
İkinci dərəcəli mənbə — ilkin olaraq başqa yerdə təqdim edilən məlumatla əlaqəli sənəd və ya qeyddir. İkinci dərəcəli mənbə müzakirə olunan məlumatın orijinal mənbəyi olan əsas mənbə ilə ziddiyyət təşkil edir. İlkin mənbə vəziyyət haqqında bilavasitə məlumatı olan şəxs və ya belə bir şəxs tərəfindən yaradılmış sənəd ola bilər. İkinci dərəcəli mənbə, ilkin mənbə haqqında məlumat verən mənbədir. Bu mənbədə ilkin məlumatlar seçilir, dəyişdirilir və uyğun formatda düzülür. İkinci dərəcəli mənbələr ilkin məlumatın ümumiləşdirilməsini, təhlilini, şərhini və ya qiymətləndirilməsini əhatə edir. Hər hansı bir mənbə üçün ən dəqiq təsnifat həmişə aydın deyil. İbtidai və ikinci dərəcəli terminlər nisbi terminlərdir və bəzi mənbələr istifadə olunma üsulundan asılı olaraq əsas və ya ikinci dərəcəli kimi təsnif edilə bilər. Üçüncü səviyyə, məsələn, ensiklopediya və ya lüğət kimi üçüncü mənbə ikinci dərəcəli mənbəyə bənzəyir, çünki o, təhlili ehtiva edir, lakin mövzuya geniş giriş icmalı təqdim etməyə çalışır. Məlumat müxtəlif obyektlərdən götürülə bilər, lakin bu təsnifat sistemi yalnız simvolik mənbələr adlanan mənbələr sinfi üçün faydalıdır.

Digər lüğətlərdə