Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İfritə
İfritə — folklora və xalq xürafatlarına görə, iblislə ittifaq bağlamış cadugər qadın. İfritələrə inam xüsusilə orta əsrlərdə yayılmışdır. XV–XVII əsrdə baş vermiş ifritələrin ovu ilə əlaqədar "İfritələrin gürzü" kodeksi buraxılmışdır. Ehtimal edilmişdir ki, ifritələr cin-şəyatinlə ünsiyyət üçün gecə məclislərinə (şabaşlara) süpürgə, keçi və ya donuz üstündə uçuşub gəlirdilər. Habelə hesab edilmişdir ki, ifritələr təqvim bayramları zamanda (məsələn, Valpurgiya gecəsində) xüsusilə təhlükəlidirlər. İfritələr haqqında təsəvvürlər təsviri sənətdə (Hans Baldunq) və ədəbiyyatda (Vilyam Şekspir, Nikolay Qoqol) var. == Kaftar == Türk və fars mədəniyyətində iştirak edən bir cadugər fiqurudur. İnanışa görə Kaftar, buynuzlu bir qadın görünüşündədir. Cadu edər, ölüləri məzardan çıxarıb aparır. Çirkin bir görünüşü vardır.
Girdə
Girdə — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Girdə Ağsu rayonunun Gürcüvan inzibati ərazi vahidində kənd. Dağ yaylasındadır. Kənd yaxınlığındakı Girdə dağın adı ilə adlandırılmışdır.
Misirdə ekoturizm
Ekoturizmə bir çox ölkələr təbiəti mühafizə proqramlarının maliyyələşdirilməsi, kənd əhalisinin həyat səviyyəsinin yüksəldilməsi, əhalinin vəhşi təbiəti qoruyub saxlamaq istəyinin artırılması vasitəsi kimi baxır. Afrikada Dəniz turizminin əsas mərkəzləri Qırmızı dəniz sahilində, Misir, İordaniya və İsrail ərazisində yerləşir. Burada mərcanların 100-ə yaxın, balıqların isə 1000-ə yaxın növləri vardır. Afrika ölkələrindən turizm yalnız şimalda, Misirdə inkişaf etdirilir. Misirdə Şarm-əl- Şeyx və yaxınlıqda yerləşən Naama buxtası Qırmızı dənizin sualtı aləminin əsas öyrənilmə mərkəzləridir. Şarm-əl- Şeyxdən cənubdasahəsi 110 km2olan və kiçik buxtalar, qumlu dyunlar və dənizsahili ərazilər labirinti olan Ras-Məhəmməd Milli Parkı yerləşir. == Şarm-əl- Şeyx == Şarm əl şeyx Qırmızı dənizə uzanan Sina yarımadasının tam cənub hissəsində yerləşir. Qırmızı dənizin sahilində yerləşən Misirin dünyaca məşhur tətil ərazisi,qızıl rəngində qumlu çimərlikləri ,Kristal təmizliyində dəniz sualrı , zəngin sualtı yaşamı və mərcan rifləriylə təbiətin göz önünə sərdiyi gözoxşayan bir təbiət .“City of Peace” yəni sülh şəhəri kimi də tanınan Şarm-əl- Şeyxdə həyat turizm üzərində qurulub .Günəşin 12 ay ərzində öz şüalarını əskik etmədiyi Şarm-əl-Şeyx , dəniz , günəş və qum üçlüyünü sevən turistlər üçün tam bir cənnətdir . Lacivərt rəngli qırmızı dənizin bütün gözəlliklərini özündə əks etdirən bənövşəyi dağlar arasında qurulmuş bu tətil bölgəsində qış ayalrında belə çimərlikdən istifadə etmək mümkündür.Dörd fəslin dördündə də iqlimin tətil üçün əlverişli olması , dəniz suyunun temperaturunun 20 dərəcədən aşağı düşməməsi və Avropa ölkələrinə olan yaxınlığı səbəbi ilə son illərdə ulduzu parlayan tətil bölgəsidir . Dənizin gözəlliyi , özünəməxsus görünüşü səbəbi ilə bir cazibə mərkəzinə çevrilmişdir .
Misirdə siyasət
Misir Ərəb Respublikası çoxpartiyalı demokratik bir sistemlə idarə olunmaqdadır. Konstitusiyası 1971-ci il referendum ilə təsdiqlənmişdir. == İcraedici orqan == Ölkənin rəhbəri prezidentdir. Konstitusiyaya görə prezident 6 ildən bir seçilməli idi və bu müddət limitsiz də ola bilərdi.Prezident bir və ya daha çox vitse prezident, baş naziri, nazirləri, mülki və hərbi rəsmiləri, diplomatik nümayəndələri təyin edə və ya çıxara bilərdi. O ali baş komandandır. Onun əfv etmə və məhkəmə hökmünü azaltmaq hüququ vardır. O referendum çağıra bilərdi. Xalq Assambleyasını təsdiq edə bilərdi, ancaq yalnız müəyyən edilmiş vaxt üçün fərmanları çap etməyə hüququn qüvvəsi vardır. Məhkəmə qurumunun Ali Şurasına rəhbərlik edirdi. Xalq Assembliyası yalnız referendum və ya hərbi vəziyyətdə buraxa bilərdi.
Misirdə xristianlıq
Ərəb sözü olan kopt yunan mənşəlidir. Koptlar özlərini ilk misir xristianların nəslindən hesab edirlər. Misirdə xristianlığın yaranma yeri İskəndəriyyə hesab olunur. Bu şəhərdən başlayaraq rahibə icmaları şəklində bütün ölkəyə sürətlə yayılmışdı. Koptların fikrincə, İsa peyğəmbərə insani deyil, yalnız ilahi xüsusiyyətlər məxsusdur. Kopt kilsəsinin başında patriarx dayanır. Onun iqamətgahı İskəndəriyyədə yerləşir. Dini fanatizmdə müsəlmanlardan geri qalmırlar. Xristian dinini seçənlərin sayında artım özünü göstərir bu da kilsələrə gedən əhalinin sayını təbii olaraq artırır. Onların dini ayinləri pravoslav ənənələrinə bənzəyir.
Girdə (Nəmin)
Girdə (fars. گرده‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 379 nəfər yaşayır (103 ailə).
Girdə evkalipt
Girdə evkalipt (lat. Eucalyptus globulus) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii halda Avstraliyanın Viktoriya, Yeni Cənubi Uels ştatları, Tasmaniya, Yeni Zelandiya, Cənubi Amerika, Kaliforniya və Çinin cənubunda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 70 m-ə çatan, bozumtul və ya mavi-ağ rəngli, hamar gövdəli ağacdır. Gövdənin aşağı hissəsi istisna olmaqla qalan hissəsində qabığı uzun, nazik, lentşəkilli qopub tökülür. Cavan zoğlarında yarpaqlar üzbəüz, oturaq, boz və ya külvari-ağ rəngli, ürək və ya yumurtavari formalı, ucu daralmış olub, 7-16 sm uzunluqdadır. Yetkin yarpaqları isə növbəli düzülüşlü, saplaqlı və dərivari, cavan yarpaqlardan iki dəfə qalın və dörd dəfə uzundur. Rəngi tünd yaşıl olub, neştərvari və ya qılıncvari, 15-30 sm uzunluqda və 3-4 sm enindədir. Ağımtıl və ya qırmızı çiçəkləri tək və ya 2-3-ü bir yerdə olmaqla, oturaq və ya qısa ayaqcıq üzərində yerləşir. Çiçək yatağı və qapağı tükcüklü, üzəri mavi-ağ rəngli, muma oxşar təbəqə ilə örtülüdür.
Girdə hil
Girdə hil (lat. Amomum globosum) - hil cinsinə aid bitki növü.
Girdə topalaq
Girdə topalaq (lat. Cyperus rotundus) - topalaq cinsinə aid bitki növü. == Sinonim == Chlorocyperus rotundus (L.) Palla Chlorocyperus salaamensis Palla Cyperus agrestis Willd. ex Spreng. & Link Cyperus arabicus Ehrenb. ex Boeckeler Cyperus badius var. inconspicuus (Nyman) Nyman Cyperus bicolor Vahl Cyperus bifax C.B.Clarke Cyperus bulbosostoloniferus Miq. Cyperus comosus Sm. Cyperus disruptus C.B.Clarke Cyperus elongatus Sieber ex Kunth Cyperus herbicavus Melliss Cyperus hexastachyos Rottb. Cyperus hildra Poir.
Girdə xul
Girdə xul (lat. Neogobius melanostomus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin xul cinsinə aid heyvan növü. Başqa növlərdən bədəninin xarakter quruluşuna görə fərqlənir. == Morfoloji əlamətləri == Baş və bədəni dəyirmi və bir qədər qısaldılmış formadadır. Dodaqları bir qədər ətli formadadır. Alnının eni gözünün diametrinə bərabərdir. Ağzı kiçikdir və gözün ön kənarına qədər çatmır. Qarun üzgəci anusa qədər çatır. Birinci bel üzgəcində böyük qara ləkə olur. Burnu kütdür.
Girdə zəravənd
Girdə zəravənd (lat. Aristolochia rotunda) — zəravəndkimilər fəsiləsinin zəravənd cinsinə aid bitki növü.
Milli Firqə
Milli Firqə ( azərb. Milli Partiya‎ krımtat. Milliy Fırqa) - Krım yarımadasında fəaliyyət göstərmiş Krım tatarlarının siyasi partiyası. == Haqqında == Milli Firqə 1912-ci ildə Çar Rusiyası zamanı qurulmuşdur. Krım türklərinin Rusiya müstəmləkəçiliyindən qurtulmaq, siyasi və kültürəl haqlarını geri qazanmaq və vətənlərində müstəqil yaşamaq məqsədilə Noman Çələbi Cihan tərəfindən qurulmuşdur. Hökumətə müxalif siyasi xətt izləmişdir. Partiya mənsubları 1918-ci ildə bolşeviklər ilə silahlı mübarizəyə girsə də, sonda məğlub olmuşdur. Partiya sədri Noman Çələbi Cihanın öldürülməsindən sonra partiya dağıdıldı və bir çox üzvü həbs edildi. Bəzi partiya mənsubları 18 oktyabr 1921-ci ildə qurulan Krım Muxtar Sovet Sosialist Respublikası hökumətində yer almağa başladılar.
İfadə (Riyaziyyat)
Hər hansı bir dəyərə bərabərlənməmiş ya da bir dəyərlə sərhəd qoyulmamış riyazi fikrə ifadə deyilir. İfadələr sabitlərdən, dəyişənlərdən, əməliyyatlardan, funksiyalardan və digər riyazi simvollardan ibarət ola bilər . Ən sadə ifadə formalarından biri yazıla bilər: 0 + 0 {\displaystyle 0+0} Aşağıdakı kompleks ədəd də bir ifadədir: f ( a ) + ∑ k = 1 n 1 k ! d k d t k | t = 0 f ( u ( t ) ) + ∫ 0 1 ( 1 − t ) n n ! d n + 1 d t n + 1 f ( u ( t ) ) d t . {\displaystyle f(a)+\sum _{k=1}^{n}\left.{\frac {1}{k!}}{\frac {d^{k}}{dt^{k}}}\right|_{t=0}f(u(t))+\int _{0}^{1}{\frac {(1-t)^{n}}{n!}}{\frac {d^{n+1}}{dt^{n+1}}}f(u(t))\,dt.} Xətti ifadə: 8 x − 5 {\displaystyle 8x-5} . İkinci dərəcəli ifadə: 7 x 2 + 4 x − 10 {\displaystyle 7{{x}^{2}}+4x-10} . Rasional ifadə : x − 1 x 2 + 12 {\displaystyle {\frac {x-1}{{{x}^{2}}+12}}} . x + 3 * y = 6 bir ifadə deyil, bir bərabərlikdir. x + 3 * y <6 bir ifadə deyil, bərabərsizlikdir.
İfadə azadlığı
Söz azadlığı, bəzən ifadə azadlığı kimi qeyd olunur — bir düşüncənin, inancın, qənaətin, davranışın və ya duyğunun hər hansı zorakılıq olmadan bəyan edilməsi, yaxud xarici aləmə ifadə edilməsidir.1948-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilən Ümumdünya insan hüquqları bəyannaməsinin 19-cu maddəsində qeyd olunur ki, "Hər bir insanın öz fikrini sərbəst ifadə etmək hüququnu var".1950-ci ildə Avropa Şurası tərəfindən qəbul edilən Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsində qeyd olunur ki, "Hər bir insan öz fikrini ifadə etmək hüququna malikdir. Bu hüquqa öz fikrinə tərəfdar çıxmaq, dövlət orqanları tərəfindən maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq məlumatları almaq və yaymaq azadlığı daxildir".
Əlaqəli ifadə
Əlaqəli ifadə – iki, yaxud bir neçə əlaqəni tutuşdurmaq üçün əlaqə (münasibət) operatorlarının (məsələn, “kiçikdir”, yaxud “böyükdür”) istifadə olunduğu ifadə. Əlaqəli ifadənin nəticəsi Bul kəmiyyəti (doğru/yalan) olur. Bax: BOOLEAN, RELATIONAL OPERATOR. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Adam içində (veriliş)
Adam içində — ANS TV-də yayımlanmış veriliş. == Verliş haqqında == Verilişin ilk qonaqları bəstəkarlar Nailə Mirməmmədli, Elçin İmanov, bəstəkar-müğənni Elza Seyidcahan və cazmen Cavan Zeynallı olub. 2 saat davam edən proqramın ilk mövzusu "müğənnilik sənəti" olub. 2 saat ərzində övladlarını müğənni görmək istəyən analar və müğənnilik arzusu ilə yaşayan gənclər müzakirə olunub. "Adam içində" proqramı həftə içi hər gün 2 saat, 17:00–19:00 arası birbaşa efirdə olub. Verilişin prodüserləri telejurnalist Afət Rahilqızı və teleprodüser Şahin Əhədovdur. "Adam içində" verilişi sosial tok-şou xarakterlidir. Verilişdə əsasən sosial, ailə münaqişələri, şou-biznes, mistik və gündəmdə olan məsələlər, fövqəladə hadisələr müzakirə edilir. "Adam içində" hər mövzuya uyğun tanınmış qonaqlar və ekspertlər də dəvət olunur. Prodüseri Şahin Əhədov olan, sözügedən verilişin aparıcısı isə Elgiz Əkbərdir.
Antik Misirdə fəlsəfə
Lamia, qədim yunan mifologiyasında Liviya kraliçası və ya şahzadəsi və Zevsin sevgililərindən biridir. Zevs ilə birlikdə olduqlarına görə Heranın qəzəbinə tuş gəlmiş və vəhşiləşərək öz övladlarını öldürdüyünə görə digər qadınların da, uşaqlarına düşmən olmuşdur. Həmçinin qısqanc Hera, Lamianın gözlərini bağlanmaz bir vəziyyətə gətirərək lənətləmiş və öldürmüş olduğu uşaqlarını mütəmadi olaraq görməsini təmin etmişdir. Ancaq Zevs Lamianın bu halına dözə bilməmiş, onu əvvəlki vəziyyətinə qaytarmış və istifadə etməsi üçün ona xüsusi bir qabiliyyət bəxş edir. Beləliklə yatmasa belə, müvəqqəti də olsa bəxtsizliyinin bəxş etdiyi acıları unuda bilmək üçün gözlərini istədiyi zaman çıxarda bilərdi. Uşaqlarını itirdikdən sonra qəzəbinə görə digər insanlardan qisas almaq məqsədi ilə digər qadınların uşaqlarını oğurlayıb onların qanlarını içir. Əslində bir qaraçı tərəfindən qaraçının arzusunu yerinə yetirməsi üçün çağırılır. Bunun üçün bir şəxsin hər hansı bir əşyasını götürərək onu lənətləyir və Lamianın həmin əşyanı almağa gəlməsini gözləməyə başlayırlar. Lamia həmin əşyanın sahibini də, özü ilə əbədi cəhənnəmə aparır. Bu lənətdən xilas olmağın yeganə yolu həmin lənətlənmiş əşyanın üç gün müddətində kiməsə verilməsidir.
Dövlət içində dövlət
Dövlət içində dövlət — ölkədə hərbi qüvvələr, kəşfiyyat mərkəzləri və polis kimi daxili qüvvələrin ("Dərin dövlət") sivil hakimiyyətə tabe olmadığı siyasi vəziyyətdir. Digər siyasi terminlər kimi bu termin də yunan dilindən törəyib. (κράτος εν κράτει, kratos en kratei, latın dilinə imperioda imperium və ya statuda status kimi keçib) == "Dövlət içində dövlət" hesab edilənlərin siyahısı == == İstinadlar == == Xarici keçidlər == Fransa'da yeni tartışma 'derin devlet': Kavramın çıkış yeri Türkiye mi?
Misirdə iyul inqilabı
Misirdə iyul inqilabı (ərəb. ثورة 23 يوليو 1952‎, həmçinin 1952-ci il çevrilişi (ərəb. إنقلاب 23 يوليو 1952‎ kimi də tanınır) — 23 iyul 1952-ci ildə Məhəmməd Naqib və Camal Əbdül Nasirin rəhbərlik etdiyi bir qrup ordu zabitinin cəmləşdiyi Azad Zabitlər Hərəkatı tərəfindən həyata keçirilmiş hərbi çevriliş. İnqilab əvvəlcə Kral Farukun taxtdan salınmasına yönəlmişdi. Miles Kopeland və Kermit Roseveltə görə, çevriliş Misirdə siyasi hakimiyətinn başına Amerika tərəfdarı olacaq yeni liderin gəlməsini hədəfləyən "Fat Fukker" əməliyyatının bir hissəsi idi.Bununla belə inqilab daha böyük siyasi nəticələrə gətirib çıxardı. Qısa müddətdə Misir və Sudanda konstitusiya monarxiya ləğv edildi. Aristokratiya sıradan çıxarıldı. Respublika quruldu, ölkədəki ingilis işğalına son qoyuldu və Sudanın müstəqilliyini təmin etmək üçün hərəkat genişləndi (o dövrdə Sudan İngiltərə-Misir müştərək olaraq idarə olunurdu). İnqilabçı hökumət əsasən ərəb millətçiliyi və beynəlxalq birliklərə qoşulmamaqla siyasi mövqeni ifadə edən qatı millətçi, anti-imperialist sistem qurdu. İnqilabın ilk müvəffəqiyyətləri, Avropa imperiyalarına qarşı müstəmləkəçi üsyanların olduğu Əlcəzair kimi digər ərəb və Afrika ölkələrindəki çoxsaylı digər millətçi hərəkatları təşviq etdi.
Od İçində (1978)
== Məzmun == Filmin mərkəzində 1919-cu ildə Azərbaycanın cənub rayonlarında — Muğan və Lənkəranda baş verən dramatik hadisələr durur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Əhmədağa Muğanlı Quruluşçu rejissor: Şamil Mahmudbəyov Quruluşçu operator: Teyyub Axundov Quruluşçu rəssam: Kamil Nəcəfzadə Bəstəkar: Emin Sabitoğlu Səs operatoru: Ağahüseyn Kərimov Rejissor: Tofiq Məmmədov Operator: Vaqif Muradov Qrim rəssamı: V.Arapov Geyim rəssamı: Fikrət Ələkbərov Quraşdırılmış səhnələrin operatoru: Ramiz Babayev Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev Rejissor assistenti: X.Şirinov, C.Məmmədov, Nadir Əzməmmədov Operator assistenti: A.Əliyev Məsləhətçi: Məcid Katibli (tarix elmləri namizədi) Redaktor: İsa Hüseynov Çalır: Ümumittifaq Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri Dirijor: V.Vasilyev Filmin direktoru: Əli Məmmədov === Rollarda === Yaşar Nuri — Əjdər Viktor Kosıx — Andrey Hacı Xəlilov — Tarıqulu Səməndər Rzayev — Tomar bəy Nikolay Barmin — Arsen İvan Kosıx — Yasovul Hamlet Xanızadə — Rizvan Boris Rudnev — Ulyantsev Alla Panova — Tatyana Anatoli Falkoviç — İlyaşeviç Yuri Sorokin — Suxorukov Muxtar Maniyev — Xoşev Kazım Nəcəfov — Talıb Dadaş Kazımov — Qasım Mübariz Əlixanoğlu — Hüseyn Yalçın Rzazadə — Əmir Tomar Məmməd Sadıqov (Məmməd Sadıxov kimi) — dərviş Fikrət Məmmədov — zabit Xanlar Muradov — Jandarm Nadir Əzməmmədov B.Rzayev Valeri Kovtun G.Qurbanova İ.Kaşileviç V.Kondraşev V.Marianbey Y.Ustinoviç Ələddin Abbasov — mirzə Sadıq Həsənzadə — kəndli Gümrah Rəhimov — bolşevik === Filmi səsləndirənlər === Əliabbas Qədirov — Mirzə (Ələddin Abbasov) (titrlərdə yoxdur) Kamal Xudaverdiyev — İlyaşeviç (Anatoli Falkoviç) (titrlərdə yoxdur) Həsən Əbluc — Əmir Tomar (Yalçın Rzazadə) (titrlərdə yoxdur) Əzizağa Qasımov — Yasovul (İvan Kosıx) (titrlərdə yoxdur) Yusif Vəliyev — Arsen (Nikolay Barmin) (titrlərdə yoxdur) Ramiz Məlikov — Andrey (Viktor Kosıx) (titrlərdə yoxdur) Əminə Yusifqızı — Tatyana (Alla Panova) (titrlərdə yoxdur) Sofa Bəsirzadə — Arsenin arvadı (titrlərdə yoxdur) Şahmar Ələkbərov — Ulyantsev (Boris Rudnev) ; kadrarxası mətn (titrlərdə yoxdur) Həsən Məmmədov — Suxorukov (Yuri Sorokin) (titrlərdə yoxdur) Hüseynağa Sadıqov — Dərviş (Məmməd Sadıqov) (titrlərdə yoxdur) Həsənağa Turabov — Xoşev (Muxtar Maniyev) (titrlərdə yoxdur) == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 32; 257. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Qədim Misirdə fəlsəfə
Misirin həyat damarı olan Nil çayı Mərkəzi Afrikada yerləşən böyük göllərdən başlayır. Çay 700 km məsafədə dərin vadi ilə axaraq Aralıq dənizinə tökülür. Dənizə töküldüyü yerdə Nil qollara ayrılaraq delta əmələ gətirir. Yuxarı hissələrdən başlayaraq dənizədək Nil vadisində və deltasında qədim Misir yerləşirdi. Rus dilində Misirə Eqipet (Eгипeт) deyirlər. Bəzi tədqiqatçıların fikrin­cə, «Eqipet» sözü qədim yunan sözü olan «Ayqyuptos» sözündən əmələ gəlmişdir. Misirlilər özləri ölkələrini torpaqlarının rənginə uyğun olaraq «Ta Kemet»– «Qara torpaq» adlandırırdılar. Herodota görə, «Misir Nilin töhfəsidir». Çünki Nilsiz Misiri təsəvvür etmək qeyri–mümkündür. Nil vadisini əhatə edən dağlar da müxtəlif daş növləri ilə zəngin idi.
İfritə Meymunə (1992)
== Məzmun == Mövzusu "Min bir gecə" nağıllarından götürülmüş bu filmdə məhəbbətin gücündən, bütün çətinliyə qalib gəlməsindən danışılır. == Film haqqında == Film Belarus Animasiya Mərkəzinin sifarişi ilə çəkilmişdir.
İçərdə (teleserial, 2016)
İçerde
İzmirdə Yunanıstan desantı
İzmirdə Yunanıstan desantı (yun. Ελληνική απόβαση στη Σμύρνη) — Yunanıstan qüvvələri tərəfindən 15 may 1919-cu ildə başladılan, İzmir şəhəri və ətraf ərazilərə desant qoşunlarının daxil edildiyi hərbi əməliyyat. Antanta gücləri əməliyyatın planlaşdırılmasına icazə vermiş və ona nəzarət etmişdir. Onlar öz qüvvələrini bəzi əsas yerləri ələ keçirməyə yönəltməklə və döyüş gəmilərini İzmir limanına köçürməklə əməliyyatın gedişatına kömək etmişdir. Eniş zamanı Yunanıstan 1/38 Evzon alayına atəş açılmış, Yunanıstan qoşunları və İzmir yunanlarının iştirakı ilə şəhərdə əhəmiyyətli dərəcədə zorakılıq halları baş tutmuşdur. Bu, İzmirin Yunanıstan tərəfindən işğalına gətirib çıxaran əhəmiyyətli bir hadisə idi. İşğal üç il davam etmişdir və Türkiyə–Yunanıstan müharibəsi (1919–1922) üçün əsas qığılcım olmuşdur. == Zəmin == Birinci Dünya müharibəsinin (1914–1918) sonunda və Birinci Dünya müharibəsində Orta Şərq cəbhəsində döyüşləri sona çatdıran Mudros barışığı ilə Antanta dövlətləri Osmanlı imperiyasının parçalanmasına yönəlmiş bir sıra sülh danışıqlarına başlamışdılar. 1919-cu ildə Paris Sülh Konfransı zamanı İtaliya qoşunları Anadoluya eniş edərək Antalyanı ələ keçirmiş və İzmirə doğru hərəkət etməyə başlamışdılar. İtalyanlar digər məsələlərə etiraz olaraq iclası tərk etmiş, bu zaman Britaniya Baş naziri Devid Lloyd Corc və Yunanıstanın Baş naziri Elefterios Venizelos sülh danışıqlarında xristian əhalinin birbaşa təhlükə altında olduğunu iddia edərək Fransa və ABŞ-ni Yunanıstanın mərkəzi İzmirdə olan Aydın vilayətinin ələ keçirməsini dəstəkləməyə inandırmaq üçün uydurulmuş hesabat irəli sürmüşdülər.
Böyük girdə əzələ
== Həmçinin bax ==
FIDE
FİDE (fr. Fédération Internationale des Échecs, FIDE) — beynəlxalq şahmat federasiyası, idman təşkilatı. Şahmatın inkişafı və populyarlaşması ilə məşğul olur. Əsası 1924-cü ilin 20 iyulunda Parisdə qoyulmuşdur. 158 milli federasiya, o cümlədən Azərbaycan Şahmat Federasiyası FİDE-nin üzvüdür (2011). Bayrağı, himni və devizi (“Gens una sumus” –“Biz hamımız bir ailəyik”) vardır. 1980 ildən YUNESKO-nun üzvüdür. Mənzil qərargahı Afinadadır. Rəsmi dilləri: fransız, rus, ingilis, alman və ispan. FİDE kişilər və qadınlar arasında dünya və Avropa çempionatları (şəxsi və komanda), Ümumdünya şahmat olimpiadaları (1927 ildən kişilər və 1957 ildən qadınlar arasında) və başqa böyük yarışlar keçirir.