1. Anlatma, izah etmə, aydın və açıq söyləmə, demə, izhar etmə; izah, şərh, bəyan. Yazılı ifadə (yazı ilə bildirmə). Şifahi ifadə (ağızdan anlatma). İfadə tərzi.
□ İfadə etmək – demək, söyləmək, izhar etmək, bildirmək, anlatmaq. Halını ifadə etmək. Fikrini ifadə etmək.
İfadə olunmaq – söylənmək, deyilmək, izah edilmək.
2. Bir şeyin xarici təzahürünü, inikasını təşkil edən şey. Qiymət dəyərin pulla ifadəsidir. Hörmət ifadəsi. Səmimiyyət ifadəsi.
3. dilç. Söz, söz birləşməsi; ibarə, fraza. Frazeoloji ifadə. İdiomatik ifadə. İfadələr lüğəti. Anlaşılmaz ifadə. Obrazlı ifadə.
4. Şagirdlərin öz sözləri ilə yazdıqları mətn. İfadə yazmaq.
5. hüq. Məhkəmədə məsələni aydınlaşdırmaq üçün şahidin sorğu-suala verdiyi şifahi və ya yazılı cavabı; məlumat, izahat.
□ İfadə almaq – şahidi və ya müttəhimi dindirmək.
İfadə vermək – məhkəmədə şahidlik etmək, sorğusuala şifahi və ya yazılı cavab vermək.
6. İnsanın daxili halını əks etdirən əlamət (üzdə, gözdə və s.-də). Üzünün ifadəsi. Gözlərinin ifadəsi.