Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İnkalar
İnk imperiyası — Cənubi Amerikanın And dağlarında yaranan ən böyük imperatorluq olmuşdur. İnklərin imperatorluğu və sivilizasiyası 1438-ci ildən 1533-ci ilədək indiki Peru, Ekvador, Boliviya, Cənubi Kolumbiya, Çilinin şimal ilə orta bölümləri, və şimal-qərbi Argentina da yerləşib. Paytaxtı Kusko adlanıb. İnklərin əhalisi 1438-dən 1533-ci ilə qədər 12.000.000 nəfərdən 20.000.000 nəfərə və ərazisi 800.000 km²-dən 2.000.000 km²-ə qədər olmuşdur. İnklərin bir çox həyat aspektləri sirr olaraq qalır, buna səbəb isə onlar haqqında bütün məlumatların ispan fatehləri tərəfindən bildirilməsindədir. İspanlar məhz onların sonunun gəlməsinə səbəb olmuşlar. Konkistador Fransisko Pissaro 1532-ci ildə cəmi bir neçə adamın köməkliyi ilə ink ordusunu məğlub etdi. Lakin İnk imperiyasına əsl zərbəni bundan 10 il əvvəl avropalı qəsbkarlar vurmuşlar. Onlar heç fərqində olmadan burada çiçək epidemiyasını yaymışlar və bu xəstəlik səbəbindən inklərin 90%-i həlak olmuşdu. Bir çoxları İnk imperiyasını avtoritar monarxiya adlandırdığı halda, bəzi tədqiqatçılar buranı ideal sosioloji dövlət hesab edirdilər.
İnkişaf
İnkişaf — müsbət mənada kəmiyyət-keyfiyyət dəyişikliyini nəzərdə tutan hərəkət. Adi hərəkətdən fərqli olaraq, inkişaf, dialektik mənada, daha üstün səviyəyə qalxmaqdır, təkmilləşməkdir.
İnqilab
İnqilab (ər. "çevriliş", "dəyişiklik"; lat. "revolutio" - "çevriliş", "dəyişiklik") — təbiətdə, cəmiyyətdə, təfəkkürdə əvvəlkinə nisbətən radikal, köklü, keyfiyyət dəyişiklikli keçid. İnqilab inkişafdakı keyfiyyət dəyişikliyidir. Bir qayda olaraq islahatların ya keçirilmədiyi və ya az keçirildiyi həlqələrdə baş verir.
İskilip
İskilip — Türkiyə Respublikasının Çorum ilində ilçə. Tarixi adları – İskila, Andrapa, Andrapolis, Blosium, Bloasium, Neoklavdiopolis, Neopolis, İmad, İskelib və Direklibeldir. İskilipin yazılı tarix baxımından sənədləşdirilən ilk əhali məlumatları 1576-cı ilə aiddir. Əldə edilən məlumatlara əsasən bu dövrdə şəhər və kənddə əhalinin sayı 46 210 nəfər olduğu təxmin edilir. İskilip tunc dövründən Roma, Səlcuqlar və Osmanlı dövrlərində əhəmiyyətli şəhərlərdən biri olmuş, bu əhəmiyyətini XX əsrin əvvəlində itirmişdir. Abdulhaluk Mehmet Çay Anadolunun ən köhnə məskunlaşma sahələrindən biridir. Çorumdan 55 km uzaqlda olub, Çorum-Kastamonu arasında yerləşir. Sahəsi 1 187 km²-dir. Dəniz səviyyəsindən 720 metr yüksəklikdədir. Əhali sıxlığı 45% olub, 51 855 nəfər sakini vardır.
İndila
Adila Sedraia (fr. Adila Sedraïa) və ya İndila (fr. Indila) (26 iyun 1984-cü il, Paris, Fransa) — Fransa müğənnisi və mahnı müəllifi. 24 fevral 2014-cü ildə yayımlanan Mini World albomundakı "Dernière Danse" mahnısı ilə Fransada ən yaxşı on sinql siyahısında ikinci sırada yer alır. İndila 26 iyun 1984-cü il-də Parisdə anadan olub. Musiqi karyerasına başlamamışdan əvvəl İndila, bir qəsəbədə turist rəhbəri olaraq fəaliyyət göstərmişdir. Məhz o zamanlardan musiqini çox sevdiyini, lakin buna vaxt ayıra bilmədiyini söyləmişdir. "Le Parisien" qəzetinə verdiyi müsahibədə İndila adının hind əsilli bir ad olduğunu söyləmişdir. Hind, əlcəzairli, kambocalı və misirli qanının daşıyıcısıdır.
Ağ inqilab
Ağ inqilab - İranda Məhəmməd Rza Pəhləvinin təşəbbüsü ilə keçirilən islahat. "Ağ inqilabın" əsasını torpaq islahatı təşkil edirdi. 1962 ilin yayında A.Əmini istefaya gedəndən sonra A.Aləm hökuməti şahın sərəncamı ilə 6 qanun layihəsi hazırlayır. 1) Bütün ölkədə torpaq islahatının keçirilməsi. 2)meşələrin milliləşdirilməsi. 3)torpaq islahatını maliyələşdirmək üçün dövlət zavodlarının və fabriklərinin satılması. 4)məclisə seçkilərin keçirilməsi qaydasının dəyişdirilməsi. 5)işçilərin müəssisələrin gəlirlərində iştirakı 6) Kənd yerlərində savadsızlıqla mübarizə üçün "Maarif korpusunun" yaradılması. Torpaq qanununa görə iri mülkədarlar ancaq, kənd təsərüfatı maşınlarının və muzdlu əməyin istifadəsi şərti ilə 500 hektara qədər torpaq öz mülkiyətində saxlaya bilərdi. Qalan torpaqlar torpaq fonduna daxil olurdu.
Beynəlxalq İnkişaf
Beynəlxalq inkişaf — Beynəlxalq inkişaf və ya qlobal inkişaf cəmiyyətlərin və ölkələrin beynəlxalq miqyasda fərqli "inkişaf" səviyyələrinə sahib olduğu fikrini ifadə edən geniş bir anlayışdır. İnkişaf etmiş ölkə, inkişaf etməkdə olan ölkələr və az inkişaf etmiş ölkə kimi beynəlxalq təsnifat və müxtəlif yollarla beynəlxalq inkişaf prosesləri ilə əlaqəli təcrübə və tədqiqat sahələri üçün əsasdır. Bununla birlikdə, bir ölkənin "inkişafını" təşkil edən dəqiq xüsusiyyətlər olan bir çox düşüncə və konvensiya məktəbi var. Tarixən beynəlxalq inkişaf tez-tez iqtisadi inkişafla sinonim tutulmuşdur. Son zamanlarda yazıçılar və alimlər, inkişafın insan inkişafının daha vahid və çox intizamlı mənada müzakirə edilməsinə başladılar. Digər əlaqəli anlayışlar, məsələn, rəqabət, həyat keyfiyyəti və ya subyektiv rifah. "Beynəlxalq inkişaf" sadə "inkişaf" anlayışından fərqlidir. Sonuncu, ən əsası, zamanla dəyişiklik ideyasını ifadə etsə də, beynəlxalq inkişaf praktikada, sənayedə və araşdırmada fərqli bir sahəyə istinad edilmişdir; universitet kurslarının və peşə kateqoriyalarının mövzusu. Bu, İkinci Dünya Müharibəsindən sonra yaranan iqtisadi inkişafa, yoxsulluğun azaldılmasına və əvvəllər müstəmləkə edilmiş ölkələrdə yaşayış şəraitinin yaxşılaşdırılmasına yönəlmiş bir sıra qurumlar ilə, xüsusən Bretton Vuds İnstitutları ilə sıx bağlıdır. Beynəlxalq ictimaiyyət, məsələn, Minilliyin İnkişaf Məqsədləri və Dayanıqlı İnkişaf Məqsədləri kimi kodlaşdırılmış inkişaf məqsədi daşıyır.
Davamlı inkişaf
Dayanıqlı inkişaf (ing. sustainable development) — hazırkı zamanın tələblərini ödəyən, lakin gələcək nəsillərin öz şəxsi tələbatlarını ödəməyi təhlükə altına qoymayan və bu zaman digər ölkələrin milli suverenliyinə təhlükə yaratmayan inkişaf. Ona iki əsas anlayış daxildir: tələbatlar anlayışı, xüsusi olaraq birinci dərəcəli prioritetlərin predmeti olmalı olan kasıb əhali təbəqəsinin mövcudluğu üçün lazım olan tələbatlar; məhdudiyyətlər anlayışı, ətraf mühitin indiki və gələcək tələbatları ödəmək bacarığına qoyulan, cəmiyyətin təşkili və texnologiyaların vəziyyəti ilə şərtlənən. Bu anlayış ilk dəfə KOSR-un "Bizim ümumi gələcəyimiz" (bax) məruzəsində yaranmışdır. BMT BA 42/186 və 42/187 qətnamələri ilə bu məruzə dayanıqlı inkişaf strategiyalarının reallaşması üçün rəhbər sənəd kimi bəyənmişdir. KOSR-da qəbul edilmiş Ətraf mühit və inkişaf üzrə Rio-deJaneyra Bəyannaməsi (bax) bütövlükdə dayanıqlı inkişaf konsepsiyasının reallaşması məqsədlərini açıqlayır və onun dövlət və dövlətlərarası siyasət səviyyəsinə keçməsi vacibliyini təsdiq edir. UNSED-ə hazırlığın gedişində BMT çərçivəsində dayanıqlı inkişaf üzrə xüsusi komissiyanın (bax) yaradılması vacibliyi haqda qarşılıqlı anlaşmaya nail olunmuşdur. XX əsrin sonunda insan təbiət münasibətlərinin tənzimləndiyi davamlı cəmiyyətə keçid haqqında bir çox təlim və konsepsiyalar yaradılmışdır. Hazırda dünya birliyi tərəfindən ən çox bəyənilən və tətbiq edilən inkişaf konsepsiyalarından biri "Davamlı inkişaf" ("Sustainable development") konsepsiyasıdır. Bu konsepsiyanın yaranması və qəbul edilməsi BMT-nin təbiəti mühafizə fəaliyyəti ilə əlaqədar olmuşdur.
Dayanıqlı inkişaf
Dayanıqlı inkişaf (ing. sustainable development) — hazırkı zamanın tələblərini ödəyən, lakin gələcək nəsillərin öz şəxsi tələbatlarını ödəməyi təhlükə altına qoymayan və bu zaman digər ölkələrin milli suverenliyinə təhlükə yaratmayan inkişaf. Ona iki əsas anlayış daxildir: tələbatlar anlayışı, xüsusi olaraq birinci dərəcəli prioritetlərin predmeti olmalı olan kasıb əhali təbəqəsinin mövcudluğu üçün lazım olan tələbatlar; məhdudiyyətlər anlayışı, ətraf mühitin indiki və gələcək tələbatları ödəmək bacarığına qoyulan, cəmiyyətin təşkili və texnologiyaların vəziyyəti ilə şərtlənən. Bu anlayış ilk dəfə KOSR-un "Bizim ümumi gələcəyimiz" (bax) məruzəsində yaranmışdır. BMT BA 42/186 və 42/187 qətnamələri ilə bu məruzə dayanıqlı inkişaf strategiyalarının reallaşması üçün rəhbər sənəd kimi bəyənmişdir. KOSR-da qəbul edilmiş Ətraf mühit və inkişaf üzrə Rio-deJaneyra Bəyannaməsi (bax) bütövlükdə dayanıqlı inkişaf konsepsiyasının reallaşması məqsədlərini açıqlayır və onun dövlət və dövlətlərarası siyasət səviyyəsinə keçməsi vacibliyini təsdiq edir. UNSED-ə hazırlığın gedişində BMT çərçivəsində dayanıqlı inkişaf üzrə xüsusi komissiyanın (bax) yaradılması vacibliyi haqda qarşılıqlı anlaşmaya nail olunmuşdur. XX əsrin sonunda insan təbiət münasibətlərinin tənzimləndiyi davamlı cəmiyyətə keçid haqqında bir çox təlim və konsepsiyalar yaradılmışdır. Hazırda dünya birliyi tərəfindən ən çox bəyənilən və tətbiq edilən inkişaf konsepsiyalarından biri "Davamlı inkişaf" ("Sustainable development") konsepsiyasıdır. Bu konsepsiyanın yaranması və qəbul edilməsi BMT-nin təbiəti mühafizə fəaliyyəti ilə əlaqədar olmuşdur.
Diplomatik İnqilab
Diplomatik İnqilab — 1756-cı ildə, Avropada o vaxta qədərki ittifaqların dağılaraq yenilərinin qurulması hadisəsi. İngiltərə — Fransa düşmənçiliyinin kökləri orta əsrlərə qədər gedib çıxır. XVIII əsrə gəlindiyində başda Amerika olmaq üzrə bir çox qitələrdə müstəmləkəçilik uğrunda yarışa başlayan bu iki ölkə arasında dəniz müharibələri baş verirdi, bu da qitədəki diplomatiyaya təsir edirdi. Avstriya parçalanmış halda olan alman dövlətlərini əlinin altında tutmağa çalışırdı və bunun üçün tarixi haqlarından istifadə edirdi. Yeni-yeni böyüməkdə olan Prussiya isə kiçik dövlətləri tutaraq Avstriyanın dominantlığını təhdid edirdi. Bu iki dövlətin mənafeləri Sileziyada toqquşanda isə diplomatiya çıxılmaz vəziyyətdə qaldı. İngiltərənin quru qoşunları Fransa ilə başa çıxa bilməzdi. Buna görə də İngiltərə qitədə böyük bir hərbi gücə sahib olan Avstriya ilə yaxınlaşdı. Avstriya bütün hərbi qüvvəsini Prussiya sərhədinə yığa bilmirdi, çünki qərbində Fransa təhdidi vardı. Fransa ilə Osmanlı arasındakı ittifaq da Osmanlının düşməni olan Avstriyanı sıxışdırmaqda idi.
Elmi inqilab
Elmi inqilab müasir elmin əsasını qoymuş, elm tarixinin erkən dövründən davam edən riyaziyyat, fizika, kosmologiya, biologiya, tibb və kimya sahələrində yaşanan düşüncə və doktrin inqilablarıdır . İntibah dövrü Avropada çiçəklənən dəyişmə bu gün də davam etməkdədir. Nikolay Kopernikin 1543-cü ildə yayımlanan göy kürələrinin hərəkətləri üzərinə adlı əsəri ilə Andreas Vezali tərəfindən yazılan De humani corporis fabrica elmi inqilabın başlanğıc nöqtəsi olaraq qəbul edilməkdədir. Grant, E. The Foundations of Modern Science in the Middle Ages: Their Religious, Institutional, and Intellectual Contexts. Cambridge Univ. Press. 1996. ISBN 0521567629. Hannam, James. The Genesis of Science.
Məxməri inqilab
Məxməri inqilab (çex. sametová revoluce) və ya Nəzakətli inqilab (slovak. nežná revolúcia) — Çexoslovakiyada 1989-cu ilin 17 noyabrından 29 dekabrına qədər baş verən dinc və qeyri-zorakı inqilab. Çexoslovakiya Kommunist Partiyasının tək partiya hökumətinə qarşı tələbə və digər populyar nümayişlər üstünlük təşkil edən inqilab, partiyanın ölkə üzrə nəzarətinin dağılmasına və sonrakı Çexiyanın parlament respublikasına çevrilməsinə gətirib çıxardı.
Narıncı inqilab
Narıncı inqilab — 2004-cü ilin noyabr-dekabr aylarında Ukrayna prezidentliyinə namizəd Viktor Yuşenkonun tərəfdarlarının digər namizəd Viktor Yanukoviçin qeyri-qanuni prezident elan edilməsinə qarşı keçirdikləri və kütləvi çıxış, mitinq, piket, tətil və digər vətəndaş itaətsizliyi ilə müşahidə edilən etiraz aksiyaları. Petro Narıncı İnqilabın iştirakçısı olub. O deyir ki, Maydan müqəddəsdir: “Bütün dünya Kiyevdəki Narıncı İnqilab haqda bilir. Ancaq indi hər şey əvvəlki vəziyyətə qayıdıb.
Nəğməli inqilab
Nəğməli inqilab (est. laulev revolutsioon; latış. dziesmotā revolūcija‎; lit. dainuojanti revoliucija; rus. Поющая революция) — Soyuq müharibənin sonunda Baltikyanı ölkələrin – Estoniya, Latviya və Litvanın Sovet İttifaqından ayrılaraq müstəqilliklərini bərpa etmələri ilə nəticələnən hadisələri bildirmək üçün istifadə olunan ifadə. Bu termin Estoniyalı fəal və rəssam Hayns Valk tərəfindən 1988-ci ildə iyunun 10-dan 11-nə keçən gecə Tallin Mahnı Festivalı Meydanında kortəbii surətdə baş tutan və mahnılarla müşayiət olunan kütləvi nümayişlərdən bir həftə sonra nəşr olunmuş məqalədə irəli sürülmüşdür. Sonralar hər üç ölkə 2004-cü ildə Avropa İttifaqı və NATO-ya üzv olur. İkinci Dünya müharibəsindən sonra Baltikyanı ölkələr əvvəlcə 1940-cı ildə, daha sonra isə 1944-cü ildə işğal və ilhaqdan sonra tam şəkildə SSRİ-nin tərkibinə daxil edildi. Mixail Qorbaçov 1985-ci ildə uğursuz Sovet iqtisadiyyatını stimullaşdırmaq və xüsusilə də istehlak malları, kooperativ biznesin liberallaşdırılması və xidmət iqtisadiyyatının genişləndirilməsi sahələrində məhsuldarlığı təşviq etmək ümidi ilə "qlasnost" (aşkarlıq) və "perestroyka" (yenidənqurma) siyasətini tətbiq etdi. Qlasnost islahatı Sovet İttifaqında siyasi azadlıqlara qoyulan məhdudiyyətləri ləğv etdi, hansı ki bu məhdudiyyətlər 1940-cı illərdə müharibə zamanı işğal edilən ərazilərdəki qeyri-rus xalqlarında problemlərə gətirib çıxarmışdı.
Permanent inqilab
Permanent inqilab — periferik və zəif inkişaf etmiş ölkələrdə inqilabi proseslərin inkişafı haqqında nəzəriyyə. Nəzəriyyə əvvəlcə Lev Trotski tərəfindən "Permanent inqilab" əsərində, habelə Ernest Mandel və digər marksist nəzəriyyəçilər (Maykl Levi, Cozef Hansen, Livio Maitan kimi trotskist müəlliflər) tərəfindən təklif edilmiş və daha da inkişaf etdirilmişdir. Л. Троцкий. Перманентная революция. Сборник. — М.: «Аст», 2005. Л. Троцкий. История русской революции: В 2 т. — М.: «Терра», «Республика», 1997. Перманентная революция от Маркса до Маркузе = Permanente Revolution von Marx bis Marcuse : сб.
Rəngli inqilab
Rəngli inqilab (ing. Colour revolution) — Dünya KİV-ləri tərəfindən Postsovet məkanı və Balkan yarımadasında erkən 2000-ci illərdə müxtəlif əlaqəli hərəkatları xarakterizə etmək üçün istifadə olunan termindir. Termin həmçinin Yaxın Şərq daxil olmaqla bir sıra başqa inqilablara da tətbiq edilmişdir.
Seksual inqilab
Seksual inqilab (ing. Sexual revolution) - 1960-1980-ci illərdə ABŞ-də sosial hərəkat. Termin ilk dəfə Vilhelm Rayx tərəfindən 20 əsrin əvvəllərində işlənmişdir, lakin bu anlayışla bağlı əsas hadisələr 60 illərin sonlarında 70 illərdə baş vermişdir. 20 əsrə qədər seksuallıqla bağlı anlayışlar dinlə bağlı idi. 1960-cı illərin sonlarında Amerikada və Fransada güclü seksual qurtuluş hərəkatı başladı. Müharibədən sonra doğulan nəsil, artıq köhnə mənəvi qaydalara tabe olmaq istəmirdi. Tibbdə yeni ixtiralar kontrasepsiyanı və abortları asanlaşdırdı. Amma "seksual inqilab" həm sosial etiraz forması idi. Özünü doğrultmayan və insanları fəlakətlərdə qurtara bilməyən köhnə mənəvi dəyərlər şübhə altına alınmağa başladı. Əslində bu proses həmin bu anlayışın ilk işlənməsi tarixindən başlamışdı 20 illərdən, bir az da irəliyə getsək, qadın və kişi bərabərliyi həmişə, xüsusi ilə burjua inqilabları dövründə, bu və ya digər dərəcədə, zamanın tələbinə uyğun həllini tələb edib.
Yaşıl İnqilab
Yaşıl inqilab termini ilk dəfə 1968-ci ildə ABŞ BİA-nın keçmiş direktoru Vilyam Qaudom tərəfindən daxil edilmişdi . Yaşıl inqilabın əsası 1943-cü ildə Meksikada hökumətin və Rokfeller Fondunun kənd təsərrüfatı proqramını irəli sürməsiylə qoyulmuşdu. 1951-1956-cı illər arasında Meksika özünü taxılla tamamilə təmin etdi və taxıl ixracına başladı. Bu illər arasında taxılın məhsuldarlığı 3 dəfədən çox artdı.
İnkişaf biologiyası
İnkişaf biologiyası — orqanizmin fərdi inkişaf (ontogenez) proseslərini öyrənən müasir biologiyanın bir qolu. Eyni zamanda, ontogenezin bütün mərhələləri öyrənilir: doğum anından ölüm anına qədər və ən ilkin (embrion və embrion öncəsi) mərhələlər. Ontogenezin ilkin mərhələləri də embriologiya ilə araşdırılır. İnkişaf biologiyasının spesifikliyi, formalaşdırıcı prosesləri dörd ölçüdə nəzərdən keçirməsindədir: təkcə məkanda deyil, həm də zaman içində. Müasir inkişaf biologiyası müxtəlif morfogenetik proseslərin molekulyar, biyokimyəvi və genetik mexanizmlərini intensiv şəkildə öyrənir, embrionların subcellular və hüceyrə təşkilatlarının xüsusiyyətlərini aktiv şəkildə öyrənir. Bir elm olaraq inkişaf biologiyası XX əsrin ortalarından başlayaraq molekulyar biologiya, embriologiya və genetika məlumatları əsasında formalaşmağa başladı. İnkişaf prosesinin müxtəlif aspektlərini molekulyar, hüceyrə, toxuma, orqan və orqanizm səviyyələrində araşdırır, ontogenez zamanı genetik məlumat proqramlarının həyata keçirilməsinin əsas problemlərini və fenotipik dəyişikliklərin molekulyar əsaslarını, hüceyrələrin və hüceyrə populyasiyalarının normal və şiş artımını həll edir. , morfogenez, hüceyrə, toxuma, orqan fərqliliyi, hüceyrə qarşılıqlı təsirləri, inkişafın bütövlüyünü təmin edən tənzimləmə mexanizmlərinin meydana çıxması və meydana gəlməsi. Tədqiqatın əsas istiqamətləri: Heyvanların inkişaf biologiyası. Bitki inkişafının biologiyası.
İnkişaf cəhənnəmi
İnkişaf cəhənnəmi və ya inkişaf ləngiməsi media və proqram təminatı (software) sənayəsində hər hansı bir layihənin, konsepsiyanın və ya ideanın uzun müddət inkişaf mərhələsində qalaraq tez-tez müxtəlif yaradıcı heyət, skript, oyun mühərriki və ya studiya dəyişdirməsini ifadə etmək üçün işlədilən jarqonudur. İnkişaf cəhənnəmindəki layihələr əslində çox iddialı məqsədlərə malikdir və gecikdirilməsində məqsəd həmin nailiyyətlərə çatmaq üçün uyğun vaxtın, texnologiyanın və ya şəraitin gözlənilməsidir. İstehsal cəhənnəmi bir filmin istehsala girdiyi, lakin post mərhələsinə keçmədən uzun müddət bu vəziyyətdə qalmasına deyilir. Bu termin həmçinin planlaşdırılmış vaxtda tamamlanmaq əvəzinə, planlaşdırma və ya inkişaf mərhələlərində gözlənilmədən ləngimiş hər hansı bir layihəyə də şamil edilə bilər. Kino sənayesi şirkətləri tez-tez bir çox məşhur romanlar, videooyunlar və komikslər üçün film hüquqlarını alsalarda, onların uğurla ekrana gətirilməsi illər çəkə bilər və çox vaxt süjetdə, personajlarda və ümumi tonda əhəmiyyətli dəyişikliklərə ehtiyac duyulur. Bu pre-istehsal prosesinin aylarla və ya illərlə davam etməsinə səbəb ola bilər. Çox vaxt uzun müddət bu vəziyyətdə qalan layihə bütün maraqlı tərəflər tərəfindən tərk edilə və ya tamamilə ləğv edilə bilər. Hollivud buraxılandan on dəfə çox layihəyə başladığı üçün, bir çox skript bu limbo vəziyyətdə qalır. Seçilmiş bütün kitabların iki faizindən az hissəsi böyük ekrana çıxa bilir. İnkişaf cəhənnəmi ən çox müxtəlif şərhləri olan və bir neçə baxış nöqtəsini əks etdirən layihələrlə baş verir.
İnkişaf iqtisadiyyatı
İnkişaf iqtisadiyyatı aşağı gəlirli ölkələrdə inkişaf prosesinin iqtisadi aspektlərini öyrənən iqtisadiyyatın alt sahəsidir. Bu sahə təkcə iqtisadi inkişaf, iqtisadi artım və struktur dəyişikliyinin metodları ilə maraqlanmır, həmçinin əhali artım potensialının inkişaf etdirilməsi üçün səhiyyə, təhsil və iş yeri şəraitinin özəl və ya dövlət kanalından istifadəni də araşdırır. İnkişaf iqtisadiyyatı özündə siyasət və praktikaların təyinində və onların həm ölkənin daxili, həm də beynəlxalq səviyyədə tətbiq edilməsinə kömək edən nəzəriyyələrin və metodların yaradılmasını birləşdirir. Bu bazar təşviqlərinin yenidən qurulması və ya layihə təhlilləri üçün aralıq optimizasiyası kimi riyazi üsulların istifadəsini də əhatə edə bilir. İnkişaf iqtisadiyyatında keyfiyyət və kəmiyyət üsulları birlikdə istifadə oluna bilər. İqtisadiyyatın digər sahələrindən fərqli olaraq, inkişaf iqtisadiyyatında yaxınlaşmalar xüsusi planları qurmaq üçün siyasi və sosial faktorlarla əməkdaşlıq edə bilər. Yenə, digər iqtisadiyyat sahələrindən fərqli olaraq tələbələrin bu sahəylə bağlı nəyi bilməli olduğuyla bağlı bir konsensus yoxdur. Müxtəlif nəzəriyyələr iqtisadi birləşmə və ya ayrılmaya ev camaatı, region və ölkələr üzərindən töhfə verən faktorlardan istifadə edə bilər. Development Economics and Economic Development - İnkişaf iqtisadiyyatının öyrənilməsində istifadə edilə biləcək mənbələrin siyahısı Technology in emerging economies (The Economist).
İnkluziv inkişaf
İnklüziv inkişaf — iqtisadi inkişaf dövründə iqtisadi proseslərin iştirakçılarına cəmiyyətin hər bir sahəsi üçün faydaları olan bərabər imkanlar təmin edən konsepsiyadır. Bu konsepsiya iqtisadi inkişafın ənənəvi modellərini genişləndirir, səhiyyə sahəsində bərabərliyə, insan kapitalına, ətraf mühitin keyfiyyətinə, sosial müdafiəyə və ərzaq təhlükəsizliyinə xüsusi diqqət yetirir. İnklüziv inkişaf iqtisadiyyatın makroiqtisadi və mikroiqtisadi determinantları və iqtisadi inkişaf arasında birbaşa əlaqələri nəzərə alır. Mikroiqtisadi aspekt iqtisadi diversifikasiya və rəqabət üçün struktur dəyişikliklərin vacibliyini əks etdirirsə, makroiqtisadi aspekt ümumi milli məhsul və ya ümumi daxili məhsul (ÜDM), ümumi faktor məhsuldarlığı (ÜFM) və istehsal faktorları kimi iqtisadi göstəricilərdəki dəyişikliklərə əsaslanır.
İnqilab Abbasov
İnqilab Lətif oğlu Abbasov (1929, Sumqayıt) — Azərbaycan Kommunist Partiyası Qazax Rayon Komitəsinin birinci katibi. 1929-cu ildə kəndli ailəsində anadan olmuşdur, azərbaycanlıdır, 1952-ci ildən Sov.İKP üzvüdür, ali təhsili var – Azərbaycan KP MK yanında Ali Partiya Məktəbini, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu və Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə 1949-cu ildə başlamış, Sovet Ordusunda xidmət etmişdir. 1953-cü ildən artezian quyuları qazma kontorunun kollekturçusu, tikinti təşkilatı siyasi şöbəsinin təlimatçısı, ali partiya məktəbinin müdavimi olmuşdur. 1961-ci ildən Sumqayıt Şəhər Partiya Komitəsinin mühazirəçisi, şöbə müdiri, superfosfsat zavodu partiya bürosunun katibi, Azərbaycan KP MK təşkilat-partiya işi şöbəsinin inspektoru vəzifələrində işləmişdir. 1972-ci ildən Azərbaycan KP Qazax RK-nın birinci katibidir. Azərbaycan SSR Ali Soveti plan-büdcə komissiyasının üzvüdür. Azərbaycan KP MK üzvlüyünə namizəddir. Doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir (Marksovka seçki dairəsi). Ингилаб Ләтиф оғлу Аббасов // Азәрбајҹан ССР Али Советинин депутатлары.
İnqilab Kərimov
İnqilab Kərimov Saleh oğlu (4 aprel 1931, Göyçay rayonu – 22 iyul 2011) — teatrşünas, professor (1988). İnqilab Kərimov 1931-ci il aprelin 4-də Göyçay şəhərində anadan olmuşdur. Orada orta məktəbi bitirdikdən sonra 1948-1953-cü illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun Teatrşünaslıq fakültəsində təhsil almışdır. 1957-ci il noyabrın 25-dən Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda çalışan Kərimov burada kiçik elmi işçi, baş elmi işçi (1966-1985) olub. O, as­pi­rant­lıq­dan şöbə mü­diri vəzifəsinədək yük­səlmiş və 1985-ci ildən ömrünün sonu­na­dək institutun Teatr, kino və televiziya şö­bə­sində rəhbər vəzifəsini icra etmişdir. İnqilab Kərimov 1963-cü ildə "Sovet Azərbaycanının gənclər teatrı" adlı namizədlik, 1988-ci ildə "Azərbaycan teatrının yaranması, təşəkkülü və inkişafı problemləri (XIX əsrin sonu, XX əsrin əvvəlləri)" adlı dissertasiyanı Moskvada müdafiə edərək sənətşünaslıq doktoru alimlik dərəcəsi alıb. 1988-ci ildə professor elmi adına layiq görülən İnqilab Kərimov 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. İnqilab Kərimov Azərbaycan teatrının tarixinə, teatr sənətinin müxtəlif problemlərinə, tənqidinə və nəzəri məsələlərinə həsr olunmuş yüzlərlə məqalənin, həmçinin 200-ə yaxın elmi əsərin, habelə 25 monoqrafiya və kitabın müəllifidir. Onun "Abdulla Şaiq və teatr", "Ağadadaş Qurbanov", "Azərbaycan və gürcü səhnə ustalarının dostluğu", "Xalq istedadları", "Sovet Azərbaycanının gənclər teatrı", "Azərbaycan Dövlət Dram Teatrı", "Əbdürrəhim bəy Haqverdiyev və teatr", "Cəfər Cabbarlı adına Kirovabad Dövlət Dram Teatrı", "Əbdürrəhim bəy Haqverdiyev və teatr", "Gənclik və gözəllik teatrı", "Sənət yolu, dostluq yolu", "Nəriman Nərimanov və teatr", "Azərbaycan teatrının təşəkkülü və inkişafı", "Türkiyə və Azərbaycan teatr əlaqələri", "Şuşa Ağdam teatrı", "Azərbaycan teatrı 125" və s. əsərləri var.
İnqilab Nadirov
İnqilab Ədil oğlu Nadirov (Nadirli) (25 aprel 1940, Hüsülü, Ağcabədi rayonu – 16 dekabr 2023) — şair, dramaturq, publisist, Azərbaycan SSR Ali Sovetinin üç çağırış (1980–1991) deputatı, Azərbaycan Milli Məclisinin üzvü (1991–1995), Binəqədi Rayon İcra Hakimiyyətinin başcısı (1994–1999), iqtisad elmləri namizədi, ekoloji elmlər üzrə fəlsəfə doktoru, professor. İnqilab Nadirov 25 aprel 1940-cı il Azərbaycan Respublikası Ağcabədi rayonunun Hüsülü kəndində anadan olmuş və 1 sentyabr 1946-cı il Hüsülü kənd məktəbinin birinci sinfinə daxil olmuşdur. 1 sentyabr 1956-cı il tarixdə H. Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinə qəbul olmuş və 1961-ci ildə həmin fakültəni müvəffəqiyyətlə bitirmişdir. 1962–1964-cü illərdə Sovet Ordusu sıralarında xidmət etmişdir. 1970–1976-cı illərdə Ağcabədi Rayon Partiya Komitəsinin ikinci katibi, Ali Partiya məktəbinin müəllimi olmuşdur. 1976-cı ildən Kəlbəcər Rayon Partiya Komitəsinin birinci katibi olmuşdur. 1988-ci ildə Bakı şəhəri Oktyabr Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədr müavini işləmişdir. 1989–1990-cı illərdə Azərbaycan Respublikası Mətbuat Komitəsinin Kitabxana kollektorunun direktoru işləmişdir. Azərbaycan SSR Ali Sovetinin üç çağırış (1980–1991) deputatı seçilmişdir. 1991–1995-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin üzvü olmuşdur.