Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İnsayder
İnsayder (ing. insider) — geniş kütləyə məlum olmayan İnsayder informasiyasına aidiyyatı olan hər hansı qrup üzvü. Termin bağlı informasiyaya aidiyyatı olan insanlar haqqında işlədilir. İnsayder sahə üzrə mütəxəssisdən fərqlənir. Mütəxəssis sahə üzrə nəzəri məlumata və ya məntiq nəticəsində məlumata malik olur. İnsayder isə birbaşa məlumat ala bilir. == Mənbə == [1] Кто такой инсайдер?
Geri Snayder
Qeri Snayder (8 may 1930[…], San-Fransisko, Kaliforniya) — Amerika şairi. Postmodernist yazar. == Həyatı == Qeri Snayder 1930-cu ildə San-Fransiskoda (Kaliforniya ştatı) anadan olub. Kollecdə təhsil aldığı dövrdə ədəbiyyata və etnoqrafiyaya həvəs göstərirdi. İndiana Universitetində linqvistikanı, Berkli Universitetində isə şərq dillərini öyrənib. Meşəqıran, meşəbəyi və dəniçi kimi ağır işlərdə çalışıb.Qeri Snayder 1955-ci ildən sonra şair kimi şöhrət qazandı. 1956-cı ildə Yaponiyaya köçərək on il orada yaşayıb; Snayder yapon dilini və yapon poeziyasını öyrənir, yapon dilində şeirlər yazır, buddist monastrına gedir, ibadət mərasimlərində iştirak edir, Zen buddizmi öyrənir, buddist mətnlərini tərcümə edirdi. Snayder "Tısbağalar adası", "Sonsuz dağlar və meşələr", "Riprap və soyuq dağların şeirləri", "Sapsız Balta" və s. (ümumiyyətlə, onun iyirmi kitabı çap olunb) kitabların müəllifidir. O, ABŞ-nin və Yaponiyanın ədəbiyyat üzrə mükafatlarına layiq görülüb.
Kristof Şnayder
Kristof "Doom" Şnayder ( Christoph Schneider)(11 may 1966, Şərqi Berlin) — Alman musiqiçisi. Rammstein qrupunun zərbçisi. == Bioqrafiya == === Erkən həyatı === Şnayder 1966-cı il may ayının 11-də Şərqi Berlində Pankovda anadan olmuşdur. Özündən iki yaş kiçik bacısı var. Şnayder 16 yaşında gimnaziya məktəbini bitirmiş,daha sonra telekommunikasiya köməkçisi kimi işləməyə başlamışdır. 1984-cü ildə Şərqi Almaniya ordusunda xidmət etmişdir. Qrupun yeganə üzvüdür ki, hərbi xidmətini tam başa vurmuşdur. === Karyerası === Şnayderin valideynləri onun musiqi ifa etməyi öyrənməyini istəyirdilər, buna görə də onlar Şnayderi ilk Sosialist orkestra ilə bağlı olan musiqi məktəbinə göndərməli olurlar. Burada ona 3 seçim təklif edilir: baraban (truba),klarnet, trombon. Şnayder isə birincini seçir, çünki trubada ifa etmək onun üçün çox asan idi.
Mariya Şnayder
Mariya Şneyder (27 mart 1952 Paris, Fransa - 3 fevral 2011, Paris, Fransa) — aktrisa. Mariya Şneyder 1972-ci ildə ekrana çıxan, rejissor Bernardo Bertoluççinin çəkdiyi Parisdə sonuncu tanqo filmində Marlon Brandonun sevgilisi rolunda oynayıb. O, fransız aktyor Daniel Qelinin qızıdır.
Natali Şnayder
Natali Şnayder (25 may 1968) — Birləşmiş Ştatları təmsil edən sinxron üzgüçü. == Karyerası == Natali Şnayder Birləşmiş Ştatları 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Natali Şnayder Olimpiadanın qalibi olub.
Qeri Snayder
Qeri Snayder (8 may 1930[…], San-Fransisko, Kaliforniya) — Amerika şairi. Postmodernist yazar. == Həyatı == Qeri Snayder 1930-cu ildə San-Fransiskoda (Kaliforniya ştatı) anadan olub. Kollecdə təhsil aldığı dövrdə ədəbiyyata və etnoqrafiyaya həvəs göstərirdi. İndiana Universitetində linqvistikanı, Berkli Universitetində isə şərq dillərini öyrənib. Meşəqıran, meşəbəyi və dəniçi kimi ağır işlərdə çalışıb.Qeri Snayder 1955-ci ildən sonra şair kimi şöhrət qazandı. 1956-cı ildə Yaponiyaya köçərək on il orada yaşayıb; Snayder yapon dilini və yapon poeziyasını öyrənir, yapon dilində şeirlər yazır, buddist monastrına gedir, ibadət mərasimlərində iştirak edir, Zen buddizmi öyrənir, buddist mətnlərini tərcümə edirdi. Snayder "Tısbağalar adası", "Sonsuz dağlar və meşələr", "Riprap və soyuq dağların şeirləri", "Sapsız Balta" və s. (ümumiyyətlə, onun iyirmi kitabı çap olunb) kitabların müəllifidir. O, ABŞ-nin və Yaponiyanın ədəbiyyat üzrə mükafatlarına layiq görülüb.
Romi Şnayder
Romi Şnayder, əsl adı Rozmari Maqdalina Albax (23 sentyabr 1938, Vyana - 29 may 1982, Paris)—Avstriya aktrisası. == Həyatı == === Monastrdan səhnəyə === Romi Şnayder əsl adı (Rozmari Maqdalina Albax) 1938-ci il sentyabrın 23-də Vyana şəhərində anadan olub. Ailənin tək övladı olan gələcək aktrisanın dörd yaşı tamam olanda valideynləri boşanırlar. Rominin anası ikinci dəfə restoran sahibi ilə ailə qurur. Başları öz həyatlarına qarışdığından valideynləri Romini tərbiyə olunması üçün monastra verirlər. Rominin on beş yaşı olanda anası onu monastrdan götürüb öz yanına gətirir. Həmin zaman onun anası Vyana teatrlarının birində prodüsser vəzifəsində çalışırdı. Rominin nənəsi Avstryanın Sara Bernar titulunu qazanmış Roza Albax Petti də həmin teatrda vaxtilə aparıcı rolları ifa edən qocaman aktrisa kimi fəaliyyət göstərirdi. Rozamri də həmin teatr tamaşalarında rollar ifa etməyə başlayır. Bir il sonra Rozmari “Feyerverk” filminə çəkilir.
Şnayder kaymanı
Şnayder kaymanı (lat. Paleosuchus trigonatus) — timsahlar dəstəsinə, Alliqatorlar fəsiləsinə, Hamaralın kaymanlar cinsinə daxil olan növ. Daxil olduğu cinsin iki növündən biridir. == Təsvir == === Görünüş === Yetkin nümunələrin ölçüsü ümumiyyətlə 1–1.3 m-i keçmir, lakin bəzən 2 m-ə çatan fərdlər də var. Maksimum ölçüləri 2.6 m olur. === Areal və yaşayış yerləri === Şnayder kaymanı Venesuela, Qayana, Surinam və Qviana, Braziliyanın şimal və cənubunda, Orinoko və Amazon çayları hövzələrində yayılmışdır. === Çoxalması === Əsasən 10 ilə 17 arasında yumurta qoyur. == Şnayder kaymanı və insan == ABŞ zooparklarında omnlara rast gəlmək mümkündür. Braziliya, Venesuela, Kolumbiya, Qayana, Surinam və Qvianadakı milli parklarda qorunur. Uğurlu qoruma səyləri və Şnayder kaymanlarının effektiv qorunması sayəsində Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin Qırmızı Siyahısından çıxarılmışdır, lakin Beynəlxalq Ticarət Konvensiyasının II siyahısı ilə tənzimlənməyə davam edir.
Şnayder Afrika gürzəsi
Şnayder Afrika gürzəsi (lat. Bitis schneideri) — Zəhərli ilan növü. Növü Oskar Byotter dostualman konhioloqu Oskar Şnayderin (1841–1903) şərəfinə adlandırmışdır. Bu növ canlı Namibiya ilə CAR sərhəddində, sahil ərazisində yayılmışlar. Hazırda Şperqebit Milli Parkında qorunurlarlar. Hazırda Şnayder Afrika gürzəsinin yarımnövü müəyyən edilməmişdir. == Təsviri == Bitis cinsinə aid olan bu canlı Gürzəkimilər fəsiləsinin ən kiçik nümayəndəsidir. Bədənlərinin uzunluğqları 18–25 arasında dəyişir. Maksimal uzunluqları 28 sm-dir. == Ekologiya == Düşmənləri səbəbinndən illik ölüm faizi yüksəkdir (39–56%).