CENTLMEN

Keçmişdə insan özünü böyük vahid bir aləmin – öz ailəsinin bir parçası hesab edirdi. Onun ünsiyyətdə olduğu insanlar, ilk növbədə, ailə üzvləri ilə məhdudlaşırdı. Düzdür, o vaxtın ailələri müasir ailələrdən qat-qat böyük idi. Ailəyə bir ad altında birləşən yaxın və uzaq qohumların böyük qrupu daxil idi. Bu cür “genişləndirilmiş” ailəni klan adlandırmaq olardı. Bu söz kelt dilindən götürülüb və əsasən, Şotlandiya ilə əlaqələndirilir.

Qədim Romada bu cür böyük ailə gens adlanırdı. Yeri gəlmişkən, sözün kökü olan “gen” doğuluş, nəsli davam etdirmək anlayışları ilə bağlıdır. Buna sübut kimi “genitali”, “genetika” sözlərini göstərmək olar.

Təbii ki, romalılar (bütün başqa insan qrupları kimi) mənsub olduqları və onlarla qohum olan genslərin üzvlərinin dünyanın digər xalqlarından inkişaf səviyyəsinə görə daha yüksəkdə dayandığına əmin idilər. Onlar özlərini və qohum genslərə mənsub olanları “gentle”, yəni anadangəlmə əsilzadə sayırdılar. Beləliklə, centlmen əsilzadə insandır.

Əsilzadə insan, təbii ki, alicənab və nəzakətli olmalıdır, buna görə də “centlmen” kəlməsi mədəni, alicənab, başqalarına qarşı diqqətli olan adamlara şamil edildi. Hər halda, ABŞ-da bu söz məhz bu mənada işlənir. Ailə münasibətlərinin hələ də möhkəm olduğu Böyük Britaniyada isə insan alçağın biri olmağına baxmayaraq, centlmen, yəni zadəgan əsilli sayıla bilər. (Ayzek Azimov. Sözlərin tarixi)

CEHİZ
CESPİLİT
OBASTAN VİKİ
Centlmen
Centlmen (Gentleman) - Gender sistemində centlmen etosuna malik maskulinliyin xüsusi bir tipi. Cəngavər anlayışı kimi, centlmen anlayışı da sosial tarixdən gəlib və özünü ilkin mənasında «yaxşı ailədən çıxmış insan» anlayışını ifadə edirdi. Zamanla centlmen anlayışı zadəganların davranış tipləri və maskulinliyi ilə əlaqədar məcazi məna daşımağa başladı. XX əsrdə artıq bu termin bu anlayışa uyğun davranış və etik dəyərlərə malik hər bir kişi haqqında işlədilə bilər. Centlmen öz sağlamlığının və fiziki formasının qayğısına qalır - həvəskar idmanla məşğul olmaq centlmenliyin vacib elementlərindəndir. Centlmen xüsusi qapalı məktəblərdə (İngiltərədə bu cür məktəblər, məsələn İton, Vinçester, Vestminster, Reqbi, Xarrou məktəblərdir) tərbiyə olunan kişi elitarlığının kollektiv formasına malik olur. Burada gənclər özlərində yoldaşlıq hissi və xarakteri tərbiyə etmək bacarığına yiyələnirlər. Centlmen obrazının əsas komponentlərindən biri onun qadına münasibətidir. Qadın centlmenin qayğılarının əsas predmeti deyil. O, qadına yalnız ailə qurmaq və hər cəhətdən yaxşı yerdən evlənmək istəyəndə diqqət yetirir.
Centlmen sazişi
Centlmen sazişi və ya centlmen müqaviləsi iki və ya daha çox tərəf arasında qeyri-rəsmi və hüquqi cəhətdən məcburi element daşımayan müqavilədir. O, adətən şifahi olur, lakin həm də yazılı və ya sadəcə olaraq konvensiya və ya qarşılıqlı faydalı etiket vasitəsilə açıqlanmayan razılaşmanın bir hissəsi kimi başa düşülə bilər. Centlmen sazişinin mahiyyəti ondan ibarətdir ki, onun yerinə yetirilməsi üçün hər hansı bir güc tətbiqi nəticəsində icra olunmağa deyil, tərəflərin şərəfinə əsaslanır. Bu, hüquqi saziş və ya müqavilədən fərqlidir. === Beynəlxalq münasibətlərdə === Qərb Sahilində güclü anti-yapon əhval-ruhiyyəsi yarandıqdan sonra ABŞ prezidenti Teodor Ruzvelt Çin immiqrasiyasında olduğu kimi Yaponiyanın ABŞ-yə immiqrasiyasını qadağan edən qanunvericiliyi dəstəkləməklə Yaponiyanı qəzəbləndirmək istəmədi. Əvəzində ABŞ və Yaponiya arasında qeyri-rəsmi "Centlmen müqaviləsi" (1907–8) və müvafiq qeyri-rəsmi Xanımlar Müqaviləsi var idi ki, bununla da Yaponiya ABŞ-yə çox az və ya heç bir hərəkət olmadığından əmin oldu. Razılaşmaları ABŞ dövlət katibi Eliu Rut və Yaponiyanın xarici işlər naziri Tadasu Hayaşi imzalayıb. Müqavilə yapon işçilərinin ABŞ-yə mühacirətini qadağan etdi və yaponları aşağılayan və qəzəbləndirən Kaliforniyadakı San-Fransisko Məktəbi Şurasının seqreqasiya qaydasını ləğv etdi. Müqavilə Havay ərazisinə şamil edilməyib. Konqres Yaponiyadan bütün immiqrasiyanı qadağan edən 1924-cü ilə qədər müqavilələr qüvvədə qaldı.
Centlmen sövdələşməsi (film)
Centlmen sövdələşməsi — 1947 istehsalı film. Filmin rejissorluğunu Elia Kazan edərkən prodüserliyini Darryl F. Zanuck boynuna götürmüşdür. Laura Z. Hobson ın eyni adlı romanından uyğunlaşdırılmışdır. == Filmin mövzusu == Dul bir jurnalist olan Phil Green (Gregory Peck) inkişaf çağındakı oğluyla birlikdə yaşayır. İşlədiyi jurnalın müdiri Phil'e irqçilik haqqında bir sıra yazı yazmasını istəyir. Bunun üzərinə Phil özünü ətrafa yəhudi olaraq tanıtmağa başlayır. Bir neçə həftə sonra insanların özünə ön mühakiməylə yaxınlaşdığını görən Phil, "Centlmen sövdələşməsi" adındakı bir anti-yəhudi birliyi anlayır . == Mükafatlar == Film 3 Oskar qazanmışdır. Ən Yaxşı Film Akademiya Mükafatı — 20th Century Fox (Darryl F. Zanuck, prodüser) Ən Yaxşı Rejissor Akademiya Mükafatı — Elia Kazan Ən Yaxşı Köməkçi Qadın Oyunçu Akademiya Mükafatı — Celeste Holm Həmçinin, 5 Oscar namizədliyi daha vardır.
Arsen Lupen: Centlmen oğru
Arsen Lupen: Centlmen oğru (fr. Arsène Lupin, gentleman-cambrioleur) — Moris Lebank tərəfindən yazılmış Arsen Lupenin sərgüzəştlərindən bəhs edən kitab seriyasının birinci kitabı. Kitab ilk dəfə 10 iyun 1907-ci ildə nəşr olunmuşdur. == Hissələr == "Arsen Lupenin həbs olunması" ("L'Arrestation d'Arsène Lupin" 15 iyul 1905) — Amerikaya gedən gəminin sərnişinlərinin içində Arsen Lupenin də olduğu xəbəri yayılır. Göndərilən xəbərlə Lupenin sarışın və adının baş hərifinin "R" olduğu bilinir. Xəfiyyə Qanimard limanda gəminin gəlişini gözləyir. Beləcə gəmi limana çatanda Lupen tutulur. "Arsen Lupen həbsxanada" ("Arsène Lupin en prison" 15 dekabr 1905) — Qanimard Lupeni ziyarətə gəlir. Lupen tutulmasının səbəbi olaraq diqqətinin limanda gördüyü qadına yayındığını deyir. O, deyir ki, qadını sevməsəydi onu tutmaq mümkün olmayacaqdı.
Centlmen sövdələşməsi (film, 1947)
Centlmen sövdələşməsi — 1947 istehsalı film. Filmin rejissorluğunu Elia Kazan edərkən prodüserliyini Darryl F. Zanuck boynuna götürmüşdür. Laura Z. Hobson ın eyni adlı romanından uyğunlaşdırılmışdır. == Filmin mövzusu == Dul bir jurnalist olan Phil Green (Gregory Peck) inkişaf çağındakı oğluyla birlikdə yaşayır. İşlədiyi jurnalın müdiri Phil'e irqçilik haqqında bir sıra yazı yazmasını istəyir. Bunun üzərinə Phil özünü ətrafa yəhudi olaraq tanıtmağa başlayır. Bir neçə həftə sonra insanların özünə ön mühakiməylə yaxınlaşdığını görən Phil, "Centlmen sövdələşməsi" adındakı bir anti-yəhudi birliyi anlayır . == Mükafatlar == Film 3 Oskar qazanmışdır. Ən Yaxşı Film Akademiya Mükafatı — 20th Century Fox (Darryl F. Zanuck, prodüser) Ən Yaxşı Rejissor Akademiya Mükafatı — Elia Kazan Ən Yaxşı Köməkçi Qadın Oyunçu Akademiya Mükafatı — Celeste Holm Həmçinin, 5 Oscar namizədliyi daha vardır.
Rac bir centlmen oldu (film, 1992)
Raju Ban Gaya Gentleman (Devnagari: राजू बन गया जेन्टलमैन, mənası: Rac bir centilmen oldu) komediya janrında olan bir Bollivud filmidir. Filmin rejissoru Əziz Mirzədir. Filmin əsas rollarında Şahrux Xan, Cuhi Çavla, Nana Patikar və Amrita Sinq yer almışdır. Şahrux filmdə Rac Mathur rolunu ifa edir. O yeni iş tapmaq üçün yaşadığı Darjilinq şəhərindən Bombeyə gələn yenicə məzun olmuş gənc mühəndisdir. Film 13 Noyabr 1992-ci ildə tamaşaçılara təqdim edilmişdir. Həmçinin həmin gün Cuhi Çavla ad gününü, 25 yaşını qeyd etmişdir. Musiqilərin müəllifi Çətin-Lalitdir.
Centlmenin arzuları (film, 1992)
Raju Ban Gaya Gentleman (Devnagari: राजू बन गया जेन्टलमैन, mənası: Rac bir centilmen oldu) komediya janrında olan bir Bollivud filmidir. Filmin rejissoru Əziz Mirzədir. Filmin əsas rollarında Şahrux Xan, Cuhi Çavla, Nana Patikar və Amrita Sinq yer almışdır. Şahrux filmdə Rac Mathur rolunu ifa edir. O yeni iş tapmaq üçün yaşadığı Darjilinq şəhərindən Bombeyə gələn yenicə məzun olmuş gənc mühəndisdir. Film 13 Noyabr 1992-ci ildə tamaşaçılara təqdim edilmişdir. Həmçinin həmin gün Cuhi Çavla ad gününü, 25 yaşını qeyd etmişdir. == Rollarda == == Musiqi == Musiqilərin müəllifi Çətin-Lalitdir.

Digər lüğətlərdə