HƏMİŞƏ [Camal:] Belə cavanlardan ayrılıb, heç insafdır ki, kafedraya gedəsən. Dərs həmişə var (Y.Şirvan); DAİM(A) Xoş ol əbəveynə kim, bu minval; Hər daim olur cahanda xoşhal (M.Ə.Sabir); HƏR VAXT Bir də ki, Topuş belə sözləri birinci dəfə deyil, hər gün, hər vaxt eşidirdi (S.Rəhimov); HƏR ZAMAN Əbülhəsən bəy: Hər zaman səsini dinlərkən zövq duyduğum bu qızın indi hər bir kəlməsi, içərimdə ölüm xəbəri qədər acı təsirlər doğururdu (M.S.Ordubadi); HƏRDƏM Xəlqə ağzın sirrini hərdəm qılır izhar söz; Bu nə sirdir kim, olur hər ləhzə yoxdan var söz (Füzuli); İLMÜDAM Həsrətindən sızıldaram sübhü şam; Cism xəstə, gözü yaşlı ilmüdam (Aşıq Nəbi); MÜDAM (köhn.) Çingiz İldırım: Nə qədər ki, kəndlinin üzərində çox nəzarətçi var, o müdam narahat olub narazılıq eləyəcək (Ə.Vəliyev); PEYVƏSTƏ (kl.əd.) Cəmalının gülünə nişi xar tapmadı ol; Ki hüsn bağına peyvəstə bağban mən idim (Natəvan).