İNSAFƏN

zərf [ ər. ] İnsafla deyilsə, düzü deyilsə, həqiqətdə (təsdiq bildirir). İnsafən o, yaxşı işçidir. İnsafən yaxşı uşaqdır.
– İnsafən [Murad bəydə] padşah cəlalı vardı. Qantəmir.
…Gülər insafən ən gözəl bir qız idi. C.Cabbarlı.
Bu gözəllik ki sənin var, gözəlim, insafən; Nə mələkdə, nə pəridə, nə bir insandə olur. Ə.Vahid.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İNSAFƏN həqiqətdə
İNSAF
İNSAFLI

Digər lüğətlərdə