1. KAFİR Demə bu kafir, ol müsəlmandır; Hər kəsin elmi var, o insandır (S.Ə.Şirvani); QEYRİ-MÜSƏLMAN Mən yazıq neçə müddətdir ki, qeyri-müsəlmanlar kimi ancaq öz fikrimi çəkirdim, rahat, bir növ dolanırdım (N.Vəzirov).
2. KAFİR (dinə inanmayan) İndi beş ildir tamam dinimə əl qatmısız; Sevgili övladımı kafirə oxşatmısız (M.Ə.Sabir); BABİ (məc.) [Şeyx Nəsrullah:] Şeyx Əhməd, gəl gedək. Hələ bu babi çox söz danışacaq (C.Məmmədquluzadə); DİNSİZ Molla Qafar: Mənim məqsədim dini, islamı bu dinsizlər arasında inkişaf etməkdən ibarət idi (S.Rəhimov); GAVUR O müsəlmandır, gavur ola bilməz, – deyə Həmzət titrəyən dodaqlarını dişinə qısdı... (M.Hüseyn); MÜRTƏD (söyüş kimi də işlədilir) Ayğır olub indi dünənki daylar; Adətdir, mürtədlər cənnət haraylar (Ə.Cavad).