Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bionika
Bionika (yun. βίον — həyat elementi, hərfi tərcümə — yaşayan) — canlı təbiətin təşkilinin, xüsusiyyətlərinin və strukturunun texniki qurğularda və sistemlərdə tətbiqi haqqında elmdir. Mövcuddur: bioloji bionika. Bioloji sistemlərdə gedən prosesləri ğyrənir; nəzəri bionika. Bu proseslərin riyazi modellərini yaradır; texniki bionika. Nəzəri bionikanın modellərini mühəndis vəzifələrinin həllinə tətbiq edir. == Ədəbiyyat == Моделирование в биологии, пер. с англ., под ред. Н. А. Бернштейна, М., 1963. Парин В. В. и Баевский Р. М., Кибернетика в медицине и физиологии, М., 1963.
Monika
Monika – ad. Monika Roxman — Birləşmiş Ştatları təmsil edən bədii gimnast. Monika Krimadi — Albaniya siyasətçisi, parlament üzvü və Sosialist İnteqrasiya Hərəkatı Partiyasının aparıcı üzvü. Monika Ungureanu — Rumıniyalı cüdoçu. Monika Belluççi — italyan aktrisa və model. Monika Lampert — Macarıstan siyasətçisi və hüquqşünası.
İoniya
İoniya (q.yun. ἡ Ἰωνία, lat. Ionia) — Kiçik Asiyada qədim əyalət. == Tarixi == Qədim yunanlar özlərinə qədər şərqdə yaranmış elmlə tanış olur, təbiət üzərində müşahidələr aparırdılar. Bir çox ölkələrə səyahət etdilər və təbiət haqqında elmi inkişaf etdirdilər. E.ə. VII əsrdə Milet şəhəri nə Egey dənizinin şərqində yerləşən İoniya əyalətinin şəhərləri elmin mərkəzi idi. İoniya alimləri təbiət hadisələri üzərində müşahidələr aparır, onları izah etməyə, onların səbəblərini aşkar etməyə çalışırdılar. İoniya alimləri dünyanın mənşəyini də izah etməyə cəhd göstərirdilər. Bir qrup alimlər təbiətin başlanğıcını suda, bəziləri havada, torpaqda, digərləri odda görürdülər.
Aqnes Monika
Aqnes Monika (tam adı: Aqnes Monika Mulyöto, ind. Agnes Monica Muljoto; 1 iyul 1986, Cakarta) — İndoneziya müğənnisi və rəssamı. Üç uşaq albomu yazdırıb. Bir çox uşaq televiziya proqramlarında aparıcı kimi çıxış edib. == Həyatı == 6 yaşında ikən öz fəaliyyətinə əyləncə sənayesində başlamışdır. Həmin dövrdə üç albom buraxdırmış Aqnesin adı məşhur müğənnilərlə bir sırada çəkilməyə başlayır. Oxumaqla yanaşı, həmçinin uşaq televiziya şousunun aparıcısı olmuşdur. Hələ yeniyetmə ikən Aqnes aktyorluq fəaliyyətinə başlamışdır. 2001-ci ildə çəkilmiş "Dininin toyu" sabun operası ona müvəffəqiyyət qazandırdı. 2003-cü ildə Aqnes And the Story Goes adlı ilk böyük albomunu çıxarır və bununla da İndoneziya musiqi sənayesində adını həkk etdirir.
Donika Kastrioti
Donika Kastrioti kimi də tanınan Andronika Arianiti (alb. Andronika Arianiti; 1428, Kanina[d] – 1506, İspaniya) — alban zadəgan qadını və alban lideri İskəndər bəyin (Georgi Kastrioti doğum adıdır) həyat yoldaşı. O, Osmanlılara qarşı davam edən üsyanın öncəki lideri Georgi Arianitinin qızı idi. == Həyatı == Donika 1428-ci ildə Kaninada anadan olub. Onun atası Georgi Arianiti Arianiti ailəsinin üzvü idi, onun ərazisi Şkumbin vadisi və köhnə Via Egnatia yolu boyunca uzanaraq indiki Bitolanın şərqinə qədər uzanırdı. Anası Mariya Muzaka Myzeçe bölgəsinə hökmranlıq edən Muzaka ailəsinin üzvü idi. Qaeta müqaviləsindən bir ay sonra, 21 aprel 1451-ci ildə İskəndər bəy Donika ilə evləndi və beləliklə, indiki Albaniyanın cənub-qərbində yerləşən Luşnya şəhərindəki Şərqi Pravoslav Ardenika Monastırında Arianiti ailəsi ilə əlaqələri gücləndirdi. Daha sonra bacısı Angelina serb hökmdarı Stefan Brankoviç ilə evləndi. O, Serb Pravoslav Kilsəsində müqəddəs kimi hörmətlə qarşılanır. Osmanlının Albaniyanı fəth etməsindən sonra Kastriotilərə Neapol Krallığında torpaq verildi.
Monika Belluççi
Monika Anna Mariya Belluççi (it. Monica Anna Maria Bellucci; 30 sentyabr 1964[…], Çitta-di-Kastello[d], Umbriya, İtaliya) — italiyan aktrisa və model. İtaliya, daha sonra ABŞ və Fransa istehsalı filmlərdə rol almazdan əvvəl "Dolce & Gabbana" və "Dior" üçün model xidməti göstərərək modellik karyerasına başlamışdır. Beluççi Frensis Ford Koppolanın qorxu romantika filmi "Brem Stokerin Drakulası"nda (1992) Drakulanın gəlini və İtaliya istehsalı romantik dram filmi "Malena"da (2000) Malena Skordi rolunu canlandırmışdır. O, Qaspar Noenin art hous qorxu filmi "Dönməzlik" (2002) filmində rol aldı və Mel Gibsonun bibliya dram filmi "İsanın ehtirasları" (2004) filmində Mariya Maqdalena obrazını canlandırdı. Beluççi 2003-cü il istehsalı "Matris: Yenidən yükləmə" və "Matris: İnqilab" elmi fantastika filmlərində Persefon rolunda yer almışdır. 2015-ci ildə Ceyms Bond filmi "Agent 007: Spektr"da o ən yaxşı "Bond qızı" oldu. == Həyatı == Beluççi 30 sentyabr 1964-cü ildə Umbriya regionunun Çitta-di-Kastello şəhərində Brunella Briqanti və Pasqual Beluççinin tək övladı olaraq dünyaya gəlmişdir. == Karyerası == === Model === Monika Beluççi 13 yaşında yerli həvəskar fotoqrafa pozalar verərək modellik etməyə başlamışdır. Beluççi 1988-ci ildə Peruci Universitetinin hüquq fakültəsini tərk etdi və Avropanın moda mərkəzlərindən biri olan Milana köçərək burada modelik agentliyi Piero Piazzi-nin vasitəçiliyi ilə Elite Model Management ilə müqavilə imzaladı.
Monika Edvards
Monika Edvards (ing. Monica Edwards; 8 noyabr 1912 – 18 yanvar 1998, Surrey, Cənub-Şərqi İngiltərə[d]) — XX əsrin ortalarında yaşamış İngilis uşaq yazıçısı idi, Romni Marş və Punchbowl Farm uşaq romanları seriyası ilə geniş oxucu kütləsi qazanmışdı. == Həyatı == 8 Noyabr 1912-ci ildə Derbişir Belperdə dünyaya gəlmişdir, Harri və Beril Nyuton cütlüyündən dünyaya gələn yazıçı dörd uşağın içərisində üçüncü övlad olmuşdur. Ailə 1919-cu ildə Yorkşir əyalətinin Ueykfild şəhərinə köçdü. Harri Nyuton piskoposluq edən idi və şeytan çıxararkən uşaqlarını tez -tez özü ilə aparırdı. 1927 -ci ildə, ailə Harri Nyutonun 1936-cı ilə qədər kurator olaraq qaldığı Romni Marş, Sasseksdəki Roj Harbora köçdü. Gənc Monika Nyuton qismən rəsmi təhsil aldı: məlumdur ki, o, 1920 -ci ilin sentyabrından 1921 -ci ilin iyuluna qədər Wakefield Qızlar Liseyində oxudu və ailə Roj Harborda yaşayanda Bristoldakı St Brandon Məktəbinə göndərildi. Burada 1928 -ci ildə yalnız üç ay qaldı və Sasseksə qayıtdı. Əlavə rəsmi təhsil almadı. == Mary Stanford fəlakəti == 1928 -ci ilin noyabr ayında Edvards, Cənnət körfəzində batmadığı iddia edilən xilasetmə gəmisi olan Meri Stenfordun devrilməsinin şahidi oldu.
Monika Krimadi
Monika Krimadi (alb. Monika Kryemadhi d.) — Albaniya siyasətçisi, parlament üzvü və Sosialist İnteqrasiya Hərəkatı Partiyasının aparıcı üzvü. Albaniya prezidenti İlir Metanın həyat yoldaşıdır. Monika Kremadi Albaniyanın birinci xanımı vəzifəsindən imtina edərək əvəzinə rolu böyük qızı Boraya həvalə etmişdir. == Təhsili == Monika Krimadi 9 aprel 1974-cü ildə Tiranada anadan olub, orta məktəbi orada bitirib. 1992-ci ildən Tirana Universitetinin Təbiət Elmləri fakültəsində üzvi kimyaçı kimi təhsil almışdır. 1999-cu ildə Qarmiş-Partenkirhendə Corc Marşal adına Avropa Təhlükəsizlik Məsələlərini Araşdırma Mərkəzində oxuyur. 2000–2002-ci illərdə Tirana Universitetinin İqtisadiyyat fakültəsində oxumuş, işin idarəedilməsi üzrə magistr dərəcəsi almışdır. Təhsilini aspiranturada davam etdirmişdir. == Siyasi karyerası == Krimadi siyasi karyerasına 1991-ci ildə FRESSH-in (Albaniya Sosialist Partiyasının gənclər təşkilatı) qurucularından biri olanda başlayır.
Monika Lampert
Monika Lampert (tam adı: Monika Lampert, mac. Lamperth Mónika; 5 sentyabr 1957) — Macarıstan siyasətçisi və hüquqşünası. 2002-2006-cı illərdə Daxili İşlər naziri, 2007-ci ilədək Yerli Hökumət naziri vəzifələrini icra etmişdir. 2007-ci ildə Ferens Dyurçan onu Sosial Məsələlər və Əmək naziri təyin etmişdir. == Şəxsi həyatı == Dr Andraş Yeqeşi ilə ailə həyatı qurmuşdur, Vera adlı qızı, Andraş adlı oğlu var.
Monika Lovinesku
Monika Lovinesku (19 noyabr 1923, Buxarest – 20 aprel 2008[…], Vilye-le-Bel) — Rumıniya esse və qısa hekayə yazarı, ədəbi tənqidçisi və kommunist rejimin jurnalisti idi. O, Monique Saint-Come və Claude Paskal təxəllüsləri ilə bir neçə əsəri nəşr etdirmişdir. Monika, ədəbiyyatşünas Yevgeni Lovineskunun qızıdır. O, ədəbi tənqidçi Virgil Lerunka ilə evlənmişdi. == Həyatı == Monika Lovinesku, Buxarestdə anadan olmuşdur. Buxarest Universitetinin Ədəbiyyat Fakültəsinin məzunu olmuş, Vremea jurnalında ədəbi debüt edərək müntəzəm olaraq nəsr əsərlərini Revista Fundaţiilor Regaledə və teatr salnamələrini Democraţiaʼda nəşr edirdi. Rumıniyada açıq kommunist hakimiyyətinin qurulmasına yönəldilən sürətli addımlar onu Fransaya sığınmağa məcbur etdi: 1947-ci ilin sentyabrında Fransa hökumətinin təşkil etdiyi bir təqaüdə gedərək, o, (1948-ci ilin avqustunda) oradan sığınacaq tələb etdi. O, ölkəsində kommunizm mövzusuna, eləcə də Rumıniya ədəbiyyatı üzərində işlərə geniş yer verdi. Onun məqalələri tez-tez Kontinent, Les Cahiers de l'Est və L'Alternativ kimi nüfuzlu jurnallarda yerləşdirilirdi. 1951 və 1974-cü illər arasında Monika Lovinesku, Radiodiffusion Française'in Rumıniya dili yayımlarına öz töhfəsini verirdi və Şərqi Avropanın stansiya heyətinin üzvü idi.
Monika Rokkaforte
Monika Rokkaforte (ing. Monica Roccaforte; 17 fevral 1971) — Macarıstan pornoaktrisasıdır. Ləqəbləri: Claudia, Sylvia, Jolan, Sandra, Szilvia, Silvia.
Monika Roxman
Monika Roxman (29 may 1997) — Birləşmiş Ştatları təmsil edən bədii gimnast. Monika Roxman, 2016-cı ildə Birləşmiş Ştatları XXXI Yay Olimpiya Oyunlarında təmsil edib. Roxman həm də 2015-ci ildə Pan Amerika Oyunlarında bir qızıl və iki gümüş medal qazanıb. == Karyerası == Monika Roxman 2016-cı ildə Birləşmiş Ştatların bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Kiana Eide, Alisa Kano, Natalie McQiffert və Kristen Şaldibin ilə birgə təsnifat mərhələsində 30.244 xal topladı və 14-cü yeri tutaraq mübarizəni dayandırdı.
Monika Ungureanu
Monika Ungureanu (9 yanvar 1988) — Rumıniyalı cüdoçu. Monika Ungureanu Rumıniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Monika Ungureanu birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 48 kq çəkidə, 1/16 final mərhələsində Belçikanın nümayəndəsi Şarlin Van Snik ilə üz-üzə gəldi. Həmin görüşdə Antoinette Qasonqo rəqibinə 0:100 hesabı ilə uduzdu.
Santa-Monika
Santa-Monika (ing. Santa Monica) — ABŞ-nin qərbində Kaliforniya ştatının Los-Anceles dairəsində yerləşən şəhər. Los-Anceles şəhərinin şimal-qərbindədir. 2008-ci ilə olan məlumata görə əhalisi 87.664 min nəfərdir. Santa Monika 20-ci əsrdə istirahət şəhəri olmuşdur.
Santa Monika
Santa-Monika (ing. Santa Monica) — ABŞ-nin qərbində Kaliforniya ştatının Los-Anceles dairəsində yerləşən şəhər. Los-Anceles şəhərinin şimal-qərbindədir. 2008-ci ilə olan məlumata görə əhalisi 87.664 min nəfərdir. Santa Monika 20-ci əsrdə istirahət şəhəri olmuşdur.
İoniya bərqvuranı
İoniya bərqvuranı (lat. Thaleropis ionia) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin nimfalidlər fəsiləsinin bərqvuran cinsinə aid heyvan növü. == Təsviri == Qanadları açıq halda 40-50 mm-dir. Ön qanadların xarici kənar boyunca ensiz qonur haşiyə keçir. Qanadların ümumi rəngi narıncı, əsası tünddür. Ön qanadların yuxarı küncündə bir neçə ağ ləkə vardır. Qanadların yığmış vəziyyətdə budaqda oturmuş kəpənək rənginə və formasına görə saralmış, quru yarpağı xatırladır. == Yayılması == Kiçik Asiya, Türkiyə, Şimali İran, Cənubi Qafqazda rast gəlinir. Azərbaycanda Zəngəzur və Dərələyəz silsiləsinin cənub yamaclarında yayılmışlar. == Həyat tərzi == Kserofil kol bitkiləri olan yamaclar və ya seyrək meşəliklər, tək-tək hallarda yolların kənarı.
İonik order
İonik order — (yun. Ιωνικός ρυθμός) Qədim Yunanıstanda mövcud olan klassik orderlərdən biri. Daha qədim dorik orderdən zərifliyinə və mürəkkəbliyinə görə fərqlənir. Buna görədə Qədim Yunanıstanda onu dorik orderdən («kişi») fərqli olaraq "qadına" bənzədirlər Dekorativliyinə və kapitelin görünüşünə görə diqqəti cəlb edir. == Tarixi == İonik orderin vətəni İoniya hesab olunur. İoniyalılarda, dorilər, axeylər və eoliyalılar kimi Qədim Yunan tayfalarından biri hesab olnur. İlk ionik order nümunəsi e.ə. VI əsrə təsadüf edilir. Vitruviyə görə bu order ilk dəfə «Dünyanın yeddi möcüzəsi»ndən biri hesab olunan Artemida məbədidinin tikintisi zamanı tədbiq olunub. Digər fikirlərə görə ilk ionik order nümunələrindən biri Samos adasında olan Heranın məbədi hesab olunur.
Thaleropis ionia
İoniya bərqvuranı (lat. Thaleropis ionia) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin nimfalidlər fəsiləsinin bərqvuran cinsinə aid heyvan növü. == Təsviri == Qanadları açıq halda 40-50 mm-dir. Ön qanadların xarici kənar boyunca ensiz qonur haşiyə keçir. Qanadların ümumi rəngi narıncı, əsası tünddür. Ön qanadların yuxarı küncündə bir neçə ağ ləkə vardır. Qanadların yığmış vəziyyətdə budaqda oturmuş kəpənək rənginə və formasına görə saralmış, quru yarpağı xatırladır. == Yayılması == Kiçik Asiya, Türkiyə, Şimali İran, Cənubi Qafqazda rast gəlinir. Azərbaycanda Zəngəzur və Dərələyəz silsiləsinin cənub yamaclarında yayılmışlar. == Həyat tərzi == Kserofil kol bitkiləri olan yamaclar və ya seyrək meşəliklər, tək-tək hallarda yolların kənarı.
Modika
Modika (it. Modica) — İtaliyanın Siciliya regionunda şəhər.
Qotika
Qotik və ya Qotika — özünə xas xüsusiyyəti olan bir sənət anlayışı və yazı şəkli. Qotik yazılar ilk təzyiq sınaqlarında sınanmış, əksəriyyətlə Almanlar tərəfindən istifadə edilən bir yazı stilinin. Qotik sənəti XII əsrin ikinci yarısında Romanesk sənətinin dəyişməsiylə, Latın sənətinə bir reaksiya olaraq ortaya çıxmışdır. Orta Çağı bağlayan, İntibahı başladan axındır. Qotik tərzi, yalnız memarlıqda təsirli olmayıb; heykelcilik, şəkil, yazi, bəzək və hətta gündəlik əşyada da təsirli olmuşdur. == Qotik memarlığı == Arxitekturada Qotik tərzinin ilk çıxış yeri Fransa deyənlər varsa da Avropanın çox yerində eyni zamanda rast gəlinmiş və bütün Xristian qərb dünyasına yayılmışdır. Hər ölkə Qotik sənətində zövqünə uyğun dəyişikliklər etmişdir. Avropanın sənət mərkəzi qəbul edilən İtaliyada isə çox təsiri görülməmişdir. İngiltərədə sütunları çoxaldan və qübbənin altında onları yelpik kimi açan bir şaquli üsluba bağlıdır.İspaniyada Qotik sənətinin Ərəb təsvirləri birləşməsindən meydana gələn müdeccer (mudejar) üslubu doğulmuşdur. Qotik arxitektura sənəti Avropanın şimalında XVI əsrin başlanğıcına qədər davam etdi.
Tunika
Tunika (lat. Tunica) — Ağ yundan və kətandan qədim Roma geyimi. Qısa qollu uzun köynək idi. Üst paltarın altından geyilirdi. E.ə. 1-ci minilliyin əvvəllərinə aid aşşur təsvirlərində midiyalılar üstdən heyvan dərisi bərkidilmiş tunika ilə təsvir edilirdilər. == Mənbə == ASE, "Tunika", Bakı, 1986, səh. 373.
Xronika
Salnamə - tarixi hadisələrin xronoloji ardıcıllıqla yazılması, orta əsrlərin tarixi əsərlərinin əsas növlərindən biri. Salnamə xronika ilə eyniyyət təşkil edir.
İlinka
İlinka Beçile (rum. Ilinca Băcilă; 17 avqust 1998, Tırqu-Mureş[d]) — Rumıniya müğənnisi və yodelçi. O, Aleks Florea ilə birlikdə Rumıniyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Musiqi karyerası == 2012-ci ildə İlinka Rumıniyanın Românii au talent məharət yarışmasında iştirak etmişdir. 2013-cü ildə gənc müğənni Quattro qrupunun üzvü olaraq Rumıniyanın The X Factor musiqi yarışmasında iştirak etmişdir. Eyni zamanda İlinka 2014-cü ildə Rumıniyanın The Voice səs yarışmasında iştirak etmiş və yarışmanın yarımfinal mərhələsinədək yüksəlmişdir. Rumıniyanın TVR telekanalının Avroviziya 2017 üçün təşkil etdiyi milli seçim turunda qalib gələn İlinka "Yodel It!" mahnısı ilə Rumıniyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmişdir. Avroviziya səhnəsində İlinkanı Aleks Florea müşayiət etmişdir. Uzun məşqlərdən sonra İlinka və Aleks 11 may tarixində baş tutan müsabiqənin yarımfinal mərhələsində 5-ci nömrə altında səhnə almışdır. Nəticədə 174 xalla 6-cı yerdə qərarlaşaraq, final mərhələsinə vəsiqə qazanmışdırlar.
İoşima
İoşima (yap. 硫黄島, ing. Iwo Jima) — vulkan məşəlli ada. Kazan adalarına qrupuna daxildir. Bəzən Bonin adalarına daxil edirlər. Tokiodan 1200 km cənubda yerləşir. Ada şimaldan cənuba 8 km, şərqdən qərbə 4 km məsafədə uzanır. Sahil xəttinin uzunluğu 22 km-dir. Ən hündür nöqtəsi Suribati dağıdır (169 m). Dağ sönmüş vulkandır.
İroniya
İroniya ( q.yun. εἰρωνεία «bəhanə») — trop, burada həqiqi məna gizlədilir və ya aşkar mənaya zidd olur. İroniya insanda belə hal yaradır ki, sanki, müzakirə predmeti görünən kimi deyildir İroniya — bu sözlərin mənfi halda ifadə olunmasıdır. Məsələn: «Sən igidsən!», «Kamallı-ağıllısan…» Burada müsbət fikirlər mənfi məna daşıyır.
Winika
Dendrobium (lat. Dendrobium) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi.