Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İspanlar
İspanlar — Avropada xalq. İspanlar Avropanın qərbində, Priney yarmadasında yaşayan İspaniyanın yerli əhalisinə verilən addır. Bundan başqa, ən böyük hissəsi Latın Amerikası olmaqla, dünyanın bir çox bölgələrində ispan mühacirlərinin kökündən olan milyonlarla İspan yaşayır.İspanlar roman əsilli xalqdır.İspan dili roman dillərinə daxildir.
Siçanlar və insanlar (əsər)
İnsanlar və siçanlar (ing. Of Mice and Men) — ABŞ yazıçısı Con Steynbekin 1937-ci ildə çap olunmuş əsəri. Əsərin orijinal variantı Steynbekin Maks adlı iti tərəfindən yeyilmişdir. Əsərdə Kaliforniyada Böyük depressiya vaxtı fəhlə kimi işləyən iki nəfərin – Corc Milton və Lenni Smolun faciəvi həyatından, arzu, günah və mərhəmət kimi anlayışlardan bəhs edilir. 1920-ci illərdə kənd təsərrüfatı ilə məşğul olan Steynbek bu kitabda öz şəxsi təcrübəsinə əsaslanıb. Əsərin adı Robert Börnsün şeirindən götürülüb: "kotanımdan yuvası xaraba qalmış siçana" (ingiliscə "To A Mouse, on Turning Her Up in Her Nest, with the Plough") "Siçanlar və insanlar haqqında" romanında müəllif fərdin öz arzusunu həyata keçirmək cəhdlərini təsvir edir. Oxucular tərəfindən müsbət qarşılanmış əsərin qəhrəmanları Corcla Lenninin arzularının puç olması minlərlə sadə insan qəlbinə təsir göstərdi. Əsərdə maraqlı məqamlardan biri də budur ki, artıq gəncliyini bu fermer təsərrüfatında işləyərək keçirmiş, hətta burada bir qolunu itirərək əlil olmuş qoca Plümün, Corc və Lenni ilə razılaşaraq birlikdə torpaq sahəsi almaq həvəsi heç də gənclərin arzu və istəyindən az deyil.
İnsanlar və siçanlar (əsər)
İnsanlar və siçanlar (ing. Of Mice and Men) — ABŞ yazıçısı Con Steynbekin 1937-ci ildə çap olunmuş əsəri. Əsərin orijinal variantı Steynbekin Maks adlı iti tərəfindən yeyilmişdir. Əsərdə Kaliforniyada Böyük depressiya vaxtı fəhlə kimi işləyən iki nəfərin – Corc Milton və Lenni Smolun faciəvi həyatından, arzu, günah və mərhəmət kimi anlayışlardan bəhs edilir. 1920-ci illərdə kənd təsərrüfatı ilə məşğul olan Steynbek bu kitabda öz şəxsi təcrübəsinə əsaslanıb. Əsərin adı Robert Börnsün şeirindən götürülüb: "kotanımdan yuvası xaraba qalmış siçana" (ingiliscə "To A Mouse, on Turning Her Up in Her Nest, with the Plough") "Siçanlar və insanlar haqqında" romanında müəllif fərdin öz arzusunu həyata keçirmək cəhdlərini təsvir edir. Oxucular tərəfindən müsbət qarşılanmış əsərin qəhrəmanları Corcla Lenninin arzularının puç olması minlərlə sadə insan qəlbinə təsir göstərdi. Əsərdə maraqlı məqamlardan biri də budur ki, artıq gəncliyini bu fermer təsərrüfatında işləyərək keçirmiş, hətta burada bir qolunu itirərək əlil olmuş qoca Plümün, Corc və Lenni ilə razılaşaraq birlikdə torpaq sahəsi almaq həvəsi heç də gənclərin arzu və istəyindən az deyil.
Aslanlar
Şir (lat. Panthera leo) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Bədəninin uzunluğu təqribən 210 sm-ə, quyruğu 110 sm-ə, kütləsi 280 kq-a yaxın olur. Pəncəsi iri caynaqlı, tükü qısa, sarımtıl-qonurdur. Quyruğunun ucu qotaz kimidir. Başqa pişikkimilərdən fərqli olaraq, cinsiyyət dimorfizmi yaxşı nəzərə çarpır. Erkəyinin boynunda, başının bir hissəsində, sinəsində və gövdəsinin ön tərəfində açıq-sarı, qara yalı olur. Dişi və cavan şirlərin isə yalı olmur. Çox güclü və cəlddir. Antilop, zebr, zürafə, maral, sürünənlər və s.
Sikanlar
Sikanlar (lat. Sicani) — Siciliyada yaşamış qədim xalq. Onların qeyri-Hind-Avropa mənşəli olduğu güman edilir. Sikanlar e.ə. XIII əsrdə sikullar və elimlər tərəfindən qovulmuş və sonradan ellinləşdirilmişdir. Onlar Kastelluçço arxeoloji mədəniyyətinə uyğun gəlirlər. Tavromeniyalı Timey sikanları Siciliyanın yerli əhalisi hesab edirdi. Onun əsəri dövrümüzə qədər gəlib çatmayıb, lakin Diodor ona istinad edir. Doğrudan da, arxeoloji tədqiqatlar onu göstərir ki, adada minilliklər boyu avtoxton mədəniyyət mövcud olmuşdur. Fukididin fikrincə, sikanlar Pireney yarımadasından (ehtimal ki, Kataloniyadan) köç etmişdir.
Siçanlar
Siçanlar (lat. Muridae) — gəmiricilər dəstəsinə aid məməli heyvan fəsiləsi.
İnsanlar
İnsan və ya adam, həmçinin müasir insan (taksonomik adıyla Homo sapiens) — dik duruşa, nisbətən inkişaf etmiş beyinə, mücərrəd düşünmə qabiliyyətinə, danışma (dil istifadə etmə) qabiliyyətinə sahibdir. Bu qabiliyyətləri dünyadakı digər növlərdən fərqli olaraq istifadə məqsədi geniş alətlər istehsalına imkan yaratmışdır. Özünün fərqində olması, rasionallığı və zəkası kimi yüksək səviyədə düşünməsini təmin edən xüsusiyyətlər insanı "insan" edən xüsusiyyətlər olaraq sayılmaqdadır. İnsanın əcdadı ilə əlaqədar çalışmalar daha çox Homo cinsi ətrafında cəmləşsə də, sıxlıqla Australopithecus kimi digər hominid və homininləri də əhatə edir. Fosil qeydlərinə görə anatomik olaraq müasir insan tərifinə uyğun olan ən qədim fosillər 195 000 il əvvələ aiddir və Afrikada tapılıb. Müasir tipdə Homo sapiens altnövünün ilk irqi olan kromanyon insanı isə günümüzdən 50 min il öncə ortaya çıxmışdır. İnsanın təkamülünə dair qəbul görən başlıca iki fərziyyə vardır. Bunların birincisi müasir insanın Afrikada ortaya çıxıb dünyaya yayıldığını önə sürən "tək mənşə" fərziyyəsi, digəri isə fərqli bölgələrdə təkamül edərək müasir insana çevrildiyini önə sürən "çoxlu bölgə " fərziyyəsidir. Müasir insanın və digər insanabənzər meymunların ilk ortaq əcdadı qəbul edilən iki ayaq üzərində dura bilən və gözləri irəli baxan canlının bundan təxminən 6.5 milyon il öncə Afrikada ortaya çıxdığı təxmin edilməkdədir. Bu canlının ağaclardan enib ayaq üstə durmağa başlamasının səbəbinin iqlim dəyişikliyiylə bağlı quraqlıq, qida qıtlığı və köç məcburiyyəti ola biləcəyi düşünülür.
İslandlar
İslandlar (isl. Íslendingar) — əsasən İslandiyada yaşayan millət. İslandların ümumi sayı 457 min nəfərdir. Onlardan təminən 300 mini İslandiyada, 89 mini Kanadada, 50 mini ABŞ-də, 15 mini Danimarkada, 3 700 nəfər isə Norveçdə yaşayır. İsland dilində danışırlar. Dini baxımdan islandlar protestantdırlar (lüteran), buna baxmayaraq, ənənəvi inanclarını qoruyub saxlayıblar.
Svanlar
Svanlar — azsaylı Kartvel dilli xalq, Kartvel dil ailəsinə daxil olan svan dilində danışırlar, mütləq əksəriyyəti Gürcüstanda yaşayır. Gürcüstanda siyahıyaalınmalar zamanı ümumi kartvel adı ilə gürcülərlə birlikdə göstərilirlər. Gürcülər ana dilləri olan gürcücədə onları svanebi (სვანები) adlandırırlar. Svanlar özlərini şan, yaşadıqları ölkəni isə Şvanar adlandırırlar.
İlanlar
İlanlar (lat. Serpentes) — sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid yarımdəstə. Antarktikadan başqa bütün qitələrdə rast gəlinir. İlanlar elastik çənə quruluşuna sahibdir. Bununla da böyük canlıları uda bilirlər. İlanların çoxu zəhərsizdir. Zəhərsiz ilan növləri ovlarına dolanaraq onları boğur. İlanların zəhərli növləri isə zəhərdən ovlanmaq, yaxud özlərini qorumaq məqsədilə istifadə edirlər. İlanlar həşərat, qurbağa, quş, balıq, kərtənkələ, siçan, yumurta və s ilə qidalanır. Ən uzun zəhərli ilanlar Kral kobralardır.
İmanlar
İmanlar (Laçın)
İspanaq
İspanaq (lat. Spinacia) – pəncərkimilər fəsiləsinə aid bitki cinsi. Dirrik ispanağı (Spinacia oleracea) A, C, E və B qrupu vitaminləri ilə dəmir, maqnezium, fosfor və yod mineralları və zülal baxımından olduqca zəngin bir qidadır. Bədənin immunitetini artırar və bədənə qüvvət verər. Yorğunluğu aradan qaldırar. Zehni qüvvətləndirər. Yaşlılıqla bağlı qavrama və mənimsəmə çətinliklərini aradan qaldırar. İspanaq qan azliğında yaxşı təsirilə yanaşı, xərçəng, ürək-damar xəstəlikləri zamanı çiy qəbulu effektlidir.Həmçinin ağız, boğaz və ağciyər xəstəliklərinə qarşı da faydalıdır. Yüksək təzyiqə, iflicə və xüsusilə yaşlılıqla bağlı görmə pozuqluqlarına yaxşı təsir edir. Hamilələrə və doğulacaq uşağa güc verər.
İspanca
İspan dili (español) — Hind-Avropa dil ailəsinin roman qrupuna aid dil. İspaniyada, Argentinada, Meksikada, Kubada, Kosta-Rikada, Uruqvayda, Venesuelada, Kolumbiyada, Puerto-Rikoda, Nikaraquada, Hondurasda, Çilidə, Peruda, Ekvadorda, Qvatemalada, Boliviyada, Dominikan Respublikasında, Salvadorda, Paraqvayda, Panamada, Ekvatorial Qvineyada, Qərbi Səhrada və qeyri-rəsmi olaraq Amerika Birləşmiş Ştatlarında, Filippində, Andorrada, Belizdə və Cəbəli-Tariqdə danışılır. İspan dili və ya kastiliya dili (İsp: español və ya castellano), Hind-Avropa dil ailəsinə bağlı latın dillərindən biridir. Dünyada ən çox danışılan ikinci dildir (Çindən sonra). 559 milyon insanın danışdığı dildir. Avropa ölkələrindən sadəcə İspaniyada rəsmi dildir. Həmçinin, bu dil, bir çox Latın Amerika ölkələrinində rəsmi dilidir. Məsələn: Kuba, Argentina, Kolumbiya, Kosta-Rika, Çili, Ekvador, Qvatemala, Peru, Meksika, Uruqvay və digər ölkələr İspan ədəbiyyatı antologiyası. Bakı: "Şərq-Qərb", 2007.
İspanya
İspaniya (isp. España) — rəsmi adı İspaniya Krallığı (isp. Reino de España) olan Avropanın cənub-qərbində, qismən Afrikada suveren dövlət, Avropa Birliyi və NATO-nun üzvü. İspaniyanın paytaxtı Madrid şəhəridir. İspaniya 7 ölkə ilə həmsərhəddir. Qərbdə Portuqaliya, şimalda Fransa, şimal-şərqdə Andorra, şərqdə İtaliya, cənubda Seuta və Mərakeş, cənub-şərqdə isə Əlcəzair. Bundan başqa, şərqdə İtaliya ilə İspaniya arasında Balear dənizi var. Şimal-qərbində Biskay körfəzi yerləşir. İspaniya populyar dəniz kurortları ölkəsidir. Eyni zamanda dağ xizəkləri, balneoloji mərkəzlər, ixtisaslaşdırılmış idman mərkəzləri və sairə mövcuddur.
İsalar
İsalar — Azərbaycan Respublikasının Ağdam rayonunun Əfətli kənd inzibati ərazi dairəsində kənd. Qarabağ düzündədir. Kənd isalar nəslinə mənsub ailələr tərəfindən məskunlaşdığı üçün belə adlandırılmışdır. Qarabağ müharibəsi nəticəsində kəndin təsərrüfatına ciddi ziyan dəymişdir. 2011-ci ilin oktyabrın 1-də isə kəndə ilk dəfə təbii qaz verilməsinə başlanılıb.
Bədbəxt insanlar
Yoxsul insanlar (rus. Бе́дные лю́ди) — Fyodor Mixayloviç Dostoyevskinin ilk romanı. Dostoyevski əsəri 1844-1845 -ci illər ərzində doqquz aya yazmışdır. Yazıçı həmin dövrdə maddi cəhətdən sıxıntı çəkirdi. Buna səbəb isə onun israfçı həyat tərzi və qumar asılılığı idi. Buna baxmayaraq, Dostoyevski bəzi xarici, kiçik əsərləri tərcümə etməklə pul qazanırdı. Daha sonra Dostoyevski qərara gəlir ki, öz əsərini yazsın. Əsər Dostoyevskinin gözlədiyindən də çox şöhrət qazanır. Müasir tənqidçilər əsərdə humanizm mövzusunun olduğunu qeyd edirlər. Tənqidçi Belinski əsəri ilk rus "ictimai romanı" adlandırır.
Maskalı iquanlar
Maskalı iquanlar (lat. Leiocephalidae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi.
Qaraquyruq iquanlar
Qaraquyruq iquanlar (lat. Hoplocercidae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi.
Reptilian insanlar
Sürünən humanoidlər və ya antropomorfik sürünənlər folklor, bədii ədəbiyyat və sui-qəsd nəzəriyyələrində görünür. Bir çox mədəniyyətdə bir hissəsi insan və bir hissəsi sürünən olan canlılar haqqında əfsanələr vardır. Sürünən humanoidinin insan formasında ilk tarixi təsvirlərindən biri başı timsah başı formasında olan Qədim Misir tanrısı Sobek idi. Təcavüzkarlıq və heyvansevərlik kimi oxşar xüsusiyyətlərlə təsvir edilmişdir. Cənubi Asiya və Cənub-Şərqi Asiya mifologiyasında mövcud olan Naqalar yarı insan və yarı ilan olan yarı ilahi məxluqlardırlar. İnsani sürünən kriptidlərin görünməsi bataqlıqların çox olduğu Amerika Birləşmiş Ştatlarının cənub hissəsində çoxdur. 1980-ci illərin sonunda Cənubi Karolina əyalətinin Bishopville şəhərində yüzlərlə "Kərtənkələ adamı" görülmüşdür.
Sənədləşdirilməmiş imkanlar
Sənədləşdirilməmiş imkanlar – ( undocumented features) texniki qurğular və proqram təminatında rast gəlinən, ancaq sənədlərdə göstərilməmiş özəlliklər. Onların bəzilərinin sənədlərdə təsvir olunmaması, sadəcə, diqqətsizlik səbəbindən ola bilir. Başqa bir qismi isə onların son istifadəçilər üçün deyil, texniki dəstək mütəxəssisləri, yaxud gəlişdiricilər üçün nəzərdə tutulmasıdır. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Tilquyruq iquanlar
Tilquyruq iquanlar (lat. Tropiduridae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi.
Xaltalı iquanlar
Xaltalı iquanlar (lat. Crotaphytidae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi.
Əsl iquanlar
Əsl iquanlar (lat. Iguanidae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi.
Yoxsul insanlar
Yoxsul insanlar (rus. Бе́дные лю́ди) — Fyodor Mixayloviç Dostoyevskinin ilk romanı. Dostoyevski əsəri 1844-1845 -ci illər ərzində doqquz aya yazmışdır. Yazıçı həmin dövrdə maddi cəhətdən sıxıntı çəkirdi. Buna səbəb isə onun israfçı həyat tərzi və qumar asılılığı idi. Buna baxmayaraq, Dostoyevski bəzi xarici, kiçik əsərləri tərcümə etməklə pul qazanırdı. Daha sonra Dostoyevski qərara gəlir ki, öz əsərini yazsın. Əsər Dostoyevskinin gözlədiyindən də çox şöhrət qazanır. Müasir tənqidçilər əsərdə humanizm mövzusunun olduğunu qeyd edirlər. Tənqidçi Belinski əsəri ilk rus "ictimai romanı" adlandırır.
Kor ilanlar
Kor ilanlar (fəsilə) (lat. Typhlopidae) — İlanlara aid fəsilə. == Görünüşləri == Kiçik ölçüyə malik olaraq (760 mm), yumurlanmış quyruğa malik olurlar. Pulcuqları çox hamar olur. Kiçik ağıza malik olurlar. Kiçik gözə görünməz dişləri vardır. == Müştərək həyat == Bayquşlar bütün ilanlar kimi kor ilanları ovlayaraq yuxasına gətirirlər. Burada bayquşlar korilanlarla bacara bilməyərək müştərək yaşayırlar. Korilanlar yuvaya dazil olan Cücülərlə qidalanaraq quş balaları iıə müştərək yaşayırlar.
Şanlar
Şanlar və ya şan xalqı — Cənub-Şərqi Asiyada yaşayan etnik qrupdur. Şanlar, əsasən, Birmanın (Myanma) Şan əyalətində yaşayırlar. Eyni zamanda Mandalay regionunun Kaçin və Kayin əyalətlərinin bir hissəsində və Çinin qonşu bölgələrində (Day xalqı), Laosun Assam regionunda (Ahom xalqı) və Taylandda da yaşayırlar. 1935-ci ildən bəri Myanmada etibarlı siyahıyaalma aparılmasa da, şanların sayının 4-6 milyon olduğu təxmin edilir. "Şan" Myanmanın içərisindəki bütün Tay etnik mənşəli insanlar üçün ümumi bir termindir. Şan əyalətinin paytaxtı təxminən 390.000 nəfər əhalisi olan, Myanmanın beşinci böyük şəhəri Tauncidir. Digər böyük şəhərlərə Hsipav, Laşio, Kenqtunq və Taçileik daxildir. Şan xalqının əsas qrupları bunlardır: Tay Yay və Şan Proper - bu günədək şan xalqının tay dilində bildiyi ən böyük qrup Tay Lü - ənənəvi əraziləri Sişuanqbanna (Çin) və şərqi əyalətlər Tay Xuen və ya Tay Xün - Tay Yayın Kenqtunq bölgəsində əksəriyyəti təşkil edən alt qrupu. Kenqtunq rayonunun keçmiş hakim ailəsi bu qrupa aid idi.