SƏQƏLAN
SƏQƏM
OBASTAN VİKİ
Səqəleyn hədisi
Səqaleyn hədisi (ər:حديث الثقلين) — İslam peyğəmbərindən mütəvatır (Ardı-ardına) Quran və itrətinə (Əhli-Beyt) görə nəql olan hədisdir. == Haqqında == {{{1}}} انی تارک فیکم الثقلین کتاب الله وعترتی ما ان تمسکتم بهما لن تضلوا بعدی: کتاب الله فیه‌الهدی والنور حبل ممدود من السماء الی الارض وعترتی اهل بیتی وان اللطیف الخبیر قد اخبرنی‌انهما لن یفترقا حتی یردا علی الحوض وانظروا کیف تخلفونی فیهما Tərcümə: Mən sizin aranızda iki ağır, qiymətli əmanət qoyub gedirəm: Allahın Kitabı və mənim itrətim. Əgər onlara sarılsanız, məndən sonra heç vaxt yolunuzu azmayacaqsınız. O, zamana kimi ki siz bunlara qol atırsız yoldan çıxmayacaqsınız və bu iki yadigarım heç bir zaman birbirlərindən ayrılmayacaqlar. Həmçinin Ümmü Sələmə islam peyğəmbərindən nəql edir ki: Əli Quranladır və Quran Əli ilə bu ikisi birbirlərindən Hovuzda (gölməçə) mənə gəlməyincə ayrılmayacaqlar. Səqəleyn hədisinin doğruluğu bir Dissertasiyada neçə il bundan əvvəl misirdə Darül Təqribi Məzahibi islami (دارالتقریب بین المذاهب الاسلامیه)-də isbat edilib və çap olunubdur. Şiələr sünnüləri təqsirləndirirlər ki onların ikinci xəlifələri Ömər məşhur kəlamındaki deyir: Allahın kitabı kifayətdir(حسبنا کتاب الله), bu hədisi ayaq altına alıb və ona əməl etməyibdir. == Əhi beytə sarılmaq yoxsa xatırlamaq iddiası == İbn Teymiyyə yazır: "Səhihi-Müslim"dəki hədis yalnız Allahın kitabına sarılmağı əmr edir, lakin itrət barəsində yalnız "onları xatırlatmaq"la kifayətlənir. Buna görə də üç dəfə "uzəkkirukumullahə fi əhli-beyti" ifadəsinin təkrarı onlara sarılmağa əmr olunmadığını göstərir!" Müslim hədisi Zeyd ibn Ərqəmdən nəql etmişdir. O, Übeydullah ibn Ziyaddan qorxduğuna görə hədisi tam şəkildə nəql etməmiş, onun "itrətə sarılmaq" hissəsini ixtisara salmışdır.