Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hizqiya
Hizqiya — onun haqqında məlumat az olduğu üçün hökmdar yoxsa bəy olduğuna aid dəqiq məlumat əldə edilməmişdir. Mənbələrdə onun adı Bulan xaqanın nəvəsi yaxud Obadiyahın oğlu kimi çəkilir. Mənbələrdə ailəsindən I Mənassehin adı çəkilir. == Mənbələr == Kevin Alan Brook. The Jews of Khazaria. 2nd ed. Rowman & Littlefield Publishers, Inc, 2006. Douglas M. Dunlop, The History of the Jewish Khazars, Princeton, N.J.: Princeton University Press, 1954. Norman Golb and Omeljan Pritsak, Khazarian Hebrew Documents of the Tenth Century. Ithaca: Cornell Univ.
İdriya
İdriya (Idrija, Idria) — Sloveniyada mədən şəhəri. Eyni adlı bələdiyyənin inzibati mərkəzi. Şəhər Sloveniyanın şimal-qərbində, Lyublyananın 60 km-də yerləşir. Müasir şəhər XVI əsrdə meydana gəlmişdir. Yerli kəndlilər su quyusundan su çəkən zaman vedrənin qeyri-adi ağırlığa və suyun parıltılı olmasını müşahidə etmişlər. Sonda bunun civə olduğu məlum oldu. Tezliklə İdriya civə yatağı ispaniyanın Almaden mədəni ilə rəqabətə başladı. İdriya dünyada ikinci ən böyük civə yatağıdır (birinci yerdə Almaden mədəni). Dünya civə ehtiyatının 13 % İdiriya mədənlərində istehsal olunur. İdriyada 500 il müddətində — 107 000 ton civə istehsal edilmişdir.
İoniya
İoniya (q.yun. ἡ Ἰωνία, lat. Ionia) — Kiçik Asiyada qədim əyalət. Qədim yunanlar özlərinə qədər şərqdə yaranmış elmlə tanış olur, təbiət üzərində müşahidələr aparırdılar. Bir çox ölkələrə səyahət etdilər və təbiət haqqında elmi inkişaf etdirdilər. E.ə. VII əsrdə Milet şəhəri nə Egey dənizinin şərqində yerləşən İoniya əyalətinin şəhərləri elmin mərkəzi idi. İoniya alimləri təbiət hadisələri üzərində müşahidələr aparır, onları izah etməyə, onların səbəblərini aşkar etməyə çalışırdılar. İoniya alimləri dünyanın mənşəyini də izah etməyə cəhd göstərirdilər. Bir qrup alimlər təbiətin başlanğıcını suda, bəziləri havada, torpaqda, digərləri odda görürdülər.
İsaiya
Yuşə və ya Yeşua (q.yəh. יְהוֹשֻׁעַ בִּן נוּן‎, Yexoşua bin-Nun; süry. ܝܫܘܥ ܒܪ ܢܘܢ,Yəşu bar Non; mənası – "Yahve xilas edir"), xristianlıqda İisus Navin, İsus Navin və ya Yisus Navin (yun. Ἰησοῦς; lat. Iosue), Qafqaz albanlarına görə Esu, islamda Yuşa ibn Nun (ərəb. يُوشَعُ ٱبْنُ نُونٍ‎, Yuşə ibn Nun) — Çıxış və Saylar kitablarında Musanın köməkçisi kimi fəaliyyət göstərmiş, daha sonra Yəhudi Bibliyasının Yuşənin kitabında Musadan sonra İsrail qəbilələrinin başçısı olmuşdur. Bibliyada verilən məlumata görə, o, Çıxışdan əvvəl Misirdə anadan olmuşdur. Coogan, Michael D. A Brief Introduction to the Old Testament. Oxford: University Press. 2009.
İstriya
İstriya (xorv. Istra, sloven. Istra, it. Istria) — Adriatik dənizində yarımada. Xorvatiyanın şimal-qərb hissəsində yerləşir. Yarımadanın az bir hissəsi Sloveniyaya və İtaliyaya məxsusdur. Adriatik dənizinin ən böyük yarımadalarından biridir. Yarımadanın şimal-qərbində Triest körfəzi, şərqində isə Kvarner körfəzi yerləşir. Sahillərində olan iri xorvat şəhərləri: Pula — 57 460 nəfər (2011), Rovin — 13 647, Poreç — 10 448, Labin — 7 904, Opatiya — 7 850, Umaq — 7 769, Oazin — 4 986. Adriatik sahillərində yarımadaya yaxın ərazidə Xorvatiyanın üçüncü ən böyük şəhəri olan Rieka yerləşir.
İtaliya
İtaliya (it. Italia), rəsmi olaraq İtaliya Respublikası (it. Repubblica Italiana) — Avropanın cənubunda, Apennin yarımadasında yerləşən dövlət. Əsas etibarilə Cənubi Avropa regionunda yerləşməsinə baxmayaraq, Qərbi Avropanın da bir hissəsi hesab olunur. Unitar, parlamentli respublika olan bu ölkənin paytaxtı Roma şəhəridir. Quru yolla Fransa, Avstriya, İsveçrə, Sloveniya, həmçinin anklav dövlətlər olan Vatikan və San Marino ilə həmsərhəddir. Təqribən 60 milyon nəfər olan əhalisi ilə Avropa İttifaqının üzv dövlətləri arasında 3-cü yerdədir. Cənubi Avropa və Aralıq dənizi kimi mühüm coğrafi qovşaqlarda yerləşdiyinə görə bu ərazi saysız-hesabsız xalqlara və mədəniyyətlərə ev sahibliyi etmişdir. Müasir İtaliya ərazisi müxtəlif xalqlara ev sahibliyi etməsinə baxmayaraq, antik dövrdən bu ərazilərdə məskunlaşmış və yarımadaya öz adını vermiş italiklər bu ərazilərin ilk sakinləri hesab olunur. Bununla birlikdə, finikiyalılar və karfagenlilər əsasən Sardiniya və Siciliya adalarında öz kolonialarını yaratmışdır, həmçinin yunanlar Cənubi İtaliyada, etrusklar və keltlər isə müvafiq olaraq ölkənin cənubunda şimalında məskunlaşmışdılar.
Gənc İtaliya
Gənc İtaliya (it. Giovine Italia) — 1831–1834-cü və 1840–1848-ci illərdə fəaliyyət göstərmiş italyan inqilabi təşkilatı. == Tarixi == Fransada 1830-cu il inqilabı İtaliya vilayətlərinə böyük təsir göstərdi. 1831-ci ilin fevralında Parma, Modena və Romada silahlı üsyanlar baş verdi. Bolonyada yaradılmış müvəqqəti hökumət papanın dünyəvi hakimiyyətinin ləğvini və Müəssislər Məclisinin çağırılmasını elan etdi, lakin hakimiyyəti ələ keçirən burjuaziya xarici müdaxilənin qarşısını almaq üçün Parma və Modena üsyançıları ilə əməkdaşlığı dayandırdı. 1831-ci ilin martında Avstriya ordusu Roma vilayətində üsyanı yatırdı. 1831-ci il üsyanlarının məğlubiyyəti nəticəsində ölkədə karbonarilərin və digər qrupların nüfuzu əsaslı şəkildə zəiflədi. İtaliyada azadlıq hərəkatının proqram və metodlarının dəyişilməsi zəruri idi. Bu vəzifənin icrasını Cüzeppe Madzininin başçılığı altında XIX əsrin 30-cu illərinin əvvəlində yaradılmış demokratik cərəyan öz üzərinə götürdü. Karbonarilərlə əlaqələri kəsən C. Madzini 1831-ci ildə Marseldə gizli şəkildə fəaliyyət göstərən "Gənc İtaliya" təşkilatını yaratdı.
Kampaniya (İtaliya)
Kampaniya (it. Campania) — İtaliya muxtar vilayətlərindən biri. Regiounun əhalisi 5,8 milyon nəfərdir və bu göstəriciyə görə Kampaniya İtaliya regionları arasında ikinci yeri tutur. 13.590 km² ərazisi olan Kampaniya əhalisinin sıxlığına görə ölkədə birinci yerdədir. == Tarixi == Antik dövrdə Kampaniya Böyük Yunanıstanın tərkib hissəsi idi. Pun müharibələri vaxtı ərazi Hannibal tərəfindən tutulmuşdu. Sonra Kampaniya Roma hakimiyyəti altında keçdi. 476-cı ildə Roma imperiyasının düşməsindən sonra ərazi ostqotlar, Bizanslılar və lanqobardların hakimiyyəti altında idi. XI əsrdən etibarən Kampaniyanın ərazisi Siciliya krallığına daxil olurdu. 1282-ci ildə baş vermiş antifransız üsyanından sonra keçmiş Siciliya krallığının materik hissəsi Neopol krallığı adlanmağa başladı.
Kiçik İtaliya
Kiçik İtaliya (ing. Little İtaly) - Kiçik İtaliya anlayışı XIX əsrdə Amerika Birləşmiş Ştatlarında yaranmışdır. Həmin dövrlərdə İtaliyadan minlərlə miqrant, gəmilər vasitəsilə Amerika Birləşmiş Ştatlarına miqrasiya edirdi. Amerika dövlət idarəsi, italyanların kompakt yaşaması məqsədilə şəhərlərdə yeni qəsəbələrin təşkil edilməsinə qərar vermişdi. Gəlmə italyanlar arasında qanuna qarşı itəatsizlik, işsizlik və mifia əlaqləri güçlü olduğundan, dövlətin İtaliyalı miqrantları vahid ərazidə çəmləməsində maraqlı idi. Müasir dövrdə Kanada, Avstraliya və ABŞ-də Kiçik İtaliyalar mövcuddur. Çin məhəllələridən fərqli olaraq, kiçik italiya etnik italyanlar azlıq təşkil edir.
Lana, İtaliya
Lana— İtaliyanın şimalındakı Cənubi Tirol şəhərindəki bir bələdiyyə. Lana Ultental girişində, Etsçtalda (Etsç vadisi) Bolzano və Merano arasında yerləşir. 2010-cu ildə əhalisi 11,206 nəfər idi. Cənubi Tirolun 3 bələdiyyəsindən biridir, adı XX əsrin başlanğıcında alman adlarının italyan adları ilə dəyişilməsi proqramına əsasən dəyişdirilmişdir. Digər 2 bələdiyyə Qaiz və Plauzadır.
Nickelodeon (İtalya)
Nickelodeon — İtaliya televiziya kanalı. Televiziya 1 noyabr 2004-cü ildə qurulub. Sahibi Telecom Italia Media (51%) və MTV Italy — Viacomdur.
Ostin (İtaliya)
Austis (sardin. Aùstis) — Sardiniyanın Nuoro əyalətindəki kommuna və kiçik şəhər. Sahəsi 50,81 km²-dir. Kommunanın əhalisi 820 nəfər, əhalinin sıxlığı isə 16 nəfər/km²-dir. Austis kommunası aşağıdakı kommunalarla həmsərhəddir: Neoneli, Nughedu Santa Vittoria, Olzai, Ortueri, Sorgono, Teti və Tiana.
Rozelle (İtaliya)
Rozelle (it. Roselle) — İtaliyanın Toskana regionunda şəhər.
İtaliya kampaniyası
İtaliya kampaniyası aşağıdakılara aid edilə bilər: Birinci İtaliya kampaniyası (1796–1797) — Napoleon müharibələri zamanı inqilabi Fransa silahlı qüvvələrinin Avstriya və Pyemonta qarşı hərbi əməliyyatları. Suvorovun İtaliyaya yürüşü (1799) — Aleksandr Suvorovun başçılıq etdiyi Rusiya–Avstriya ordusunun 1799-cu ilin aprel–avqust aylarında İtaliyanın şimalında Fransa qoşunlarına qarşı döyüşü. İkinci İtaliya kampaniyası (1800) — Fransa silahlı qüvvələrinin Marenqo döyüşündə Napoleonun qələbəsi ilə başa çatan Avstriyaya qarşı hərbi əməliyyatları. İtaliya kampaniyası (1915–1918) — Birinci Dünya müharibəsi illərində İtaliya silahlı qüvvələrinin Avstriya-Macarıstana qarşı hərbi əməliyyatları. İtaliya kampaniyası (1941–1943) — İkinci Dünya müharibəsi zamanı İtaliya silahlı qüvvələrinin SSRİ-yə qarşı hərbi əməliyyatları. İtaliya kampaniyası (1943–1945) — İkinci Dünya müharibəsi zamanı ABŞ, Birləşmiş Krallıq və onların müttəfiqlərinin silahlı qüvvələrinin Almaniya və İtaliyaya qarşı hərbi əməliyyatları.
İoniya bərqvuranı
İoniya bərqvuranı (lat. Thaleropis ionia) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin nimfalidlər fəsiləsinin bərqvuran cinsinə aid heyvan növü. Qanadları açıq halda 40-50 mm-dir. Ön qanadların xarici kənar boyunca ensiz qonur haşiyə keçir. Qanadların ümumi rəngi narıncı, əsası tünddür. Ön qanadların yuxarı küncündə bir neçə ağ ləkə vardır. Qanadların yığmış vəziyyətdə budaqda oturmuş kəpənək rənginə və formasına görə saralmış, quru yarpağı xatırladır. Kiçik Asiya, Türkiyə, Şimali İran, Cənubi Qafqazda rast gəlinir. Azərbaycanda Zəngəzur və Dərələyəz silsiləsinin cənub yamaclarında yayılmışlar. Kserofil kol bitkiləri olan yamaclar və ya seyrək meşəliklər, tək-tək hallarda yolların kənarı.
İtalya arısı
İtaliya arısı
İtalya arısı və ya Liquriya arısı (lat. Apis mellifera ligustica) — bal arılarının yarlmnövlərindən biri. İtalya arı cinsi İtaliyanın kontinental hissəsindən, Apennin yarımadasından, Alp dağlarının cənubundan, Siciliyanın şimalından gəlir. Yəqin ki, bu yarımnöv İtaliyada son buz dövründə sağ qalmışdır. Yarımnöv Pireney yarımadasından və Siciliyadan olan arılardan genetik olaraq fərqlidir. Bu bütün bal arıları arasında ən çox yayılmış cinsdir, çünki bu yarımnöv subtropik və mülayim iqlimlərin əksər növlərinə yaxşı uyğunlaşır, lakin rütubətli tropik bölgələrdə inkişaf etmir. İtalya arıları quraq yayı, uzun müddət bal axını və mülayim, rütubətli qışı olan mərkəzi Aralıq dənizinin isti iqlimində inkişaf etmişdir. Buna görə də, uzun şiddətli qış və tez-tez soyuqlar olan uzun yazın olduğu şimal enliklərində arılar o qədər də yaxşı uyğunlaşmır və bu şəraitdə onların yetişdirilməsi əhəmiyyətli çətinliklər yaradır. Payızda balalarını gec yetişdirmək vərdişi bal istehlakını artırır. İtalya arıları adətən olduqca zəhmətkeşdirlər.
Faşist İtaliya
Faşist İtaliya — 1922—1943-cü illərdə Milli Faşist Partiyasının idarə etdiyi və Benito Mussolininin prezident və diktator olduğu İtaliya krallığınına verilən ad. İtalyan faşistləri totalitar hakimiyyətlə siyasi muxalifəti əzmiş, iqtisadi müasirləşməyi, ənənəvi sosial dəyərləri və Roma-Katolik Kilsəsini təşviq etmişdirlər.
İtaliya (dəqiqləşdirmə)
İtaliya — Avropada dövlət. İtaliya (bina) — Braziliyanın San-Paulu şəhərində yerləşən 46 mərtəbəli göydələn.
İtaliya himni
İtaliya himni — bayrağı və gerbi ilə birlikdə İtaliyanın əsas dövlət rəmzlərindən biridir. İtalyanca adı "Inno di Mameli" olaraq adlanır. Müəllifin adına görə himnin adı belə adlandırılmışdır. Himnin mətnini 1847-ci ilin payızında Qoffredo Mameli, musiqisini isə bir qədər sonra Mişel Novaro yazıb. “İtalyanların mahnısı” de-yure şəklində yalnız 15 noyabr 2017-ci ildə dövlət himni oldu. 1861-ci ildən 1946-cı ilə qədər İtaliya Krallığının himni Kral Yürüşü idi (İtalyanca: Marcia Reale d'Ordinanza). Lakin İtaliyada monarxiyanın ləğvi, həmçinin ölkənin faşist keçmişi ilə bağlı olması səbəbindən ləğv edildi. "İtaliya Qardaşları" 1946-cı ildən faktiki olaraq dövlət himninə çevrilib. 1990-cı illərdə bu himnin başqa, daha uyğun olanı ilə əvəz edilməsi ilə bağlı müzakirələr gedirdi. Bu himn, bir qrup insanların fikrincə, Cüzeppe Verdinin musiqisinə verilmiş Va pensiero himni idi.
Salonalı İsaiya
Salonalı İsaiya (yun. Ησαΐας Σαλώνων, 1780, Desfina – 1821) — Yunanıstan pravoslav keşişi, 1821-ci il Yunanıstan inqilabının iştirakçılarından biri. == Həyatı == İsaiya Fokidanın Desfina kəndində anadan olmuşdur. İbtidai təhsilini Salona (Amfisa) şəhərində rahib Gerasimos Litsikasın yanında almışdır. 1797-ci ildə Desfina monastırında rahib olmuş və Osios-Lukas (Müqəddəs Luka) monastırında diakon təyin edilmişdir. Daha sonra İoannina şəhərində Kozmas Balanos və Afanasios Psalidas altında təhsil almışdır. Tezliklə igumen oldu və Konstantinopol patriarxı VI Kirillin marağını cəlb etmiş, təhsilini davam etdirmək üçün 1814-cü ildə onu Konstantinopola dəvət etmişdir. Burada gələcək Patriarx V Qriqori ilə tanış olmuşdur. İsaiya Desfinaya qayıtdı və 1818-ci ildə Salona yepiskopu təyin edildi. İki il sonra Yeşaya Filiki Eteriyanın üzvü olur və xeyriyyəçilik fəaliyyəti ilə yanaşı, Salonada gizlətdiyi üsyan üçün pul və silah toplayır.
Vittoriya (İtaliya)
Vittoriya (it. Vittoria) — İtaliyanın Siciliya regionunda şəhər.
İnqriya dili
İnqriya dili və ya İjor dili (əsasən pravoslav) etiqadlı) - İnqriyanın İjorları tərəfindən danışılan Fin dillərindəndir. Təxminən 500 nəfər danışanı var, onların da çoxu yaşlıdırlar. Paul Ariste 1981. Keelekontaktid. Tallinn: Valgus. [pt. 2.6. Kolme läänemere keele hääbumine lk.
İtaliya Krallığı
İtaliya krallığı (it. Regno d'Italia) — 1861-ci ildə İtaliyanın birləşməsinin nəticəsi və 1946-ci ildə İtaliya Respublikasının elanına qədər davam etmiş bir krallıqdır. İtaliya Krallığı Roma İmperiyasının süqutundan sonra qurulan və bütün İtaliya yarımadasını əhatə edən ilk dövlətdir. XVIII əsrin son illərində İtaliya I Napoleon tərəfindən işğal edilərək fransız təsiri altına girdi. 1789-cu il inqilabı başlayarkən İtaliya siyasi vəziyyət belə idi: Sardiniya krallığı, Milan hersoqluğu, Genoa Respublikası, Venesiya respublikası, Toskana qraflığı, Papalıq dövləti və Neopol-Siciliya krallıqları var idi. Bu dövlətlərin bəzilərində hökmdarlar yerli deyildilər. İtaliya Direktoriya dövründə fransız orduları tərəfindən işğal edildiyi zaman, Avstriya və Prussiyanın bu dövlətə qarşı başlatdıqları müharibəyə İtaliyanın krallıqla idarə olunan iki dövləti (Sardiniya və Napoli) müttəfiq olaraq qatılmışdı. Direktoriya Napaleona batil inanclar ocağını söndürmək və İtalyanı canlandırmaq üçün Papanın siyasi gücünü ləğv etməsini əmretmişdi. Napaleonun əmrindəki ordular 1796-cı ildə İtaliyaya girərək iki il içində yarımadanı həm işğal etdi, həm də Avstriyanı sülh bağlamağa məcbur etdi. Milanı tutan Napaleon ardınca Romaya yönəldi.
İtaliya Kuboku
İtaliya Kuboku (tatar. Coppa Italia) — İtaliyanın 1922-ci ildən təşkil olunan miili futbol yarışı.
Magiya
Sehr (lat. magia, yun. μαγικός — sehrbazlıq) — uydurma, xəyali məharətin və yaxud ağlasığmaz manipulyasiyanın köməyi ilə ətraf aləmə təsir etməkdir. Magik manipulyasiyanın əhatəsi çox genişdir: bu, sözlər (ovsunlar, dualar, cadu), əşyalar (həmayillər, qoruyucalar) yazılar və müxtəlif hərəkətlər ola bilər. Müxtəlif zamanlarda və müasir dövrdə ayrı-ayrı xalqlara məlum olan bir çox sehrbazlıq adətləri və mərasimləri təsvir edilmiş, sistemləşdirilmişdir Magiya başlıca olaraq bir insanın digər insanlara, heyvanlara, bitkilərə, hətta təbiət hadisələrinə təsir etmək bacarığına inamdır. Müşahidə edilən faktların həqiqi və qarşılıqlı əlaqələrini başa düşməyən və təsadüfi uyğunluğu tərsinə başa düşən insan belə hesab edirdi ki, xüsusi hərəkət və sözlərlə o, insanlara kömək və yaxud pislik edə bilər, qabaqcadan görmə ilə müvəffəqiyyətini və ya müvəffəqiyyətsizliyini təmin edə bilər, tufan törədə bilər və ya onu sakitləşdirə bilər. Magiya elementləri əksər xalqların dini adət-ənənəsində öz əksini tapıb. == Tərif və Məna == Magiya sözü qədim Azərbaycan tayfalarından olan maqların adı ilə bağlıdır. Belə ki, qədim dövrlərdə məhz maqlar sehr və əfsunla məşğul olduqlarına görə qədim yunanlar bu cür əməlləri "maqların əməli" anlamında "magious" adlandırıblar. Zaman keçdikcə həmin söz latınların da dilinə keçib və magiya şəklində bir çox dünya xalqarının dilində bu gün də işlənməkdə, maqların adını yaşatmaqdadır.
İtqıran
İtqıran (Nor Aznaberd – erm. Նոր Ազնաբերդ) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. 1590-cı ilə aid mənbədə Rəvan əyalətinin '' Məvaziyi-Xatun'' nahiyəsində Itqİran kimi qeyd olunmuşdur. 1728-ci ilə aid mənbədə '' Hüseyn vələdi Mövlud'' adlı şəxsə (mülkədara) aid kənd olduğu göstərilir. 1935-ci ildə kənd guya pis səsləndiyinə görə "Gülüstan" adlandırılmışdır.1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. Rayon mərkəzindən 17 km cənub-qərbdə yerləşir. Toponimin birinci komponenti qıpçaqların Et tayfasının adından ibarətdir. 1185-ci ilə aid bir rus salnaməsində Cənubi Şərqi Avropa çöllərində poloveslərin (qıpçaqların) bir tayfasının adı Etebiçi ("Et''etnonimdən, ''oba''sözündən və rus dilində əlavə olünmuş ''içi'' pat-ronimik şəkilçisindən) kimi qeyd olunmuşdur. Bu tayfanın adı Etil (Et eli, yə’ni tayfası) kəndinin adında da (bax) əksini tapmışdır. 1588-ci ilə aid mənbədə Gəncə qəzasının ''Kürək aranı'' (yə'ni ''Kürəkçay sahilində qışlaq'') adlı yerdə Idlu (Etlu etnoniminin təhrif forması) adlı bir elin qışlaması qeyd olunur .
Italya
İtaliya (it. Italia), rəsmi olaraq İtaliya Respublikası (it. Repubblica Italiana) — Avropanın cənubunda, Apennin yarımadasında yerləşən dövlət. Əsas etibarilə Cənubi Avropa regionunda yerləşməsinə baxmayaraq, Qərbi Avropanın da bir hissəsi hesab olunur. Unitar, parlamentli respublika olan bu ölkənin paytaxtı Roma şəhəridir. Quru yolla Fransa, Avstriya, İsveçrə, Sloveniya, həmçinin anklav dövlətlər olan Vatikan və San Marino ilə həmsərhəddir. Təqribən 60 milyon nəfər olan əhalisi ilə Avropa İttifaqının üzv dövlətləri arasında 3-cü yerdədir. Cənubi Avropa və Aralıq dənizi kimi mühüm coğrafi qovşaqlarda yerləşdiyinə görə bu ərazi saysız-hesabsız xalqlara və mədəniyyətlərə ev sahibliyi etmişdir. Müasir İtaliya ərazisi müxtəlif xalqlara ev sahibliyi etməsinə baxmayaraq, antik dövrdən bu ərazilərdə məskunlaşmış və yarımadaya öz adını vermiş italiklər bu ərazilərin ilk sakinləri hesab olunur. Bununla birlikdə, finikiyalılar və karfagenlilər əsasən Sardiniya və Siciliya adalarında öz kolonialarını yaratmışdır, həmçinin yunanlar Cənubi İtaliyada, etrusklar və keltlər isə müvafiq olaraq ölkənin cənubunda şimalında məskunlaşmışdılar.
Yegiya Tıntesyan
Yegiya Tıntesyan (erm. Եղիա Տնտեսյան; 29 mart (10 aprel) 1834, Konstantinopol – 23 aprel (5 may) 1881, Konstantinopol) — Osmanlı ermənisi bəstəkar, musiqişünas, müəllim, naşir və ictimai xadim. O, bir çox erməni kilsə himnlərinin melodiyalarını Avropa notalarına yazdırmış və nəşr etdirmişdir. Tıntesyan erməni osmosunun xazik qeydləri məsələlərinə dair əsərlərə malikdir. O, Avropa musiqi təhsili sisteminin və not yazılarının təbliğatçısı olmuşdur. Erməni xalq mahnılarını nəşr etdirmişdir. Bir neçə mahnının müəllifidir. Kilikiyada və Yerusəlimdə musiqi nəzəriyyəsi və kilsə müğənniliyini öyrənmişdir. Səkkiz tonda müqəddəs erməni kilsəsinin himnlərinin melodik məzmunu. Konstantinopol, 1864.