Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İmperator iynəcə
İmperator iynəcə (lat. Anax imperator) — İynəcələr dəstəsinə, Cırcımalar fəsiləsinə aid növ. == Təsviri == İri ölçülü iynəcə növünə aid olub bədəninin uzunluğu 62–82 mm təşkil edir. Erkək fədlər mavi, dişi fərdlər isə yaşıl rəngdə olur. Bədənin üst hissəsində çıxıntılı uzun qara zolaq gedir. İri mavi-yaşıl rəngli gözləri var. Qanad arakəsməsi ikirəngli olub boz-ağ çalardadır. == Yayılması == Qusar, Lənkəran, Masallı rayonlarının ərazisində, Mingəçevir və Varvara su anbarlarının ətraf ərazilərində, Araz su anbarı ətrafı ərazilərdə yayılmışdır. == Həyat tərzi == Su və sahil bitkiləri ilə zəngin olan durğun sututarlarında: Su snbarları, kanallar və şirinsulu göllərdə və onların yaxınlıqlarında yaşayırlar. Az saylı olması ilə səciyəvidir.
Geridönmələrlə izləmə
Geridönmələrlə izləmə (Backtracking)– ekspert sistemlərində: məsələnin cavabını tapmaq üçün proqramın bütün mümkün alternativ yolları yoxlamasından ibarət həll üsulu. Bu alternativlərə bir ağacın budaqları kimi baxmaq olar: proqram bir budaq boyunca axıradək “gedir” və əgər həll tapılmırsa, geriyə qayıdır və axtarışı başqa budaqda davam etdirir. İzlənmə müqaviməti (Backtracking resistance) – təsadüfi bitlər generatorunun (ing. Random Bit Generator, RBG) çıxış ardıcıllığının gələcəkdə generator sındırıldıqda da iddia olunan təhlükəsizlik səviyyəsində ideal, təsadüfi ardıcıllıqdan fərqlənməyəcək şəkildə qalacağının təminatı. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Kleopatra iynəsi
Kleopatra iynəsi (ing. Cleopatra's Needle) — Londonun, Viktoriya sahilində iki Sfinksin əhatəsində olan Qədim Misir obeliski. 18 metr uzunluğunda 186 ton çəkili qranitdən monolitdir. Britaniyalılar tərəfindən 1877-ci ildə İsgəndəriyədən gətirilib. E. ə. II minilliyin ortalarında Asuan daşkarxanalarında yonulmuşdur. Obeliskin üzərində faraon III Tutmosun (sonradan II Ramzes və VII Kleopatranın adları əlavə edilmişdir) simvolu yonulmuşdur. E. ə. təxminən 1475-ci ildə Nilin aşağısı ilə Geliopola gətirilmişdir. Təxminən roma imperatoru Oktavian Avqust zamanında obelisk İsgəndəriyyəyə gətrilmiş və əsrlər boyu burada qalmışdır.
İynəçi (Bukan)
İynəçi (fars. اوينه چي‎) — İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 134 nəfər yaşayır (23 ailə).
İzləmə sistemi
İzləmə sistemi hərəkətdə olan insanların və obyektlərin müşahidəsi və irəli emal üçün məkan məlumatlarının zamanda düzgün düzülüşünün təchiz olunmasında istifadə olunur. == Virtual məkanda izləmə == Virtual məkan texnologiyasında izləmə sistemi müşahidəçinin koordinatlarını izləyərkən, virtual məkanı insan müşahidəçisi üçün səhnələyən ümümi sistemdir. == İzləmə tətbiqləri == İzləmə sistemləri saysızdır. Bəziləri gecikmə müddəti göstəriciləridir, məlumat, maddə nöqtəni keçdikdən sonra toplanır, məsələn bar kod və ya drossel nöqtəsi va ya qapı.. Digərləri Qlobal Mövqetəyinetmə Sistemi (GPS) kimi bilginin hansı tezlikdə yenilənməsindən asılı olan həqiqi vaxt və ya yaxın həqiqi vaxtdır. Maddələri araşdırmaq və avtomatik eyniləşdirmə üçün insana ehtiyac duyan bar kod sistemləri vardır. Böyük bir kütlə, izləmə dünyaları müxtəlif tətbiqlər üçün ayrılıqda qurğu hissəsi və proqram təminatından təşkil olunmuşdur. Bar kod sistemləri Elektronik Məhsul Sistemlərindən (EPC), GPS sistemi isə aktiv həqiqi vaxt yerləşdirmə sistemindən ayrılır.
Şüa izləmə
Şüa izləmə (ing. ray tracing) — görüntünün renderinq (RENDERİNG) olunmasının iki əsas üsulundan biri. Kompüter qrafikasında: görüntünün hər bir obyektinin parlaqlığının, şəffaflıq səviyyəsinin və əksetdirmə imkanının hesablanması üçün istifadə olunan alqoritm. Bu atributlar müəyyən işıq mənbəyindən hər bir elementə və sonra müşahidəçinin gözünədək olan yolda ayrı-ayrı əks olunmuş işıq şüalarındakı dəyişikliklərin izlənməsi yoluyla hesablanır. Bundan sonra obyektin atributlarından ekranda görüntünü əmələ gətirən piksellərin rəngini və intensivliyini ölçmək üçün istifadə olunur. Şüa izləmə hər bir pikselin atributlarını müşahidəçiyə, gürününün elementlərinə və işıq mənbəyinə nəzərən hesablamağa imkan verir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Nəmə
Nəmə — türk mifologiyasında xeyir və ya şər xüsusiyyətlərə sahib ruh, mücərrəd varlıq. Karaneme adlı bir növü çox təhlükəli olaraq görülər. Növləri aşağıdakılardır: Aru Neme: xeyir ruhu. Kara Neme: şər ruhu. == Etimologiya == (Nə / Na / Ye / Ya) kökündən törəmişdir. Monqolcada qarışdırmaq, əlavə etmək mənaları ehtiva edir. Nə, ney kimi bir varlığı sual yolu ilə işarə edən sözlərlə eyni kökdən gəlir. Qədim monqolcada Nama / Neme / nomu, qədim türk dilində cumsan / Yomsa, buryatcada Nomo, Moqur dilində nomu sözləri ilə tunquscada Nume, mançjur dilində nəm istilik, səssizlik, yüngüllük bildirir. Nime isə tunqus dilində buynuz anlayışı ilə də əlaqəlidir. Monqol Neme (Türkçe Yemə / Ceme) artma, çoxalmaq mənaları daşıyır.
İynə
İynə — bərk metaldan düzəldilmiş bir ucu iti digər ucunda isə sap keçirmək üçün deşik olan nazik uzun alət. Otra əsrlərə kimi mahlıcdan olan parçaları tikmək üçün balıq sümüklərindən istifadə edilirdi. İlk metal iynələr XVI əsrdə yaradılmışdır. İynənin iki növü var - əl iynəsi və maşın iynəsi. Tikiləcək parçanın növündən asılı olaraq iynələrin ölçüləri də müxtəlif olur. Hesab edilir ki, ilk iynə kimi balıq sümüyündən istifadə ediblər. İynə ölçüsü istehsalçının paketində bir və ya bir neçə rəqəmlə işarələnir. İynələrin ölçüləri üçün ümumi konvensiya, məftil ölçmə cihazları kimi, hər hansı bir iynə sinfində ölçü sayı azaldıqca iynənin uzunluğu və qalınlığının artmasıdır. Məsələn, 9 ölçülü iynə 12 ölçülü iynədən daha qalın və uzun olacaq. Bununla belə, iynə ölçüləri standartlaşdırılmamışdır və buna görə də bir sinifin 10 ölçüsü başqa bir növün 12 ölçüsündən daha incə ola bilər (əslində belə olur).
Aras Bulut İynəmli
Araz Bulud İynəmli (türk. Aras Bulut İynemli; d. 25 avqust 1990, İstanbul, Türkiyə) — Türkiyə aktyoru. == Həyatı == Araz Bulud İynəmli 25 avqust 1990-cı ildə İstanbulda anadan olmuşdur. Yeşim adında böyük bacısı və Orcun adında böyük qardaşı vardır. Qardaşı aktyor, bacısı da səs sənətçisidir. Atasının adı Çingiz, anasının adı Sevtapdır. Beşiktaş Anadolu Liseyindən məzun olduqdan sonra İstanbul Texniki Universitetində təyyarə mühəndisliyi oxuduğu müddətdə aktyorluq etməyə başladığından təhsilinə fasilə verdi. Əmisiqızı Miray Daner, əmisi Çingiz Daner və böyük əmisi İlhan Daner də aktyordur.
Araz Bulud İynəmli
Araz Bulud İynəmli (türk. Aras Bulut İynemli; d. 25 avqust 1990, İstanbul, Türkiyə) — Türkiyə aktyoru. == Həyatı == Araz Bulud İynəmli 25 avqust 1990-cı ildə İstanbulda anadan olmuşdur. Yeşim adında böyük bacısı və Orcun adında böyük qardaşı vardır. Qardaşı aktyor, bacısı da səs sənətçisidir. Atasının adı Çingiz, anasının adı Sevtapdır. Beşiktaş Anadolu Liseyindən məzun olduqdan sonra İstanbul Texniki Universitetində təyyarə mühəndisliyi oxuduğu müddətdə aktyorluq etməyə başladığından təhsilinə fasilə verdi. Əmisiqızı Miray Daner, əmisi Çingiz Daner və böyük əmisi İlhan Daner də aktyordur.
Uzun iynəli kirpi
Uzun iynəli kirpi və ya Tünd iynəli kirpi (lat. Paraechinus hypomelas) — Məməlilər sinfinə, Kirpilər fəsiləsinə daxil olan növ. == Təsviri == Uzun iynəli kirpi 500–900 qram ağırlığında və 226–272 mm uzunluğunda olur. İynələri 40–42 mm uzunluğuna sahibdir. Bədəninin aşağı hissəsi yumşaq və uzun saçlarla örtülmüşdür. Uzun iynəli kirpinin qulaqları yumşaqdır. Qulaqlar başın yarısından uzundur. Qulaqların içi boz rəngdədir. Sifət qara-qəhvəyi rəngdə olsa da, az miqdarda ağ tüklərə sahibdir. Bu kirpilərin iki rəng çeşidi var: tünd və açıq.
İynəli dəniz ulduzları
İynəli dəniz ulduzları (lat. Spinulosida) — heyvanlar aləminin dərisitikanlılar tipinin dəniz ulduzları sinfinə aid heyvan dəstəsi.
İynə burnu
İynə burnu (həmcinin Аqulyas (port. Agulhas, afrik. Kaap Agulhas) — Afrika qitəsinin ucqar cənub nöqyəsini təşkil edir. Burunun hündürlüyü 140 m təşkil edir. Ümid burnundan 155 km cənub-şərqdə yerləşir. Bu adı əraziyə XV əsrdə səfər edən portuqal səyyahları vermişlər. Belə ki, burada maqnit anomaliyası səbəbindən (port. agulha) kompasın əqrəbi düzgün ərazini göstərmirdi. Elə bu ad maqnitin əqrəbində irəli gələrək verilmişdir.
İynə burnu cərəyanı
İynə burnu cərəyanı və ya Aqulyas cərəyanı — Hind okeanının cənub-qərbindən keçən isti dəniz cərəyanı. İki okean arasında sərhəd zonasından başlayır. Afrikanın şərq sahilləri boyunca cənubdan şimala istiqamətlənir. Cənubi Ekvatorial cərəyanının qərb qolunu təşkil edir. İnsiz olması sürətinin yüksəkliyinə səbəb olur (bəzən sürəti 200 sm/s çatır).
İnese
İnese — ad. İnese Libina-Eqnere — latviyalı dövlət və siyasi xadim. İnesu Emiko Takeoka — keçmiş Yaponiya qadın futbolçusu.
Canthium inerme
Canthium inerme (lat. Canthium inerme) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin canthium cinsinə aid bitki növü.
Neme
İneke Botter
Aras Bulut İynemli
Araz Bulud İynəmli (türk. Aras Bulut İynemli; d. 25 avqust 1990, İstanbul, Türkiyə) — Türkiyə aktyoru. == Həyatı == Araz Bulud İynəmli 25 avqust 1990-cı ildə İstanbulda anadan olmuşdur. Yeşim adında böyük bacısı və Orcun adında böyük qardaşı vardır. Qardaşı aktyor, bacısı da səs sənətçisidir. Atasının adı Çingiz, anasının adı Sevtapdır. Beşiktaş Anadolu Liseyindən məzun olduqdan sonra İstanbul Texniki Universitetində təyyarə mühəndisliyi oxuduğu müddətdə aktyorluq etməyə başladığından təhsilinə fasilə verdi. Əmisiqızı Miray Daner, əmisi Çingiz Daner və böyük əmisi İlhan Daner də aktyordur.
İneke van Şoor
İneke van Şoor (d. 6 noyabr 1995) — Belçikanı təmsil edən akrobatika gimnastı. İneke van Şoor 2015-ci ildə Belçikanı I Avropa Oyunlarında təmsil etdi və yarışların üç qızıl medalını qazandı. O, həmdə 2014-cü ildə Dünya Çempionatının bürünc medalını qazanıb. == Karyerası == İneke van Şoor 2015-ci ildə Belçika bayrağı altında Azərbaycanın Bakı şəhərində I Avropa Oyunlarına qatıldı. O, çoxnövçülük, balans və temp hərəkətlərində komanda yoldaşları Kaat Dumarey və Julie van Qelder ilə birgə üç qızıl medal qazandı.
İnese Libina-Eqnere
İnese Libina-Eqnere (d. 25 sentyabr 1977; Riqa, Latviya SSR) — latviyalı dövlət və siyasi xadim; Latviya Seyminin XI (2011–2014), XII (2014–2018) və XIII (2018—) çağırış üzvü, 12 iyun 2012-ci ildən isə Latviya Seyminin sədr müavini. == Həyatı == İnese Libina-Eqnere 1977-ci il sentyabrın 25-də Riqa şəhərində anadan olub. 1996-cı ildə Liepaya şəhərində orta təhsilini bitirib və daha sonra Latviya Universitetində və Frayburq Universitetində hüquqşünas ixtisası üzrə ali təhsil alıb. == Fəaliyyəti == İnese Libina-Eqnere 2007-ci ildən 2011-ci ilə qədər Latviya Prezidenti olan Valdis Zatlersin hüquq məsələləri üzrə məsləhətçidi oldu. === Deputatlığı dövrü === İnese Libina-Eqnere 2011-ci ildə "İslahatlar" Partiyasının sıralarına üzv oldu və 2011-ci il sentyabrın 17-də baş tutan Latviya Seyminə Növbədən Kənar seçimlərdə qalib gəldi. 2012-ci il iyunun 12-də o, Latviya Seyminin sədr müavini seçildi. 2014-cü ilin may ayında İnese Libina-Eqnere, "İslahatlar" Partiyasından ayrıldı və "Vahid" Partiyanın üzvü oldu. 2014-cü ildə baş tutan Latviya Seyminə XII çağırış seçimlərdə qalib gələn İnese Libina-Eqnere, 2018-ci ildədə Latviya Seyminə üzv seçildi.
Qəm yemə!
"Qəm yemə!" (gürc. არ იდარდო!) — rejissor Georgi Daneliyanın 1968 çəkdiyi sovet komediya-dram bədii filmi. Film fransız yazıçısı Klod Tilierin "Dayım Benjamin" tragikomediya romanının adaptasiyasıdır. == Məzmun == Gürcüstan, 19-cu əsrin sonu. Benjamin Qlonti (Vaxtanq Kikabidze) Sankt-Peterburqda həkim ixtisası üzrə təhsil alır və doğma şəhərinə qayıdır. O, təhsil borclarını ödəməyə və xəstələri müalicə etməyə hec tələsmir, dostları, Benjaminin yeznəsi olan katib Luka və vəkil Dodo ilə əylənmək üçün vaxt keçirir. Benjaminin bacısı Sofiko (Sofiko Çiaureli) onu və böyük ailəsini saxlamalıdır. Qardaşını evləndirməyə çalışaraq, onu yerli loğman həkim Tsintsadzenin varlı ailəsindən olan və poruçik İşxnelini sevən qızı Meri (Məryəm) ilə bir araya gətirir və tanış edir. Benjaminin qayğısız həyatı birdən-birə çox mürəkkəbləşir. O, evlənməkdə maraqlı deyil, daha çox meyxanəçi arvadı Marqo ilə görüşməyə üstünlük verir, lakin Sankt-Peterburqda təhsil almaq üçün Benjaminə borc verən və indi borcunu tələb edən Abesalom Şalvoviç gəldiyindən və Qlontini həbslə hədələdiyindən Benjamin Sofikonun qərarına tabe olur.