ƏSNƏMƏ

Əsnəmək”dən f.is. Darıxanda adamı əsnəmə tutar.
– Əsnəmə, gərnəşmə əl çəkməz, çıxar guya canın; Hansı pünhanındadır bu aşikarın ləzzəti? Ə.Nəzmi.
Mövlamqulunun nəfəsi yavaş-yavaş genişlənir, onu əsnəmə tuturdu. S.Rəhimov.

ƏSNƏK
ƏSNƏMƏK
OBASTAN VİKİ
Əsnəmək
Əsnəmək— eyni vaxtda havanın tənəffüs edilməsi və qulaq pərdələrinin gərilməsindən sonra nəfəsin çıxarılmasından ibarət olan bir refleksdir. Bu proses ən çox yetkinlərdə yuxudan dərhal əvvəl və ya sonra, yorucu fəaliyyətlər zamanı baş verir. Eyni zamanda insanlara keçici keyfiyyəti ilə xarakterizə olunur. Bu refleks yorğunluq, stress, yuxu, cansıxıcılıq və hətta aclıqla əlaqələndirilir. İnsanlarda əsnəmək əksər hallarda başqalarının əsnədiyi zaman baş verir.

Digər lüğətlərdə