İŞLƏMƏ₂

is.
1. İynə və s. ilə parça üzərində işlənmiş bəzək, naxış. Güləbətin işləmələr bəzi geyimlərin, araqçın, saatqabı, pul kisəsi, daraqqabı və başqa məişət şeylərinin üzərində görülür. “Azərbaycan xalq sənəti”.
// Həkk edilmiş, qazılmış, oyulmuş naxış, şəbəkə və s.
Sola və sağa açılan qapıların yanında ləmə kimi divara qazılmış, dördkünclü işləmələr vardı. M.İbrahimov.

// Kağızdan kəsilmiş bəzək.
Qəfəsələr üstünə; Salmaq üçün kağızdan; İşləmələr qayırdı. B.Vahabzadə.

2. bax işləməli. İşləmə dəsmal.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İŞLƏMƏ təkmilləşdirmə — mükəmməlləşdirmə
  • İŞLƏMƏ bəzək — naxış — şəbəkə
  • İŞLƏMƏ çalışma — hazırlaşma

Omonimlər

  • İŞLƏMƏ İŞLƏMƏ I is. Əl işi, bəzək, ornament. Qədim işləmələrə o yeni həyat verir, onları yenidən xalqa qaytarır (“Qobustan”)
İŞLƏMƏ₁
İŞLƏMƏK

Digər lüğətlərdə