Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sebastien İzambard
Sebastien İzambard (7 mart, 1973, Paris, Fransa) fransız pop müğənni və İl Divo qrupunun üzvü. == Həyatı == Sebastien İzambard 7 mart 1973-cü ildə Parisdə kasıb ailədə dünyaya gəlmişdir. Atası İzambardın altı yaşı olanda anasını, İzambardın özünü və nənəsini evdə yalnız buraxıb qaçmışdı. Kasıbçılıq içində olduqlarından İzambard bir dəfə mağazadan yemiş oğurlamış və anasına aparmışdı. Anası isə onun yemişi oğurladığını öyrəndikdə İzambardın geri qayıdıb mağaza sahibindən üzr istəməsini tələb etmişdi. İzambard böyüdükcə musiqiyə olan sevgisi artırdı. O ilk dəfə Fransada pop musiqiçi kimi fəaliyyətə başlamışdır, ilk olaraq Libre adlı albomu işıq üzü görmüşdü. Si Tu Savais adlı musiqisi isə Fransada ən çox dinlənilən mahnılar arasında birinci yerdə qərarlaşmışdı. Oxumaqdan əlavə İzambard həm bəstəkardı, həmçinin piano və gitarada çalmağı bacarır. == İl Divo == 2003-cü ilin dekabrında o dörd kişi müğənnidən ibarət beynəlxalq İl Divo qrupuna qoşuldu.
Sebastyen İzambar
Sebastien İzambard (7 mart, 1973, Paris, Fransa) fransız pop müğənni və İl Divo qrupunun üzvü. == Həyatı == Sebastien İzambard 7 mart 1973-cü ildə Parisdə kasıb ailədə dünyaya gəlmişdir. Atası İzambardın altı yaşı olanda anasını, İzambardın özünü və nənəsini evdə yalnız buraxıb qaçmışdı. Kasıbçılıq içində olduqlarından İzambard bir dəfə mağazadan yemiş oğurlamış və anasına aparmışdı. Anası isə onun yemişi oğurladığını öyrəndikdə İzambardın geri qayıdıb mağaza sahibindən üzr istəməsini tələb etmişdi. İzambard böyüdükcə musiqiyə olan sevgisi artırdı. O ilk dəfə Fransada pop musiqiçi kimi fəaliyyətə başlamışdır, ilk olaraq Libre adlı albomu işıq üzü görmüşdü. Si Tu Savais adlı musiqisi isə Fransada ən çox dinlənilən mahnılar arasında birinci yerdə qərarlaşmışdı. Oxumaqdan əlavə İzambard həm bəstəkardı, həmçinin piano və gitarada çalmağı bacarır. == İl Divo == 2003-cü ilin dekabrında o dörd kişi müğənnidən ibarət beynəlxalq İl Divo qrupuna qoşuldu.
İzaməddin Bağırov
İzaməddin Zeynal oğlu Bağırov (d. 6 aprel 1967) — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2008). == Həyatı == İ.Bağırov 1990-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Kütləvi tamaşalar rejissoru" fakültəsini bitirmişdir. 1991-ci ildən Sumqayıt Dövlət Musiqili Dram Teatrının aktyoru və rejissoru vəzifələrində işləyir. Quruluş verdiyi tamaşalardan A.Kamyunun "Ağlasığmaz faciə", Ş.Qurbanovun "Milyonçunun dilənçi oğlu", C.Cabbarlının "Solğun çiçəklər", C.Məmmədovun "Kişi", Y.Həşimovun "Həkimlər nobata gedir" və Ə.Qiyasın "Cəhənnəm ekspresi" kimiləri qeyd etmək olar. İ.Bağırov tərcümə ilə də məşğul olur. Onun tərcümə etdiyi bir neçə pyes Akademik Milli Dram Teatrının, Sumqayıt və Dərbənd Dövlət teatrlarında tamaşaya qoyulmuşdur. Sumqayıt teatrında oynadığı rollardan Kefli İsgəndər və Naçalnik (C.Məmmədquluzadə "Ölülər", "Danabaş kəndinin əhvalatları", Dövlət bəy, Aydın və Bəhram (C.Cabbarlı "Aydvn", "Solğun çiçəklər"), Yan(A.Kamyu "Anlaşılmazlıq"), İmran (S.S.Axundov "Tamahkar"), Məsi (Ə.Qiyas" Qarışqa yuvası"), Qarakişi (İ.Məlikzadə "Gəl qohum olaq"), Şahbaz (M.F.Axundov "Müsyo Cordan və Dərviş Məstəli şah"), Sədrəvəzi (A.Babayev "Xilaskar"), Albert (A.İvaşenko "Uşağa bir üç yazın"), Qazan xan (F.Məhərrəmov (Oğuzlar", Müstəntiq (N.Dumbadze "Ağ bayraqlar"), Cəfərqulu xan (Y.Kevr "Xacə şah") və s. göstərmək olar. İ.Bağırov özünü kino sənətində də yoxlamış və "Yük"-də Dərviş, "Təxribat"-da Səfil və "Biriya"-da Məhəmməd Biriyanın obrazlarını yaratmışdır.
İlam
İlam — İranın İlam ostanının və İlam şəhristanının mərkəzidir.
İmam
İmam (ərəb. إمام‎ — başçı) — islamda məscidə, dini ayinlərə rəhbərlik edən ruhani şəxs. "İmam" sözü həm də "nümunəvi şəxs" kimi izah oluna bilər. İslamda məcburi olan ümumi cümə namazı zamanı imam seçilir və o namaza rəhbərlik edir. Bu ayinin yerinə yetirilməsi zamanı 8 yaşına çatmış istənilən şəxs imam ola bilər. Türkiyədə imamı namaz qılanlar özləri seçir, hakimiyyət isə onun statusunu təsdiqləyir. Adətən imamlar ilahiyyat təhsili alanlar arasından seçilir. İmamın geyimindəki fərqlər — ağ əmmamə və paltarın ağ ətəkləridir. == Şiəlikdə imam == On iki imam teologiyasına görə (şiəlikdə) on iki imam Məhəmməd peyğəmbərin birbaşa mənəvi varisləri olmuşlar. İlk imam peyğəmbərin kürəkəni, dördüncü xəlifə İmam Əlidir.
İnam
İnam — 225 km² ərazini əhatə edən və Bakı şəhərindən təxminən 140 km cənubda dənizdə yerləşən neft-qaz yatağıdır. == Tarixi == İnam Cənubi Xəzər hövzəsinin şelf hissəsində yerləşir. Bu sahədə suyun dərinliyi şimalda 45 metrdən cənubda 200 metrə qədər dəyişir. 1990-cı illərin əvvəlində İnam strukturunda ARDNŞ tərəfindən qazma işləri aparılmışdır. Bu quyu çox yüksək təzyiqlə üzləşdiyindən dayandırılmışdır. 1999-cu ildə İnam strukturunda əhatəli şəkildə 3 ölçülü seysmik tədqiqat aparılmışdır. 2000-2001-ci ildə konsorsium strukturun cənub qanadında INX-1 quyusunu qazmışdır. Bu quyuda da layihə dərinliyinin yaxınlığında olduqca yüksək təzyiqə rast gəlinmişdir. Bu iki quyudan əldə olunmuş məlumatlar Cənubi Xəzərdəki digər geoloji kəşfiyyat quyularından əldə olunmuş nəticələrlə birlikdə interpretasiya edilmiş və İnam strukturunda INX-2 quyusunun qazılması planının hazırlanmasına imkan yaratmışdır. İnam strukturunun potensialını uğurla qiymətləndirmək üçün INX-2 quyusunun layihələndirilməsində bütün bu əvvəlki quyulardan əldə edilmiş təcrübələr və qazma sahəsində bəzi ən son texnologiyalar nəzərə alınmışdır.
12 imam
On iki imam – İslamın on iki imamçı şiə və ələvi qollarında Məhəmməd peyğəmbərin (s.ə.s) dini və siyasi xəlifələridirlər. On iki imamçıların dini nəzəriyyələrinə görə, on iki imam təkcə cəmiyyəti ədalətlə idarə edən şəxslər yox, həmçinin şəriəti (İslam hüquq sisteminin) və Quranın ezoterik (sirli, yalnız seçilmiş şəxslərə məxsus) mənalarını qoruyan və təfsir (izah) edən nümunəvi insan fərdləridir. Muhəmmədin (s.ə.s) və imamların sözləri və əməlləri cəmiyyət üçün bələdçi və nümunə rolunu oynayır. Bu səbəbdən də onlar səhv və günahlardan uzaq olmalıdırlar (dini terminologiyada İsmət və ya məsumluq adlanır) və Məhəmmədin əli ilə ilahi hökmlə, və ya nəsslə təyin edilməlidirlər. == İmamət inancı == İslamın on iki imamçı şiə qolunun inancına görə əql – ilahi müdriklik (hikmət) Peyğəmbərlərin və imamların ruhlarının mənbəyi olmaqla, onlara Hikmət adlanan ezoterik bilik aşılayır və onların iztirabları, onların tərəfdarlarına ilahi bəxşiş vasitələridir.Baxmayaraq ki, imam ilahi vəhyi almır, ancaq onun Allahla çox yaxın rabitəsi var, hansı ki, o rabitə vasitəsilə Allah imama, imam da öz növbəsində insanlara bələdçilik edir. İmamlara həmçinin sahib olduqları “əl-Cəfr”, “əl-Camiə” kimi gizli kitablar da aid edilir. İmamət, yaxud ilahi rəhbərliyə etiqad on iki imamçı şiə əqidəsində əsas inanclardan hesab edilir və “Allah bəşəriyyəti ilahi bələdçiliyə çıxış imkanı olmadan buraxmaz” nəzəriyyəsinə əsaslanır.On iki imamçıların inancına görə, hər dövrün müsəlman cəmiyyətində bütün əqidə və fiqh məsələləri üzrə ilahi hökmü müəyyən edən imamı var. Əli ibn Əbu Talib on iki imamın birincisidir və on iki imamçı etiqada görə, Məhəmmədin ədalətli səhabəsidir və onun qızı olan Fatimə yolu ilə ondan sonra Məhəmmədin kişi nəsli davam etmişdir. Bir-birləri ilə qardaş olan Həsən və Hüseyndən başqa hər bir imam özündən əvvəlki imamın övladıdır (oğludur). On ikinci və sonuncu imam Məhəmməd əl-Mehdidir və on iki imamçı şiələrin etiqadına görə, hal-hazırda həyatdadır (diridir) və dünyaya zühur edib ədaləti bərpa edənə qədər qeybdədir (bu hadisə Böyük Qeybət dövrü adlanır).
Meymə (İlam)
Meymə — İranın İlam ostanının Dehluran şəhristanının Sərab Meymə bəxşində şəhər və onun mərkəzi. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 2,277 nəfər və 437 ailədən ibarət idi.
Nizam Osmanov
Nizam Ramazan oğlu Osmanov (16 iyun 1965, Kalinino rayonu) — Azərbaycan Respublikası müdafiə nazirinin sabiq müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin sabiq rəisi, general-leytenant. == Həyatı == Osmanov Nizam Ramazan oğlu 16 iyun 1965-ci ildə Ermənistan Respublikası, Kalinino rayonunda anadan olub. 1986-cı ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirib. 1986–1992-ci illərdə Uzaq Şərq Hərbi Dairəsində taqım, bölük, tabor komandirləri vəzifələrində xidmət edib. 1992-ci ilin avqust ayından Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətə başlayıb. 1992–2002-ci illərdə motoatıcı tabor komandiri, hərbi hissənin əməliyyat şöbəsi rəisinin baş köməkçisi, qərargah rəisi, alay komandirinin müavini, motoatıcı briqadanın qərargah rəisi və komandiri, hərbi birlik komandirinin müavini vəzifələrində xidmət edib. 2002–2014-cü illərdə hərbi birlik komandiri vəzifəsində xidmət edib. 2014–2020-ci illərdə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini — Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi vəzifəsində xidmət edib. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib. 8 iyul 2020-ci ildə Müdafiə nazirinin müvafiq əmri ilə Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini — Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsinin icrasına buraxılıb.
İlam (ostan)
İlam ostanı — İranın qərbində ostan. Mərkəzi İlam şəhəridir. == Ərazi == Ostanın ərazisi 20.151 km²-dir. İlam ostanı ərazisində 17 şəhər, 8 şəhristan, 18 bəxş, 38 kəndistan yerləşir . == Əhali == 2006-cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 545.787 nəfər əhali yaşayır . Ümumən vilayətdə əhalinin əksəriyyətini Kürdlər təşkil edirlər, onlar Kürd dilinin əsasən kəllhur və feyli dialektlərində danışan bir neçə tayfadan ibarətdirlər . 1996-cı il siyahıya almasına əsasən bütün əhalinin cəmi 162 nəfəri (158 nəfəri zərdüşti, 2 nəfəri xristian) müsəlman olmamışdır .
İlam ostanı
İlam ostanı — İranın qərbində ostan. Mərkəzi İlam şəhəridir. == Ərazi == Ostanın ərazisi 20.151 km²-dir. İlam ostanı ərazisində 17 şəhər, 8 şəhristan, 18 bəxş, 38 kəndistan yerləşir . == Əhali == 2006-cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 545.787 nəfər əhali yaşayır . Ümumən vilayətdə əhalinin əksəriyyətini Kürdlər təşkil edirlər, onlar Kürd dilinin əsasən kəllhur və feyli dialektlərində danışan bir neçə tayfadan ibarətdirlər . 1996-cı il siyahıya almasına əsasən bütün əhalinin cəmi 162 nəfəri (158 nəfəri zərdüşti, 2 nəfəri xristian) müsəlman olmamışdır .
İlam şəhristanı
İlam şəhristanı- İranın İlam ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi İlam şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 193,222 nəfər və 42,207 ailədən ibarət idi.
İmam-camaat
İmam-camaat (yaxud pişnamaz) — camaat namazında öndə namaz qılan, digərlərinin isə ona iqtida edərək namaz qıldığı şəxs. İmam-camaat gərək baliğ, aqil, adil, halalzadə və namazı düz qılan olsun. Əgər məmum (imama iqtida edən) kişidirsə, onun imamı da gərək kişi olsun. İmam-camaat zahirən vacibləri yerinə yetirib, haramları tərk edən olmalıdır. Şiə məzhəbində imam-camaatın on iki imam şiəsi olması da əsas şərtlərdən biridir. == Əlavə şərtlər == Məmun adil bildiyi bir imamın indi də adil olub-olmadığında şəkk etsə, ona iqtida edə bilər. Ayaq üstə namaz qılan bir şəxs, oturan və ya uzanan halda namaz qılan şəxsə iqtida edə bilməz. Oturan halda namaz qılan bir şəxs də, uzanaraq namaz qılan şəxsə iqtida edə bilməz. Oturan halda namaz qılan şəxs, oturan halda namaz qılana iqtida edə bilər, amma uzanan halda namaz qılanın iqtida etməsi mütləq şəkildə işkallıdır, istər imam ayaq üstə olsun istər oturan halda istərsə də uzanan halda. Əgər imam camaat bir üzrə görə nəcis libas ilə, yaxud təyəmmüm ilə və ya cəbirə dəstəmazı ilə namaz qılsa, ona iqtida etmək olar.
İmam Baqir
İmam Baqir (8 may 677, Mədinə – 26 yanvar 733, Mədinə) — şiə İslamında atası Zeynülabidindən sonra beşinci imam və ondan sonra yerinə oğlu Cəfər Sadiq təyin olundu. Anası Fatimə Ümmü Əbdullah Həsən ibn Əlinin qızı idi və Məhəmməd Baqiri Məhəmmədin hər iki nəvəsi Həsən və Hüseynin nəslindən olan ilk imam etdi. == İstinadlar == == Xarici keçidlər == Mehdi Pişvayi. "İmam Baqir (ə) kimdir? (I hissə)" ( (az.)). islamazeri.com. 2020-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-28. Mehdi Pişvayi. "İmam Baqir (ə) kimdir?
İmam Bağır
İmam Cavad
Məhəmməd ibn Əli ət-Təqi (İmam Cavad, İmam Təqi; 12 aprel 811, Mədinə, Hicaz, Abbasilər – 27 noyabr 835, Bağdad, İraq, Abbasilər) — == Uydurulmuş hədislərə qarşı İmam Cavad (ə)-dan cavab == Yəhya ibn Əqsəm, İmam Cavad (əs)-a belə sual etdi: "Rəvayət edildiyinə görə bir gün Cəbrail (ə.s) Peyğəmbərin (s) hüzuruna gələrək belə buyurur: — "Ey Muhəmməd! ALLAH sənə salam göndərir və belə buyurur: "Mən Əbu Bəkrdən razıyam, görəsən o da məndən razıdırmı? Bu rəvayət haqqındakı görüşünüz nədir?" İmam Cəvad (ə.s) buyurur ki: "Bu xəbəri rəvayət edən kəs, Peyğəmbərin (s) vida həccindəki bu sözünü də xatırlamaq məcburiyyətindədir: "Mənim adımdan yalan söyləyənlər olduqca çoxalmışdır, məndən sonra da çox olacaqdır. Hər kəs mənim adımdan bilərəkdən yalan söyləyərsə yeri cəhənnəm atəşi olacaqdır." İmam Cəvad (ə.s) sözünə belə davam etdi: "(Əbu Bəkr haqqındakı) bu rəvayət Allahın kitabı ilə uyğun gəlməməkdədir. Çünki Allah (Qurani-Kərimdə) belə buyurur: "And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. Biz ona şah damarından da yaxınıq!" [Qaf surəsi. 16]. Görəsən Əbu Bəkrin (ALLAHdan) razı olub olmadığı ALLAHa gizliydimi ki bunu Peyğəmbərindən soruşur?! Bu əqlən mümkünsüzdür." 2-Yəhya ibn Əqsəm belə sual edir: Rəvayət edilir ki: "Əbu Bəkr və Ömər yer üzündə, göydəki Cəbrail və Mikail kimidirlər." İmam Cəvad (ə.s) buyurur ki: "Bu hədisə də diqqət etmək lazımdır. Çünki Cəbrail və Mikail, ALLAH qatındakı iki müqərrəb mələkdirlər.
İmam Hadi
İmam Əliyyən-Nəqi (8 sentyabr 828 və ya 7 mart 828, Mədinə, Abbasilər – 1 iyul 868 və ya 21 iyun 868, Səmərra, Abbasilər) — Əli ibn Məhəmməd əl-Hadi.
İmam Hüseyn
Hüseyn ibn Əli (ərəb. حسين بن علي‎; 9 yanvar 623, Mədinə, Əl-Mədinə[d], Səudiyyə Ərəbistanı – 10 oktyabr 680, Kərbəla) (tam adı: Hüseyn ibn Əli ibn Əbu Talib əl-Haşimi əl-Qureyşi) — Şiələrin 3-cü imamı, xəlifəsi və 5-ci məsumu; Əhli-Beytin nümayəndəsi, səhabə. İmam Hüseyn adı, Əbu Abdullah künyəsi ilə məşhurdur. Şiələrin üçüncü imamı, Kərbəla şəhidi, Kisa Səhabələrindən, Əli və Fatimənin ikinci oğlu və Məhəmmədin nəvəsidir. Məhəmməd onu və qardaşı Həsən ibn Əlini cənnət gənclərinin ağası olaraq elan etmişdir. Siffeyn, Cəməl və Nəhrəvan döyüşlərində atasının yanında iştirak edərək, döyüşmüşdür. Qardaşı Həsənin imaməti və xilafəti dövründə onun yanında olmuş və Müaviyə həyatda olduğu müddətcə Həsənin sülh müqaviləsinə sadiq qalmışdır. 680-ci ildə Müaviyənin ölümüylə birlikdə Yezidə beyət etməyi qanuni bilməmiş və kufəlilərin dəvəti üzərinə Məkkədən Kufəyə doğru yola çıxmışdır. Kərbəlada kufəlilərin xəyanət və sədaqətsizliklərindən ötəri Aşura günü Əməvi ordusu ilə baş verən döyüşdə, Hüseyn və aralarında qardaşı, oğlanları və qardaşı oğlunun da olduğu təxminən 72 tərəfdarı ilə birlikdə öldürülmüşdür. Sağ qalan yaxınları, ailəsi və tərəfdarları əsir alınaraq Kufə və oradan da Şama göndərilmişdir.
İmam Həsən
Həsən ibn Əli (ərəb. الحسن بن علي‎; 1 mart 625, Mədinə, Hicaz – 669[…], Mədinə, Hicaz, Əməvilər xilafəti) — İslam Xilafətinin 5-ci Raşidi xəlifəsi; Taiyabi və Mustaali İsmaili şiələrinin 1-ci imamı, xəlifəsi və 4-cü məsumu; Dörd, Yeddi və On iki imam şiələrinin 2-ci imamı, xəlifəsi və 4-cü məsumu, Əhli-Beytin nümayəndəsi, səhabə. İmam Həsən adı, Müctəba ləqəbi ilə məşhurdur. 37 yaşında ikən İmam və xəlifə olub. Hicrətin 41-ci ilində I Muaviyə ilə sülh etmişdir. Hökumət dövrü altı ay üç gün olmuşdur. Sülh sazişindən sonra Mədinəyə getmiş və orada on illik yaşayışından sonra öldürülmüşdür. Mədinədə Bəqi qəbiristanlığında dəfn edilmişdir. Həsən İmamət və Xilafət kimi iki vəzifəni və Müsəlmanlar arasında birliyin təmin olunması və ayrılıqlara mane olma məsələsində mühüm rol oynamış və sonunda Muaviyə ilə sülh etmək məcburiyyətində qalmışdır. Xilafət dövrü və Muaviyə ilə sülh müqaviləsi həyatındakı və sədri-İslamdakı ən mühüm inkişaf hesab olunur.
İmam Kazim
İmam Kazım (tam adı: Əbul Həsən Musa ibn Cəfər əl-Kazım;8 noyabr 745, Mədinə – 31 avqust 799, Bağdad) — Cəfəri şiələrinə görə 9-cu məsum, 7-ci imam və xəlifə. == Künyə və ləqəbləri == Künyəsi: Əbül-Həsən Sani, Əbu İbrahim Ləqəbləri: Kazim, Zahir, Vəfiyy, Əmin, Zeynül-Müctehidin, Ənnəfsüz-Zəkiyyə, Əbdisaleh, Siqə, Təyyib, Səyyid, Məmun. == Həyatı == İmamın həyatı iki mərhələyə bölünür: 1. İmamlıqdan qabaqkı dövr, hicri 128-dən 148-ə qədər (20 il) 2. İmamlıq dövrü, hicri 148-ci ildən 183-cü ilə kimi (35 il). O həzrətin imamlıq dövrü Abbasi xəlifələri Mənsur Dəvanaqi, Mehdi Abbasi və Harun-Ər-Rəşidin hakimiyyətinə təsadüf etmişdir. Onun imamlıq dövrünün çoxu (23 il, 2 ay, 17 gün) Harunun xilafəti dövrünə təsadüf edib === Həyatı barədə qısa məlumat === O Həzrətin adı Musa, ləqəbi Kazim, anası Həmidə adlı çox fəzilətli bir qadın, atası isə altıncı İmam Həzrət Sadiq olmuşdur. İmam Kazim hicrətin 128-ci ilində (Mədinənin yaxın kəndlərindən biri olan) Əbva adlı bir yerdə dünyaya gəlmiş, hicrətin yüz səksən üçüncü (başqa bir versiyaya görə isə yüz səksən altıncı) ilində şəhid olmuşdur. === İmam Kazimin həməsri olmuş xəlifələr === Hicrətin yüz qırx səkkizinci ilində İmam Sadiq şəhid olduqdan sonra İmam Kazimin İmamlıq dövrü başlamışdır. O Həzrət İmam olduğu bu otuz beş (ya da otuz səkkiz) il ərzində aşağıda adları çəkilmiş xəlifələr onun həməsri olmuşdur: Mənsur Dəvaniqi (137-158 h.q); Məhdi adı ilə tanınmış Məhəmməd.
İmam Kazım
İmam Kazım (tam adı: Əbul Həsən Musa ibn Cəfər əl-Kazım;8 noyabr 745, Mədinə – 31 avqust 799, Bağdad) — Cəfəri şiələrinə görə 9-cu məsum, 7-ci imam və xəlifə. == Künyə və ləqəbləri == Künyəsi: Əbül-Həsən Sani, Əbu İbrahim Ləqəbləri: Kazim, Zahir, Vəfiyy, Əmin, Zeynül-Müctehidin, Ənnəfsüz-Zəkiyyə, Əbdisaleh, Siqə, Təyyib, Səyyid, Məmun. == Həyatı == İmamın həyatı iki mərhələyə bölünür: 1. İmamlıqdan qabaqkı dövr, hicri 128-dən 148-ə qədər (20 il) 2. İmamlıq dövrü, hicri 148-ci ildən 183-cü ilə kimi (35 il). O həzrətin imamlıq dövrü Abbasi xəlifələri Mənsur Dəvanaqi, Mehdi Abbasi və Harun-Ər-Rəşidin hakimiyyətinə təsadüf etmişdir. Onun imamlıq dövrünün çoxu (23 il, 2 ay, 17 gün) Harunun xilafəti dövrünə təsadüf edib === Həyatı barədə qısa məlumat === O Həzrətin adı Musa, ləqəbi Kazim, anası Həmidə adlı çox fəzilətli bir qadın, atası isə altıncı İmam Həzrət Sadiq olmuşdur. İmam Kazim hicrətin 128-ci ilində (Mədinənin yaxın kəndlərindən biri olan) Əbva adlı bir yerdə dünyaya gəlmiş, hicrətin yüz səksən üçüncü (başqa bir versiyaya görə isə yüz səksən altıncı) ilində şəhid olmuşdur. === İmam Kazimin həməsri olmuş xəlifələr === Hicrətin yüz qırx səkkizinci ilində İmam Sadiq şəhid olduqdan sonra İmam Kazimin İmamlıq dövrü başlamışdır. O Həzrət İmam olduğu bu otuz beş (ya da otuz səkkiz) il ərzində aşağıda adları çəkilmiş xəlifələr onun həməsri olmuşdur: Mənsur Dəvaniqi (137-158 h.q); Məhdi adı ilə tanınmış Məhəmməd.
İmam Malik
Mâlik bin Ənəs (Ərəbcə: مالك بن أنس) — Maliki məzhəbinin qurucusu, böyük müctəhid və mühəddis. Tam adı Əbu Abdillah Malik bin Ənəs bin Malik bin Əbî Âmir el-Əsbahi əl-Yəməni Ərəbcə: أبو عبد الله مالك بن أنس بن مالك بن أبي عامر بن عمر الأصبحي اليمني dir. 712 (Hicri 93) ilində Mədinədə doğulmuş, 795 (Hicri 179) ilində eyni yerdə vəfat etmişdir. Prof. Əbu Zəhranın araşdırmalarına görə Malik ibn Ənəs Hicri 93-cü ildə (miladi 712) Mədinədə Yəmən qəbiləsinə mənsub ərəb əsilli bir ailədə doğulmuşdu. Ona "Mədinə imamı" da deyirdilər. İmam Malikin tam adı Əbu Abdullah Malik ibn Ənəs ibn Əbi Əmir ibn Əmr ibn əl-Xaris ibn Qayman ibn Hüseyl ibn Əmr ibn əl-Həris əl-Əshabidir. Atası Yəmənli Zu Əsbah qəbiləsinə mənsub Ənəs ibn Malik ibn Əbi Əmir əl-Əsbahdır. Anası isə Yəmənin ərəb qəbilələrindən əl-Əzdi qəbiləsinə mənsub olub adı Aliyə binti Şureyk əl-Əzdiyyədir. İmam Malikin babası Malik Yəmən valisi tərəfindən zülmə məruz qaldığına görə Mədinəyə köç edərək burada Qureyş qəbiləsinə mənsub Bəni Teym ibn Murra qəbiləsi ilə qohum olmuşdu.
İmam Mehdi
İmam Mehdi (təq. 868, Səmərra, Abbasilər – bilinmir) — On ikinci imam. == Həyatı == Məhəmməd ibn Həsən əl-Məhdi (ərəb. محمد بن الحسن المهدي‎) H.Q. 255 və ya 256 və ya 258-ci il (M. 869/870/871) Şaban ayının 15-i Ərəb Xilafətinin (indiki İraq Respublikasının) Samirə şəhərində dünyaya gəlmişdir. Atası cəfəri şiələrinin 11-ci imamı Həsən ibn Əli əl-Əskəri, anası isə Nərcis Xatundur. Dünyaya gəldiyi ilk illərdə hakim sülalə Abbasilər tərəfindən həyatı üçün təhlükə mövcud olduğuna görə dünyaya gəlməsi gizli saxlanılmışdır. Bu vəziyyət h.q. 260-cı ilə (M. 875) qədər, yəni 11-ci imam Həsən ibn Əli əl-Əskəri vəfat etməsinə və imamlığın Mehdiyə keçməsinə qədər davam etmişdir. Mehdi, atası (Həsən ibn Əli əl-Əskəri) öldükdən sonra imamət məqamına sahib olmuş və sonra da qeybə çəkilmişdir. İstisnaları çıxmaq şərtilə onu şəxsi (özəl) naiblərindən başqa heç kim görməmişdir.
İmam Mustafayev
İmam Daşdəmir oğlu Mustafayev (12 (25) fevral 1910, Qax, Zaqatala dairəsi – 10 mart 1997, Bakı) — biologiya elmləri doktoru (1964), Azərbaycanın tanınmış ictimai-siyasi xadimi, 1954–1959-cu illərdə Azərbaycan SSR Kommunist Partiyası MK-nin birinci katibi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (1950). == Həyatı == İmam Mustafayev 25 fevral 1910-cu ildə Azərbaycanın Qax rayonunun Qax-Muğal kəndində, kasıb kəndli ailəsində anadan olmuşdur. 1928-ci ildə Zaqatala Kənd Təsərrüfatı Texnikumunu, 1932-ci ildə isə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir. 1932–1934-cü illərdə həmin institutda Genetika, seleksiya və toxumçuluq kafedrasında aspirant olmuşdur.İmam Mustafayev 1938-ci ildə Moskva KT Akademiyasında dissertasiya müdafiə edərək kənd təsərrüfatı üzrə namizədlik, 1964-cü ildə Leninqrad ÜRBİ (VİR)-də "Azərbaycanın buğdaları və onların seleksiya və formaəmələgəlmə prosesində rolu" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək biologiya elmləri doktoru elmi adını almışdır. 1950-ci ildə Azərbaycan EA-nın həqiqi üzvü seçilmşidir. == Əmək fəaliyyəti == 1934–1940 illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda dekan, kafedra müdiri, elmi işlər və tədris hissəsi üzrə direktor müavini işləmişdir. 1940-cı ildə Ümumittifaq Kommunist (b) Partiyası üzvlüyünə qəbul olunmuşdur. 1950–1952-ci illərdə Azərbaycan EA Elmi katibi, "Azərbaycan EA Məruzələri" və "Azərbaycan sosialist kənd təsərüfatı" jurnallarının redaktoru olmuşdur. Habelə "Azərbaycan EA Xəbərləri" jurnalının redaksiya heyətinin üzvü, Bakı şəhəri və Azərbaycan üzrə deputatı vəzifələrini icra etmişdir.1940–1954 illərdə Azərbaycan SSR Dövlət Nəzarəti Komissarının I müavini, Azərbaycan Xalq Torpaq Komissarının I müavini, Azərbaycan kənd təsərrüfatı naziri, Azərbaycan Kommunist Partiyası Gəncə Vilayət Komitəsinin I katibi, Azərbaycan Kommunist Partiyası katibi, Gəncə Vilayət Komitəsinin I katibi, 1954–1959-cu illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi vəzifələrində çalışmışdır.Hakimiyyətdə olduğu dövrdə Azərbaycan dilinin rus dilindən üstün tutulması istiqamətində gördüyü işlər səbəbindən 8 iyul 1959-cu ildə "bacarıqsızlıq" bəhanəsi ilə vəzifəsindən azad edilmiş və Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsi bürosunun üzvlüyündən çıxarılmışdır. Alim 1959–1997-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Genetika və Seleksiya İnstitutunda Dənli və dənli-paxlalı bitkilərin genetikası və seleksiyası şöbəsinin müdiri işləmişdir.
İmam Nağı
İmam Əliyyən-Nəqi (8 sentyabr 828 və ya 7 mart 828, Mədinə, Abbasilər – 1 iyul 868 və ya 21 iyun 868, Səmərra, Abbasilər) — Əli ibn Məhəmməd əl-Hadi.
İmam Nəqi
İmam Əliyyən-Nəqi (8 sentyabr 828 və ya 7 mart 828, Mədinə, Abbasilər – 1 iyul 868 və ya 21 iyun 868, Səmərra, Abbasilər) — Əli ibn Məhəmməd əl-Hadi.
İmam Nəvəvi
Nəvəvi (oktyabr 1233, Nəva[d], Məmlük dövləti – 22 dekabr 1278, Nəva[d], Suriya, Məmlük dövləti) — 13-cü yüzillikdə yaşamış ərəb hədis və fiqh bilgini. == Həyatı == İmam Nəvəvi – rahmətullahi aleyhi – özündən başlayaraq geriyə doğru nəsəbi belədir: Yəhyə b. Şərəf b. Murri Həsən b. Hüseyin b. Nizam ən-Nəvəvidir. Kunyəsi Əbu Zəkəriyyə Muhyiddindir. Nəvəvi Şamın şərq tərəfində Havran qəsəbəsində Nəva adlanan yerdə hicrətin 631-ci ili, Məhərrəm ayında dünyaya gəlmişdi. Hələ kiçik yaşlarında ikən Allah onun qəlbində din və elm sevgisini yerləşdirmiş, buna görə də Qurani Kərimi hifz etmişdi. Elm öyrənməkdə atasının böyük rolu olmuşdur.
İmam Qəzali
Əbu Hamid əl-Qəzali (daha dəqiqi: Qəzzali), tam adı Əbu Hamid Məhəmməd ibn Məhəmməd əl-Qəzali (ərəbcə: ابو حامد محمد بن محمد الغزالى, qısaca: الغزالى ); 1058 və ya təq. 1056, Tus – 19 dekabr 1111, Tus) — müsəlman teoloqu, filosofu, sufisi. == Həyatı == Heç mübaliğəsiz bu xorasanlının İslam aləmində görülən ən güclü şəxsiyyət və ən yaxşı beyinlərdən biri olduğu söylənə bilər. Ona verilən "Huccet-ul-İslam" (İslamın dəlili, sübutu) ləqəbi də bunu göstərir. Əbu Həmid Muhammed Qəzali Hicri 450 / Miladi 1059-cu ildə şair Firdovsinin Xorasandakı vətəni olan Tus civarında bir qəsəbədə Qəzələdə doğulmuşdur. O və qardaşı Əhməd atalarını itirdikləri sırada hələ kiçik yaşda bir uşaq idilər. (Qardaşından daha sonra bir sufi olaraq bəhs ediləcəkdir) Fəqət ölümündən öncə onları bir dostunun vəsiyyətinə əmanət etmişdir. Müdrik (hakim) bir mütəsəvvif (sufi) bu zat onlara ilk meyillərini təmin etdi. Daha sonra gənc Əbu Həmid Nişapura getdi. Nişapur o sırada Xorasanın və İslam aləminin ən vacib mədəniyyət mərkəzlərindən biri idi.
Dizac Əzim (Sərab)
Dizac Əzim (fars. ديزج عظيم‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 36 nəfər yaşayır (10 ailə).