İZAH

is. [ ər. ] Bir fikri, əsəri və s.-ni yazılı və ya şifahi şəkildə aydınlaşdırma, anlatma, şərh etmə, bəyan etmə; şərh, bəyan.
[Arif:] Artıq yetişir, anladım, izahə nə hacət; Qarşımdakı İblis imiş, eyvah, nə dəhşət! H.Cavid.
İndi daha Fatmanın nə suala, … nə də Sadıq kişinin izahına ehtiyacı qalmışdı. Mir Cəlal.
[Rəşid dedi:] …Dediyim sirrin izahı məhz həmin gündən başlandı. İ.Hüseynov.

□ İzah etmək – anlatmaq, şərh etmək, açmaq, bəyan etmək. Məsələni izah etmək. Kitabın çətin yerlərini izah etmək.
– Komissar hadisəni izah etdi. M.Rzaquluzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İZAH İZAH [Arif:] Artıq yetişir, anladım, izahə nə hacət (H.Cavid); TƏFSİR Bu avamlıqla belə hər sözü təfsir edərik (M
  • İZAH şərh — bəyan
İZAFİ
İZAHAT

Digər lüğətlərdə