İMAM

is. [ ər. ]
1. Müsəlmanlarda: camaat namazına başçılıq edən, habelə bir məhəllədə nikah, ölüm və s. dini işlərə baxan ruhani.
İmamə ixtiyarın vermə, hərgiz uyma təkbirə: Özün kim faili-muxtarsan, biixtiyar olma. S.Ə.Şirvani.
[Məşədi:] Bunun evini yıxıb, bu halətə salan imam oldu. Ə.Haqverdiyev.
Mən sözümü qurtarmamışdım ki, məhəllənin imamı Şeyx Mirhadi içəri girdi. Qantəmir.

2. Məzhəb və ya təriqət başçısı.
// Şiə məzhəbi başçısı sayılan Əli və onun övladlarına verilən ad. İmam üçün ağlayan gözdən olar. ( Ata. sözü ). [Molla Kazım:] Deyirlər, oruc nahaq, namaz nahaqdır.
İmam təziyyəsi nahaqdır. Ə.Haqverdiyev.
[Molla Xəlil:] Sən imamların bacılarını, qızlarını yadına sal, səbr elə!… S.Hüseyn.

3. Bəzi kiçik ərəb dövlətlərində dövlət başçısı.
İMALƏ₁
İMAMCÜMƏ

Digər lüğətlərdə