Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dinsiz
Dinsizlik, kontekstə bağlı olaraq, ateizm, aqnostisizm, deizm, skeptisizm, azad düşüncə və ya dünyəvi humanizm mənası daşıya bilən bir sözdür. İnsanların dini baxışlar üzrə bölgüsündə Dentsu Institute (2006) və Zuckerman (2005) təşkilatlarının statistikası əsas götürülür. Verilən rəqəmlər maksimal qiymətlərdir. Statistikaya görə, 16% dünya əhalisi (1,1 milyard insan) özünü "dinsiz" sayır, buraya aqnostiklər, ateistlər, dünyəvi humanistlər və dini görüş haqda suala "yox", "dini seçimim yoxdur" deyə cavab verən kəslər aiddir. Araşdırmalara görə, varlı ölkələr daha çox dinsizdir, kasıblar isə dindardır; "təhsillilik" və "təhsilsizlik" göstəricisi də buna müvafiqdir.. Hesabatda qeyd olunur ki, dinsizlər müəyyən qədər inanclara malikdirlər, həmçinin dinsizlərin əksəriyyəti Asiya-Sakit okean bölgəsində yaşayırlar. 2012-ci il sorğusu göstərdi ki, ateistlər də daxil olmaqla 36% insan dinsizdir və 2005-ci ildən 2012-ci ilə qədər onların sayı 9% artıb.. Həmin mənbəyə görə, təxminən 40–50% özünü dinə bağlı saymayan insan heç olmasa tək tanrıya və ya hansısa fövqəltəbii qüvvəyə inanır.. == Dünya ölkələrinin göstəriciləri == Cədvəldə ölkələr üzrə dinsiz (qeyri-dindar) əhalinin azalan faizlərlə göstəricisi verilib.
Seyithan İzsiz
Seyithan İzsiz (1976, Çatağ[d], Van ili) — iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Seyithan İzsiz 1976-cı ildə Van ilinin Çatağ ilçəsində anadan olub. İstanbul Universiteti İqtisadiyyat və İdarəetmə Bölməsindən məzun olub. İstanbul Gelişim Universitetində siyasi elmlər üzrə magistr dərəcəsi alıb. Uzun illər iş adamı olaraq çalışıb. Van Federasiyasının prezidenti, Bəylikdüzüdə Könüllülər Vəqfinin qurucu prezidenti və İstanbul Şərqi - Cənub-Şərqi Üst Çatı Platformasının qurucu üzvü olub. Həmçinin İstanbul Ticarət Palatasının Şura üzvü və Komitə sədrinin müavini vəzifələrində çalışıb. Siyasi fəaliyyəti ərzində AK Partiya və İYİ Partiyanın üzvü olub. 2014-cü ildə İstanbul BB Məclis üzvü seçilib. 2023-cü ildə İYİ Partiyanın namizədi olaraq İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib.
Yeni iliniz mübarək (film, 2013)
Yeni iliniz mübarək (film, 2014)