Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əndəlus
Əndəlüs, həmçinin Əndəlus, Əndəlis və ya Andalusiya (isp. Andalucía, İspanca tələffüz: [andaluˈθi.a]) — İspaniyanın cənubunda tarixi vilayət və muxtar region. Sahəsi 87,3 min km2. Əhalisi 8 mln. nəfər (2007). Andalusiya inzibati ərazisinə 8 əyalət (Almeyra, Qranada, Kadis, Kordova, Malaqa, Sevilya, Uelva və Xaen) daxildir. Paytaxtı və əsas şəhəri Sevilyadîr. Ərazisinin çox hissəsini Qvadalkvivir çayı hövzəsindəki Əndəlus ovalığı tutur. Şimaldan Syerra-Morena, cənub və şərqdən Əndəlüs dağları ilə əhatələnir. VIII əsrin əvvələrində ərəblər bütün işğal edilmiş İspaniyanı əl-Əndəlüs adlandırmışdılar.
Əndəlüs tarixi
Əndəlüs — İslam hakimiyyətindəki İspaniya torpaqları. Ərəblər tərəfindən İspaniya torpaqları üçün istifadə edilən və onların ölkədən qovulmasından sonra ispan dilinə "Andalucia" olaraq keçən Əndəlüs kəliməsinin etimologiyası tam olaraq dəqiq deyil. İlk dəfə bu ada hicrətin 98-ci ilində (miladi 716) kəsilən bir sikkə üzərində rast gəlinir. Bir digər versiyaya görə isə, bu kəlimənin kökü V əsrdə şimali Afrikaya keçmədən öncə 18 il bu bölgədə yaşamış olan vandalların adıyla bağlıdır. Ərəblər ilk olaraq cənubi Fransadakı Septimaniya bölgəsi də daxil olmaq üzrə, İspaniyada idarə etdikləri bütün torpaqları Əndəlüs adlandırsalar da, 718-ci ildə başlayan və təxminən 8 əsr boyunca davam edən rekonkista illərində ərəblərin idarə etdiyi bölgənin daralması səbəbilə bu toponim də özünün əvvəlki mənasını itirmiş, nəticədə Əndəlüs adı yalnızca Nasiri əmirliyinin idarəsindəki torpaqlara şamil edilmişdir. "Andalucia" toponimi günümüzdə İspaniyada hələ də istifadə edilir və Almeriya, Qranada, Xaen, Kordova, Sevilya, Xuelva, Malaqa və Kadis vilayətlərini özündə birləşdirən geniş bir ərazini ifadə edir. İlk İslam fəthlərinin son mərhələsini Əndəlüsün fəthi təşkil edir. Bu hərəkatla bağlı o dönəmin yazılı mənbələrində məlumat olmadığı üçün sonrakı illərə istinad edilir, bu səbəblə bu hərəkatla bağlı bəzi tarixi və xronoloji uyğunsuzluqlar mövcuddur. İspaniyada ilk fəth hərəkatının başlanğıc tarixi haqqında 2 güclü rəvayət var: bunlardan ilkinə görə, bu tarix Xəlifə Osmanın əmriylə Abdullah ibn Nəfinin idarə etdiyi ordunun donanmayla bölgəyə gəldiyi 647-ci il; ikinci rəvayətə görə isə Tariq ibn Ziyadın idarəsindəki ordunun bölgəyə səfərə çıxdığı 711-ci ildir. Bunlardan ilkinin tutarsız olduğu bəllidir çünki 647-ci ildə ərəblər nə Tunis bölgəsindən qərbə keçə bilmiş, nə də dənizlərdə yetərli güc qazanmamışdı.
Əndəlus köpəyi
"Əndəlüs köpəyi" (fr. Un chien Andalou) — rejissor Luis Bunyuelin filmi. Filmin başlanğıcında orta yaşlı bir kişi ülgücü itiləyir, eyvana çıxır, bütöv olan aya baxır. Sonra isə o, həmin ülgüclə kresloda əyləşmiş qızın gözünü kəsir. Elə bu zaman da nazik buludlar ayın dairəsini kəsib keçir. Daha sonra ekranda ortasında deşik olan əl görünür. Həmin deşikdən qarışqalar çıxır. Sonra isə kişinin özü ilə üstündə ulaq ölüsü və iki keşiş bağlanmış iki royalı çəkib aparması, bir adamın o birinə atəş açması, qadın və kəsilmiş əl və s. göstərilir. Bütün bu obrazlar filmin sonuna qədər anlaşılmaz, qeyri-müəyyən və açılmamış şəkildə qalır.
Əndəlüs Əməvi dövləti
Əndəlüs Əməvi Xilafəti (ərəb. خلافة قرطبة‎) və ya Kordova Xilafəti - indiki İspaniya və Portuqaliyada mövcud olmuş tarixi sünni İslam xilafəti. Kordova xilafəti ərəblər tərəfində 756-cı ildə Avropada yaranmışdır.
Qərb əl-Əndəlüs
Qərb əl-Əndəlus (ərəb. غرب الأندلس‎, gharb al-ʼandalus; "Əndəlüsün qərbi") və ya sadəcə əl-Qərb (ərəb. الغرب‎) — Piriney yarımdasında yaşayan müsəlmanlar tərəfindən 711-ci ildən 1249-cu ilə qədər ərazidə hakimiyyətdə olduqları dövrdə indiki Portuqaliyanın cənubundakı vilayətə və indiki İspaniyanın mərkəzi-qərbi hissəsinə verilən ad. Bu dövr Tariq ibn Ziyadın Piriney yarımadasına hücumundan və burada Əməvilərin nəzarəti bərqərar olmasından sonra Vestqot krallığının süqutu ilə başlamışdır. İndiki Alqarve öz adını bu ərəb adından götürür. Bölgənin 500 minə yaxın əhalisi var idi.
Əndəlus köpəyi (film, 1929)
"Əndəlüs köpəyi" (fr. Un chien Andalou) — rejissor Luis Bunyuelin filmi. Filmin başlanğıcında orta yaşlı bir kişi ülgücü itiləyir, eyvana çıxır, bütöv olan aya baxır. Sonra isə o, həmin ülgüclə kresloda əyləşmiş qızın gözünü kəsir. Elə bu zaman da nazik buludlar ayın dairəsini kəsib keçir. Daha sonra ekranda ortasında deşik olan əl görünür. Həmin deşikdən qarışqalar çıxır. Sonra isə kişinin özü ilə üstündə ulaq ölüsü və iki keşiş bağlanmış iki royalı çəkib aparması, bir adamın o birinə atəş açması, qadın və kəsilmiş əl və s. göstərilir. Bütün bu obrazlar filmin sonuna qədər anlaşılmaz, qeyri-müəyyən və açılmamış şəkildə qalır.
Ərəb dilinin Əndəlüs dialekti
Ərəb dilinin Əndəlüs dialekti və ya Əndəlüs ərəb dili (ərəb. اللهجة الأندلسية‎‎, isp. Árabe andalusí) — orta əsr ərəb dilinin VIII–XVI əsrlərdə "mavrların" idarə etdiyi müsəlman Pireney yarımadası (Kordova xilafəti) və Balear adalarında geniş yayılmış növlərindən biri. Rekonkistanın sonunda tədricən roman dilləri (ispan, portuqal, katalan) ilə əvəz olunmuşdur. XVII əsrə qədər mudexarlar adlanan icma arasında qismən qorunub saxlanılmışdır. Corriente, Federico. A Descriptive and Comparative Grammar of Andalusi Arabic (ingilis). BRILL. 2013. ISBN 978-90-04-22742-2.