Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Justice for Khojaly
"Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası (ing. Justice for Khojaly) — Xocalı soyqırımı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması üçün həyata keçirilən məqsədyönlü fəaliyyət istiqamətlərindən biri. == Haqqında == "Xocalıya ədalət" beynəlxalq kampaniyası 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlanmışdır. Kampaniya Xocalı soyqırımı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi səbəbləri və nəticələri, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionu və digər ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasının zəruriliyi ilə bağlı beynəlxalq maarifləndirmənin artırılması məqsədini daşıyır. Kampaniyanın fəaliyyəti həmçinin Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, sağ qalmış ailələrə dəstək göstərilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəlmişdir. Kampaniya qlobal səviyyədə fəaliyyət göstərmək və öz müraciətlərini çatdırmaq üçün müxtəlif kommunikasiya vasitələri və resurslarından, o cümlədən media, internet və canlı tədbirlərdən fəal şəkildə istifadə edir. Kampaniya çərçivəsində təşkil edilən tədbirlərdə əsas diqqət kütləvi qırğınlara, etnik təmizləmə və irqi, etnik və ya dini ayrı-seçkilik hallarına qarşı güclü müqaviməti nümayiş etdirməyə, Xocalı soyqırımı qurbanları ilə həmrəyliyi ifadə etməyə və Xocalıda azərbaycanlılara qarşı törədilmiş cinayətlərə görə cəzasızlıq halları ilə mübarizəyə yönəlmişdir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir və hazırkı tarixdə 120 mindən çox şəxs və 115 təşkilat onun fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələr, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər oxşar tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan digər səmərəli vasitələri təşkil edir. == Kampaniyanın strateji məqsədləri == 1.
Justicia
Justicia (lat. Justicia) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin akantkimilər fəsiləsinə aid bitki cinsi.
Justify
Justify ~ выравнивать ~ yaslamaq ~ düzləndirmək -şaquli düzləndirmə. Mətn hazırlama proqramlarında və nəşriyyat sistemlərində: sətirdəki sözlər arasındakı boşluğun enini artırmaq yolu ilə mətnin sətirlərini sütunun və ya səhifənin sol (LEFT-JUSTİFY) və sağ (RİGHT-JUSTİFY) tərəfinə görə düzləndirmə.Əgər interval həddindən artıq olarsa,o, ya sözlərin yenidən yazılması, ya da sətrin sonundakı sözləri yeni sətrə keçirmək yolu ilə qısaldıla bilər.Bax: ALİGN. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. “Bakı” nəşriyyatı, 2017, 996 s.
Armoracia rustica
Adi qıtıqotu (lat. Armoracia rusticana) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin qıtıqotu cinsinə aid bitki növü. == Sinonimləri == Armoracia amoracia (L.) Cockerell, Fl. Boulder Colorado 130. 1911, orth. var. Armoracia armoracia (L.) Cockerell ex Daniels, Univ. Missouri Studies, Sc. Ser., 2. No.
Hirundo rustica
Kənd qaranquşu (lat. Hirundo rustica) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qaranquşlar fəsiləsinin əsl qaranquş cinsinə aid heyvan növü.
Justicia brandegeeana
Justicia brandegeeana (lat. Justicia brandegeeana) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin akantkimilər fəsiləsinin justicia cinsinə aid bitki növü.
Nicotiana rustica
Tənbəki (lat. Nicotiana rustica) — tütün cinsinə aid bitki növü.
Justin Bieber
Castin Drü Biber (ing. Justin Drew Bieber; 1 mart 1994[…]) — Kanada müğənnisi. Pop ikonası hesab olunur. == Həyatı == == Şəxsi həyatı == == Fəaliyyəti == === Karyerasının başlanğıcı === 2007-ci ildə "So So Def Recordings" səsyazma şirkətinin əməkdaşı olan Skuter Braun YouTube-da dolaşarkən təsadüfən Castin Biberin Ne-Yo-nun "So Sick" mahnısına etdiyi kaver ifasına rast gəlib. O, Castinin səsinə məftun olmuş və uzun sürməmişdi ki, onun harada yaşadına dair məlumat əldə etmişdi. Castinin təkcə səsi deyil, üstəlik xarizması da var idi və bu Skuterin diqqətini çəkmişdi. Skuter üçün Castin qənimət kimi bir şey idi. O, vaxt itirmədən Kanadaya yola düşüb. Əvvəlcə anası Castini yəhudi olan Skuterin əlinə əmanət etmək istəməyib. Skuter Castinin anasını bir təhər razı sala bilib.
Justin Enen
Jüstin Enen (1 iyun 1982[…], Lyej, Valloniya[d]) — tennisçi. İdman karyerasını 2005-ci ilin mayında 25 yaşında başa vurub. O zaman Jüstin dünyanın bir nömrəli tennisçisi idi. O, Avstraliyanın Açıq Çempionatının (2004), Roland Garrosun (2003, 2005, 2006, 2007) və ABŞ-nin Açıq Çempionatının (2003, 2007) qalibidir. 2004-cü ildə Afinada keçirilən 2004 Yay Olimpiya Oyunları çempionu olub.
Juice Wrld
Juice Wrld (əsl adı: Cared Entoni Hiqqins; 2 dekabr 1998, Çikaqo[…] – 8 dekabr 2019[…]) — amerikalı repçi, müğənni, mahnı yazarı. Dörd illik karyerası boyunca o, 2010-cu illərin ortaları və sonları arasında geniş tanınma və populyarlıq qazanan emo rep və SoundCloud rep janrlarının populyarlaşdırılmasında mühüm rol oynamışdır. Juice 2015-ci ildə müstəqil sənətçi kimi musiqi karyerasına başlayıb. 2017-ci ildə Grade A Productions və Interscope Records ilə müqavilə bağlamışdır. "Lucid Dreams" sinqlı sayəsində şöhrət qazanıb. Bu mahnı ABŞ Billboard Hot 100 çartında ikinci pilləyə yüksəlmiş və almaz sertifikat almışdır. Mahnı həmçinin onun 2018-ci ildə çıxan üçqat platin qazanmış "Goodbye & Good Riddance" adlı debüt albomunda da yer alır. Albomun həmçinin digər dörd mahnısı da hit olub: "All Girls Are the Same", "Lean wit Me", "Wasted" və "Armed and Dangerous". Juice 2018-ci ildə Future-nin "Wrld on Drugs" adlı miksteypində iştirak etmişdir. Onun ikinci albomu "Death Race for Love" 2019-cu ildə yayımlanıb.
Orange Juice
Orange Juice — ABŞ müğənnisi Melani Martinesin 2019-cu ildə çıxan ikinci studiya albomu "K-12"-də səsləndirilən mahnı. Musiqi klipi albomla yanaşı təqdim edilən eyniadlı filmdə də yer almışdır. Həmçinin, bu klip 3 fevral 2020-ci ildə ayrı olaraq buraxılmışdır. 2 sentyabr 2019-cu ildə albomun buraxılışından dörd gün qabaq, mahnıdan olan qısa bir parça (snippet) xüsusi olaraq Niderland, Rusiya və Türkiyədə yerləşən bir sıra məkanlarda səsləndirilib. == Mövzusu == Mahnı Cry Baby-nin (Melaninin uydurma alter eqosu) rəfiqəsi Fleur-un (Sion Moreno) bulimiya xəstəliyi ilə mübarizə aparması haqqındadır. Fleur, filmdəki zorba qız Kellinin dost qrupunda olmuş və onun çəki ilə bağlı gözləntilərini qarşılamağa çalışmışdır. Bu təzyiq Fleur-da obessiv düşüncələr meydana gətirmiş, bu da öz növbəsində bulimiyaya səbəb olmuşdur. Fleur öz bədənindən qətiyyən məmnun deyil, fəqət Cry Baby isə onun gözəl olduğunu düşünür və ümid edir ki, o da özünü belə görməlidir. Mahnının lirikində ifadə edilir: "You turn oranges to orange juice" (azərb. Sən portağalları, portağal şirəsinə döndərirsən‎), hansı ki, bulimiyaya istinad edir – bu azarı olanlar çəki artımının qabağını almaqdan ötrü yediklərini geri qaytarırlar.
Picea abies f. rustica
Picea abies var. abies (lat. Picea abies var. abies) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin küknar cinsinin adi küknar növünə aid bitki yarımnövü.