Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Köçərilik
Köçərilik və ya nomadizm — köçərilərin mövsümlə bağlı yaylağa, qışlağa, güzləyə və yazlağa müvəqqəti yerdəyişməsi. == Köç və köçərilik == Sovet dövrü ensiklopediyalarında bildirilir ki, "köçərilik otlaqların azlığı və havaların isti keçməsindən irəli gəlmişdir. Köçəriliyin uzun müddət davam etməsi əhalinin iqtisadi, içtimai va mədəni inkişafına mənfi təsir göstərirdi" və b. fikirlərin əks olunması məhz bu kontekstdə anlaşılırdı. Qeyd edək ki, köçəriliyin iki qismi var: Bunlardan biri horizantal köçəbəlikdir. Horizantal köçəbəliklə məşğul olanlar qeyri-müəyyən, məsafələr arasında güzəran keçirir, ot-örüş ardınca diyar-diyar, ölkə-ölkə gəzirlər. Düşdükləri yurda bir də qayıtmırlar. Ikinci qism köçəriliyə vertikal köçəbəlik deyilir. Vertikal köçərilər müəyyən məsafə arasında, yaylaq-qışlaq həyatı yaşayırlar. Qədim çağlarda türklərdə köçəri həyat tərzi daha çox bəlli bir bölgə hüdudları içində davam etmiş, bəzən də savaş, qıtlıq, əhalisi çoxalmış bir oymağa ənənəvi yaşayış bölgəsinin artıq dar gəldiyi durumlarda çox uzaq məsafələrə köçləri ilə müşayiət edimişdir.
Keçəçilik
Keçəçilik — Qədim xalq sənəti növü === Keçənin yaranması === Xalq sənətinin ən geniş yayılmış növlərindən biri toxuculuqdur. Toxuculuğun tarixi isə bilavasitə keçənin yaranması və istifadəsi ilə bağlıdır. Çünki bəzi alimlər toxuculuq sahəsində apardıqları araşdırmalarda keçəçiliyin onun ilk rüşeymi olduğu qənaətinə gəlmişlər. Keçənin dəqiq nə vaxt və harada yaranıb istifadə olunduğu haqqında məlumat yoxdur. Araşdırmalar zamanı keçə sözünə ilk dəfə eramızdan əvvəl 1200-1100-cü illərdə aparılan Troya müharibələrindən bəhs edən Homerin “İlliada” əsərində rast gəlindiyi məlum olur. E.ə. V əsrdə yaşamış yunan tarixçisi Herodot sakların başda düz dayanan və keçədən tikilmiş ucu şiş papaq qoyduqları haqqında məlumat verir. Qeyd edək ki, ucu şiş keçə papağı azərbaycanlılar börk adlandırırdı. == Azərbaycanda keçəçiliyin tarixi == Keçədən Azərbaycanda ilk dəfə nə vaxtdan istifadə edilməsi haqqında dəqiq məlumat yoxdur. Azərbaycanda aparılan arxeoloji qazıntılar zamanı qədim dövrə aid keçə parçaları və onun hazırlanmasında işlədilən alətlər hələlik tapılmayıb.
Köçərli
Köçərli — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Köçərli Tərtər rayonunun Azad Qaraqoyunlu inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Qarabağda yaşamış 52 ailədən ibarət köçərli tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Köçərli tayfası isə mənşəcə qədim türk tayfalarından olan kocarlara mənsubdur. Karluk və uyğurların tərkibinə daxil olan koçarların adına VIII-IX əsrlərə aid Kucar adlı uyğur Şəhərinin adında da rast gəlmək mumkundur. Keçən əsrdə Ermənistan ərazisində Köçərli adlı yaşayış məntəqəsi qeydə alınmışdır..
Köçərilər (1933)
== Məzmun == Lirik planda çəkilmiş bu filmdə köçərilərin oturaq həyat keçirmələri üçün görülən tədbirlərdən danışılır. Filmdə respublikamızda yeni kəndlərin, şəhərlərin salınması, köhnəliklə yeniliyin müqayisəsi konkret misallarla poetik tərzdə təsvir olunmuşdur. == Film haqqında == Film saxlanılmayıb. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Səməd Mərdanov Ssenari müəllifi: Z.Zakirov Operator: Boris Pumpyanski Operator assistenti: Muxtar Dadaşov == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 340. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Köçərilər diyarı
Köçərilər diyarı (ing. Nomadland) — 2020-ci il ABŞ istehsalı drama filmi. Rejissoru və ssenari müəllifi Xloya Çjaodur. Film Cessika Bruderin 2017-ci ildə yazdığı "Nomadland: Surviving America in the Twenty-First Century" kitabı əsasında çəkilib. Film ABŞ-də köçəri həyat tərzi yaşayan dul qadının həyatından bəhs edir. Xloya Çjao və Frensis Makdormand filmdəki işinə görə "Oskar" mükafatına layiq görülmüşdür.
Firudin Köçərli
Firudin Qasım oğlu Köçərli (28 dekabr 1920, Gədəbəy — 2004, Bakı) – Azərbaycan filosofu, fəlsəfə elmləri doktoru (1966), akademik, AEA-nın həqiqi üzvü (1976), professor (1968). == Həyatı == Firudin Köçərli 28 dekabr 1920-ci ildə Gədəbəy rayonun İsalı kəndində anadan olmuşdur. 1926–1935-ci illərdə İsalı kənd orta məktəbində təhsil almışdır. O, 1936–1940-cı illərdə Gəncə Pedoqoji Texnikumunda təhsilini davam etdirmişdir. Texnikumu bitirdikdən sonra İsalı kəndinə qayıdaraq müəllimlik fəaliyyətinə başlamışdır.Firudin Köçərli 1945-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin nəzdində olan Fəlsəfə şöbəsinə daxil olmuşdur. Universitetdə Tələbə Həmkarlar Təşkilatının sədri seçilən Köçərli universiteti fərqlənmə diplomu ilə bitirmişdir. == Əmək fəaliyyəti == Firudin Köçərli 1953–1958-ci illərdə Azərbaycan Dövlət Universiteinin Fəlsəfə kafedrasının dosenti vəzifəsini icra etmişdir. O, 1958–1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə sektorunun rəhbəri olmuş, 1967-ci ildən 1985-ci ilə qədər Fəlsəfə və Hüquq İnstitutunun direktoru vəzifəsində fəaliyyət göstərmişdir. Akademik ömrünün sonunadək bu institutda fəaliyyət göstərmişdir.Firudin Köçərli 1950–1953-cü illərdə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin aspirantı olmuş və dissertasiya müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almışdır. Daha sonra 1966-cı ildə doktorluq dissertasiyası müdafiə edərək fəlsəfə elmləri doktoru elmi adına layiq görülmüşdür.
Köçərli bulağı
Köçərli bulağı — Şuşa şəhərində məşhur bulaqlardan və tarixi yerlərdən biri. Bulaq şəhərin tarixi Köçərli məhəlləsində, hazırda 20 yanvar küçəsində yerləşir. == Ümumi məlumat == Ənənəvi olaraq Şuşada 17 məhəllə var idi. Və hər məhəllənin öz bulağı, öz məscidi, öz hamamı var idi. 17 bulağın hamısı Şuşa erməni işğalı altında olduğu 30 il müddətində qurudulmuş, 17 məscidin hamısı dağıdılmışdır.Bulaqlar artıq formalaşmış şəhər meydanlarında tikilirdi və bəzi hallarda onlar ümumiyyətlə məhəllə meydanları ansambllarının tərkibinə daxil edilmirdilər, lakin ən izdihamlı ayrı-ayrı küçələrdə və yol ayrıclarında salınaraq, onlara müəyyən şəhərsalma ifadəliliyi verdilər.Bulaqların belə yerləşdirilməsini də sırf mühəndislik və santexnika mülahizələri ilə izah edilir ki, görünür, onların yerini qravitasiya su təchizatı müəyyən edib. Müstəqil memarlıq rolunu oynayan bu bulaq küçə qovşağının bütün kompozisiyasını canlandırır və təşkil edir.Şuşa bulaqlarının əksəriyyəti kifayət qədər yığcam, ölçüləri kiçik, adətən kubik formada, plastik dizaynlı fasad arxitekturasına malikdir. Şuşa bulaqları eyni üslubda hazırlanmış kiçik formalı memarlıq kimi şəhərin küçə və meydanlarının ansambllarını əhəmiyyətli dərəcədə tamamlayır və bəzəyir, ümumşəhər ansamblının üslub vəhdətinə gözəllik verir. == Tarixi == Köçərli bulağı Şuşanın Köçərli məhəlləsi yerləşirdi. Bulaq XIX əsrin sonunda inşa edilib. Bulaq adını yerləşdiyi məhəllənin adından almışdır.Bulaq üç yol ayrıcında yerləşir.
Köçərli məhəlləsi
Köçərli məhəlləsi — Şuşanın XIX əsrdə salınmış, Şuşanın şimal-qərbində qədim aşağı 8 məhəlləsindən biri. == Haqqında == Saatlı məhəlləsində sol tərəfdə dik yamac üzərində yerləşən yuxarı məhəllələrindən biri. Şəhərin mərkəzinə doğru uzanan və nisbətən bir qədər enli yolun hər iki tərəfində yaşayış binaları, məscid, bulaq, hamam və daha aşağı hissədə Körpü və Meydança var idi. Məhəllə körpüsünə "Şahlıq körpüsü" deyilirdi. XX əsrin 40-cı illərində körpü söküldü və meydan bir qədər genişləndirildi. məhəllənin yaşayış binaları biri-birindən fərqlənirdi. Bu sosial bərabərsizliklə əlaqədar idi. Məhəllədə 6-ya qədər iki mərtəbəli yaşayış binası var idi. Qalan binalar isə bir mərtəbəli idi. XVIII əsrin ortalarında Cavanşir mahalının Köçərli kəndindən köçüb gəlmiş Məhəmməd adlı (Firidun bəy Köçərlinin ulu babası) bir nəfər burada kök salıb, sonralar onun övladları köçərlilər kimi tanınıb və yaşadıqları məhəllə də "Köçərli" adlandırılıb.Firudin bəy Köçərlinin əsli Cavanşir mahalının Köçərli kəndindəndir.
Köçərli məscidi
Köçərli məscidi — XIX əsrdə Şuşanın Köçərli məhəlləsində tikilmişdir. Bəhmən Mirzənin saray kompleksinə aid Köçərli məscidi. == Haqqında == Köçərli məscidi 8 may 1992-ci ildə Şuşanın işğalından bəri erməni qüvvələrinin nəzarəti altında olan paytaxt Bakıdan təqribən 350 km məsafədə, Azərbaycanın Qarabağ bölgəsi Şuşada yerləşən bir azərbaycanlı məscidi olmuşdur. Məscid Şuşanın Köçərli məhəlləsinin 20 Yanvar küçəsində yerləşirdi. Köçərli məhəlləsi Şuşanın 9 aşağı məhəlləsindən biridir. Ümumilikdə 17 məhəllə var. Köçərli məscidi 19-cu əsrin sonlarında Şuşada fəaliyyət göstərən on yeddi məsciddən biridir. Mardinli məscidi Şuşa Dövlət Tarix-Memarlıq Qoruğunun Ümumdünya İrs Saytında yerləşir. XIX əsrin memarlıq abidəsidir. Şuşa şəhərinin 1992-ci ilin may ayının 08-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsi nəticəsində Məscid yandırılmışdır.
Nigar Köçərli
Nigar Köçərli (15 oktyabr 1975, Bakı) — Əli və Nino kitab mağazaları şəbəkəsinin və Milli Kitab Mükafatının təsisçisi. == Həyatı == Nigar Köçərli 15 oktyabr 1975-ci ildə Bakı şəhərində ailəsində anadan olub. 138 saylı məktəbi gümüş medal ilə bitirib. 1997-ci ildə BDU-nun mexanika-riyaziyyat fakültəsini bitirib. 1997–1999-cu illərdə xarici şirkətin Azərbaycan nümayəndəsi olub, 1999–2001-ci illərdə BMT-nin layihəsində çalışıb. 2001-ci ildən kitab biznesi ilə məşğul olmağa başlayıb. 17 avqust 2003-cü ildə 600 dollar sərmayə ilə ilk "Əli və Nino" kitab mağazasını açıb. Hazırda “Əi və Nino” kitab şəbəkəsi 10 kitab mağazasından, eləcə də "Alinino.az" onlayn mağazasından ibarətdir. === Ailəsi === Fridun Köçərlinin qardaşı qızıdır. Tofiq Köçərlinin qardaşı qızıdır.
Tofiq Köçərli
Tofiq Qasım oğlu Köçərli (11 fevral 1929, İsalı, Gədəbəy rayonu – 31 oktyabr 2007, Bakı) — Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, tarix elmləri doktoru, professor, əməkdar elm xadimi. == Həyatı və təhsili == Tofiq Köçərli 1929-cu il fevralın 11-də Gədəbəy rayonunun İsalı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra ali təhsilini 1945–1950-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində alıb. 1950-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra 1951–1952-ci illərdə Moskva Dövlət Universitetində ixtisasartırma kursları keçib. 1955-ci ildə namizədlik, 1965-ci ildə doktorluq dissertasiyasını müdafiə etmiş, 1966-cı ildə professor, 1980-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilmişdir. == Fəaliyyəti == Əmək fəaliyyətinə 1950–1951-ci illərdə Quba Müəllimlər İnstitutunda müəllim kimi başlayan Tofiq Köçərli 1952–1953-cü illərdə Ağdam Müəllimlər İnstitutunda kafedra müdiri, 1953–1956-cı illərdə Həsən bəy Zərdabi adına Gəncə Pedaqoji İnstitutunda müəllim, baş müəllim və dosent işləyib. 1957–1965-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Partiya Tarixi İnstitutunda baş elmi işçi, 1965–1972-ci illərdə Bakı Ali Partiya Məktəbinin kafedra müdiri, 1972–1990-cı illərdə rektoru, 1990–1991-ci illərdə isə professoru olub. 1993–2001-ci illərdə Azərbaycan Elmlər Akademiyasının İctimai-siyasi Tədqiqatlar İnstitutunun elmi işçisi, 2002-ci ildən ömrünün sonunadək isə akademiyanın Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi vəzifəsini tutub. Tofiq Köçərli müasir Azərbaycan tarixinin aktual problemlərinin tədqiqi ilə ardıcıl məşğul olmuş, onlarla kitab və monoqrafiyanın, 200-dən artıq məqalənin müəllifidir. 1950–1990-cı illərdə Tofiq Köçərlinin elmi yaradıcılığı Azərbaycanda sosialist inqilabı və sosializm quruculuğu tarixinə həsr edilmişdir.
Xəlil Köçərli
Köçərli Xəlil Süleyman oğlu- Tarix elmləri doktoru, əməkdar müəllim. == Həyatı == Köçərli Xəlil Süleyman oğlu 1927-ci il noyabrın 26-da Gədəbəy rayonunun İsalı kəndində anadan olmuşdur. 1945-ci ilin iyununda Gədəbəy orta məktəbini bitirərək, Bakı Dövlət Universitetinə daxil olmuşdur. 1945-50-ci illərdə BDU-da oxumuş, oranı əla qiymətlərlə bitirərək "tarixçi" ixtisası almışdır. 1950-1958-ci illərdə Gədəbəy rayonunun Göyçəsallı və Novo-İvanovka orta məktəbində direktor və tarix müəllimi işləmişdir. X. Köçərli 1958-ci ildən çağdaş günümüzədək fasiləsiz olaraq Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki ADPU) müəllim, baş müəllim, dosent və professor vəzifələrində çalışmışdır. 1964-cü ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi, 1984-cü ildə isə tarix elmlər doktoru elmi dərəcəsi almışdır. 1985-ci ildən indiyədək professor vəzifəsində işləyir. Onun 10-dan artıq monoqrafiyası və ktabı, 70-dən artıq məqaləsi nəşr olunmuşdur. Eyni zamanda X. Köçərli 1993, 1995 və 1998-ci illərdə nəşr olunan "Siyasi tarix" dərsliyinin müəlliflərindən biridir.
Çinarə Köçərli
Çinarə Köçərli (tam adı: Çinarə Mahir qızı Köçəriyeva) — azərbaycanlı yazıçı; uşaq hekayələri yazarı; Azərbaycan Yazıçılar Birliyinin üzvü; 10-dan çox uşaq kitabının müəllifi və "Ting" nəşriyyatının təsisçisidir. == Həyatı == Çinarə Mahir qızı Köçəriyeva 1985-ci ildə anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Marketinq" fakültəsini "Reklam işi" ixitisası üzrə bitirib. Dizayn proqramları (Corel Draw, Photoshop, AutoCad, 3DxMax, ArchiCad) üzrə ixtisaslaşıb. Rus dili, İngilis dili, Ərəb dili olmaqla 3 əcnəbi dil bilir. 2006-cı ildə "İdeal" dizayn mərkəzinin təsisçisi olub. 2009-cu ildə Ərəb dilinin qrammatikası və dili üzrə təhsil alıb, ixtisaslaşıb. 2012-ci ildə uşaqlar üçün ilk rəngli illüstrasiyalı "Ərəb Əlifbası" kitabı nəşr edilib. Bu kitab həmçinin Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının fonduna daxil edilib. 2013-cü ildə şəkilli hekayələrdən ibarət, uşaqlar üçün "Hədislərlə 100 hekayə" kitabı nəşr edilib.
Şahvələd Köçərli
Şahvələd Süleyman oğlu Köçərli (31 dekabr 1935) — neftçi-geoloq, Geologiya-minerologiya elmləri üzrə fəlsəfə doktoru (1965), "Azneftgeofizika" tresti İB-də baş geoloq və baş direktor (1981-1992). == Həyatı == Şahvələd Köçərli 31 dekabr 1935-ci ildə Gədəbəy rayonunda, Şınıx mahalının İsalı kəndində ziyalı ailəsində anadan olmuşdur. 1954-cü ildə, Çayrəsullu 10 illik kənd orta məktəbini fərqlənmə ilə bitirmiş, 1954-cü ildə Azərbaycan Dövlət Universiteti (İndiki Bakı Dövlət Universiteti)nə qəbul olunmuş və 1959-cu ildə universitetin “Geoloji-coğrafiya” fakultəsinin “Neft-qaz geologiyası” ixtisasını bitirmişdir, 1959-1962-ci illərdə “Azneftkəşfiyyat” trestində kollektor, texnik-geoloq, geoloq, böyük geoloq vəzifələrində çalışmışdır. 1962-1965-ci illərdə “AMEA Geologiya İnstitutu”nda aspiranturada oxumuş, 1965-ci ildə namizədlik dissertasiyasını “Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı” ixtisası üzrə müvəffəqiyyətlə müdafiə edərək geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi adına layiq görülmüşdür. 1966-1974-cü illərdə “Geologiya İnstitutu”nda kiçik və baş elmi işçi, 1974-1981-ci illərdə “Azneft” İB-də geoloji şöbə müdirinin müavini və şöbə müdiri, 1981-1992-ci illərdə “Azneftgeofizika” tresti İB-də baş geoloq və baş direktor vəzifələrində işləmişdir. 1993-1998-ci illərdə o “TPAO” (Türkiye Petrolleri Anonim Ortaklığı)- Qazaxıstan neft layihələrinin icrasında iştirak etmişdir. Şahvələd Köçərli 1998-2011-ci illərdə Azərbaycanda aparılan geofiziki tədqiqatlar sahəsində çox məhsuldar çalışmış, baş idarədə geologiya üzrə baş mütəxəssis, geoloji şöbənin müdiri vəzifələrini icra etmişdir. Onun biləvasitə rəhbərliyi və iştirakı ilə respublika ərazisində 30-dan artıq perspektivli struktur aşkar edilmiş, bir sıra neft və qaz yataqları kəşf edilərək işlənməyə hazırlanmışdır. O hazırda "Azərbaycan Milli Geofizika Komitəsinin vitse-Prezidenti, “Azərbaycanda Gefizika Yenilikləri” jurnalının baş redaktorunun müavinidir. == Elmi fəaliyyəti == Şahvələd Köçərlinin elmi tədqiqat istiqamətləri neft-qaz yataqlarının geologiyası, axtarışı, kəşfiyyatı və neftli-qazlı hövzələrin struktur-tektonik quruluşu, neft-qazlılığı ilə əlaqədardır. O, 150-dən çox elmi və publisistik əsərin müəllifidir.
Köçərilər (film, 1933)
== Məzmun == Lirik planda çəkilmiş bu filmdə köçərilərin oturaq həyat keçirmələri üçün görülən tədbirlərdən danışılır. Filmdə respublikamızda yeni kəndlərin, şəhərlərin salınması, köhnəliklə yeniliyin müqayisəsi konkret misallarla poetik tərzdə təsvir olunmuşdur. == Film haqqında == Film saxlanılmayıb. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Səməd Mərdanov Ssenari müəllifi: Z.Zakirov Operator: Boris Pumpyanski Operator assistenti: Muxtar Dadaşov == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 340. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Firidun bəy Köçərli
Firidun bəy Köçərli (26 yanvar 1863, Şuşa – may 1920, Gəncə) — Azərbaycan maarifçisi, pedaqoq, metodist, ədəbiyyatşünas, publisist, Azərbaycan ədəbiyyat tarixçiliyi elminin banisi. == Həyatı və təhsili == Firudin bəy Köçərli 26 yanvar 1863-cü ildə Şuşa şəhərində anadan olub. 1872–1876-cı illərdə Şuşada Mirzə Kərim Münşinin mədrəsə məktəbində təhsil almışdır. Daha sonra 1876-cı ildə Şuşadakı rus məktəbinə daxil olur.1878-ci ildə Aleksey Çernyayevski Zaqafqaziya müəllimlər seminariyasına tələbə toplamaq məqsədi ilə bu məktəbə gəlir Firidun bəyi də təhsil almaq üçün Qoriyə aparır. 1879–1885-ci illər ərzində o Zaqafqaziya müəllimlər seminariyasında təhsil alır. Təhsil aldığı müddətdə müəllimləri A.O.Çernyayevski və M.Kipiani ilə yaxın münasibət saxlayır. == Fəaliyyəti == 1885-ci ildə seminariyanı bitirdikdən sonra İrəvan gimnaziyasına təyinat alır. 1885–1890-cı illərdə İrəvanda fəaliyyət göstərdiyi dövrdə gimnaziyada ana dili, hüsnxətt fənlərini tədris etmiş, pansion mürəbbisinin köməkçisi vəzifəsini daşımışdır. Pedaqoji sahədə müvəffəqiyyətlərinə görə dəfələrlə mükafatlandırılmışdır. Ona "Kollecski sekretar", "Titulyar sovetnik" və "Statski sovetnik" rütbələri verilmişdir.
Firudin bəy Köçərli

Həbib bəy Köçərli
Köçərli Həbib bəy Kərim bəy oğlu (1890-?) — rejissor, aktyor, incəsənət xadimi. == Həyatı == Həbib bəy Kərim bəy oğlu 1890-cı ildə Şuşa şəhərində anadan olmuşdu. Şuşa real məktəbini bitirmişdi. Tiflis 1-ci gimnaziyaya daxil olub, 1913-cü ildə tamamlamışdı. Almaniyanın Leypsiq şəhərində kommersiya institutunda təhsilini davam etdirmişdi. Həbib bəy Köçərli teatr həvəskarı idi. Həm Tiflis, həm də Şuşa teatrına öz töhfəsini vermişdi. Teatrşünas Abbas Hacıyev onun haqqında yazır: "Həbib bəy Köçərli Tiflisdə aktyor və rejissor kimi böyük şöhrət tapmışdı. O, savadlı, dünyagörüşün genişliyi, həyata, bədii əsərə, onun səhnə təcəssümünə orjinal baxışı, incə zövqü və həssaslığı ilə Tiflis Azərbaycan artistlərinin çoxundan fərqlənirdi. O, rus, gürcü, tatar və erməni aktyorları ilə əlaqə saxlayır, realist-romantik təcrübəni yayır, müxtəlif səpkili əsərlərdə bacarıqla, özünəməxsus üslubla oynaya bilir və onun təbini, səhnə istedadı ədəb mühit tərəfindən qiymətləndirilirdi".Abbas Hacıyev Həbib Köçərlinin Tiflisdəki teatr fəaliyyətinin 1905-ci ildən başlandığını göstərir: "1905-ci il inqilabından sonra Tiflis Azərbaycan teatrı mündəricəsi, hər hansı əsərin təcəssümünü verə bilmək imkanın genişliyi ilə Zaqafqaziya teatrlarının çoxundan fərqlənirdi.
Köçərli Dəmiryol Stansiyası
Köçərli Dəmiryol Stansiyası — Tərtər rayonunda, Bakı–Xankəndi dəmiryolu xətti üzərində Bərdə Dəmiryol Stansiyasından sonra gələn dəmiryol stansiyası. == Tarixi == Dəmiryolların elektrikləşdirilməsinə diqqət artırıldığı illərdə Yevlax – Bərdə - Ağdam dəmiryolu 1967-ci ildə işə salınmışdır.
F.Köçərli adına Respublika Uşaq Kitabxanası
F. Köçərli adına Respublika Uşaq Kitabxanası — 1965-ci ildə yaradılmış kitabxana. == Tarixi == 1999-cu ildə qüvvəyə minmiş "Kitabxana işi haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 2004-cü il 12 yanvar tarixli "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında", 2004-cü il 27 dekabr tarixli "2005–2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında" sərəncamları və 6 oktyabr 2008-ci il tarixli "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008–2013-cü illərdə inkışafı üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə Sərəncamı kitabxana işinin inkişafında yeni bir mərhələ olmuşdur. F. Köçərli adına Respublika Uşaq Kitabxanasında Avtomatlaşdırma və kompüterləşdirmə şöbəsi 2005-ci ildən fəaliyyət göstərir. Hazırda şöbə kitabxana fondunun elektron informasiya daşıyıcılarına köçürülməsi və elektron kataloqun yaradılması proseslərini müvəffəqiyyətlə həyata keçirir. 2009–2014-cü illər ərzində Elektron kataloqa 119 min 932 nüsxə kitab, "Qızıl fond" bazasına 386 kitab, "Retro" bazasına 19 min 993 adda, Elektron kartotekaya isə 60 min 865 yazı daxil edilmişdir. Milli mənəvi dəyərlərimizin qorunması məqsədilə kitabxananın saytında (www.clb.az) kitab adidələri rubrikası açılmış və orada "Qızıl fond"da olan kitabların təqdimatı hazırlanaraq oxucuların diqqətinə çatdırılmışdır. Milli dəyərlərimizin qorunması və təbliği işində kitabxana bir sıra tədbirlər həyata keçirir. Hər il kitabxanada 2 aprel Beynəlxalq Uşaq Kitabı günü ilə əlaqədar Milli Uşaq Kitabı Sərgisi təşkil olunur. 2009-cu il uşaq İli ilə əlaqədar kitabxanada "Dünya uşaq ədəbiyyatının inciləri" adlı Beynəlxalq kitab sərgisinin açılışı oldu. Azərbaycanda fəaliyyət göstərən 20 ölkənin səfirlikləri uşaq ədəbiyyatlarını kitabxanada nümayiş etdirməklə təkcə uşaq ədəbiyyatı nəşri ilə məşğul olan nəşriyyatların, redaktorların, yazarların deyil, həmçinin uşaqların marağına səbəb oldu.
Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası