Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Körpəli
Körpəli (Armavir)
Körpücük sümüyü
Körpücük sümüyü (lat. clavicula) — İnsan anatomiyasında döş sümüyü ilə kürək sümüyü arasında körpü rolunu oynayır. Yetkin bir insanda orta uzunluğu 15 sm olan uzun sümükdür, Bu, anatomik vəziyyətdə üfüqi vəziyyətdə yerləşən yeganə uzun sümükdür.
Körpəli (Armavir)
Körpəli — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 3. I. 1935-ci il fərmanı ilə adı dəyişdirilib Arşaluys (erm. Արշալույս; mənası – şəfəq) qoyulmuşdur. == Tarixi == Rayon mərkəzindən 7-7,5 km qərbdə yerləşir. 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim körpəli tayfa adı əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənd əhalisi 1828-ci ilə qədər azərbaycanlılardan ibarət idi.
Körpücük sümüyünün sınıqları
Körpücük sümüyünün sınıqları — çiyinə olan bir başa və ya dolayısı ilə olan travma nəticəsində baş verir. Bu sınıqlar çox geniş yayılmışdır və təcili tibbi yardım həkiminin praktikasında çox tez-tez rast gəlinir. Əsasən qabağa uzadılmış əlin və çiyin sümüklərinin üstünə yıxıldıqda belə sınıqlar baş verir. Travma nəticəsində baş verən sınıqlar sırasında körpücük sümüyü sınıqları təxminən 2,6% hallarda müşahidə edilir. Bu sınıqlar daha çox uşaq və gənclərdə müşahidə edilir. Körpücük sümüyü sınıqlarının üçdə biri 13–20 yaş arasında olan xəstələrin payına düşür. 20 yaşdan sonra körpücük sümüyü sınıqlarının sayı azalmağa doğru gedir və yenidən ahıllıq dövründə artmağa başlayır. Bir sıra araşdırmalardan bəllidir ki, körpücük sümüyü sınıqlarının təxminən 69% sümüyün orta 1/3 hissəsinə, 28%-i distal 1/3 hissəsinə və 2,8%-i isə proksimal 1/3 hissəsinə düşür. Distal 1/3 hissənin sınıqları öz növbəsində 3 tipə bölünür. Məhz sınığın lokalizasiyası körpücük sümüyü sınıqlarının təsnifatının əsasını təşkil edir.
Korgecin
Korgecin (fars. گذرگجین، گذرکجین‎, (az.-əski. کورگئجین‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 1,022 nəfər yaşayır (311 ailə).
Koreçika Anami
Koreçika Anami (阿南 惟幾, Anami Koreçika, 21 fevral 1887 – 15 avqust 1945, Tokio[d]) – İkinci Dünya müharibəsi illərində Yaponiya ordusunun generalı. Yaponiya təslim olarkən ölkənin müharibə naziri idi. == Həyatı == 1887-ci ildə Yaponiyanın Oyta prefekturasında doğulmuşdur. 1905-ci ildə Hərbi Akademiyasından məzun olmuş və piyada qoşunların ikinci leytenantı təyin olunmuşdur. Daha sonra Hərbi Heyət Kollecindən məzun olmuşdur. Anami 45-ci piyada alayında xidmət göstərmiş, Ali Hərbi Şuranın katibi, Tokio Hərbi Hazırlıq Məktəbinin direktoru (1934–1936), 2-ci İmperator Mühafizə Piyada Alayının komandiri (1932–1934), Müharibə Nazirliyinin Hərbi Xidmət Bürosunun direktoru olmuşdur. 1937-ci ildə Müharibə Nazirliyinin Şəxsi Heyət Əlaqələri Bürosunun direktoru təyin olunmuşdur. 1935-ci ilin martında general-mayor, 1943-cü mayında general rütbəsinə yüksəlmişdir. == Fəaliyyəti == Anami hərbi təhsildə "kamikaze ruhu"nu, Mancuriyanın işğalını və Kanci İşivaranın Şərqi Asiya Liqası təşkilatını dəstəkləmişdir. O, 26 fevral 1936-cı ildə baş vermiş hərbi çevriliş cəhdinin iştirakçılarına qarşı olmuşdur.
Köpenik sarayı
Köpenik sarayı (alm. Schloss Köpenick‎) — Almaniyanın paytaxtı Berlin şəhərində, Köpenik rayonunda yerləşən barokko tərzində su sarayı. == Haqqında == Bu tikili Brandenburqun Hohenzollern seçiciləri tərəfindən saray kimi istifadə olunmuşdur. Saray Dame çayı üzərindəki bir adada yerləşmiş olub, ətrafı ingilis üslubundakı parkla əhatə olunmuşdur. Saray adını yerləşdiyi bölgədə — Köpenikdən alır. Saray 1558-ci ildə II Yoahim Hektor tərəfindən VI əsrdən qalma slavyan qalasının bünövrəsi üzərində ov köşkü kimi tikildi. İntibah memarlığı üslubunda olan saray Dame çayının bir adasında — dağılmış orta əsrlər qəsrinin ərazisində yerləşirdi. II Yoahim Hektor 1571-ci ildə burada vəfat etdi. 1631-ci ildə saray İsveç kralı Qostavus Adolfusun qərargahı kimi fəaliyyət göstərməyə başladı. Prussiya kralı I Frederik sarayı 1677-ci ildə genişlətdirməyə və bərpa etdirməyə başladı.