Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kirlənmə
Kirlənmə — hər hansı mühitə gətirilən yeni və ona xas olmayan fiziki, kimyəvi və bioloji ünsürlərin gətirilməsi ya da o ünsürlərinin miqdarının mühitdə artmasıdır. Kirlənmənin birbaşa obyektləri bioloji toplumun yaşadığı hava, su və torpaqdır. Kirlənmənin dolayı obyektləri kirlənmə qurbanlarıdır. Bunlar bitkilər, heyvanlar, mikroorqanizmlərdir. Ətraf mühitin çirklənməsi antropogen fəaliyyət prosesində müxtəlif maddələr və birləşmələrin atılması nəticəsində onun xüsusiyyətlərinin zərərli istiqamətdə dəyişməsidir. Təbii mühitin çirklənməsinin əsas mənbəyi istehsal və cəmiyyətin həyat fəaliyyəti prosesində əmələ gələn külli miqdarda tullantıların atılmasıdır. Çirkləndiricı elementlərə bərk, maye və qaz şəkilli maddələr, ziyanlı radiasiya və səs-küy daxildir. Ağır metallar (civə, qurğuşun, kadmium), fosfat, nitrat, kükürd oksidi, bitki və heyvan ziyanverici və xəstəliklərilə mübarizədə istifadə olunan zəhərli kimyəvi maddələr (DDT, aldrin və s.). ionlaşdırıcı radiasiya, radioizotoplar, sənaye və nəqliyyat səs-küyü daha çox ziyanlıdır. Yuxarıda sadalanan maddələrin bəziləri mutagen və kanserogen olub teratogen mutasiya və xərçəng xəstəliklərinin çoxalmasına səbəb ola bilər.
Böyük sözləşmə
Böyük sözləşmə — İngiltərə baş naziri Robert Cecilin 1610-cu ildə Kral I Ceyms və Parlamentə təqdim etdiyi maliyyə planı idi. Böyük sözləşmə adlanan bu plana əsasən, parlament yenidən fəaliyyətə başlamalı və krala aid 10 rəsmi imtiyaz parlamentə verilməli idi. Bunun qarşılığında isə parlament 600.000 £ həcmindəki dövlət borcunu ödəməli və əlavə olaraq dövlət xəzinəsinə illik 200.000 £ həcmində yardım göstərməli idi. Davam edən gərgin vəziyyət o qədər qarışıqlığa səbəb oldu ki, sonda I Ceyms dövlətin süqutunu gözə alaraq bu razılığı pozdu və 31 dekabr 1610 tarixində parlamentin fəaliyyətini yenidən dayandırdı. Bu tipdə olan digər bir plan isə 1614-cü ildə "Qarışıq Parlament" adıyla irəli sürülsə də, 9 həftəlik danışıqdan sonra pul ödənişlərindəki gecikmə səbəbilə qəbul edilmədi.
Gözləmə (Urmiya)
Gözləmə (az.-əski. گؤزلَمه‎) — Güney Azərbaycanın Urmiya şəhərinə aid qəlyanaltı növü. Qeyd edək ki Urmiya gözləməsi Türkiyə gözləməsi ilə fərqlidir. Bu yemək tez hazırlanmasına görə belə adlandırılıb. == Lazım olan ərzaqlar == 3 stəkan süzmə və ya qatıq 4 ədəd yumurta 4 diş sarımsaq Yarım fincan su Lazım olan miqdarda kərə yağı və ya sarı yağ Lavaş çörəyi Duz == Hazırlanma qaydası == İlk olaraq tavaya yağ töküb, sonra yumurtaları əlavə edib qızardın. Yaxşıca qızardıqdan sonra isə üzərinə duz tökün. Sonra isə qatıq və ya süzməni su ilə birlikdə bir qazanda qarışdırın ki qatıq parçalanmasın. Sonda ocağı söndürüb, öncədən nəzərdə tutulmuş qablarda sarımsaqlı qatıq və yumurtanı töküb qarışdırın. Əlbəttə qatıq (süzmə) və yumurtanı tonqal üstündə də qarışdırıb, hazırlamaq olar. Bu qəlyanaltı çörək ilə yeyilir.
Məni daha gözləmə (mahnı)