Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Keşləmə
Keşləmə - tələb olunma ehtimalı daha çox olan informasiyaların surətlərinin çıxarılması və xususi qovluqlarda yaddaşda saxlanması deməkdir.
Küllücə
Küllücə, Sindirella və ya Zoluşka (fr. Cendrillon, alm. Aschenputtel‎; rus. Золушка) — Qərbi Avropa nağıl personajı. Bu personaj mindən çox müxtəlif xalqın folklorunda öz əksini tapmışdır. == Şarl Perronun Zoluşka personajı == Bir varlı dul, eyni qızı olan iki qızı olan çox şişkin və təkəbbür dul qadınla evləndi. Ərin öz qızı vardı, çox mehriban və yumşaq idi. Ögey anası ögey qızını gözəlliyinə görə nifrət edirdi, çünki öz yanında qızları daha paxıl görünürdülər. Buna görə də, qıza damın altına mənzil qoyub, evdəki ən çirkin işləri görməsini istədi. Yazıq qız təvazökarlıqla bütün incikliyə dözdü və atasına şikayət etməyə cəsarət etmədi.
Kültəpə
Kültəpə (Babək) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Babək rayonunda kənd. Kültəpə (Pərsabad) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd.Kültəpə yaşayış yeri — Azərbaycan və İran ərazisində qədim yaşayış yerləri. Kültəpə yaşayış yeri (Beyləqan) — Beyləqan rayonunun Aşağı Çəmənli kəndi yaxınlığında qədim yaşayış yeri. Kültəpə yaşayış yeri (Füzuli) — Füzuli rayonunun Bala Bəhmənli kəndi yaxınlığında qədim yaşayış yeri. Kültəpə yaşayış yeri (Culfa, İran) — İranın Culfa şəhristanında qədim yaşayış yeri. I Kültəpə yaşayış yeri (Babək) — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Kültəpə kəndi ərazisində qədim yaşayış yeri. II Kültəpə yaşayış yeri (Babək) — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Aşağı Uzunoba kəndi ərazisində qədim yaşayış yeri. Kültəpə yaşayış yeri (Axura, Şərur) — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Axura kəndi ərazisində qədim yaşayış yeri. I Kültəpə yaşayış yeri (Maxta, Şərur) — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndi ərazisində qədim yaşayış yeri. II Kültəpə yaşayış yeri (Maxta, Şərur) — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndi ərazisində qədim yaşayış yeri.
Küləcə
Küləcə — belə qədər düz, ətəyi büzməli olan qadın üst geyimi.Yaxası açıq olan küləcənin uzunluğu dizə qədər, qolu isə dirsəkdən aşağı olur. Küləcə əsasən, məxmər və tirmədən tikilir. Yaxasına, bel kəsiyinə, ətəyinə və qollarının ağzına çox vaxt güləbətin, muncuq, pilək və məlilə ilə tikmə tikilir. Azərbaycanlı qadının geydiyi tumanın uzunluğu, Naxçıvan—Ordubad zonasından başqa, topuğa qədər olur. Naxçıvan—Ordubad zonasında qadınlar nisbətən qısa tuman geyirlər. Tuman 10–12 taxta müxtəlif naxışlı ipək və ya yun parçalardan tikilir. Üst tumandan başqa onun altından geyilən tumanlara ara tumanı və alt tumanı deyilir. Tumanlar büzməli yaxud qırçınlı olub lifəsinə tumanbağı keçirilir. Keçi sapından toxunmuş tumanbağının iki baş tərəflərində rəngli ipək və güləbətin saplardan hazırlanmış qotazları olur. Tumanlar çitdən tutmuş tirməyə qədər hər cür parçadan tikilir.
Kələmə
Kələmə— İranın Buşehr ostanının Dəştistan şəhristanının Buşkan bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,937 nəfər və 436 ailədən ibarət idi.
Tüləmə
Tüləmə — quşlarda və məməli heyvanlarda tük örtüyünün təzələnməsi prosesi. Tüləmə ilin fəsillərinə görə gedir. Tüləmə nəticəsində lələk və tüklər sıxlaşır, lələklərin, bəzi məməlilərdə isə tüklərin də rəngi dəyişir. Tüləmə bütün bədəni əhatə etməyə də bilər. Buna qismən tüləmə deyilir.
Külmə
Külmə (lat. Pseudophoxinus) — Çəkilər fəsiləsinə aid cins. Bu cinsə aid balıq növlərinin böyük əksəriyyəti Aralıq dənizi akvatoriyasında yayılmışdır. Azərbaycan ərazisində bir çox növləri yayılmışdır. Bir necəsi isə endemikdir. Udlaq dişləri bir sırada yerləşir, sayı 6-5 və 5-5 və ya 5-4 olur. Öndəki dişlərin tacı konus şəkildə, arxadakl dişlərin ucu kəsik olur,bəzən dişlərin üzərində qırışıqlar aydın görünür. Pulcuqlar iri və ya orta böyüklükdə olub, sıx yerləşir. Yan xətdə 33-67 pulcuq olur. Qəlsəmə dişcikləri qısa və seyrəkdir.
Düzləmə səthləri
Düzəlmə səthləri — adətən güclü parçalanmış, dağlıq ərazilərdə dik yamaclarla əhatələnən və qırışıq strukturları bucaq altında kəsən, zəif dalğalı dağüstü düzənliklərdən ibarət olub, relyefin inkişaf tarixində tektonik hərəkətlərin sabitlik və ya relyefin enmə mərhəlləlrində formalaşmışdır. Düzəlmə səthləri yaşı, yüksəkliyin, onların kəsdiyi süxurların litoloji tərkibin və qırışıqlıq dərəcəsi, yeni tektonik hərəkətlərin intensivliyi, torpaq-bitki örtüyü, iqlim şəraiti və b. amillərlə əlaqədar relyefin parçalanma dərəcəsçindən, ekzogen proseslərin intensivliyindən asılı olaraq müasir relyefdə müxtlif formada (vəziyyətdə) saxlanmışlar. Onlar Böyük və Kiçik Qafqazın, Talışın və Arazyanı silsilələrin xarakterik relyef formalarından biridir. Böyük Qafqazın Azərbaycan hissəsində düzəlmə səthləri kifayət qədər geniş yayılmışdır. Burada düzəlmə səthləri ayırmışlar. Ancaq bu düzəlmə səthlərinin morfologiyası, yaşı, mənşəyi haqqında daha ətraflı məlumat B. Ə. Budaqovun (1957, 1969, 1973) və Lilienberqin (1958) əsərlərində verilmişdir. B. Ə. Budaqov burada 8, D. A. Lilienberq 7 düzəlmə səthi ayrılmışlar: Şahdağ (3800–4000 m – 4200 m), Şahyurdu (3500–3600 m), Salavat (2800–3100 m), Qovdaq-Dibrar (2000–2400 m), Taxtayaylaq (1500–1600 m), Çuxuryurd (1200–1300 m), Şamaxı (600–800 m), Qobustan (300–500 m). B. Ə. Budaqovun ayırdığı Şahyurdu (3500–3600 m) düzəlmə səthi Şahdağ düzəlmə səthindən aşağıda yerləşir və sərbəst düzəlmə səthi kimi ayrılmışdır. Kür çökəkliyində Kür və Qabırrı çayları arası ərazinin qərb hissəsində antiklinal silsilə və platolarda 700–1000 m yüksəklikdə yerləşən hamar suayrıcıları Müseyibov M. A. (1975) düzəlmə səthlərinə aid edir və onların son pliosendə formalaşdığını qeyd edir.
II Kültəpə
II Kültəpə — Naxçıvanda Çəhriçayla Naxçıvan çaylarının birləşdiyi yerdə, üç hektara yaxın sahəni tutan arxeoloji abidə. II Kültəpə Naxçıvan və Urmiya bölgəsindəki bəzi yaşayış məskənləri Qədim Şərqin ilkin şəhər mərkəzləri səviyyəsinə qədər yüksəlmişdir. Qədim Naxçıvan şəhəri II Kültəpə yaşayış məskəni Azərbaycanda ilkin şəhər-dövlətlərdən birinin mərkəzi olmuşdur . Bu şəhər 3500 il bundan əvvəl yaranmışdır. Üçbucaq şəklində olan bu yaşayış yeri Çəhriçayla Naxçıvançayın birləşdiyi ərazidə yerləşir. II Kültəpənin 7–10 qalınlığında olan ilk təbəqəsi erkən tunc dövrünə aiddir. Araşdırmalar zamanı çiy kərpicdən inşa olunmuş dairəvi formalı binaların qalıqları aşkar olunmuşdur. Radiokarbon (C 14)analizlərin nəticəsi bu təbəqənin e.ə. 3500–2400-cü illərə aid olduğunu göstərir. Bu çoxtəbəqəli abidənin orta tunc dövrünə aid təbəqəsinin qalınlığı 4 metrdən çoxdur.
I Kültəpə
Kültəpə — Naxçıvan şəhərindən 8 km aralıda yerləşən qədim yaşayış məskəni. == Ümumi məlumat == Naxçıvan şəhərindən 8 km aralıda yerləşən I Kültəpə yaşayış yeri 1,5 hektara yaxın bir ərazini əhatə etməklə 22,2 metr qalınlığında mədəni təbəqəsi olan yüksək bir təpədən ibarətdir. Təpə bütövlükdə aşağıdan yuxarıyadək kül, xırda daş, təsərrüfat və məişət qalıqları ilə örtülmüşdür. Buradan üzə çıxarılan dörd mədəni təbəqənin aşağıdan birinci "1a" təbəqəsi Neolit dövrünə, "1b" təbəqəsi isə Eneolit dövrünə aiddir. Qalınlığı 3,2 m olan "1a" təbəqəsi abidənin üzərindən 19–22,2 m, "1b" təbəqəsi isə 19–12,8 m dərinlikdə yerləşir. Bu təbəqələrdən tikinti qalıqları, təsərrüfat quyuları, ocaq və kürələr, müxtəlif heyvan sümükləri, daş, sümük və gildən hazırlanmış əşyalar, buğda qalıqları və qəbirlər tapılmışdır. Həmin arxeoloji materiallar Kültəpə sakinlərinin oturaq həyat sürdüklərini sübut edir. E.ə. VII–I minilliklərə aiddir. == Kültəpədəki arxeoloji tapıntılar == 1951-ci ildə Azərbaycan ЕА Tarix İnstitutunun arxеoloji ekspedisiyası Osman Həbibullayevin rəhbərliyi ilə I Kültəpədə sistemli tədqiqat işlərinə başlanmışdır.
Külləsər (Nəmin)
Külləsər (fars. كله سر‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,176 nəfər yaşayır (280 ailə).
Kültəpə (Ağcabədi)
Kültəpə — Ağcabədi rayonunun Minaxorlu kəndi ərazisində, kənddən bir qədər aşağıda qeydə alınmış coğrafi addır. == Tarixi == Vaxtilə bu təpənin yerində böyük tikili olmuşdur. İndi həmin təpəni qazanda oradan küllü torpaq çıxdığına görə camaat bu təpəni Kültəpə adlandırmışdır. Qazıntılar zamanı Kültəpədən müxtəlif tarixi dövrlərə aid maddi-mədəniyyət nümunələri tapılmışdır. == Toponimikası == Kültəpə oronimi kül sözündən və təpə müsbət relyef forması bildirən coğrafi termindən ibarətdir. Təpədə müxtəlif mineral qatışıqlarsdan əmələ gələn yanıcı olmayan kül qalıqları olduğu üçün toponim çox güman ki, belə ad almışdır.Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndi ərazisində də Kültəpə oroqrafik obyekti qeydə alınıb. Beyləqanda, Füzulidə, Naxçıvan şəhəri yaxınlığında, Qərbi Azərbaycanda və başqa ərazilərdə də Kültəpə adına rast gəlirik.
Kültəpə (Babək)
Kültəpə (əvvəlki adı: Gültəpə) — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Kültəpə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Kərimbəyli kənd inzibati ərazi dairəsi tərkibindəki Gültəpə kəndi Kültəpə kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Kültəpə kəndi Kərimbəyli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Kültəpə kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == == Tarixi == 1951-ci ildə Azərbaycan ЕА Tarix İnstitutunun arxеoloji ekspedisiyası О. H. Həbibullayevin rəhbərliyi ilə I Kültəpədə sistemli tədqiqat işlərinə başlanmışdır. 1951–1964-cü illərdə aparılan tədqiqatlar zamanı müxtəlif dövrlərə aid dörd mədəni təbəqə aşkar edilmişdir. Nеolit təbəqəsində aparılan tədqiqatlar zamanı 5 tikinti qatı aşkar olunmuşdur. Üçüncü tikinti qatınta aşkar olunan evlər dördkünc formalıdır. Eneolit dövründə tikintilər əsasən dairəvi formada, çay daşları və möhrə ilə inşa edilmişdir. Evlərin qızdırılması üçün otağın mərkəzində yerləşdirilmiş ocaqdan, yаxud gil manqallardan istifadə edilmişdir. Diametri orta hesabla 7 metrə çatan, 35–55 sm qalınlığında divarları olan belə evlər çox hallarda arakəsmələrlə ayrı-ayrı hissələrə bölünmüşdür.
Kültəpə (Pərsabad)
Kültəpə (fars. كل تپه‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 114 nəfər yaşayır (21 ailə).
Kültəpə (Soyuqbulaq)
Kültəpə (fars. كل تپه‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 239 nəfər yaşayır (41 ailə).
Musiqi yükləmə
Musiqi yükləmə — internetə bağlı bir kompüterdən və ya bir veb saytdan bir istifadəçinin kompüterinə musiqi transferi. Bu anlayışa həm qanuni endirmələr, həm də təlifli məzmunun icazəsiz və ya ödəniş ödəmədən endirilməsi daxildir. Nielsen tərəfindən hazırlanan bir hesabata görə, 2012-ci ildə ABŞ-dakı musiqi satışının 55,9 %-i endirmələrdən meydana gəlməkdədir.
Pirаmidаl küllücə
Piramidal küllücə — (lat. Filago pyramidata) == Qısa morfoloji təsviri == Birillik, gövdəsi düz və ya qalxan, haçavari ayrılan budaqlı, ağ keçəvari tüklü bitkidir. Yarpaqları oturaq, bütöv lansetvari, iti uclu, bəzən kütdür. Səbətləri 5 mm uzunluqda, 10–30 səbətdən ibarət oturaq başcıq əmələ gətirərək gövdə haçalarında və ya budaqların ucunda yerləşirlər. Sarğının yarpaqcıqları uzunsov-lansetvari, dikdayanan, tüklü, sarı, ucu çox vaxt biz və qırmızımtıldır. Çiçəkləri xırda, sarımtıldır. Toxumcaları 0,6 mm uzunluqda, nahamar, kəkilsizdir. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Quru yamaclarda bitir.
Üfləmə kanalı
Üfləmə kanalı – (rus. канал продувания, ing. blowhole, puffing hole, buller) göl və dənizlərin abrazion sahilini təşkil edən süxurlarda bir qurta­racağı klifin aşağı hissəsinə, digər ucu isə sahilyanı platonun səthinə açılan maili kanal. Klif çıxıntısına dalğanın zərbəsi zamanı, intensiv hava axınının təsiri altında süxur­lardakı çatlarda əmələ gəlir. Güclü dalğalanma zamanı kanalın yuxarı dəliyindən su fontanı atıla bilər.
Kültəpə yaşayış yeri
Kültəpə yaşayış yeri (Beyləqan) — Beyləqan rayonunun Aşağı Çəmənli kəndi yaxınlığında qədim yaşayış yeri. Kültəpə yaşayış yeri (Füzuli) — Füzuli rayonunun Bala Bəhmənli kəndi yaxınlığında qədim yaşayış yeri. Kültəpə yaşayış yeri (Culfa, İran) — İranın Culfa şəhristanında qədim yaşayış yeri. I Kültəpə yaşayış yeri (Babək) — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Kültəpə kəndi ərazisində qədim yaşayış yeri. II Kültəpə yaşayış yeri (Babək) — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Aşağı Uzunoba kəndi ərazisində qədim yaşayış yeri. Kültəpə yaşayış yeri (Axura, Şərur) — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Axura kəndi ərazisində qədim yaşayış yeri. I Kültəpə yaşayış yeri (Maxta, Şərur) — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndi ərazisində qədim yaşayış yeri. II Kültəpə yaşayış yeri (Maxta, Şərur) — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndi ərazisində qədim yaşayış yeri.
Adi külmə
Adi külmə (lat. Rutilus rutilus) — Çəkilər fəsiləsinə Külmə cinsinə aid balıq növü. Çoxlu sayda yarımnövlər əmələ gətirir. Külmələrə Bütün Avropada, Şərqi İngiltərədən tutmuş Alpdan şimladakı ərazilərdə, Sibirin bütün göl və çaylarında, Xəzər və Aral dənizinin hövzəsində rastlamaq mümkündür. Bel nahiyəsi qaradır, mavi və zeytuni yaşıl nöqtələrə sahib olur. Böyür və qarın nahiyəsi isə gümüşü rəngdədir. Bel və quyruq üzgəci yaşıl-boz, sinə üzgəcləri sarımtıl, qarın və anal üzgəcləri isə qırmızı olur. Bununla yanaşı bəzi fərdlər sarı göz və üzgəclərə sahiblər. Pulcuqları gümüşü, üzərlərində, yan və bel nahiyələrində qırmızı nöqtələr olur. Adətən sürülər halında zəif axın olna ərazilərdə, yosunların çox olduğu bölgələrdə dolaşırlar.
Külmə balığı
Külmə (lat. Pseudophoxinus) — Çəkilər fəsiləsinə aid cins. Bu cinsə aid balıq növlərinin böyük əksəriyyəti Aralıq dənizi akvatoriyasında yayılmışdır. Azərbaycan ərazisində bir çox növləri yayılmışdır. Bir necəsi isə endemikdir. Udlaq dişləri bir sırada yerləşir, sayı 6-5 və 5-5 və ya 5-4 olur. Öndəki dişlərin tacı konus şəkildə, arxadakl dişlərin ucu kəsik olur,bəzən dişlərin üzərində qırışıqlar aydın görünür. Pulcuqlar iri və ya orta böyüklükdə olub, sıx yerləşir. Yan xətdə 33-67 pulcuq olur. Qəlsəmə dişcikləri qısa və seyrəkdir.
Küllücə (cizgi filmi, 1950)
Küllücə — Volt Disney tərəfindən istehsal olunan və əvvəlcə RKO Radio Pictures tərəfindən yayımlanan 1950-ci il Amerika cizgi musiqili fantaziya filmidir. Şarl Perronun nağılına əsaslanan Küllücə, on ikinci Disney cizgi filmidir.
Kültəpə yaşayış yeri (Beyləqan)
Kültəpə yaşayış yeri - Beyləqan rayonu, Aşağı Çəmənli kəndi yaxınlığında yerləşən arxeoloji abidə. == Ümumi məlumat == Beyləqan rayonunda orta əsrlərə aid yaşayış yeri. Aşağı Çəmənli kəndi yaxınlığında, kənddən 1,5 km qərbdədir. Araz çayının qədim yatağının sol sahilindəki Çardaxlı abidələrinə (e.ə. III minillik – eramızın IX-XIII əsrləri) daxildir. Hündürlüyü 3-3,5 m sahəsi təqribən 1,5 ha-dır. Axtarışlar zamanı müxtəlif saxsı qab nümunələri (bəsit, şirli), əmək alətləri, bəzək əşyaları, tikinti materialları (orta əsrlər üçün xarakterik olan bina bəzəkləri və bişmiş kərpiclər) və s. tapılmışdır. Yerlı məlumata görə, təbii yüksəkliklər olan təpələrin ətəyi yaşayış və əkin üçün əlverişli olduğu üçün burada yaşayış məskəni olmuşdur. Burada yaşayış monqolların yürüşü zamanı kəsilmişdir.
Kültəpə yaşayış yeri (Füzuli)
Kültəpə yaşayış yeri — Füzuli şəhərinin mərkəzindən 40 km şərqdə, Bala Bəhmənli kəndi yaxınlığında, düzənlikdə yerləşir. Çоxtəbəqəli qədim yaşayış yeri оlduğu aşkar edilib. 1965-ci ildə arxeoloji axtarışlar zamanı Kültəpədən Enоlit-sоn оrta əsrlər dövrünə aid maddi mədəniyyət nümunələri-sadə və şirli qab nümunələri, оx ucluqlar, оraq dişləri, dən daşları və s. tоplanmışdır. Tapıntı və tədqiatlar Kültəpənin Enоlit və Tunc dövrlərində оturaq əkinci icmaların böyük yaşayış yeri, оrta əsrlərdə isə qala оlduğunu göstərir. Kültəpə оrоnоmi kül və təpə kоmpоnentlərindən ibarətdir. Təpədə müxtəlif mineral qatışıqlardan əmələ gələn yanıcı оlmayan kül qalıqları оlduğu üçün tоpоnim güman ki, belə ad almışdır.
Kurzeme
Kurzeme (latış. Kurzeme‎; liv. Kurāmō; alm. və isv. Kurland; lat. Curonia / Couronia; lit. Kuršas; est. Kuramaa; pol. Kurlandia; rus. Курляндия/Курземе; belar.
Üzü küləyə (film, 1977)
Üzü küləyə — 1977-ci ildə çəkilmiş Azərbaycan filmi. == Məzmun == Film çoxplanlıdır. Burada dənizin çirklənməsi, Xəzərin balıq problemi və bir də quşların dövlət tərəfindən qorunması məsələlərinə toxunulmuşdur. Filmdə müasirlərimizin xarakterlərindən, onların mənəvi kamilliyindən, bir-birilərinə münasibətlərindən də söz açılır.Filmin qəhrəmanları gənclərdir. Onları inkişafımızın sabahı və gələcəyi düşündürür. İstər insanlara, istərsə də təbii sərvətlərə qayğı ilə yanaşan bu gənclər xalq malını dağıdanlara qarşı barışmazdırlar. == Film haqqında == Kinolent Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi : Oqtay Orucov Quruluşçu rejissor : Əbdül Mahmudov Quruluşçu operator : Zaur Məhərrəmov Quruluşçu rəssam : Fikrət Əhədov Bəstəkar : Aqşin Əlizadə Səs operatoru : Vladimir Savin Montaj edən : Gülşən Səlimova Rejissor : Rafiq Yüzbaşov Operator : Amin Novruzov === Rollarda === Adil İsgəndərov-Fərman Elxan Əhədzadə-Ramiz Tanilə Əhmərova-Nərgiz Muxtar Maniyev-Əbülfəz Əli Zeynalov-Əhməd dayı Kamal Xudaverdiyev-İlyas Məmmədov Həsən Məmmədov-Əlibala Zemfira Sadıqova-Nazlı xanım Kamil Məhərrəmov Zilli Namazov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.