KÜLLƏNMƏK

məch.
1. Üstünə kül tökülmək, külə batmaq, küllə dolmaq. Xörək küllənmişdi.
2. qayıd. Külə dönmək, kül olmaq. Ocaqda kömür külləndi.
– Kabab ocağının közü küllənməyə başladı. Ə.Vəliyev.
Hamı dağılışdı.
Ocaq səngiyib külləndi. B.Bayramov.

3. məc. Avaralanmaq, boş-bekar gəzmək, vaxtını boş keçirmək, faydalı işlə məşğul olmamaq.
[Cəfər:] Biz yazıq da meyit içində, azarlı yanında illərlə küllənirik. Çəmənzəminli.
[Rüstəm kişi:] Əə, Salman, burda niyə küllənirsən? – deyib səsləndi. M.İbrahimov.
Haradasa otuz il küllənən feldşer beləsindən çox-çox şöhrətli sayılır… B.Bayramov.

KÜLLƏNMƏ
KÜLLƏŞMƏ

Digər lüğətlərdə