Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kümxana
Kümxana (dəyə) — XIX-XX əsrlərdə Azərbaycanın baramaçılıqla məşğul olan kəndlərində ipəkqurdu bəsləmək üçün xüsusi təsərrüfat tikilisi. Kümxana, bir qayda olaraq, "toxmacar" və ya "gərrik" adlanan tut bağının içərisində inşa olunurdu. Kümxananın içərisində 3-4 qatda tərəcə düzəldilir, burada baramaqurdu bəsləyirdilər.
Küləxana (Əbhər)
Gülxani
Gülxani (əsl adı: Məhəmməd Şərif; 1770-ci illər və ya XVIII əsr, Gülxani[d] – 1920-ci illər) — özbək klassik şairi, yazıçısı, masalnəvilər və Özbək ədəbiyyatının satirik məktəbinin qurucularından biri. == Həyat == Gülxaniy Nəmənganda yaşamışdır. == Yaradıcılığı == Gülxaniy özbək və tacik dillərində yazırdı.
Karxana
Karxana - tikinti məhsulları (qum, daş, çınqıl, gil, üzlük daşlar) potensial-münbit süxurlar və faydalı qazıntıların çıxarılması ilə əlaqədar yer səthində və altında (şaxta) qazılmış müxtəlif forma və ölçüyə malik çökəkliklərdir. == Karxananın bağlanması == Müəyyən ərazidə olan faydalı qazıntıların istehsal ehtiyatının tükənməsi ilə əlaqədar və ya ətraf ərazinin təhlükəsizliyini təmin etmək məqsədilə istismarı dayandırılmış yataqdır. == Karxana sahəsi == Yatağın açıq üsulla işlənməsi və istismarı zamanı əmələ gələn örtük və qarışıq süxurların yerləşdirilməsi üçün ayrılmış sahədir.
Kələxana
Kələxana — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şamaxı rayonunun Şamaxı şəhər inzibati-ərazi vahidinin Kələxana kəndi Şəhriyar qəsəbə inzibati-ərazi vahidinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 27 iyun 2003-cü il tarixli, 493-IIQ saylı Qərarı ilə Şamaxı rayonunun Kələxana kəndi Şəhriyar qəsəbə inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Kələxana kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Kənddə tarixi-memarlıq kompleksi olan Kələxana türbələri yerləşir. Kəndin adı bu türbələrin adından alınmışdır. Toponim ərəb dilindəki kələ (məbəd, sərdaba, zaviyə) və fars dilindəki xana (bina, ev, tikili) komponentlərindən düzəlib, "məbəd, sərdaba, kompleks tikili" mənasındadır. == Əhalisi == Kənd əhalisi 363 nəfərdir ki, onun da 176 nəfəri kişi, 187 nəfəri isə qadınlar təşkil edir. == Coğrafiyası və iqlimi == Kənd Şamaxı platosunda yerləşir.
Külbaba
Külbaba (lat. Leontodon) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Homotipik sinonimləri === Dens-leonis Ség.
Gülxani Pənah
Gülxani Vaqif qızı Şükürova (Gülxani Pənah; 1 iyul 1958, Kərimli, Vartaşen rayonu) — şair, ədəbiyyatşünas, publisist. Azərbaycan Yazıçılar Birliyinin üzvü (1996). == Həyatı == 1958-ci ilin iyul ayının 1-də Oğuz rayonun Kərimli kəndində qulluqçu ailəsində anadan olmuşdur. Oğuz rayonunun Kərimli kənd orta məktəbini bitirdikdən sonra Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, fərqlənmə ilə oranı bitirmişdir (1979–1985). 1975–76-cı illərdə "Azərnəşr"in mətbəəsində cilidləyici, 1976–77-ci illərdə "Natəvan" klubunda oxu zalının müdiri, 1977–81-ci illərdə MİB-də texnik, 1981–85-ci illərdə "Şirvanşahlar" sarayında muzey xidmətçisi vəzifələrdə çalışmışdır. G. Şükürova 1985–89-cu ildə Sumqayıt şəhər 49 saylı TPM-də, 1989–92-ci illərdə Sumqayıt şəhər 13 saylı orta məktəbdə, 1992–93-cü illərdə Xətai rayonu 63 saylı orta məktəbdə, 1993–99-cu illərdə 264 saylı "Müəllif" məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmişdir. 2000–2004-cü illərdə Müstəqil Azərbaycan Universitetinin müəllimi, 2004-cü ildə AYB-də məsləhətçidir. 1974-cü ildən mətbuatda şeir, hekayə, poema və elmi-publisist yazılarla çıxış edir. Şeirləri müxtəlif illərdə çap olunmuş almanaxlara daxil edilmişdir. İyirmidən çox bədii, elmi, tənqidi, publisist kitabların müəllifidir.
Karxana avtomobilləri
Karxana avtomobilləri (Mədən avtomobilləri) — maksimal kütlələri (maksimal ox kütlələri), ölçüləri və başqa xətti parametrləri ümumi istifadədə olan avtomobil yollarından istifadəyə icazə verməyən iriqabaritli və ağırçəkili avtomobil nəqliyyatı vasitəsi. Karxana avtomobillərinin ölçülərinin və başqa xətti parametrlərinin, kütlələrinin və ox kütlələrinin minimal hədləri "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri" ilə müəyyən olunur.
Karxana fırçaotu
Karxana fırçaotu (lat. Dipsacus fullonum) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin fırçaotu cinsinə aid bitki növü. == Sinonimləri == Dipsacus arcimusci Lojac. Dipsacus botterii Maly ex Nyman Dipsacus carminatorius Salisb. Dipsacus connatofolius Gilib. [Invalid] Dipsacus divaricatus C.Presl Dipsacus fullonum var. sylvestris (Huds.) Huds. Dipsacus fullonum f. ternatus Farw. Dipsacus horridus Opiz Dipsacus meyeri Chabert Dipsacus mirabilis Gand.
Kələxana türbələri
Kələxana türbələri — Şamaxı şəhərindən 6 km aralıda, Kələxana kəndi yaxınlığında yerləşən və 250x140 m ərazini əhatə edən tübələr kompleksidir. Kompleksə daxil olmuş doqquz türbədən səkkizi dövrümüzə çatmışdır ki, onlardan da biri ciddi dağıntılarıa məruz qalmışdır. Digər türbələr dövrümüzə yaxşı vəziyyətdə çatmış, bəzilərində isə heç bir dağıntı baş verməmişdir. Türbələrdən yalnız biri üzərində kitabə qalmışdır. Həmin kitabədə abidənin inşa tarixi və dəfn edilənin kimliyi haqqında məlumat verilmişdir. Həmin kitabədən məlum olur ki, türbə hicri tarixlə 1074-cü ildə (miladi 1663/1664) sərkar rütbəli memar Əmir Əli oğlu Əbdüləzim tərəfindən inşa edilmişdir. == Tarixi == XIX əsrin sonlarına kimi Kələxana türbələri elmi ədəbiyyatda ötəri olaraq vurğulanmış, komplksə daxil olan abidələrin mümarlıq xüsusiyyətləri isə əsaslı tədqiq edilməmişdir. Kompleksə daxil olmuş doqquz türbədən səkkizi dövrümüzə çatmışdır ki, onlardan da biri ciddi dağıntılarıa məruz qalmışdır. Digər türbələr dövrümüzə yaxşı vəziyyətdə çatmış, bəzilərində isə heç bir dağıntı baş verməmişdir. Tübələrdən üçünü əhatə edən müdafiə divarlarının qalıqları da dövrümüzə çatmışdır.
Tüklü külbaba
Tüklü külbaba (lat. Leontodon hispidus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin külbaba cinsinə aid bitki növü. Çoxillik, 14-40 sm hündürlükdə, gövdəsi, adətən tək, düz və ya qalxan, yarpaqsız, çılpaq, bəzən 1-2 xırda yarpaqlı bitkidir. Kökyanı yarpaqları çoxsaylı, bəzən azacıq tüklü, uzunsov və ya lansetvari, oyuqdişli və ya oyuqdilimli olaraq, arxaya burulmuş üçkünc hissələrə bölünmüşdür. Səbətləri çiçəkləyənə qədər əyilmiş vəziyyətdə olur. Sarğısı 10-15 (17) mm uzunda, uzunsovdur. Yarpaqcıqları tünd yaşıl, xaricdəkilər qısa lansetvari, daxildəkilər xətt - lansetvari, küt və ya iti uclu, hamısı pırpızlaşmış codtüklüdür. Dilcikləri sarı, sarğıdan1,5-2 dəfə uzundur. Toxumcaları mixəyi, 5–8 mm uzunda, dar silindirvari, şırımlı, zəif qırışlıdır. Kəkili toxumcadan bir az uzundur.
Buzxana məhəlləsi
Naxçıvan məhəllələri — XX əsrin əvvəllərində Naxçıvan şəhəri on əsas məhəllədən ibarət idi: Zaviyə məhəlləsi Şahab məhəlləsi Pirqamış məhəlləsi Əlixan məhəlləsi Sarvanlar məhəlləsi Gömayıl məhəlləsi Xoşulu məhəlləsi Atabəylər məhəlləsi Qurdlar məhəlləsi Qala məhəlləsi == Qaraağac məhəlləsi == Naxçıvanda tikinti-quraşdırma idarəsini ətrafında yerləşir. 1918-ci ildə məhəllədə bir neçə yüz gənc silahlanıb,torpaqlarının bir qarışını da xarici düşmənlərə, erməni təcavüzkarlarına verməyəcəklərinə and içmişdilər. 1990-1993-cü illər Sədərək döyüşləri bunu bir daha sübut edib. == Qoçaltı məhəlləsi == Adı türk xalqlarının totem, onqon saydıqları qoyunla — ağ və qara qoçla bağlıdır. Burada daşdan düzəldilmiş qədim qoç-qoyun heykəlləri var imiş. Şəhər əhalisi əlamətdar günlərdə, bayramlarda buraya yığışıb şənliklər keçirərmişlər. == Şahab məhəlləsi == Şahab mələsinin adı 1590 cı il Osmanlı mənbələrində çəkilir. Qədim məhəllə “Qurdlar”, Pirqəmiş və Anbar məhəllələri arasında yerləşərək,Bazar çayından axan “Söyüdlü arx”ın qurtaracağındadır. Məhəllədə Şahab məscidi yerləşir. Pir Xamuş xanəgahı bu məhəllədə yerləşir.
Gurxana (Nəqədə)
Gurxana (fars. گورخانه‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 51 nəfər yaşayır (15 ailə).
Juliana Pasha
Yuliana Paşa (20 may 1980, Tirana) — Alban müğənni. 2010 Avroviziya Mahnı Müsabiqəsində Albaniyanı "Nuk mundem pa ty" (Mən sənsiz yaşaya bilmirəm) mahnısı ilə təmsil edib. Bu vaxta qədər bir çox beynəlxalq müsabiqələrdə ölkəsini təmsil edib və müxtəlif nominasiyalarda mükafatlara layiq görülüb.
Kulgani (Urmiya)
Kulgani (fars. ‎‎‎كولگني‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 437 nəfər yaşayır (79 ailə).
Kuptana adası
Quamblin adası (isp. Isla Guamblin) — Çilinin Çonos arxipelaqına daxil olan ada. Sahəsi 320 km² təşkil edir. Maksimal hündürlüyü 1680 metrdir. Şərq sahilində kiçik bir liman vardır.
Qədim buzxana
Qədim buzxana — Azərbaycanın İsmayıllı rayonunun Sulut kəndi yaxınlığında yerləşir. Uzunluğu 12 m, eni 7 m olan bu tarixi abidə çay daşından tikilib. Abidənin üstü dağvari formada tamamlanıb. Onun əsas hissəsi yerin altında və yalnız üstünün tağı yer səthindədir. İçəri tərəfdən divarlarının bir hissəsi hamar və yonulmuş daşlarla üzlənmişdir. Buzxananın cənub – qərb burnunda onun kiçik və darısqal qapısı yerləşir. "Buzxana" adı ilə məlum olan bu tikilidən hansı məqsədlə istifadə edildiyi məlum deyil. Lakin bura daha çox kiçik həbsxana kamerasına oxşayır. Abidəyə Sulut kəndinə qədər avtomobillə, kənddən abidəyə qədər yolu isə piyada və ya atla getmək lazımdır.
Yuliana Kayşeva
Yuliana Kayşeva (8 mart 1994) — Rusiyalı biatlonçu. Yuliana Kayşeva Rusiyanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. Yuliana Kayşeva birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında qadınlar 7.5 km məsafəyə sprint yarışlarında iştirak etdi. Kayşeva 22:58.5 saniyəlik nəticəsi ilə 87 atlet arasında 33-cü yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Yuliana Paşa
Yuliana Paşa (20 may 1980, Tirana) — Alban müğənni. 2010 Avroviziya Mahnı Müsabiqəsində Albaniyanı "Nuk mundem pa ty" (Mən sənsiz yaşaya bilmirəm) mahnısı ilə təmsil edib. Bu vaxta qədər bir çox beynəlxalq müsabiqələrdə ölkəsini təmsil edib və müxtəlif nominasiyalarda mükafatlara layiq görülüb.
Yuliana zirinci
Yuliana zirinci (lat. Berberis julianae) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. Vətəni Mərkəzi Çindir. Hündürlüyü 2-3 metrə çatan, həmişəyaşıl koldur,sarımtıl budaqları uzunluğu 4 sm olan güclü üçbölümlü iynələrlə əhatə olunmuşdur. Şaxəıənmiş möhkəm çətirli koldur, çətrinin diametri hündürlüyündən artıqdır. Bitki yaşlandıqda budaqları qövşəkilli forma alaraq aşağıya doğru sallanır. Zoğları çıxıntılı, sarımtıl rənglidir, yaşlandıqda boz rəngdə olur. Yarpaqları növbəli, cod, dərili, yumurtaşəkillidir, kənarı 3-4 dişli, tünd-yaşıl, aşağı tərəfi isə açıq yaşıldır. Uzunluğu 10 sm, eni isə 2,5 sm-dir. Çiçəkləməsi maydan iyuna qədər davam edir.
Kulanj (Alye)
Konya-Lyon (fr. Coulanges) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Dompyer-syur-Bebr kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03086. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 312 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 198 yaşda (15-64 yaş arasında) 135 nəfər iqtisadi cəhətdən fəal, 63 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 68,2%, 1999-cu ildə 62.0%). Fəal olan 135 nəfərdən 126 nəfər (73 kişi və 53 qadın), 9 nəfər işsiz (3 kişi və 6 qadın) idi. Fəal olmayan 63 nəfər arasında 15 nəfər şagird və ya tələbə, 18 nəfər təqaüdçü, 30 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Rem Kulxas
Rem Kulhas (tələffüzü ['rɛm 'koːlɦaːs], hərdən Kulhaas (nid. Remment Koolhaas; 17 noyabr 1944[…], Rotterdam, Cənubi Hollandiya) — hollandiyalı tanınmış memar və nəzəriyyəçi. Eyni zamanda Horvard Universitetində dərs verməkdədir. Rem Kulhas Hollandiya Televizor və Kino Akademiyasında başladığı təhsilini Londondakı Memarlıq Fondu Fakultəsində və Nyu-York ştatının İtaka şəhərindəki Kornell Universitetində davam etdirdi. Rem hələ də Hollandiyadakı OMA (Office for Metropolitan Architecture) və AMO (Architectuur Metropolitaanse Officie) qurumlarının idarəçisidir. 2005-ci ildə isə Mark Uigli və Ole Bouman ilə birlikdə "Volume Magazine" adlı jurnalı təsis etmişdir. 2000-ci ildə Pritsker mükafatını qazanan Rem Kulhas 2008-ci ildə "Time" jurnalı tərəfindən Dünyanın gedişini dəyişən 100 nəfər arasında göstərildi. 2000 Pritsker mükafatı 2001 Chevallier de Légion d'honneur 2003 Praemium Imperiale 2004 Kral Qızıl medalı 2005 Müasir Memarlıq üçün Avropa Memarlığı mükafatı 2007 Fəxri ad, Katolik Universiteti, Leuven, Belçika. 1980-2002 Quqqenheym Muzeyi, Las-Veqas, ABŞ 1988 Hollandiya Rəqs Teatrı, Lahey, Hollandiya 1988 Lille Grand Palais, Lill, Fransa 1991 Neksus Evləri, Fukuoka, Yaponiya 1991 Villa dall’Ava, Sent-Kloid 1993 Kunsthal Zalı, Rotterdam, Hollandiya 1993-1997 Educatorium, Utrext, Hollandiya 1997-2003 MaKormik Korpus Mərkəzi, Çikaqo, ABŞ 1998 Maison à Bordeaux, Bordo, Fransa 1999 "Sekond Stac" Teatrı, Nyu-York, ABŞ 2001-2005 Casa da Música, Portu 2003 Hollandiya Səfirliyi, Berlin, Almaniya 2003 Prada, Nyu-York, ABŞ 2003-2005 Seul Milli Univesitetində İncəsənət Qaleriyası, Seul, C.Koreya 2004 Prada, Los-Anceles, ABŞ 2004-2009 CCTV Binası, Pekin, Çin. 2004-2009 Dii və Çarlz Vili Teatrı, Dallas, Texas, ABŞ 2004 Sitl Mərkəz Kitabxanası, Sitl, ABŞ 2006-2009 Milşteyn Qarşılama Zalı, Kornell, ABŞ 2006 Şenjen Salonu, Şenjen 2006 Serpentine Qaleriyası, London, İngiltərə 2007-2010 Torre Bisentenario, Mexiko, Meksika 2008-2010 Briqusprocektet, Kopenhagen, Danimarka 2008-2010 23 İst 22-ci Küçə, Nyu-York, ABŞ 2009 Riqa Liman Şəhəri, Riqa 2009-2013 De Rotterdam, Rotterdam, Hollandiya Адамов О. И., Сипкин П. А. Сетчатые построения Ивана Ильича Леонидова и Рема Кулхааса (Архитектура и строительство России).
Ulyana Donskova
Ulyana Vyaçeslavovna Donskova (d. 24 avqust 1992) — Rusiyanı təmsil edən bədii gimnast. Ulyana Donskova, Rusiyanı 2012 London Olimpiadasında təmsil edib və qızıl medal qazanıb. Ulyana Donskova 2012-ci ildə Rusiya bayrağı altında Birləşmiş Krallığın paytaxtı London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Anastasiya Bliznyuk, Alina Makarenko, Kseniya Dudkina, Anastasiya Nazarenko və Karolina Sevastyanova ilə birgə finalda 57.000 xal toplayaq 1-ci yeri tutdu və Olimpiya Oyunlarının qızıl medalını qazandı.
Ulyana Lopatkina
Ulyana Vyaçeslavovna Lopatkina (rus. Ульяна Вячеславовна Лопаткина; 23 oktyabr 1973, Kerç, Krım vilayəti[d]) — rus balet artisti, Mariinski teatrının prima-balerinası (1995–2017). Rusiyanın xalq artisti (2006), Rusiya Dövlət Mükafatı laureatı (1999) və Rusiya Hökumətinin mükafatı laureatı (2015). Ulyana Vyaçeslavovna Lopatkina 23 oktyabr 1973-cü ildə Qara dəniz sahilindəki Kerç şəhərində anadan olmuşdur. Onun valideynləri Vyaçeslav İvanoviç və Yelena Georgiyevna müəllim idilər. Yevgeni adlı bir qardaşı da var. Uşaqlıqda rəqs dərnəklərində və idman gimnastikası bölməsində məşğul olmuşdur. 1991-ci ildə A. Vaqanova adına Rus Balet Akademiyasında professor Natalya Dudinskayanın sinfini bitirərək Mariinski teatrının balet truppasına qəbul olunmuşdur. 1995-ci ildə truppanın prima-balerinası seçilmişdir. 2000-ci ildə "Bayaderka" baletinin nümayişi zamanı topuq nahiyəsindən zədə almasına baxmayaraq, tamaşanı başa çatdıra bilmişdir.
Şulxan Arux
Şulxan Arux (ivr. ‏שולחן ערוך‏‎) – yəhudi məcəlləsi Arоn Briman 1885-ci il iyulun 6-da saxtakarlıqda günahlandırılaraq Vyana məhkəməsi tərəfindən ikiaylıq həbs cəzasına məhkum olunmuş və sonra Avstriya ərazisindən qovulmuşdur. Səbəb onun 1883-cü ildə "Yustus" təxəllüsü ilə yəhudi məcəlləsi sayılan "Şulxan Arux"un uydurma versiyasını nəşr etməsi idi. Qısa müddət ərzində kitab antisemit dairələrdə məşhurlaşmış və böyük əks-səda doğurmuşdur. Vəziyyət qanun keşikçilərini əsərlə bağlı istintaq aparmağa vadar etmişdir. Aparılan araşdırma zamanı müəllifin şəxsiyyəti müəyyənləşmiş və maraqlı faktlar ortaya çıxmışdır. Məlum olmuşdur ki, kitabı yazan rumıniyalı yəhudidir. О, dinini dəyişərək, protestantlığı, sonra isə katolisizmi qəbul etmiş və antisemit qruplarla əlaqə saxlamışdır. Əsərin müəllifi iddia edirdi ki, İudaizmin mühüm kitablarından olan "Şulxan Arux"da yəhudilərin üstünlüyündən bəhs edən, digər millət və dinlərin nümayəndələrini, xüsusilə xristianları aşağılayan, onları öldürməyə, aldatmağa, əmlaklarını oğurlamağa və qəsb etməyə icazə verən 100 hökm var. Bu qaydalarda yəhudi olmayanlar "akum" adlandırılır və heyvan səviyyəsinə endirilirlər.