Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mithəd Camal Küntay
Mithəd Camal Küntay (türk. Mithat Cemal Kuntay 1 yanvar 1885, Konstantinopol – 30 mart 1956, İstanbul) — Türkiyə yazıçısı və şairi, hüquqşünası və ədəbiyyatşünası. Bir sıra bioqrafik əsərlərin, eləcə də "Üç İstanbul" (türk. Üç İstanbul) romanının müəllifidir. 1885-ci ildə İstanbulda anadan olan Mithəd Camal Küntay Şkoderdən olan mühacir ailənin oğludur. Atası Selim Sırrı bəy, anası Rumelinin Tırhala qəsəbəsindən Samiye Hanımdır. Atasının ailəsi Rus-türk müharibələri zamanı doğma yerlərini tərk etmişdilər.. Anasının uşaq ikən oxuduğu Namik Kamalın "Çezmi" romanı ona ilk ədəbi zövqünü yetişməsində böyük rol oynamışdı. Orta təhsilini Aksaraydaki "Mekteb-i Osmaniye" litseyində və fransız "Saint Joseph" litseyində tamamladıqdan sonra tam orta məktəb təhsilini Vefa Litseyində başa vurdu. Sonradan "Mekteb-i Hukuk"u birinci yerlə bitirdi.
Zaviyyət-Kunta
Zaviyyət-Kunta (ərəb. زاوية كنتة‎) — Əlcəzairin cənubunda, Adrar vilayətində şəhər və kommuna. Eyniadlı dairənin inzibati mərkəzidir. Şəhər vilayətin mərkəzi hissəsində, Böyük Səhranın mərkəzi vahələrindən birinin ərazisində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 1090 kilometr cənub-cənub-qərbdə məsafədə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 252 metrdir. Zaviyyət-Kunta kommunası Tinduf vilayətinin Tamest, İn-Zqmir, Timokten və Umm əl-Assel kommunaları ilə həmsərhəddir. Sahəsi 9140 km2-dir. 2008-ci ilin rəsmi siyahıyaalınmasına əsasən, kommunanın əhalisi 17,116 nəfər idi. Kişilər əhalinin 49,99%-i, qadınlar isə 50,01%-i təşkil etmişdir. Əhalinin savadlılıq səviyyəsi 73,3% olmuşdur.
Kunta Kinteh adası
Kunta Kinteh və ya köhnə adları ilə Ceyms və ya Müqəddəs Andrev adası — Qambiyadakı Qambiya çayında ada. Çayın mənsəbindən 30 km (19 mil) məsafədə yerləşən adada Ceyms qalası yerləşir. == Tarix == Adanın Avropa ilə qarşılıqlı əlaqəsi 1456-cı ilin mayında, italyan kəşfiyyatçılar Alvis Kadamosto və Antoniotto Usodimarın rəhbərlik etdiyi Portuqaliyalı bir ekspedisiyanın adaya çıxması ilə başlamışdır. Ekspedisiyya dənizçilərdən Andrev adındakı birini adada basdırır və ona ilk avropa adını, Müqəddəs Andrev adını verir. Həmçinin Dioqo Qomez də, 1458-ci il ekspedisiyasında Müqəddəs Andrev adasına lövbər salmışdır. Portuqaliyalı bir yaşayış məskəni olan San Dominqo 15-ci əsrdə, Qambiya çayının şimal sahilində, St Andrew adası ilə üzbəüz qurulmuşdur. == Miras == Ada Qərbi Afrika qul ticarətində əhəmiyyətli bir tarixi yer olaraq, əlaqəli ərazilərlə birlikdə UNESCO-nun Ümumdünya irsi olaraq siyahıya alınmışdır. Kunta Kinteh adası ağır eroziya keçirir və qalanın aktiv olduğu bu müddət ərzində ölçüsünün təxminən 1/6 hissəsi qalmışdır. Adada hələ də ingilislərin bir neçə inzibati binasının dağıntıları, kiçik bir bənd və bir neçə baobab ağacı qalmışdır. Dağıntılar bir qədər sabitləşdirilmişdir və qorunur.