Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bazu kələfi
Bazu kələfi lat. plexus brachialis dörd aşağı boyun sinirlərinin və qismən IV boyun və I döş sinirlərinin ön şaxələrindən əmələ gəlir. Bəzən II döş sinirinin ön şaxəsindən də kiçik şaxəcik alır. Ön pilləli və orta pilləli əzələlərin arasından xaricə çıxaraq, aşağı, bayır tərəfə gedir, körpücük sümüyünün altından qoltuq çuxuruna daxil olur. Körpücüküstü və körpücükaltı çuxurları keçərkən körpücükaltı arteriyadan yuxarı və dala yerləşir, öz vəziyyətinə görə iki hissəyə bölünür: körpücüküstü hissə lat. pars supraclavicularis və körpücükaltı hissə lat. pars infraclavicularis. Bazu kələfi qoltuq çuxuruna daxil olarkən üç dəstəyə ayrılır: bayır, içəri və dal dəstələr - lat. fasciculi lateralis, medialis et posterior. Bunlar qoltuq çuxurunda qoltuq arteriyasını əhatə edirlər.
Bel kələfi
Bel kələfi lat. plexus lumbalis üç yuxarı bel və qismən XII döş (ThXII) və IV bel sinirlərinin (L4) ventral şaxələrindən təşkil olunur. IV bel sinirinin ventral şaxəsinin çox qismi bel kələfində iştirak edir, az bir hissəsi isə V bel sinirinin venteral şaxəsi ilə birləşərək bel-oma kötüyünü (lat. truncus lumbosacralis) təşkil edir. XII döş sinirinin ancaq kiçik bir şaxəsi bel kələfində iştirak edir. Bel kələfi bel fəqərələrinin köndələn çıxıntılarının önündə lat. m. psoas major daxilində yerləşmişdir. == Verdiyi şaxələr == Əzələ şaxəsi lat. rami musculares Qalça-qarınaltı sinir lat.
Boyun kələfi
Boyun kələfi lat. plexus cervicalis üç yuxarı və qismən IV boyun sinirlərinin (C1-C3 və qismən C4) ön şaxələrindən əmələ gələrək ota pilləli və kürəyi qaldıran əzələlərin başlanan uclarının önündə yerləşir və döş-körpücük-məməyəbənzər əzələ ilə örtülü olur. Boyun kələfindən çıxan şaxələr üç qrupa bölünür: birləşdirici, dəri və əzələ şaxələri.
Büzdüm kələfi
Büzdüm kələfi lat. plexus coccygeus - V oma və büzdüm sinirinin ön şaxələrindən (S5-Co) əmələ gəlir. Kələf büzdüm əzələsi ilə oma-tin bağının önündə yerləşmişdir və oma kələfi ilə rabitədədir. Büzdüm kələfi lat. nn. ancoccygei özündən adlanan bir neçə şaxələr verir. Bu şaxələr büzdüm əzələsinin önü ilə əvvəlcə aşağı gedir, sonra arxaya keçərək büzdüm sinirinin dal şaxəsi ilə birlikdə büzdüm nahiyəsinin dərisini innervasiya edir. Kələfdən eyni zamanda bir neçə əzələ şaxəsi çıxaraq büzdüm əzələsini, anusu qaldıran əzələni innervasiya edir.
Oma kələfi
Oma kələfi (lat. Plexus sacralis) — sinir kələfi olub, IV və V bel sinirlərinin ön şaxələri, eləcə də dörd oma sinirlərindən (SI — SIV) təşkil olunmuşdur. Oma kələfi kiçik çanaqda, armudu əzələninön səthində yerləşir. Oma kələfini təşkil edən sini kötükləri böyük oturaq dəliyinə istiqamətlənərək bir yerə toplaşır və üçbucaq şəkilli qalın bir sinir kötüyünü təşkil edir. Üçbucaq şəkilli bu kötüyün ardını bədəndə ən böyük sinir olan oturaq siniri - (lat. n. ischiadicus) təşkil edir. Oma kələfindən iki qrup: çanaq əzələlərinə məxsus qısa və aşağı ətraf əzələlərinə və dərisinə məxsus uzun şaxələr çıxır. == Qısa şaxələr == Əzələ şaxəsi lat. ramus musculares - armudu, daxili qapayıcı, ekiz əzələləri budun kvadrat əzələsini, anusu qaldıran əzələni və büzdüm əzələsini innervasiya edir.
Kələki
Kələki — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kələki kəndi Dırnıs kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Unus kəndi mərkəz olmaqla, Unus kənd inzibati ərazi dairəsi yaradılmışdır.Rayonun mərkəzindən 45 km şimal-şərqdə, Ordubad – Unus avtomobil yolunun üstündədir. Əhalisi bağçılıq, tərəvəzçilik və heyvandarlıqla məşğuldur. Orta məktəbi, kulubu, kitabxanası, tibb məntəqəsi var. Eyni zamanda da bu kənd Azərbaycan Respublikasının keçmiş prezidenti Elçibəyin doğulduğu kənddir. == Tarixi == Kələki Ordubad rayonunun Dırnıs inzibati ərazi vahidində kənd. Vənənd çayının sahilində, Uçurdağın ətəyindədir. Kənd öz adını yaxınlıqdakı məbəd xarabalığından almışdır. Oykonim ərəb dilindəki kələ (məbəd) və fars dilindəki kuh sözünun fonetik variantı olan ki (dağ) sözlərindən düzəlib, "məbəd dağı" mənasındadır.. == Əhalisi == 27 aqvust 1727-ci il tarixli "Naxçıvan sancağının müfəssəl dəftəri"ndə (səh.
Bostan kələmi
Gül kələm (lat. Brassica oleracea) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. == Sinonimləri == Brassica alba Boiss. [Illegitimate] Brassica alboglabra L.H.Bailey Brassica arborea Steud. Brassica bullata Pasq. Brassica campestris subsp. sylvestris (L.) Janch. Brassica capitala DC. ex H.Lév. Brassica cauliflora Garsault [Invalid] Brassica caulorapa (DC.) Pasq. Brassica cephala DC. ex H.Lév.
Düzənlik kələzi
Düzənlik kələzi (lat. Trapelus) — Kələzlər fəsiləsinə aid cins. Orta ölçülərə malik kərtənkələlərdir. Əsasən onurğasızlarla və bəzən bitkilərlə qidalanır. Əvvəllər bu cinsə daxil olan kələzlər, Kələzlər cinsinə daxil edilirdi. == Yayılması == Düzənlik kələzi Avropanın arid cənub-şərq hissəsi, Asiya cənub-qərb hissəsi, Orta və mərkəzi Asiya, Çin, İran, Əfqanıstan, Ərəbistan yarımadası, kimi ərazilərdə yayılmışdır.
Dəniz kələmi
Laminariya (lat. Laminaria) — laminariaceae fəsiləsinə aid bitki cinsi. Laminariyanın çoxalması:nəsil növbələşməsi-qeyri cinsi və cinsi nəsilin bir-birini əvələnməsi. == Ümumi məlumat == Dəniz kələminin tərkibi yod, manqan, kobalt, fosfor, dəmir və kaliumla zəngindir. Elə həmin keyfiyyətinə görə o ən faydalı bitkilərdən biri hesab edilir.Dəniz kələmi çiy, qurudulmuş, qaxac edilmiş, konservləşdirilmiş və duzlu halda yeyilir. Onu həm də əvəzsiz pəhriz qidası hesab edirlər. Əsasən ateroskleroz, hipertoniya, raxit, qalxanvarı vəzin müalicəsi və profilaktikası zamanı istifadə edilir. Bu yosun növü maddələr mübadiləsini yaxşılaşdırır, radioaktiv maddələrin bədəndən xaric edilməsinə müsbət təsir göstərir, mədə-bağırsaq sisteminin fəaliyyətini tənzimləyir. Həmin xəstəliklərin müalicə və profilaktikası üçün gündə beş xörək qaşığı dəniz kələmi və yaxud gündə bir neçə dəfə olmaqla iki çay qaşığı onun qurudulmuş formasını qəbul etmək məsləhətdir. Turşuya duz əvəzinə döyülmüş dəniz kələmi də qatmaq olar.
Kergelen kələmi
Kergelen kələmi (lat. Pringlea antiscorbutica) — Bioloji növ olaraq kələmkimilər fəsiləsinə daxil olan yumşaq yarpağa malik olan, böyük səbət quruluşu əmələ gətirən bitki. Bu növ Kergelen adasında ən çox yayılan ot bitkilərindəndir. Adınıda müvafiq olaraq ən çox yayılan adanın adından götürmüşdür. Üstəlik Kroze adaları, Prins-Eduard adaları, Herd adası və Makdonald adalarında da yayılmışdır. Bu kələm növü sərt və güçlü küləklərin təsirinə dözümlüdür. Hind okeanının sunantarktik quşağda yerləşməsinə baxmayaraq şaxtalara qarşı dözümlü olur, xüsusi ilə çiçəkləmə dönəmində. Bitki C vitamini ilə zəngindir. Bu səbəbdən əvvəllər ərazidən keçən gəmilər ondan Sinka xəstəliyinə qarşı vastə kimi istifadə edirdilər. Latın dilində "antiscorbutica" "sinkaya qarşı" mənasını verir.
Kələki körpüsü
Kələki körpüsü — Ordubad rayonunun Kələki kəndi ərazisində, Vənəndçayın üzərində Dəstə-Dırnıs-Rumus avtomobil yolunun 21 kilometrliyində yerləşən körpü. == Ümumi məlumat == Körpü ikiaşırımlıdır.Uzunluğu 30 paqonometrdir. XIX əsrin əvvəllərində inşa edildiyi ehtimal olunur. Milli memarlıq simasını və möhkəmliyini qoruyub saxlamışdır. 1998-ci ildə bərpa edilmiş və yenidən qurulmuşdur. Kələki körpüsü vasitəsilə Ordubad rayonunun Pəzməri, Unus, Kələki kəndlərinin Dırnıs-Vənənd yolu ilə magistral yola çıxışı təmin olunmuşdur.
Qafqaz kələzi
Paralaudakia caucasia (lat. Paralaudakia caucasia) — heyvanlar aləminin pulcuqlular dəstəsinin kələzlər fəsiləsinin paralaudakia cinsinə aid heyvan növü. Uzunluğu 140–150 mm, çəkisi 170 q təşkil edir. Onlar həşaratlar, digər onurğasızlar və bitkilərlə qidalanırlar. Qafqaz kələzi əsasən daş rəngində olur bu isə onların maskalanmasına xidmət edir. == Yayıldığı ərazilər == Qafqaz kələzi Cənubi Qafqazın Azərbaycan, Gürcüstan, Dağıstan və Ermənistan ərzilərində, Türkiyənin şərqində, İran, İraq, Əfqanıstanın şimalı, Pakistanın şimal-qərbində, Türkmənistan ərazilərində yayılmışdır. == İstinadlar == == Ədəbiyyat == Определитель земноводных и пресмыкающихся фауны СССР. Учеб. пособие для студентов биол. специальностей пед. институтов, М., Просвещение, 1977 — стр.
Xarabalıq kələzi
Xarabalıq kələzi (lat. Trapelus ruderatus) — Düzənlik kələzləri cinsinə aid növ. == Xariçi görünüşü == Kələzin quyruğu ilə birlikdə uzunluğu 10 sm təşkil edir. Orta uzunluğa malik olsa da, başı hündür və ensizdir. Boğaz nahiyyəsində kisəçik inkişaf etməmişdir. Bel nahiyəsində pulcuqlar ölçü baxımından bir-birindən fərqlənir. Pulcuqların ölçü fərqləri quyruqda belə görünür. Bütün quruq boyunca pulcuq yayılmışdır. Bədəni boz-mavi, sarı və sarı-qırmızı çalarlar alır. Boğaz nahiyyəsi ağ olsa da, sarı və ya mərmər şəkillərlə örtülür.
Çöl kələmi
Şalğam-turp (lat. Brassica rapa) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. == Sinonimləri == Barbarea derchiensis S.S. Ying Brassica amplexicaulis Hochst. ex A.Rich. [Illegitimate] Brassica antiquorum H.Lév. Brassica asperifolia Lam. Brassica asperifolia var. esculenta Gren. & Godr. Brassica asperifolia var.
Əbu Bəkr Kələvi
Əbu Bəkr Kələvi (v. 1366) — Səmərqənd incəsənət xadimi, üsyan rəhbəri.Moğolustan xanı İlyas xocanın Mavəraünnəhrə yürüşü zamanı pambıqçılar gildiyasının rəisi olmuşdur. O, Əbu Bəkr 1365–13666-cı illərdə Səmərqənddə sərbədarilər üsyanının başçılarından biri olmuşdur. Sərbədarilərin mülklərini müsadirə etməsindən narazı qalan şəhər zadəganları əmirlər Hüseyn və Teymuru dəvət etmişdir. Sərbədarilər əmirlərin qərargahına gəlmiş, lakin orada əsir düşmüşdür. Demək olar ki, onların hamısı edam edilmişdir. Səmərqənddə sərbədari hərəkatı yatırılmışdır.
Aqneş Keleti
Aqneş Keleti (mac. Ágnes Keleti; 9 yanvar 1921, Budapeşt) — Macar və yəhudi əsilli Olimpiya və dünya çempionu olan idman gimnastı və məşqçi. Yay Olimpiya oyunlarında Macarıstanı təmsil edərək 5 qızıl medal, 3 gümüş medal və iki bürünc medal qazanmışdır və bütün dövrlərin ən yaxşı yəhudi əsilli Olimpiya oyunçusu kimi tanınır. Keleti İsrail vətəndaşlığı olan bütün idmançılardan daha çox medal qazanmışdır və Mark Spitzdən sonra ən çox Olimpiya medalı qazanan yəhudidir. 1956-cı ildə təşkil olunan Yay Olimpiya oyunlarının ən uğurlu idmançılarından biri hesab olunur. 1957-ci ildə Keleti İsrailə köçdü və hal-hazırda da orada yaşayır. == İdman karyerası == Keleti yəhudidir və Macarıstanın Budapeşt şəhərində anadan olmuşdur. 4 yaşında gimnastika ilə məşğul olmağa başlamışdır və artıq 16 yaşında Macarıstanın Milli Çempionu adını qazanmışdır. 1937 və 1956-cı illər arasındakı gimnastika karyerası ərzində 10 dəfə çempion titulunu əldə etmişdir.Keleti 1940-cı ildə təşkil olunacaq Olimpiya oyunlarında Macarıstanı təmsil edəcək ən potensiallı idmançı hesab olunurdu. Lakin İkinci Dünya müharibəsinin başlaması səbəbindən 1940 və 1944-cü illərdə keçirilməli olan Olimpiya oyunları təxirə salındı.
Didi Keleti
Didi Keleti (gürc. დიდი ყელეთი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 60 nəfər idi. 2014-cü ildə 22 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, III cild, səh.
Keləsi (Urmiya)
Keləsi (fars. كلاسي‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 528 nəfər yaşayır (95 ailə).
Patara Keleti
Patara Keleti (gürc. პატარა ყელეთი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 23 nəfər idi. 2014-cü ildə 17 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, VII cild, səh.
Dələli
Dələli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Dələli (oyk.), (düz.) - Cəlilabad rayonunun Qarakazımlı inzibati ərazi vahidində kənd. Burovar/Buravar dağ silsiləsinin ətəyindədir. Oykonim ehtimalən türk mənşəli tele tayfasının fonetik dəyişikliyə uğramış adından və mənsubiyyət bildirən "-li" şəkilçisindən ibarətdir. Etnotoponimdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 640 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Hələbi
Hələbi — təxəllüs. Yaşayış məntəqələriHələbi (Sulduz) - İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd.
Hələşi
Hələşi — İranın Kirmanşah ostanının Kirmanşah şəhristanının Firuzabad bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 457 nəfər və 114 ailədən ibarət idi.
Kələmo
Kələmo (lat. Acipenser nudiventris) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü. == Yayılması == Qara dəniz, Azov, Xəzər və Aral dənizlərində yayılmış, Balxaş gölündə iqlimləşdirilmişdir. Azərbaycan sularında Kür qayabalığı populyasiyası yaşayır. == Morfoloji əlamətləri == Bədəninin uzunluğu 2 m, kütləsi 30 kq-a qədərdir. Burnu nisbətən qısa, itidir. Alt dodağı bütövdür, bığcıqları saçaqlıdır.Bel sırasında 11-dən 16-dək, yan sıralarında 51-dən 74-dək, qarın sıralarında isə 11-dən 27-dək sümük lövhəciklər vardır. Qəlsəmə Bədəni qəhvəyidir. Qarnı ağ rəngdədir. Üzərindəki açıq rəngli iri pulcuqlar beş xətdə düzülmüşlər.
Kələmə
Kələmə— İranın Buşehr ostanının Dəştistan şəhristanının Buşkan bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,937 nəfər və 436 ailədən ibarət idi.
Lələli
Lələli — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin Əliabad naibliyinə daxil olan Lələli kəndində milli tərkibi muğallardan ibarət 105 ailə yaşayırdı. Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər. 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik muğallardan ibarət hər iki cinsdən toplam 231 nəfər əhali yaşayırdı. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 128 təsərrüfatda hər iki cinsdən toplam 492 nəfər əhali yaşamaqdadır. == Toponimikası == Kənd Qanıxçayın sahilində yerləşir. Tədqiqatçılara görə, yaşayış məntəqəsi burada ilk dəfə məskən salmış lələli nəslinin adım daşıyır. Güman etmək olar ki, bu oykonim ərazidəki Lələpaşa kəndinin adı ilə bir mənbədəndir. Torpaqqalanın yaxınlığında olan bu kəndin adı XVIII əsrin birinci yarısına aid tarixi hadisələrlə bağlı mənbələrdə qeyd olunmuşdur.
Qələvi
Qələvilər — suda həll olan əsaslara deyilir. Qələvilərə LiOH, NaOH, KOH, RbOH, CsOH, Ca(OH)2, Sr(OH)2, Ba(OH)2 əsasları aiddir. Digər əsaslar ya suda az həll olur, ya da həll olmur: Zn(OH)2, Fe(OH)2, Cr(OH)2 və.s. == Alınması == 1) Aktiv metalların (Li,Na, K, Rb, Cs, Ca, Sr, Ba) su (H2O) ilə qarşılıqlı təsiri zamanı əvəzetmə reaksiyası ilə alınır: 2 Li + 2 H 2 O ⟶ 2 LiOH + H 2 {\displaystyle {\ce {2Li + 2H2O -> 2LiOH + H2}}} 2) Qələvi və qələvi-torpaq metalların hidridlərinin su ilə reaksiyasından alınır: KH + H 2 O ⟶ KOH + H 2 {\displaystyle {\ce {KH + H2O -> KOH + H2}}} == Qələvilərin adlandırılması == Əvvəlcə, sabit valentli metalın adı, sonra hidroksid sözü deyilir.
Xələfli
Xələfli (qəsəbə, Cəbrayıl)
Çələbi
Çələbi — Bir çox mənalarda işlədilən ifadə, təxəllüs. Bu təxəllüsü olan tanınmış insanlar Əhməd Çələbi — siyasətçi Övliya Çələbi — səyyah, coğrafiyaşünas, tarixçi, etnoqraf, şair. Hacı Çələbi xan — görkəmli siyasi xadim və istedadlı sərkərdə, müstəqil Şəki xanlığının yaradıcısı. Musa Çələbi — Osmanlı şahzadəsi Süleyman Çələbi — Osmanlı şahzadəsi İsgəndər Çələbi — Osmanlı imperiyasının baş dəftərdarı. Katib Çələbi — XVII əsr görkəmli osmanlı alimi, tarixçisi, yazıçısı və coğrafiyaşünası. Çələbi Lütfi Paşa — sədrəzəmlik etmiş Osmanlı dövlət adamı. İsa Çələbi — Osmanlı sultanı İldırım Bəyazid ilə Dövlət Xatunun oğlu Hacı Qaraman çələbi Əhmədli — övliya, XVI yüzilin sonu, XVII yüzilin əvvəli. Hezarfən Əhməd Çələbi — IV Sultan Muradın hakimiyyəti dövründə özü düzəltdiyi qanadlarla havaya qalxmağa cəhd etmiş türk alimi.Digər Çələbi xalçaları və ya Çələbirt xalçaları — Qarabağ tipinə aid olan xovlu xalça.
Kulfi
Kulfi (həmçinin xulfi və ya qulfi kimidə yazılır; Hindistanicə: क़ुल्फ़ी və ya قلفی) — Hindistan yarımqitəsində məşhur dondurulmuş süd məhsullarından hazırlanan desert.Adətən "Hindistan yarımqitəsinin ənənəvi dondurması" kimi təsvir olunur.
Kələk
Kələk — Azərbaycan Respublikasının Goranboy rayonunun Kələk kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Goranboy rayonunun Kələk kəndi Xınalı kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Kələk kənd inzibati-ərazi vahidi yaradılmışdır. == Toponimikası == Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsinin əsasını keçmış Tiflis quberniyasının Axalkalaki rayonundan gəlmiş ailələr qoymuş, yeni yaşayış məntəqəsinə də keçmış yurdlarının adını vermişlər. Sonralar toponimin tərkibindəki axal komponenti və kalaki sözündən isə i saiti düşmüşdür. Tədqiqatçılara görə isə, oykonim İran dillərində "qala" mənasında işlənən kalak/kələk sözündəndir, yaxud XIX əsrdə Gəncə qəzasında maldarlıqla məşğul olmuş kələk adlı icmanın adını əks etdirir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 802 nəfər əhali yaşayır.
Kelami
Kelami — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Kelami Goranboy rayonunun eyniadlı i.ə.v-də kənd. Gəncə-Qazax düzənliyindədir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 113 nəfər əhali yaşayır.
Keşəli
Keşəli (Sarvan) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Keşəli (Qaraçöp) — Gürcüstan Respublikasının Kaxeti mxaresinin Saqareco bələdiyyəsində inzibati-ərazi vahidində kənd.