Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kəlbətin
Kəlbətin — müxtəlif tutucu səthlərə malik oynaqlı bərkidilmiş iki qoldan ibarət dəstəkli alətdir. Ondan çilingər, elektrotexnika, tibb və bərbərxana işlərində sıxmaq, tutmaq, dartmaq üçün alət kimi istifadə edirlər. O ling prinsipinə əsasən işləyir. Kəlbətinin qoları ling rolunu oynayır. Dəstək olan hissə adətən lingin üzün qolunu, dodaqlar yerləşən hissə isə qısa qolunu əmələ gətirir. Ling qanununa asasən dəstək sıxıldıqda əl ilə verilən qüvvə gücləndirilərək kəlbətinin dodaqları arasında tutulan əşyaya ötürülür. Kəlbətinlər hələ bizim eradan əvvəl ixtira edilib tətbiq edilmişlər. Onlardan qızmar əşyaları tutmaqla hərəkət etdrmək üçün istifadə edilmişdir. Antik yunan dövründən qalan vazların üstündəki çəkilmiş çilingər alətlərinin şəkilləri buna misaldır. Sənaye inqilabı ilə şərtlənən texniki inkişaf yeni maşınlarla brabər yeni kəlbətin növlərinin də inkişafına təkan vermişdir.
Kələbədin kəndi
Kələbədin kəhdi — Ağcabədi rayonunda, Kələbədin inzibati ərazi vahidində, rayon mərkəzindən 31 km şimal-qərbdə, Ağcabədi-Bərdə şose yolu kənarında Qarabağ düzündə yerləşir. == Əhalisi == Əhalisinin sayı 1265 (01.01.2007 cı il üçün) nəfərdir. Əhali əsasən heyvandarlıq, taxılçılıq və baramaçılıqla məşğul olur. == Toponimikası == Kəndin eyəlilər, kərimlilər, gambaşlılar, şahvazdılar, yuxarıbaşlılar və başqa tayfa -tirələri vardır. Bəzən kəndin adını Gələbədin və ya Kələbəddin formasında da yazırlar. Oykonim qala və bədii/badiyə sözündən əmələ gəlib. Ərəb dilindən Azərbaycan dilinə keçmiş bədii/badiyə sözü "çöl", "düzən" anlamındadır. Bu mənada Kələbədin toponiminin mənası "qala duzu" anlamına uyğun gəlir. Bağqa bir fikrə görə isə, toponim kəl və bədii (badiyə) sözlərinin birləşməsindən yaranıb. Əkindən sonra dincə qoyulmuş sahəyə kəl deyirlər.Toponimin mənasına başqa yozumlarla yanaşanlar da var.
Kəbənin açarları
Kəbənin açarları — müqəddəs Kəbə evinin açarı Əslən Həzrəti İslam peyğəmbəriin tayfasından[mənbə göstərin] – Qureyşlərdən olan Əş-Şeybi nəsli 1400 ildən artıqdır ki, Kəbənin açarlarını özlərində saxlayır və nəsildən-nəsilə keçirirlər. Kəbənin açarlarını saxlayan Əş-Şeybi ailəsinin icazəsi olmadan Allah Evinin qapıları açılmır. Yalnız bu ailənin icazəsi ilə müsəlman olan dövlət adamlarının Məkkəyə səfərində və ildə iki dəfə təmizlik üçün Kəbə evinin qapıları açılır. Kəbənin sirlərindən biri də məhz bu açarla bağlıdır. Belə ki, açarı Əş-Şeybi ailəsindən başqa birisi əlinə aldığı təqdirdə belə müqəddəs evin qapıları açılmır.[mənbə göstərin] Amma Əş-Şeybi ailəsindən kiçik bir uşaq belə açarı götürsə qapı açılar.[mənbə göstərin]Kəbə evinin açarının, örtüyünün, həmçinin Kəbə yaxınlığındakı İbrahim Peyğəmbərin ayaq izinin əks olunduğu daşın yer aldığı Məqami-İbrahim adlı yerin açarı da Əş-Şeybi ailəsindədir. Məhəmməd Peyğəmbər zamanında Kəbənin açarının kimdə qalmasına dair gərgin müzakirələrin getməsi və peyğəmbərin bunu Əş-Şeybi ailəsinə verməsi yazılı qaynaqlarda da yer alıb. Müqəddəs Kəbə evinin açarlarını saxlayan, Qureyş qəbiləsindən Əbdüləziz Əş Şeybi 2010-cu ilin noyabr ayının 10-da - 87 yaşında dünyasını dəyişib. Bu gündən sonra keçirilən təhvil-təslim tədbirində açarlar Əbdüləziz Əş-Şeybinin qardaşı Əbdülqədir Əş-Şeybiyə verilib.
Kələkin (Piranşəhr)
Kələkin (fars. كله كين‎‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 808 nəfər yaşayır (140 ailə).
Kəlbəli Xan Kəngərli
Kəlbəli xan Kəngərli (Naxçıvan – 1820, Naxçıvan) — Naxçıvan xanı. == Həyatı == Ən qüdrətli Naxçıvan xanı olmuş Kəlbəli xan fasilələrlə dövləti təxminən 25 il idarə etmişdir. Ehsan xanın (Böyük Xan) ailəsində dünyaya göz açan Kəlbəli xan usta sərkərdə, mahir diplomat, bir sıra memarlıq abidələrinin tikdirən (Naxçıvan xan sarayı (1760) Surb Qevorq kilsəsi (1990-cı illərdə Naxçıvan xalqı tərəfindən partladımışdır) (1804–1805) və.s.), ən əsası Naxçıvan xalqının sevdiyi hörmət etdiyi və Naxçıvan xalqını sevən uzaqgörən bir şəxsiyyət olmuşdur. Belə ki hər zaman onunla mübarizə aparan əmisi oğlu Abbasqulu xan digər dövlətlərə arxalanıb 1781–1783 II İrakli, 1787-İbrahimxəlil xan, 1797–1801 Fətəli şah, 1804 Kəlbəli xanın Tehrana getməsindən istifadə edərək, 1808–1812 Abbas Mirzə Abbasqulu xanı Naxçıvan taxtına gətirmişdir) xanlıq etsə də Kəlbəli xan gücünü xalqdan almışdır. (Kəlbəli xan çox qüdrətli olduğu üçün Naxçıvan camaatı arasında lovğalanan birinə belə deyilir — Buna bax elə bil Kəlbəli xanın oğludur (ya da qızı). == İdarəçiliyi == 1787–1796-cı illərdə xanlığı tam müstəqil idarə etmişdir. Digər zamanlarda İran vassallığında olsa da hər zaman öz müstəqil fikirlərini həyata keçirməyə çalışmış, çox zaman isə şahın sözünə əməl etməmişdir və buna görə 1807–1812-ci illərdə Tehranda dustaq saxlanılmışdır. Qeyd edək bu xanın ikinci Tehran dustaqlığı idi. Vaxtilə Ağa Məhəmməd şah Qacar da 1796–1797-ci illərdə xanın gözlərini çıxardaraq dustaq etmişdi. Çünki Qacar Azərbaycan xanlarına məktub yazıb qardaşlarından birini girov olaraq tələb etmişdir.
Kəlbəli Xan Naxçıvanski
Kəlbəli xan Naxçıvanski (xanzadə) — Naxçıvan xanzadəsi; Rus ordusunda general-mayor. Sonuncu Naxçıvan xanı Ehsan xan Kəngərlinin oğlu, Çar Rusiyasının generalı Hüseyn Xan Naxçıvanskinin atası, İsmayıl xan Naxçıvanskinin qardaşıdır.
Kəlbəli xan Dünbili
Kəlbəli xan Əhməd xan oğlu Xoyski — Rus ordusunda general mayor, İskəndər xan Xoyskinin atası, Fətəli xan Xoyskinin ata babası. == Həyatı == Cəfərqulu xan Xoyski ilə birlikdə Nuxaya (Şəkiyə) gələn xoylulardan biridir. O, Xoy xanı Əhməd xanın oğlu idi və əmisi Cəfərqulu xanın qızı Sara xanımla evlənmişdi. 1819-cu ildə - Şəki xanlığının ləğv edilməsindən az sonra, ruslar mərhum İsmayıl xanın qohum-əqrəbasının bir qisminə illik təqaüd kəsdilər. Məsələn, o vaxt "Kiçik ağa" ləğəbi ilə tanınan əmisi oğlu Kəlbəli bəyə, yəni Kəlbəli xan Xoyskiyə, əvvəl 1300, sonra isə 2300 manat; onun anası Səltənət bəyimə 1200 manat və s. Lakin bununla yanaşı, həm də onlara Nuxanı tərk etmək "məsləhət" görüldü. Bu arada, İran şahının vəliəhdi Abbas Mirzə rəsmi şəkildə Kəlbəli bəyin İrana qayıtmasını istəyirdi. Həmin işin nə vaxt və nə dərəcədə realizə olması bəlli deyil. Yalnız o məlumdur ki 28 noyabr 1828-ci il tarixli sənəddə onun titulu xan, özü isə "Xoyu idarə edən şəxs" kimi göstərilir". Həmin vaxt Xoy Rus işğalı altında idi və Kəlbəli xanın onlara xidmət etməsinin müqabilində, 22 avqust 1829-cu il tarixdə rütbəsi (–20 ildən artıq idi ki polkovnik idi) artırıldı – general-mayor oldu.
Kəlbəli xan NaxçıvanskiL
Kəlbəli xan Naxçıvanski və ya III Kəlbəli xan (20 oktyabr 1891, Naxçıvan – 1931, İran) — Cənub-Qərbi Azərbaycan general-qubernatorunun hərbi işlər üzrə müavini, İran general-mayoru. == Həyatı == 20 oktyabr 1891-ci ildə Naxçıvan şəhərində anadan olub. 19 oktyabr 1909-cu ildə 18 yaşlı Kəlbəli xan kadet korpusunu bitirib və Qafqaz hərbi məktəbinin Nikolayevski eskadronuna sıravi yunker kimi təhsilini davam etdirmək üçün qəbul edilib. 6 avqust 1911-ci ildə Əlahəzrətin saray qvardiyasında kornet rütbəsində hərbi xidmətə göndərilib. 1925-ci ildən sonra hakimiyyəti ələ keçirən Pəhləvilər Kəlbəli xan və onun qardaşına qənim kəsildilər. Bəzi sənədlərdə III Kəlbəli xanın 1931, bəzilərində isə 1934-cü ildə Rza şahın tapşırığı ilə öldürüldüyü haqqında məlumat var. Əkbər xan Naxçıvanskinin 68 səhifəlik istintaq işində olan məlumat 1934-cü ilə aiddir və bizcə, bu tarix dürüstdür. Rusiyanın hərbçi şərqşünası Smirnov yazır ki, III Kəlbəli xanın ulu babası kimi əvvəlcə gözlərini çıxarıb, sonra öldürüblər. Bununla ürəyi soyumayan Rza şah Cəfərqulu xanın oğlu Davud xanı da məhv etdirdi. Hətta, Naxçıvanskilərə çox rəğbət göstərən və qohumları olan Makı sərdarı Mürtəzaqulu xanı zəhərlədib öldürtdü.
Kəlbəli xan Seyyid
Kəlbəli xan Seyyid (1832-1887) — Rampurun nəvvabı (1865-1887), Seyyidlər sülaləsindən. == Həyatı == Kəlbəli xan Yusifəli xan oğlu 1832-ci ildə Rampurda anadan olmuşdu. Atasından sonra Rampurda taxta çıxıb. Kəlbəli xan şərq dillərinin əksəriyyətini bilirdi. Ərəb, fars ədəbiyyatına bələdliyi vardı.
Kəlbəli xan Xoyski
Kəlbəli xan Əhməd xan oğlu Xoyski — Rus ordusunda general mayor, İskəndər xan Xoyskinin atası, Fətəli xan Xoyskinin ata babası. == Həyatı == Cəfərqulu xan Xoyski ilə birlikdə Nuxaya (Şəkiyə) gələn xoylulardan biridir. O, Xoy xanı Əhməd xanın oğlu idi və əmisi Cəfərqulu xanın qızı Sara xanımla evlənmişdi. 1819-cu ildə - Şəki xanlığının ləğv edilməsindən az sonra, ruslar mərhum İsmayıl xanın qohum-əqrəbasının bir qisminə illik təqaüd kəsdilər. Məsələn, o vaxt "Kiçik ağa" ləğəbi ilə tanınan əmisi oğlu Kəlbəli bəyə, yəni Kəlbəli xan Xoyskiyə, əvvəl 1300, sonra isə 2300 manat; onun anası Səltənət bəyimə 1200 manat və s. Lakin bununla yanaşı, həm də onlara Nuxanı tərk etmək "məsləhət" görüldü. Bu arada, İran şahının vəliəhdi Abbas Mirzə rəsmi şəkildə Kəlbəli bəyin İrana qayıtmasını istəyirdi. Həmin işin nə vaxt və nə dərəcədə realizə olması bəlli deyil. Yalnız o məlumdur ki 28 noyabr 1828-ci il tarixli sənəddə onun titulu xan, özü isə "Xoyu idarə edən şəxs" kimi göstərilir". Həmin vaxt Xoy Rus işğalı altında idi və Kəlbəli xanın onlara xidmət etməsinin müqabilində, 22 avqust 1829-cu il tarixdə rütbəsi (–20 ildən artıq idi ki polkovnik idi) artırıldı – general-mayor oldu.
Mah Tələtin portreti
Mah Tələtin portreti — Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin çəkdiyi rəsm. Rəsm Tbilisidə, Gürcüstan Dövlət İncəsənət Muzeyində saxlanılır. == Təsviri == Azərbaycan milli geyimində təsvir edilmiş qadın açıq pəncərə (şəbəkə) fonunda təsvir edilib. Pəncərədən mavi səma görünür. Qadın sol əlini bülinə qoyub, sağ əlini isə aşağı sallayıb. Şəbəkənin ortada yerləşən və qaldırıldığına görə qadının başı üzərində imiş kimi görünün orta hissəsi rəngarəng şüşələrlə bəzədilmişdir. Yan pəncərələr üzərində asılmış yaşıl pərdələr aşağıdan yığılaraq əsərin kənarlarına doğru çəkilmişdir. Döşəmə geniş haşiyəli xalça ilə döşənmişdir. Miklaşevskayanın sözlərinə görə, qadının demək olar ki, dairəvi olan üzü xəttləri az marqlı və ifadəsiz olsa da, sözsüz ki, portret uyğunluğunu ötürə bilir. Böyük dəstələrlə çiyinlərə düşən qara saçları qadının üzünü əhatə edir.
Mirzə Kəlbəli Mustafayev
Kəlbəli xan Müsahib-Gəncəvi
Kəlbəli xan Müsahib-Gəncəvi — şair, Qacar elinin Ziyadoğlu oymağının başçısı, Qarabağ bəylərbəyi, Kaxetiya hakimi, elçi, Cavad xanın babası. == Həyatı == Kəlbəli xan Uğurlu xan oğlu Gəncə şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. II Şah Abbas Səfəvinin (1642-1666) yaxınları cərgəsində idi. Onun göndərişi ilə İstanbula, Osmanlı sarayına elçi getmişdi. Şah Sultan Hüseyn Səfəvinin hakimiyyətinin ilk illərində Qarabağın bəylərbəyi, 1694-cü ildən 1702-ci ilədək Kaxetiyanın hakimi olmuşdu. Kəlbəli xanın Uğurlu xan, Həsənəli xan, Hüseyhqulu xan, Rzaqulu xan, Məhəmmədqulu xan, Şahverdi xan adlı oğulları vardı. Kəlbəli xan şair idi. Müsahıb təxəllüsü ilə şeir yazırdı. == Yaradıcılığı == == Mənbə == Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, 334 səh.
Kəlbəli xan Naxçıvanski(II)
Kəlbəli xan Naxçıvanski (1824, Naxçıvan – 1883, Naxçıvan) — Rusiya İmperiya Ordusunda azərbaycanlı süvari generalı (14 sentyabr 1874). O, sonuncu Naxçıvan xanı Ehsan xan Kəngərlinin oğlu, süvari generalı və general-adyutant Hüseyn xan Naxçıvanskinin atası, süvari generalı İsmayıl xan Naxçıvanskinin qardaşıdır. Onun adı bəzi rus mənbələrində Kalbalay xan Naxçıvanski deyə keçir. Naxçıvanskilər nəslinə mənsubdur. == Hərbi xidmətə başlaması == Kəlbəli Xan Naxçıvanski 14 yaşında ikən Peterburqdakı zadəgan uşaqlarına məxsus Paj korpusu məktəbinə verilmiş, lakin qəfildən xəstələndiyinə görə Naxçıvana qayıtmalı olmuşdur.. Sağlamlığını bərpa etdikdən sonra Kəngərli Süvari Alayında xidmətə başlamış və 1848-ci ildə artıq Kəngərli Süvari Alayınnı komandiri kimi Dağıstan yürüşündə iştirak etmidir. Kəlbəli xan ilk rütbəsini 1849-cu ildə almışdı. Rusiya imperiyasının Hərbiyyə Nazirliyi əmrində deyilirdi: Sankt Peterburq. 1849-cu ilin 31 martı. No.
Kəlbəli xan Naxçıvanski (II)
Kəlbəli xan Naxçıvanski və ya III Kəlbəli xan (20 oktyabr 1891, Naxçıvan – 1931, İran) — Cənub-Qərbi Azərbaycan general-qubernatorunun hərbi işlər üzrə müavini, İran general-mayoru. == Həyatı == 20 oktyabr 1891-ci ildə Naxçıvan şəhərində anadan olub. 19 oktyabr 1909-cu ildə 18 yaşlı Kəlbəli xan kadet korpusunu bitirib və Qafqaz hərbi məktəbinin Nikolayevski eskadronuna sıravi yunker kimi təhsilini davam etdirmək üçün qəbul edilib. 6 avqust 1911-ci ildə Əlahəzrətin saray qvardiyasında kornet rütbəsində hərbi xidmətə göndərilib. 1925-ci ildən sonra hakimiyyəti ələ keçirən Pəhləvilər Kəlbəli xan və onun qardaşına qənim kəsildilər. Bəzi sənədlərdə III Kəlbəli xanın 1931, bəzilərində isə 1934-cü ildə Rza şahın tapşırığı ilə öldürüldüyü haqqında məlumat var. Əkbər xan Naxçıvanskinin 68 səhifəlik istintaq işində olan məlumat 1934-cü ilə aiddir və bizcə, bu tarix dürüstdür. Rusiyanın hərbçi şərqşünası Smirnov yazır ki, III Kəlbəli xanın ulu babası kimi əvvəlcə gözlərini çıxarıb, sonra öldürüblər. Bununla ürəyi soyumayan Rza şah Cəfərqulu xanın oğlu Davud xanı da məhv etdirdi. Hətta, Naxçıvanskilərə çox rəğbət göstərən və qohumları olan Makı sərdarı Mürtəzaqulu xanı zəhərlədib öldürtdü.
Kəlbəli xan Naxçıvanski (III)

Kəlbəli xan Naxçıvanski (xanzadə)

Kəlbəli xan İmanlı-Avşar
Kəlbəli xan İmanlı-Avşar (?-1639) - Urmiya hakimi. == Həyatı == Kəlbəli sultan Qasım xan oğlu Urmiyada anadan olmuşdu. İmanlı oymağının tanınmış əmirlərindən idi. 1624-cü ildə Mosulu almağa gedən qoşunun sərkərdələri arasında onun da adı vardı. Osmanlılara qarşı vuruşmuşdu. Mosul qalasına 3 min mən qurğuşun və barıt çatdırmışdı. Hafiz Əhməd paşanın qoşununu məğlub edib qovmuşdu. Şahdan xan ünvanı almışdı. I Şah Abbas Səfəvi əmr vermişdi ki, Kəlbəli xan və avşarlar İranın harasında istəsələr yaşaya bilərlər. O yerlər onlara inaət olunacaq.
Kələmin gövdə gizli xortumlusu
Kələmin gövdə gizli xortumlusu (lat. Ceutorhynchus pallidactylus) — Buğumayaqlılar tipinin Sərtqanadlılar dəstəsinin Uzunburun böcəklər fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Böcəklərdə xortum uzun və nazikdir. Böcək qara rənglidir. Üzərində sıx boz tükcüklər vardır. Pəncələri qırmızı rəngli iti caynaqlı olur. Dişilərin böyüklüyü 2,5-3,2 mm-dir. Yumurtası ovaldır və şüşə kimi şəffafdır. Orta hesablama uzunluğu 0,7 mm, eni 0,5 mm-dir. Pupu sarımtıldır.
Kəlbəli xan Naxçıvanski (general-mayor)
Kəlbəli xan Naxçıvanski və ya III Kəlbəli xan (20 oktyabr 1891, Naxçıvan – 1931, İran) — Cənub-Qərbi Azərbaycan general-qubernatorunun hərbi işlər üzrə müavini, İran general-mayoru. == Həyatı == 20 oktyabr 1891-ci ildə Naxçıvan şəhərində anadan olub. 19 oktyabr 1909-cu ildə 18 yaşlı Kəlbəli xan kadet korpusunu bitirib və Qafqaz hərbi məktəbinin Nikolayevski eskadronuna sıravi yunker kimi təhsilini davam etdirmək üçün qəbul edilib. 6 avqust 1911-ci ildə Əlahəzrətin saray qvardiyasında kornet rütbəsində hərbi xidmətə göndərilib. 1925-ci ildən sonra hakimiyyəti ələ keçirən Pəhləvilər Kəlbəli xan və onun qardaşına qənim kəsildilər. Bəzi sənədlərdə III Kəlbəli xanın 1931, bəzilərində isə 1934-cü ildə Rza şahın tapşırığı ilə öldürüldüyü haqqında məlumat var. Əkbər xan Naxçıvanskinin 68 səhifəlik istintaq işində olan məlumat 1934-cü ilə aiddir və bizcə, bu tarix dürüstdür. Rusiyanın hərbçi şərqşünası Smirnov yazır ki, III Kəlbəli xanın ulu babası kimi əvvəlcə gözlərini çıxarıb, sonra öldürüblər. Bununla ürəyi soyumayan Rza şah Cəfərqulu xanın oğlu Davud xanı da məhv etdirdi. Hətta, Naxçıvanskilərə çox rəğbət göstərən və qohumları olan Makı sərdarı Mürtəzaqulu xanı zəhərlədib öldürtdü.
Kəlbəli Xan Cəfərqulu Xan oğlu Naxçıvanski

Seybətin
Seybətin — Azərbaycan Respublikasının Masallı rayonunun Masallı şəhər inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Seybətin kəndi ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış, Seybətin kəndinin 312,0 ha təşkil edən ərazisi Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Masallı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir. == Toponimikası == == Tarixi == Ləğv edildikdən sonra ərazisi Masallı şəhərinə qatılmışdır. Seybətin küçəsi adlandırılır, amma əhalinin dilində hələ də "Seybətin kəndi" olaraq bilinir. Yuxarı baş və aşağı baş olaraq iki hissədən ibarətdir. === Tarixi abidələri === == Coğrafiyası və iqlimi == == Əhalisi == === Tanınmış şəxsləri === Əsədüllah Seyf-Əddini — Qafqazda yüksək bilikli alim və böyük fəqih == İqtisadiyyatı == == Mədəniyyəti == == Təhsil == 1 məktəb fəaliyyət göstərir. == Din == 2 məscidi var.
Aqneş Keleti
Aqneş Keleti (mac. Ágnes Keleti; 9 yanvar 1921, Budapeşt) — Macar və yəhudi əsilli Olimpiya və dünya çempionu olan idman gimnastı və məşqçi. Yay Olimpiya oyunlarında Macarıstanı təmsil edərək 5 qızıl medal, 3 gümüş medal və iki bürünc medal qazanmışdır və bütün dövrlərin ən yaxşı yəhudi əsilli Olimpiya oyunçusu kimi tanınır. Keleti İsrail vətəndaşlığı olan bütün idmançılardan daha çox medal qazanmışdır və Mark Spitzdən sonra ən çox Olimpiya medalı qazanan yəhudidir. 1956-cı ildə təşkil olunan Yay Olimpiya oyunlarının ən uğurlu idmançılarından biri hesab olunur. 1957-ci ildə Keleti İsrailə köçdü və hal-hazırda da orada yaşayır. == İdman karyerası == Keleti yəhudidir və Macarıstanın Budapeşt şəhərində anadan olmuşdur. 4 yaşında gimnastika ilə məşğul olmağa başlamışdır və artıq 16 yaşında Macarıstanın Milli Çempionu adını qazanmışdır. 1937 və 1956-cı illər arasındakı gimnastika karyerası ərzində 10 dəfə çempion titulunu əldə etmişdir.Keleti 1940-cı ildə təşkil olunacaq Olimpiya oyunlarında Macarıstanı təmsil edəcək ən potensiallı idmançı hesab olunurdu. Lakin İkinci Dünya müharibəsinin başlaması səbəbindən 1940 və 1944-cü illərdə keçirilməli olan Olimpiya oyunları təxirə salındı.
Didi Keleti
Didi Keleti (gürc. დიდი ყელეთი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 60 nəfər idi. 2014-cü ildə 22 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, III cild, səh.
Patara Keleti
Patara Keleti (gürc. პატარა ყელეთი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 23 nəfər idi. 2014-cü ildə 17 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, VII cild, səh.