YELBEYİN

sif.is. Başıboş, axmaq, gic, səfeh; yüngül. Yelbeyin adam.
– Birisi ona övliya, o birisi ona yelbeyin, birisi ona əzim, o birisi ona vəzir, birisi ona ağıllı, o birisi ona tamam dəli adını verirdi. S.Rəhimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YELBEYİN yelbeyin bax kütbeyin
  • YELBEYİN başıboş — axmaq — gic — səfeh — yüngül

Antonimlər (əks mənalı sözlər)

  • YELBEYİN YELBEYİN – AĞILLI Özü də bunun kimi yelbeyin arvad? (M.İbrahimov); Yum, yoldaş Anketov, ağıllı söz danışmadın (Mir Cəlal)
YELAYAQLI
YELBEYİNCƏSİNƏ

Digər lüğətlərdə