Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kəlləpaça
Xaş ya Kəllə paça — Orta Şərq və Cənubi Qafqaz mətbəxinin yeməklərindən biri. Iran, Bosniya və Herseqovina va Türkiyədə Kəllə paça adlanır (fars. کله پاچه‎) , (türk. Kelle paça), (bosn. Pače). Xaş malın (dana) imkan daxilində qabaq ayaqlarından (dırnaqlarından) hazırlanır. Çox vaxt xaşa qarın nahiyyəsinin hissələri əlavə olunur. Sirkə-sarımsaq və ya abqora ilə yeyilir. Xaş yeməyi zamanı lavaş, təndir çörəyindən və müxtəlif növlü turşu (tutmalardan) da istifadə olunur. == Hazırlanması == Malın ayaqlarını tükdən təmizləmək üçün oda tutmaq lazımdır.