Kəlləpaça

Bu xörək növüdür. Qoyunu kəsəndən sonra onun ayağını və başını ütüb təmizləyir, doğrayır, həmin heyvanın qarnının içərisinə yığır və tikirlər. Sonra onu qazana qoyub üstünə su tökürlər. Bütöv baş soğan, döyülməmiş qara istiot və dəfnə yarpağı əlavə etmək lazımdır. Adətən Səhər yeməyində yeyilir. _ Bizim tərəflərdə kəlləpaçanı qışda yeyəllər. (Naxçıvan)
Kələfır
Kəngər boranısı
OBASTAN VİKİ
Kəlləpaça
Xaş, Paça və ya sadəcə Ayaq — heyvan ayağını qaynadaraq pişirilən Orta Şərq və Cənubi Qafqaz mətbəxinin yeməklərindən biri. Azərbaycan, İran, Bosniya və Herseqovina va Türkiyədə bəzi üsullara görə ayağa əlavə heyvanın başını qatmaqla pişirilən bu yeməyin növünə kəlləpaça və başayaq deyirlər (fars. کله پاچه‎ , türk. Kelle paça, bosn. Pače). Xaş malın (dana) imkan daxilində qabaq ayaqlarından (dırnaqlarından) hazırlanır. Çox vaxt xaşa qarın nahiyyəsinin hissələri əlavə olunur. Sirkə-sarımsaq və ya abqora ilə yeyilir. Xaş yeməyi zamanı lavaş, təndir çörəyindən və müxtəlif növlü turşu (tutmalardan) da istifadə olunur. == Adı == Xaş sözü oğuz türkcəsində olan xaşlamaq (bişirmək, yeməyi qaynatmaq) feilindən gəlir.

Digər lüğətlərdə