Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kəndalaş
Kəndalaş — qalın sürünən kökü ilə seçilən çoxillik ot. Demək olar ki, Azərbaycanın hər yerində bitir. Kəndəlaş – doqquzdon bitkisinin yaxın qoxumudur, bu koldur, onun giləmeyvələri ətirli tünd bənövsəyi və ya qara rəngdədir. Eyni zamanda qırmızı kəndəlaş da mövcuddur, lakin bu zəhərli giləmeyvəlidir və təbabətdə və qidada istifadə olunmur. Qara rəngli kəndəlaşın faydalı xüsusiyyətləri qədim zamanlardan məlumdur. Əfsanəyə görə kəndəlaş müqəddas bitkidir və uzunömürlük xüsusiyyətlərini özündə daşıyır. Hal-hazırda fitoterapeftlər və otlarla müalicə edənlər bu bitkinin böyük şəfa gücünə və zəngin vitamin-mineral tərkibinə görə dəyərləndirirlər == Təbabətdə == Orta əsr mənbələrinə əsasən, kəndalaşın yarpaq və kövdəsindən hazırlanmış həlim bəlğəm gətirici qüvvəyə malikdir. «Töhfətül-möminin» (1669-ci il) kitabının müəllifi aşağıdakıları qeyd edir: kəndəlaşın şirəsindən, gövdəsinin həlimindən və ya onun 8 qram lıq tozundan kompres əl-əyaq sınığında və möhkəm zədələrdə istifadə olunur. Saplağın həlimi çaxır ilə qarışdırılaraq ilan sancanda və revmatik ağlılara qarşı xaricdən istifadə olunur, içdikdə isə daxili orqanların tıxaclarını açır. Babasildə onun yarpaqları ilə bağlama çox xeyirlidir.