BY-ROAD

n 1. kəndarası yol; 2. dolama / dolayı yol

BY-REACTION
BY-STREET
OBASTAN VİKİ
.by
.by — Belorusun internet kodu.
Abbey Road
Abbey Road — Böyük Britaniyanın "The Beatles" rok qrupunun on ikinci studiya albomu. == Haqqında == Albom Apple Records leyblı ilə 26 sentyabr 1969-cu ildə buraxılmışdır. Abbey Road üzərində işlər 1969-cu ilin fevral ayından avqust ayınadək davam etmiş və qrupun bütün dörd üzvünün birlikdə işlədiyi sonuncu layihə olmuşdur (qrupun 1970-ci ildə buraxılmış və sayca sonuncu studiya albomu sayılan "Let It Be"nin böyük hissəsi 1969-cu ilin yanvarında yazılmışdı). Albomun prodüserliyini 1962-ci ildən qrup ilə işləyən Corc Martin etmişdir. Qrup üzvlərinin Ebbi-Roud küçəsini keçən zaman çəkilmiş albomun üz qabığındakı fotoşəkil geniş şöhrət qazanmışdır. Foto çəkiliş 8 avqust 1969-cu ildə baş tutmuşdur. Fotoqraf Lain Makmillanın şəkili çəkə bilmək üçün cəmi on dəqiqəsi var idi: Ebbi-Roud Londonun ən işlək küçələrindən biri olduğundan, küçənin bu sahəsi xüsusi olaraq polis tərəfindən bağlanılmışdı.
Off-road
Off-road (ing. off-road — yolsuzluq) — yolsuzluq maşını adlandırılan tamötürücülü avtomobil ilə çətin və keçilməz trayektoriya üzrə hərəkət etməni nəzərdə tutan aktiv istirahət və idman növü. Yolsuzluq avtomobilinin ekipajı ən azı iki nəfərdən ibarət olmalıdır: pilot və şturman. Şturman naviqasiya sistemi ilə, hərəkət marşrutunu müəyyən edir, keçilməz yollarda pilota tövsiyələr verir. Pilot yolsuzluq və ekstremal şəraitdə avtomobili yaxşı idarə etmək bacarıqlarına malik olmalıdır. Offroad-ı iki kateqoriyaya bölmək olar: idman və aktiv istirahət.
Portman Road
Portman Road İngiltərənin İpsviç şəhərində yerləşən bir futbol stadionudur. 1884-cü ildən bəri İpsviç Tovn futbol komandası matçlarını burada oynayır. Stadion ayrıca gənc milli komanda və A milli komanda matçlarına da ev sahibliyi etmişdir. Bu stadionda bəzi atletizm müsabiqələri və beynəlxalq xokkey matçları da oynanmışdır. Bundan əlavə Elton Con, Tina Törner, Red Hot Çili Peppers və REM kimi musiqiçilərin sayılı konsertlərinə də ev sahibliyi etmişdir. 2000-ci ildə stadionun tutumu 22,600-dən 30,311 'ə yüksəldilmişdir. 1975-ci ildə sahə kənarında ayaqda dayanmağa icazə verilərkən Lids Yunayted 'ə qarşı keçirilən FA Cup oyununda 38,010 nəfərlik tamaşaçı rekordu qırılmışdır. Dörd bölmədə yerlər tamamilə kreslolu hala gətirilmişdir.
Road&Traffic
Road and Traffic — Xəzər regionunda yol infrastrukturu, ictimai nəqliyyat, yol təhlükəsizliyi və informasiya texnologiyaları kimi sektorların peşəkarlarını öz meydançasında bir araya toplayan biznes platforma. == Məqsəd == Sərgi yol, körpü və tunellərin layihələndirilməsi və inşası əsnasında bu sahənin mütəxəssislərinə müasir həll seçimlərini təqdim etmək, habelə bazarın tələbatlarını və intellektual nəqliyyat sistemi (İNS) sektoruna aid olan məhsullarınızın satış potensialını tədqiq etmək, Azərbaycanın ictimai nəqliyyat operatorları ilə görüşmək və bu sahə üzrə tenderlərdə iştirak etmək imkanı yaradır. == Tarix == === 2014 === Road&Traffic 2014 sərgisində Azərbaycan, Almaniya, Türkiyə və Fransa şirkətləri tərəfindən geniş çeşiddə yol-tikinti avadanlıqları, materiallar, infrastruktur və servis xidmətləri nümayiş etdirilib. === 2018 === "Road & Traffic 2018" sərgisində yol-tunel inşaatı, yol hərəkətinin idarə edilməsi sahəsində müasir informasiya texnologiyalarının tətbiqi və ictimai nəqliyyat sahəsi üzrə istehsalçı və operatorların görüşü baş tutmuş, eləcə də yol təhlükəsizliyi ilə bağlı problemlərin həlli yolları üzrə əldə olunan ən son nailiyyətləri nümayiş etdirilmişdir. === 2022 === Road&Traffic 2022 sərgisində Azərbaycan, Almaniya, Belarus, Yunanıstan, İtaliya, Qazaxıstan, Rusiya Federasiyası, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) şirkətləri öz məhsul və xidmətlərini təqdim ediblər.
By the Way
By the Way Red Hot Chili Peppersnın ilk studiya albomudur. 9 iyul 2002 tarixində yayımlanan albom, Warner Music s etiketi ilə satışa buraxılmışdır.
Edge by Mobigame
Fly-by-wire
Uzaqdan idarəetmə sistemi və ya Fly-by-wire əl ilə idarə edilən uçuş idarəetmələrini elektron interfeyslə əvəzləyən inkişaf etmiş bir uçuşu idarəetmə sistemidir. Bu sistemdə, təyyarə pilotdan asılı olmayaraq sadə bir kompüter tərəfindən idarə olunan süni intellektə sahibdir. Bu missiya kompüteri sürət, hündürlük, hava, təyyarənin texniki məlumatları, çəki və rəqəmsal mühitdə bir çox vacib məlumatları (data) birləşdirərək təyyarəyə ən təhlükəsiz uçuşu təmin edir. Bu texnologiya, yeni nəsil təyyarələr adlanan və uçuşa nəzarət səthlərinin hərəkətinin side-stick adlanan qol ilə təmin olunduğu təyyarələrdə mövcuddur. == İşləmə sistemi == Fly By Wire sistemində 2 və ya daha çox kompüter var (Airbus a320 seriyasında 5 kompüter var, F22 Raptorda isə hər biri 180 mb olan 7 kompüter var). Konsoldakı joystick bir məlumat daxiletmə vasitəsidir. Belə ki; Joysticki yuxarı çəksək, yuxarı əmrini kompüterlərə veririk. Joystickdəki həssas sensorlar qolu sıxma nisbətinə görə rəqəmsal məlumatları sistemə göndərir. Sistem bir növ sinir sisteminə bənzəyən bir məlumat xəttinə (data line) malikdir. Pilot qolu yüzdə 25 nisbətində sıxdıqda; təyyarə təkbaşına bu əmri həyata keçirmir.
Hampton by Hilton
Hampton by Hilton — daha əvvəllər Hampton İnn kimi tanınan bu otel Hilton Otellər Şəbəkəsinin ticari markası olan otel brendi. Hampton otel brendi məhdud qida və içki xidmətləri göstərən orta qiymətli otel şəbəkəsidir. Əksər Hampton otelləri müstəqil fəaliyyət göstərirlər və françayzinqlər tərəfindən idarə edilirlər, lakin bəziləri Hilton Otellər Şəbəkəsinin mülkiyyətindədir. Hampton oteli ABŞ-də ən böyük otel françayzinqlərindən biridir. Hamptonun françayzinqlərinə ABŞ-də və 16 ölkə ərazisində 2000 otel daxildir. == Tarixi == Otel zənciri ilk dəfə 1984-cü ildə Hampton İnn kimi fəaliyyətə başlayıb və Holiday Korporasiyasının maliyyə yarımı ilə idarə edilib. İlk otel Tennessi ştatının Memfis şəhərində yerləşən 2 mərtəbəli eksteryer giriş qapılı 128 qonaq otağından ibarət olan otel idi. 1989-cu illərin sonlarında, bəzi maliyyə çətinliklərindən sonra Holiday Korporasiyası öz əyarı olan Holiday İnn Korpoyasiyasını satdı və Hampton İnn, Embassy Suites və Homewood Suites otellərinin də daxil olduğu Promus Otel Korporasiyası holdinq şirkətinin fəaliyyətinə başladı. Bu dəyişiklik ilə Promus Hampton İnn brendinə yenidən sərmaye yatırdı və beləcə Hampton İnn büdcə oteli olmaqdan orta-bazar otelinə çevrildi və özünün az öncə satılan otel brendi ilə rəqabət aparmağa başladı. Otel zənciri orta qiymətli otel brendləri içərisində pulsuz kontinental səhər yeməyi təqdim edən və “100 %-li müştəri məmnuniyyəti qarantiyalı” xidmət göstərən ilk otel brendlərindəndir.
Strangers By Night
Strangers By Night (azərb. Naməlum gecədə‎) – C. C. Catch tərəfindən 1985-ci ildə ifa edilmişdir.
By SS Production (albom)
By SS Production – Azərbaycan müğənnisi Aygün Kazımovanın yığma albomu. Alboma 17 mahnı daxildir. Albom Xalq artisti Aygün Kazımovanın əməkdaşlıq etdi SS Production şirkətinin prodüsserliyi ilə işıq üzü görmüşdür. == Hazırlanması == Alboma 2018-ci ildən 2020-ci il də daxil olmaqla Aygün Kazımovanın ifasında SS Production şirkətinin prodüsserliyi ilə təqdim olunan mahnılar daxildir. Albomda eksklüziv olaraq Paramparça mahnısını akustik versiyası təqdim olunmuşdur. Albom Respublika Günü bayramı münasibətilə təqdim edilmişdir.
Embassy Suites by Hilton
Embassy Suites by Hilton — Hilton Otellər Şəbəkəsinin suitlərdən ibarət olan dəbdəbəli ticari markası. 2015-ci il sentyabr ayının 30-da otelin 6 ölkə ərazisində 223-dən çox filialı mövcud idi. Hilton digər otel brendləri kimi, əksər Embassy Suites otelləri fərdi mülkiyyətdədir və ya françayzinqlər tərəfindən idarə edilir. == Tarixi == Embassy Suites ilk öncə daha çox Holiday İnns kimi tanınan Holiday Korporasiyası tərəfindən yaradılmışdır. İlk Embassy Suites oteli 1984-cü ildə Kanzasda Overland parkında fəaliyyətə başlamışdır. 1990-cı ildə, Embassy Suites otelinin ana şirkəti Promus Companies Incorporated olur. 1999-cu ilin dekabr ayında, Embassy Suites oteli Hilton Otellər Şəbəkəsi və Promus Otel Korporasiyası birləşəndən sonra Hilton Şirkətinə qoşulur. 2007-ci ilin iyul ayında, Blackstone qrupu Hilton Otellərini $ 26 milyard alacağını elan edir. == Mülkiyyət xüsusiyyətləri və servisi == Embassy Suites yalnız suitlərdən ibarət olan otel zənciridir. Bu otel zəncirinin bütün qonaq otaqları iki hissədən ibarət olur: qonaq otağı və yataq otağı.
Homewood Suites by Hilton
Homewood Suites by Hilton — Hilton Otellər Şəbəkəsi tərəfindən idarə edilən və yalnız suitlərdən ibarət olan residental üslubda Amerika otel zənciri. Bu otel zəncirinə Amerika Birləşmiş Ştatlarında, Kanadada və Meksikada 350-dən çox otel daxildir. Əksər Homewood Suites otelləri françayzinqlər tərəfindən idarə edilir. Homewood Suites oteli bazarda Staybridge Suites by IHG və Residence Inn by Marriott kimi otellər də daxil olmaqla bir çox yüksək dərəcəli otellərlə rəqabət aparır. == Tarixi == İlk Homewood Suites oteli 1989-cu ildə Nebraska Omaha şəhərində yaradılmışdır. Növbəti 10 il ərzində, bu otel zənciri Embassy Suites, Hampton Inn və Double tree otellərinin sahibi olan Promus Otel Korporasiyası tərəfindən idarə edilirdi. Hilton 1999-cu ildə $ 3.1 trilyon müqabilində Promus şirkətinə sahiblənir. Beləcə, digər 3 brendlə birlikdə Homewood Suites də Hilton Otellər Şəbəkəsinin brendinə çevrilir. 2000-ci ildə, Homewood Suites öz adını dəyişərək Homewood Suites by Hilton adlanır. Otel bu şəkildə adlandırıldıqda öz mülkiyyətçisinin adını da özündə daşıyır.
Panzar: Forged by chaos
Panzar: Chaos ilə saxta — mühərrikin üç ölçülü şəbəkə bandit, CryEngine 3 rus developers, yaratdığı Panzar Studio . Oyunda dörd irq və səkkiz dərsləri var, bu oyun digər oyunçuların qarşı döyüş yerləşir MMORPG, bu arenada döyüş deyil. Hal-hazırda oyun beta-test, oyun bir çox səhvlər belə. Oyun başa olunur və hər cür, geliştiriciler oyun azad etmək demək kimi bir çox yeni funksiyalar əlavə olunacaq. == Təsvir == Oyun mühərrik CryEngine3 yaradılmışdır. Qeyri-adi gözəl qrafika, çarpıcı xarakter animasiya, yaxşı topology xarakter modelləri və müxtəlif idarəetmə var. Oyun heç hədəf prinsipi üzərində qurulur. Hər bir hücumun müntəzəm zərbə və ya arquebus bir shot olsun, düşmən özünüzü almaq lazımdır. Oyun 2 siniflər var hər biri dörd yarış var. == İnkişaf == Panzar Studio, 2007-ci ildə daha da inkişaf etməyə başladı, sonra yalnız oyun ponders və 2008-ci ildə Panzar Suudio, tam fəaliyyətə başlamış və oyun motor hazırlanmışdır ki, elan CryEngine2 , CryTek rəsmi internet saytı.
Music to Be Murdered By
Music to Be Murdered By, Amerikalı repçi Eminem-in 11-ci studiya albomudur. Əvvəlki albomu Kamikaze ilə oxşar şəkildə əvvəlcədən tanıtımı edilmədən surpriz bir şəkildə 17 Yanvar 2020-de Aftermath Entertainment, Interscope Records və Shady Records tərəfindən yayınlandı. Albom Eminem və Dr. Dre prodüserliyi nəticəsində işıq üzü gördü.
Şamaxı Palace Platinum By Rixos
"Şamaxı Palace Platinum By Rixos" — Azərbaycan Respublikasının Şamaxı rayonunda beşulduzlu otel. Bu otel “Rixos” otellər şəbəkəsinə aiddir. Şamaxı rayonunda tikintisinə 2011-ci ildə başlanmış “Şamaxı Palace Platinum By Rixos” oteli Azərbaycanın iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, həm də respublikamıza gələn turistlərin sayının artmasına zəmin yaradır. “Şamaxı Palace Platinum By Rixos” oteli təkcə Şamaxı rayonu üçün deyil, bölgə üçün də əhəmiyyətli turizm obyektidir. Mükəmməl infrastruktura malik bu otel kompleksindəki şərait böyük turizm potensialına malik olan Şamaxıda turistlərin yüksək səviyyədə qəbulu üçün geniş imkanlar açır.43 min 370 kvadratmetr ərazidə inşa olunan oteldə yüksək keyfiyyətli müxtəlif xidmətlər göstərilir. Otel kompleksi maraqlı memarlıq üslubunda inşa edilmişdir. Avanqard və klassik arxitektura elementlərinin sintezi əsasında inşa edilən binanın interyerinin tərtibatında orijinal mebel və aksessuarlardan istifadə olunmuşdur.Oteldə xidmət göstərən heyət yüksək hazırlıq kursu keçmişdir və onların əksəriyyətini yerli kadrlar təşkil edir. Bu əməkdaşlar otelin istənilən xidmət sahəsində qonaqlara yüksək səviyyəli qulluğun göstərilməsi ilə bağlı xüsusi təlim kurslarına cəlb olunmuşlar.Otel kompleksində müxtəlif toplantı və konfransların keçirilməsi üçün geniş imkanları olan 200 nəfərlik konfrans zalı, müasir restoranlar şəbəkəsi də fəaliyyət göstərir. Restoranlarda turistlərə Azərbaycan və dünya mətbəxinin nümunələri təqdim olunur.Oteldə müxtəlif kateqoriyadan olan nömrələr ən müasir tələblər səviyyəsindədir və yüksək dizaynı ilə seçilir.Oteldə uşaqların da istirahətinin təşkili üçün lazımi şərait yaradılmışdır. Burada uşaqlar üçün müxtəlif əyləncə və idman sahələri qurulmuşdur.
M10 by PashaPay (Elektron pulqabı)
Battlefield 1942: The Road to Rome
Battlefield: 1942: The Road to Rome (azərb. Döyüş-meydanı 1942: Romaya yol‎) — 2002-ci ildə satışa çıxarılmış "Battlefield 1942" videooyunu üçün genişləndirmə paketi. Add-on "Digital Illusions CE" tərəfindən hazırlanmış və "Electronic Arts" videooyun nəşrçisinin təşəbbüsü ilə 2 fevral 2003-cü ildə Şimali Amerika, 7 fevral 2003-cü ildə isə Avropa iqtisadi regionu üçün satışa çıxarılmışdır. İkinci dünya müharibəsi dövründə İtaliyada baş verən döyüşləri təsvir edən 6 xəritə, eləcə də 8 nəqliyyat vasitəsi buraxılmışdır. Add-on oyuna Fransa və İtaliya hərbi qüvvələrini də əlavə etmişdir. Add-on vasitəsilə oyuna əlavə edilən yeni xüsusiyyətlərdən biri mühəndislərin əlbəyaxa döyüş üçün tüfənglərinə süngü yerləşdirə bilmələridir. Add-on oyuna iki yeni silah – İtaliyanın Breda 30 əl pulemyotunu və the Britaniyanın Sten avtomatını əlavə edir. Bunlarla yanaşı, add-on orijinal "Battlefield 1942"-nin giriş videoçarxına əlavə səhnələr yerləşdirir. == Qəbul == Rəy toplayıcısı "Metacritic"ə əsasən "Battlefield: 1942: The Road to Rome" "ümumiyyətlə yaxşı" rəylər almışdır. Add-on yeni çoxnəfərli rejimlərinin və silahların az olmasına görə tənqidlənmişdir.
Park Inn by Radisson Berlin Alexanderplatz
Park Inn by Radisson Berlin Alexanderplatz – Almaniyanın paytaxtı Berlində yerləşən göydələn. Bina Aleksanderplatsın şimal-şərqində yerləşir və 1970-ci ildə Şərqi Almaniya dövründə tikilib. 149,5 metr hündürlüyü və 41 mərtəbəsi ilə Almaniyanın ən hündür otel binasıdır.
Road to Revolution: Live at Milton Keynes
Road to Revolution: Live at Milton Keynes – Linkin Parkın 3-cü canlı albomudur. 21 Noyabr 2008 tarixinde çıxmışdır. Bu albom Green Day ile eyni yerde yazılmışdır. Bu albomda Collison Cource mahnıları üçün Jay-Z qonaq kimi çıxış etmişdir.
геокриоло́гия иваси́ конфе́та ландра́т лирообра́зно ма́ри неотёсанно разве́ргнуть неря́шливость трудолю́б удиви́тельно кур навка consolidation dazzle paint koala monasticon musicological quantity smear-sheet win away монета предполагаемый травопольный уйгурский