Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Valensiya
Valensiya və ya tarixi adı ilə Bələnsiyə — İspaniyada şəhər. İspaniyada əhalisinin sayına görə Madrid və Barselonadan sonra 3-cü şəhər olan Valensiya, eyni zamanda Valensiya Muxtariyyətinin də paytaxtıdır. Tarixən bu şəhər ticarət və toxuculuq sənayesi mərkəzi olmuşdur. Günümüzdə sənaye ilə yanaşı, tarixi-turistik əhəmiyyətini qorumaqdadır. Hal-hazırda şəhər ətrafında çox sayda müəssisələr yerləşir. Bunların sırasında məşhur avtomobil istehsalçısı "Ford" zavodu vardır. Valensiyaya məxsus Fayyas Bayramı hər il martın ayının 2-ci və 3-cü həftələrində, 15-19 mart tarixləri arasında qeyd edilir.
Kadusiya
Kadusiya — Xəzər dənizinin cənub-qərb sahilində irandilli kadusilərin ərazisi və yaşayış yeri olmuşdur. == Coğrafiya == Strabon yazır: “Dağlıq bölgəyə yaxın sahillərin çox hissəsini kaduslar tutur”. Dionisiy Perieqetdə “... dağlıq ölkədə yaşayan kadusiləri qeyd edir. Kadusilər albanlarla qonşuluqda yaşayırdı. Beləliklə, kadusilər Atropatenaya aid Xəzərin sahilində, albanların bir hissəsinin də yaşadığı dağlıq ölkədə yaşayırdılar. Strabon sonra yazır: "Dağlıq bölgənin yaxınlığındakı sahilin çox hissəsini, demək olar ki, 5000 stadiyada kadusilər təşkil edirlər" Bu dağlıq ölkə, şübhəsiz ki, Sovet Azərbaycanının cənub-şərqindəki müasir Talış dağları, eləcə də Xəzərin cənub-qərbindəki Talış və Baqrov dağlarıdır. Kadusilər həm Paraxoafrın ətəyində Midiya və Matianlarla həmçin sərhəd idi.
Valensiya (İspaniya)
Valensiya və ya tarixi adı ilə Bələnsiyə — İspaniyada şəhər. İspaniyada əhalisinin sayına görə Madrid və Barselonadan sonra 3-cü şəhər olan Valensiya, eyni zamanda Valensiya Muxtariyyətinin də paytaxtıdır. Tarixən bu şəhər ticarət və toxuculuq sənayesi mərkəzi olmuşdur. Günümüzdə sənaye ilə yanaşı, tarixi-turistik əhəmiyyətini qorumaqdadır. Hal-hazırda şəhər ətrafında çox sayda müəssisələr yerləşir. Bunların sırasında məşhur avtomobil istehsalçısı "Ford" zavodu vardır. Valensiyaya məxsus Fayyas Bayramı hər il martın ayının 2-ci və 3-cü həftələrində, 15-19 mart tarixləri arasında qeyd edilir.
Valensiya FK
Valensiya Futbol Klubu (İspanca València Club de Futbol, Valensiya, Yarasalar kimi də tanınır) — İspaniyanın eyniadlı şəhərini təmsil edir. İspaniya futbol tarixi və Avropanın ən məşhur komandalarından biridir. Valensiya 6 dəfə İspaniya Primerası (la liqa) 8 dəfə Kral Kuboku, 3 dəfə UEFA Kuboku, 1 dəfə Kuboklar Kuboku və 1 dəfə Avropa Super Kubokunun qalibi olmuşdur. İki dəfə UEFA Çempionlar Liqasının finalına qədər yüksəlmiş Real Madrid və Bavariyaya məğlub olmuşdur, müvafiq olaraq 2000 və 2001-ci illərdə. Ümumilikdə götürdükdə Valensiya 7 dəfə Avrokubokların finalına çıxmış 4-ünü qalib kimi başa vurmuşdur. Bütün illər üzrə la liqanın turnir cədvəlində Valensiya 3-cü yerdə qərarlaşır, Real Madrid və Barselonadan sonra. Qitə yarışlarındakı nailiyyətlərinə görə də həmin klublardan sonar ölkənin 3-cü ən güclü klubudur. Klubun əsası 1919-cu ildə qoyulmuşdur və 1923-cü ildən etibarən ev oyunlarını 55,000 nəfərlik Mestalla stadionunda (əsl adı Estadio Mestalla) keçirir. Klub hazırda 75,000 nəfərlik yeni arenaya – Nou Mestalla stadionuna keçməyi planlaşdırır. Valensiya eyni adlı şəhərin digər təmsilçisi Levante ilə əzəli rəqibdir.
Enner Valensiya
Enner Valensiya (4 noyabr 1989[…], San-Lorenso[d]) — Türkiyə Super Liqasında çıxış edən Fənərbaxçanın futbolçusu.
Valensiya krallığı
Valensiya krallığı (kat. Regne de València, isp. Reino de Valencia, lat. Regnum Valentiae) — Araqon tact-tacının və XV əsrin sonlarında Araqon-Kastiliya birliyindən sonra – İspaniya monarxiyasının tərkib hissələrindən biri. Mərkəzi Valensiya şəhəridir. Valensiya krallığı keçmiş Valensiya tayfası ərazisində 9 oktyabr 1238-ci ildə Rekonkista zamanı Valensiya şəhərini ərəblərdən fəth edən Araqon kralı I Xayme tərəfindən yaradılmışdır. Araqon fəthləri və Kastiliya ilə demarkasiya müqavilələri böyüdükcə XIII əsr boyu krallığın ərazisi genişlənmişdir. Robert Ignatius Burns. The Crusader Kingdom of Valencia: Reconstruction on a Thirteenth-Century Frontier. Harvard University Press, 1967.
Stalin Valensiya
Stalin Evander Valensiya Kortes (isp. Stalin Evander Valencia Cortéz; 10 oktyabr 2003) — Ekvador futbolçusu, "Onse Kaldas" FK-nin müdafiəçisi.
Bakı Valensiya FK
"Bakı" futbol klubu (isp. Clube Futbol Baku de Valencia) — İspaniyada Valensiya regional çempionatının II dəstəsində oynayan futbol klubu == Tarixi == Tam adı "Clube Futbol Baku de Valencia" olan bu komanda 2009-cu ildə yaradılmışdır. "Bakı" klubunun prezidenti İspaniyada yaşayan azərbaycanlı, "Elmira" Azərbaycan-İspan Qardaşlıq Cəmiyyətinin rəhbəri Gülnarə Xanbabayevadır. == Heyəti == Valensiya regional çempionatının II dəstəsində oynayan "Bakı" klubunun heyətində cəmi 22 futbolçu olsa da, onlar 11 ölkəni təmsil edir. İspaniya ilə yanaşı, Kamerun, Seneqal, Mərakeş, Uruqvay, Argentina, Ekvador, Dominikan Respublikası, Ukrayna, Rusiya və Gürcüstanından olan legionerlər bu komandada forma geyinirlər. Həftədə 2 dəfə məşq keçən yarımhəvəskarlar da məhz bu beynəlmiləl heyəti ilə İspaniyada ad çıxarıblar. == İstinadlar == == Mənbə == Yarımhəvəskar "Bakı" və 11 ölkədən 22 futbolçu == Xarici keçidlər == "Azərbaycanda futbolçu varsa, İspaniyaya gətirin, gözüm üstə yeri var". Gülnarə Xanbabayevanın apasport.az saytına müsahibəsi НТВ-Плюс.
İncəsənət Muzeyi (Valensiya)
Təsviri sənət muzeyi — Valensiya şəhərində (isp. Museo de Bellas Artes de Valencia) — İspaniyada ən zəngin rəsm əsərlərindən birinə sahib incəsənət muzeyi. Muzey köhnə Turia çayının, parkın kənarında yerləşir. Müqəddəs Pius adlı 5-ci Katolik Kollecinin qədim binasıdır. Bina iki tarixi hissədən ibarətdir - əsl kollec və kilsə. Binanın kvadrat fasadları iki qüllələ bəzədilib, binanın köşeleri rustikdir, tavanı kütləvi vaza və toplarla bəzədilmiş, möhkəm bir balyustrada ilə taclanıb. Kilidin yarımdöşməli qübbəsi mavi keramika plitələrlə bəzədilmişdir və daha kiçik bir qübbə ilə yüksək tamburla taclanıb. Muzey İspan Vətəndaş müharibəsindən sonra bu binada yerləşdirilib, binanın hərbi bir xəstəxana olaraq istifadə edildiyi də bilinir. Muzeyin köhnə binası müharibə zamanı zərər gördü. Muzeyin daha sonra direktoru González Martí olmuşdur.
Təsviri sənət muzeyi (Valensiya)

Valensiya muxtar icmasının gerbi
Valensiya muxtar icmasının gerbi — Valensiya muxtar icmasının özünüidarəetmə orqanlarının rəsmi emblemi. Kral IV Pedronun dövründən II Xuana qədər istifadə edilən heraldika əsasında yaradılmışdır. 1978-ci ildə keçmiş Valensiya Şurası gerbi "... Valensiya şəhərində Kserea darvazasında yerləşən keçmiş Valensiya krallığının ən qədim tanınmış nümayəndə gerbi kimi" təsdiqləmişdir. Valensiya xalq ənənələrinə görə, qanadlı əjdahanın təsvir edildiyi tac imicinin mənşəyi kral I Xaymeyə aid edilir. Buna baxmayaraq, tarixçilər onun mənşəyini XIV əsrdə, nəcib dəbilqələr üzərində gerblərdən müntəzəm istifadə olunmağa başlayan kral IV Pyotra aid edirlər. İspaniya tarixçisi Gilyermo Fatas Kabesin fikrinə görə, onu Araqon monarxının simvolu kimi görmək olar. Cəngavərlərin dəbilqələrinə taxdıqları qoruyucu parça olan mantiya tünd göy rəngdə idi və Arista xaçı ilə bəzədilmişdir. Bəzi hallarda, qanadlı əjdaha vaxt keçdikcə yarasaya çevrilmiş, adətən Valensiya şəhəri, Palma və ya Barselonanın əvvəlki versiyaları kimi keçmiş Araqon tacının bir hissəsi olan ərazilərdə yerli heraldikada istifadə olunurdu. Герб Валенсийского сообщества.
Valensiya Təsviri Sənət Muzeyi