Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kalağaylı
Kalağaylı — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kalağaylı Ağsu rayonunun Padar inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Tədqiqatçıların fikrincə, oykonimin əsli Qalaqayınlıdır, kəndin əhalisinin Sabirabad rayonundakı Qalaqayın kəndindən olduqlarını bildirir. 1917-ci ildə tərtib olunmuş inzibati ərazi bölgüsündə Göyçay qəzasında Kalaqa (İsmayıllı) və Kalaqaylı (Kürdəmir) adlı iki kənd qeydə alınmışdır. Bunlardan biri indiki Qalagah, digəri isə Qalagahlı (Kalağaylı) kəndləridir. Oykonim "Qalagahdan gəlmişlər" mənasındadır.
Kalağaylı bələdiyyəsi
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Balağay
Balağay - Yuxarı Qarabağın Arasbar nahiyəsində kənd adı. == Həmçinin bax == Arasbar == Ədəbiyyat == Qeybullayev Q.Ə. Azərbaycan türklərinin təşəkkülü tarixindən. Bakı, 1994. Ələkbərli Ə. Qədim türk-oğuz yurdu. Bakı, 1994.
Karaqay (Arxangel)
Karaqay (başq. Ҡарағай, rus. Карагай) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Uzunlar kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Arxangel): 41 km, ən yaxın dəmiryol stansiyasından (60-cı km dayanacağı): 61 km.Kənd ərazisindən İnzer çayı axır.
Yaqub Kalqay
Əmir Hüseyn Yaqub Kalqay (1 yanvar 1887, Bağçasaray, Tavriya quberniyası[d] – 18 iyun 1955) – Türk siyasətçi və Türkiyə Böyük Millət Məclisinin VIII çağırış deputatı. == Həyatı == Yaqub Kalqay 1 yanvar 1887-ci ildə Krımın Bağçasaray şəhərində dünyaya gəlmişdir. İlk təhsilini Mülkiyə məktəbində almışdır. == Fəaliyyəti == İstanbul Şehremaneti Elm Heyəti mühəndisliyi, Samsun Sivas Dəmir Yolu İnşaat mühəndisliyi, Canik Sanjesi Yolu və Körpülər Baş mühəndisliyi, Mülki Dəmir Yolları və Limanları Hərbi Nəzarət Ümumi müdirliyi, Dəmiryol İnşaat Baş məsləhət və İnşaat və İstismar müdirliyi, Samsun Sivas Dəmiryol İnşaat və İstismar müfəttişi, Kayseri, İzmir Əməliyyatı Müfəttiş, Filyoz Zonquldağ Dəmiryol İnşaat müdirliyi, Nafifa Dəmiryolları İnşaat Elm Heyəti baş mühəndisliyində və.s kimi qurumlarda çalışmışdır. Türkiyə Böyük Millət Məclisinin VIII çağırış deputatı olmuşdur.
Kahaçay
Kahaçay — Sədərək rayonu ərazisində çay. Çanaqçıçayın sağ qolu. == Haqqında == Uzunluğu 15 km, hövzəsinin sahəsi 35 kv. km-dir. Yağış və qrunt suları ilə qidalanır.
Karavay
Karavay — ruslarda toy mərasimi zamanı istifadə olunan çörəklərdən ən məşhurudur. Şərqi slavyanların toy mərasimləri zamanı hazırlanan dairəvi şirin mayadan hazırlanmış çörəkdir. Adətən üstü mahiranə şəkildə bəzədilir. == Toyda == Toy mərasimləri zamanı gənclərə bayram çörəyi vermək Qədim Misir sivilizasiyasına gedib çıxır. Sonralar bunlar Qədim Elladaya və Romaya keçmiş, xristianlığın gəlişi ilə bütün dünyaya yayılmışdır. Bütpərəst Rusiyada yaşayan əhalinin xristianlıqdan bixəbər olmasına baxmayaraq, artıq toy mərasimlərində xüsusi çörək- günəşi simvolizə edən karavayın nümuməsi yaradılmışdır. Qədim slavyanlarda Günəş tanrısı yeni ailələrin əsas himayədarı idi. Karavay sözü slavyan mənşəlidir. Bu söz bu günə qədər də şərqi slavyan xalqlarının arasında qalmışdır: rus və belaruslar – karavay, ukraynalılar – korovay adlandırırlar. Qədim Rusiyada karavayı toy üçün hazırlayırdılar və bunun üçün çoxlu mərasim qaydalarına riayət edilirdi.
Kəlaçay
Kəlaçay — İranın Gilan ostanında yerləşən şəhər. Kəlaçay əhalisinin əksəriyyətini giləklər təşkil edir.
Kəlağayı
Kəlağayı — Azərbaycanda qadınlara məxsus, ipək sapdan toxunmuş dördkünc formalı baş örtüyü. Azərbaycanın qərb zonasında kəlağayıya bəzən çarqat da deyilir. XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanın ənənəvi kəlağayıçılıq mərkəzləri müxtəlif siyasi və sosial-iqtisadi səbəblər üzündən, xüsusilə də Rusiyadan daxil olan ucuz fabrik mallarının kustar karxana məhsullarını sıxışdırması nəticəsində mövqeyini dəyişmiş və kəlağayıçılıq tədricən yalnız iki mərkəzdə – Basqal və Gəncədə cəmləşməyə başlanıb. 2014-cü ildə kəlağayı UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilmişdir. == Tarixi == === Erkən illər === Kəlağayı istehsalı Azərbaycanda qədimdən məlumdur. Qadınların müasir kəlağayılara bənzər baş örtüyündən istifadəsi eramızdan əvvəl V-VI əsrlərdə İran şahı I Daranın zamanında saray qadınları arasında geniş yayıldığı barədə bəzi mənbələrdə qeyd olunub. X əsrdə yazılan Hüdud əl-aləm coğrafi traktatında, Bərzənd şəhərində baş örtüyünün istehsal olunduğu qeyd edilib. === XVIII əsr === Orta əsrlərdə Azərbaycan ərazilərində kəlağayı istehsal edən kiçik müəssisələr mövcud olub. Tarixçi Mais Cəfərovun fikrincə, kəlağayılar əvvəllər fərdi şəkildə hazırlansa da, sonralar kəlağayı istehsal edən xüsusi müəssisələr fəaliyyət göstərib.Georq Forsterin 1784-cü ilə aid məlumatında qeyd edilir ki, Şirvandan 400 tona qədər ipək Həştərxana göndərilirdi. Ədəbiyyat və çöl-etnoqrafik materialları isə sübut edir ki, həmin ipəyin mühüm bir hissəsi Basqalın payına düşüb və bu sırada kəlağayı mühüm yer tutub.
Malaxay
Malaxay - türk və altay mifologiyasında cəza tanrısıdır. Mankalay və ya Mangalay olaraq da tanınır. Yakutların inancında, yeraltı aləmində günahkar insanların cəzalarını tərtib edən tanrılardan biridir. Adı süvari, atlı mənaları daşıyır.
Qalaçay
Qalaçay — Oğuz rayonu ərazisində çay. == Haqqında == Qalaçay Türyançayın sağ qoludur. Mənbəyini Malqamut dağının cənub yamacından (2700 m. yüksəklikdən) alır, Filfilli kəndi yaxınlığında çoxlu qollara ayrılır və bu qolların bəziləri Nəzər çayı ilə birləşir. Çayda güclü sel hadisələri baş verir. Ağçay, Filfilçay, Xaçmazçay da adlanır. Çay adını yaxınlıqdakı qalanın adından almışdır. == Mənbə == Azərbaycan toponimlərinin izahlı lüğəti. Bakı, 2007.
Qalağan
Qalağan — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Talaçay
Talaçay — Böyük Qafqaz dağlarının cənub ətəklərində, mənbəyini elə həmin dağlardan götürən və Qanıx (Alazan) çayına tökülən, Zaqatala rayonu ərazisindən axan çay. Qidalanmasında qar və yağış suları əsas yer tutur. Axımı tənzimlənməyib.
Kalavan
Əmirxeyir (1991-ci ildən Kalavan) — Qaraqoyunlu mahalında kənd. İndiki adı Kalavan.İrəvan xanlığının Göycə mahalında kənd adı == Haqqında == Əmirxeyir (1991-ci ildən Kalavan) Ermənistan SSR-in Krasnoselsk (Mixaylovka – Çəmbərək) rayonunda, rayon mərkəzindən 33 km şimal-qərbdə azərbaycanlılar yaşamış kənd. Bəriabad kəndi ilə birləşdirilmişdir. 1873-cü ildə 161, 1926-cı ildə 216, 1931-ci ildə 250, 1959-cu ildə 342, 1970-ci ildə 712 nəfər azərbaycanlı əhalisi olmuşdur. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı qovulmuşlar. == Əhalisi == 1988-ci ildə ancaq kənddə yaşayanları nəzərə alsaq, cəmi 300 ailədən ibarət olan Salah və Əmirxeyir kəndlərində doğulmuş olan 11 elmlər doktoru, 29 elmlər namizədi var idi. Bu rəqəm hər 7–8 ailəyə bir alim düşdüyünü göstərir. Bu, çox yerlərdə rast gəlinməyən, kifayət qədər yüksək göstərici idi. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. == Toponimi == Kəndin adı Əmir şəxs adından və türk dillərində kair "vadinin suvarılan hissəsi" sözlərindən ibarətdir.
Alabay
Mərkəzi Asiya çoban iti (Alabay) — güclü və atletik quruluşlu bir gözətçidir. İri sümüklərə və əzələli bir bədən quruluşuna malikdir. İri və güclü quruluşu ilə kobud bir görünüşü olan Alabay irqinin başı böyük ancaq bədəni ilə mütənasibdir. Qulaqları başın iki yanında yerləşmişdir və qısadır. İki təbəqəli olan tüklər qısa və sıxdır. Geniş şəkildə ağ, qara, boz, açıq qəhvə, qırmızı qəhvə rənglərdə xallıdır. == Xarakteri == Ağıllı, özündən əmin, hər istiqamətiylə balanslı, eyni zamanda, azadlığına düşkün və cəsur bir irqdir. Xaricilərə qarşı şübhəçi, qorxusuz və basqın bir xarakterə sahib olan Alabay yaxşı bir gözətçi və sürü itidir. Doğuşdan qoruma instinktinə malikdir və təcavüzkar deyil. Alabayın pis xüsusiyyəti isə torpağı qazmağı sevməsi və gecə hürməsidir.
Kalama
Kalama (ispanca:Calama) — Çilidə şəhər. Əhalisi 138402 nəfərdir (2002). Ərazi — 15597 km², əhali sıxlığı — 8,87 nəfər/km²-dir.
Kalara
Kalara — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 11 km məsafədə yerləşir. Kəndin qədim adı Kalalı //Kalaley olmuşdur. 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Kelare kimi qeyd edilir . Toponim türk dilində «dayaz dərə» mənasında işlənən kol sözü ilə, «hüdud», «sərhəd» mənasında işlənən ara sözünün birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir. Erm. SSR AS RH-nin 1. XII. 1949 - cu il fərmanı ilə adı dəyişdirilib Qukasavan qoyulmuşdur. == Əhalisi == Kənddə ermənilərlə yanaşı 1897-ci ildə 6 nəfər, 1926-cı ildə 5 nəfər azərbaycanlı yaşamışdır .
Ağquyruq çalağan
Ağquyruq çalağan (lat. Elanus leucurus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin boz çalağan cinsinə aid heyvan növü.
Katon-Karaqay Milli Parkı
Katon-Karaqay Milli Parkı (qaz. Катонқараға́й мемлекетті́к ұлтты́қ табиғи́ паркі́) ― Qazaxıstanın şərq sərhəddində, Cənubi Altay dağlarında yerləşən ölkənin ən böyük milli parkı. Park Qazaxıstan, Rusiya, Çin və Monqolustan sərhədlərinin birləşdiyi "X" in qərb tərəfini doldurur. Sibirdəki ən yüksək zirvə olan Beluxa dağı (4,506 metr (14,783 ft) Rusiya sərhədində, Katun silsiləsində yerləşir. Park Şərqi Qazaxıstan vilayətinin Katon-Karaqay rayonunda, paytaxt Astananın 1 000 kilometr cənub-şərqində yerləşir.1 iyun 2001-ci ildə yaradılan park, 2011-ci ildə Rusiya ilə birlikdə "Altay" transmilli parkına daxil edilmişdir. 2014-cü ildə ərazi UNESCO-nun İnsan və Biosfer proqramı tərəfindən "Katon-Karaqay Biosfer Qoruğu" na daxil edildi. == Topoqrafiya == Cənubi Altay dağlarının yamaclarında yerləşən bu park dağlıq və buzlaq ərazilərdən ibarətdir və yüksəkliyi 3,000 metr (9,800 ft)-dir. Park şimaldan Rusiyanın Altay Respublikası, cənub-şərqdən Çin, qərbdən Farpusnaya çayı, cənubdan isə Cənubi Altay dağları ilə həmsərhəddir. Parkın 34%-i meşəlik, qalan hissəsi dağ çəmənləri və ya qayalı yamaclar və buzlaqlardır. Buzlaqların yaratdığı xüsusiyyətlərin: nov şəklində vadilər, sirklər və morenlərinolduğu yamaclar dikdir.
Boz çalağan
Boz çalağan (lat. Elanus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Bozumtul çalağan
Bozumtul çalağan (lat. Elanus caeruleus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin boz çalağan cinsinə aid heyvan növü.
Kakabay Seyidov
Kakabay Seyidov — Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2016-cı ildən); Türkmənistan Dövlət İdman Komitəsinin sabiq sədri. == Fəaliyyəti == 2016-cı ilin sentyabr ayında Türkmənistan Dövlət İdman Komitəsinin sədri vəzifəsindən azad edilib və Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.
Kalaxar şiri
Kalaxar şiri (lat. Panthera leo verneyi) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin şir növünə aid heyvan yarımnövü.
Kapalay adası
Kapalay (malay Pulau Kapalai) — Sulavesi dənizində yerləşən sualtı bankə. Ada Malay arxipelaqına daxil olan, Ligitan arxipelaqının tərkib hissəsidir. İnzibati cəhətdən Malayziyanın Sabah ştatı ərazisinə daxildir. Əvvəllər Ligitan adaları böyük bir sahəni əhatə edirdi. Lakin sonrakı dövrlərdə onun sahəsi tədricən azalmağa başlayır. Bunun isə təbii və antropagen səbıbləri olur. XX əsrin sonları ada çəkilmə zamanı müşahidə edilirdi. Qumlu dayazlığın ətrafında mərcan və riflər yayılır. Hazırda isə bölgə məşhur dəniz kurortudur. == Fiziki-coğrafi xüsusiyyətləri == === Coğrafi yerləşməsi === Coğrafi koordinatları — 4°13′00″ şm.
Karatay Turısov
Karatay Turısov (qaz. Каратай Турысов; 2 fevral 1934 – 1 avqust 2004, Astana) — dövlət xadimi, iqtisad elmləri doktoru (1993), Qazaxıstan Mühəndislik Elmləri Akademiyasının akademiki (1993). == Həyatı == S.Ordjonikidze adına Moskva Geoloji Kəşfiyyat İnstitutunu, dağ mühəndisi-geoloq, Sov.İKP Mərkəzi Komitəsi yanında Ali Partiya Məktəbini, SSRİ Xalq Təsərrüfatı Akademiyasını (1978-80) bitirib, iqtisadçı, iqtisad elmləri doktoru . Qazaxıstan Respublikası Mühəndislik Akademiyasının akademiki. === Nailiyyətlər siyahısı === 1955-63 - geoloq, baş geoloq, Pavlodar və Karaqanda vilayətlərində kəşfiyyat partiyalarının rəhbəri;1963-64 - Akçatau sənaye zonası üçün Partiya və Dövlət Nəzarət Komitəsinin sədri; 1964-71 - Qazaxıstan Kommunist Partiyası Karazhal şəhər komitəsinin ikinci, birinci katibi, Karaqanda vilayəti; 1971-74 - Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin təşkilati və partiya işi şöbəsinin müfəttişi; 1974-78 - Qazaxıstan Kommunist Partiyası Turqay Regional Komitəsinin katibi; 1980-81 - Qazaxıstan SSR Sənayedə Təhlükəsiz İşlərə Nəzarət və Mədən Nəzarəti Dövlət Komitəsi Komitəsinin sədri; 1981-84 - Qazaxıstan Respublika Həmkarlar İttifaqları Şurasının sədri; 1984-86 - Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi; 1986-90 - Ümumittifaq Mərkəzi Həmkarlar İttifaqları Şurasının katibi May-dekabr 1990 - Qazaxıstan SSR Nazirlər Sovetinin sədr müavini; 1990-91 - Qazaxıstan SSR İqtisadi İslahatlar üzrə Dövlət Komissiyasının sədri; Dekabr 1990 - iyun 1991 - Qazaxıstan SSR-in sənaye, rabitə və rabitə üzrə dövlət müşaviri; İyun-avqust 1991 - Qazaxıstan SSR Baş nazirinin müavini; Avqust 1991 - Dekabr 1993 - Qazaxıstan Respublikasının Turizm, Bədən Tərbiyəsi və İdman Naziri; Dekabr 1993 - mart 1995 - Qazaxıstan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri; Aprel-dekabr 1995 - "Yassaui" Turizm üzrə Dövlət Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri; SSRİ Ali Sovetinə deputat seçilmişdir. 9 dekabr 1995-ci ildən - birinci çağırış Qazaxıstan Respublikası Parlamenti Məclisi millət vəkili. 1996-cı ilin yanvarından - Məclisin İqtisadiyyat, Maliyyə və Büdcə Komitəsinin sədri. Cambul vilayətinin 26 saylı Kordai seçki dairəsindən 2-ci çağırış Qazaxıstan Respublikası Parlamenti Məclisi millət vəkili.
Kəkilli çalağan
Kəkilli çalağan (lat. Aviceda) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Qalaçay bəxşi
Qalaçay bəxşi (Farsca: بخش قلعه‌چای) — İranın Şərqi Azərbaycan ostanındaki Əcəbşir şəhristanının iki bəxşindan biridir.
Alaqaya
Alaqaya (Təbriz) — Alaqaya (Kəlbəcər) — Kəlbəcər rayonunun inzibati ərazi vahidində yerləşən kənd. Alaqaya (dağ) — Kəlbəcər və Xocalı rayonları sərhədində yerləşən dağ.
Kalaqain
Kalaqain Kutaisi quberniyasının Ozurqet qəzasında kənd adı. == Toponimkası == Kalaqain Kutaisi quberniyasının Ozurqet qəzasında kənd adı. Azərbaycanda Qalayın (Sabirabad rayonu), Gürcüstanda Kain Turkobo və Qain - Kort, Ermənistanda Katar-Kain, Kar əyalətində Kaindərə, Qazaxıstanda üç Kaindi və Kain. Qırğızıstanda Boston Kain, İranda Kain və b. toponimlərlə bir sıradandır. Bu toponimlərlə əlaqədar mülahizə; 1. Toponimlərdə türk dillərində Kayın (qayın) ağac növünün adı əksini tapmışdır. 2. Türkmənşəli Kain (yaxud Qain) tayfa adındandır. Başqırdlarda və Şorlarda Qain adlı tayfa vardır (yenə orada).
Kapşaqay
Qonayev (qaz. Қонаев) 2022-ci ilə qədər Kapşaqay (qaz. Қапшағай, əvvəl Kapçaqay) — Qazaxıstanın Almatı vilayətində regional tabe bir şəhər. Respublikanın ən böyük qumar zonası şəhərdə yerləşir. == Adın etimologiyası == Qazax dilində "Kapşağay" "dar dərə" və ya "sıxılmış yer" mənasını verir . == Tarixi == Şəhərin inkişaf və meydana gəlmə tarixi Kapçağay su elektrik stansiyasının inşasının başlanması ilə əlaqələndirilir. İlisk qəsəbəsi əvvəlcə su anbarının tikildiyi ərazidə yerləşirdi, 5 mindən çox insan yeni Novoilisk qəsəbəsinə, Jetiqen qəsəbəsinə və yeni qurulan balıqçılıq kolxozuna, indiki Arna kəndinə köçürüldü. 29 sentyabr 1969-cu il tarixdə yerli vaxtla saat 16: 15-də İli çayı bağlanmışdı. Həmin il 26 dekabrda su anbarının doldurulmasının birinci mərhələsi başladı. 1970-ci ilin yazında İlisk kəndi süni su anbarının dibinə batdı.
Qalagah
Qalagah (İsmayıllı) — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Qalagah (Quba) — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Qalagah — Dəvəçi rayonunun Kuybişevkənd inzibati ərazi vahidində kənd.
Kaluqa
Kaluqa - müasir Rusiyada şəhər, eyniadlı vilayət mərkəzi. Kaluqa Oka çayının dik sahilində salınmışdır. Kaluqa sözünü müəyyən mənada qala mənasını verən kaluqa "qala qapısı" mənası ilə bağlayırlar. Kaluqa sözü türk-monqol mənşəlidir; xalqa~kalqa~kalqan~kaluqan~kaluqa "darvaza, alaqapı", "giriş-çıxış qapısı" (zastava) deməkdir. Görünür, bu yerdə keçmişdə tatar zastavası "giriş-çıxış qapısı" yerləşirdi Bununla yanaşı kalqa, kaluqa əski türkcə vəliəhd, monqol-tatarlarda titul, şahın (xanın) böyük oğluna verilən "kalqa" titulu ilə bağlı da ola bilməsi ehtimalını da nəzərə almaq lazımdır. Məşhur türk əsilli soylardan olan rus familiyası Kaluginlər zadəgan nəsli bu torpaqla bağlı ailə olmuşdur. Hələ inqilaba qədər bu ailənin Kaluqada mülk torpaqları var idi. Hazırda Kaluqa Rusiyanın ən iri müasir sənaye mərkəzidir. == Tarixi == IX əsrə aid (859-cu il) sənədlərdən xəzərlərin burada hakim olduqları məlumdur. 1117-ci ildə isə Vladimir Monomaxın Kaluqaya hərbi yürüşü göstərilir.
Malaqa
Malaqa — İspaniyanın cənubunda, Əndəlüsdə, yerləşən şəhərdir. Ərazisi 395 km², əhalisinin sayı 568.507 nəfərdir. Malaqa Aralıq dənizinin qərb sahilində, Piriney yarımadasının cənubunda, Cəbəllütariq boğazından 100 kilometr uzaqda yerləşir. Əhali sayına görə Malaqa İspaniyada 6-cı, Əndəlüsdə 2-ci, Avropa İttifaqında 46-cıdır.
Alaqaya (Həştrud)
Alaqaya (fars. الاقيه‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 508 nəfər yaşayır (116 ailə). == Coğrafi yerləşməsi == Təbriz şəhristanının Səriskənd bölgəsinin Atəşbəy kəndistanında, Səriskənd qəsəbəsindən 28 km cənub-qərbdədir.
Balaqaya (Marağa)
Balaqaya (fars. بالي قيه‎‎‎‎‎‎‎) - İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd.