KALAFA

is.
1. Dağılmış tikintinin qalığı, dağılmış yer; xarabalıq. Kənd yıxılsa, kalafasından məlum olar. ( Ata. sözü ).
2. İri deşik (divarda və s.-də); iri çuxur, oyuq.
Qaralır daxmanın kalafa yeri; Dəstə şərqisilə çəkilir geri. S.Vurğun.

3. məh. Quyu.
◊ Bir kalafa sümükdür – çox arıq adam haqqında.

Sinonimlər (yaxın mənalı sözlər)

  • KALAFA kalafa bax 1. çuxur 1; 2. xarabalıq 1
  • KALAFA çökək — çuxur

Antonimlər (əks mənalı sözlər)

  • KALAFA KALAFA – DÜZ Qaralır daxmanın kalafa yeri; Dəstə şərqisilə çəkilir geri (S.Vurğun); Onlar dərin bir həyəcanla düzə sarı baxırdılar (M
KALA₂
KALAFAAĞIZ

Digər lüğətlərdə