Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kapoşvar
Kapoşvar (mac. Kaposvár, alm. Kopisch, Ruppertsberg, Ruppertsburg‎) — Macarıstanın Şomod medyesinin paytaxtı. Şəhər Budapeştin 186 km cənub-qərbində və Kapoş çayının sahilində yerləşir. == Tarixi == Əfsanəyə görə, şəhər Roma kimi yeddi təpə üzərində qurulmuşdur. Bu ərazidə e.ə. 5000-ci illərdən etibarən məskunlaşma başladı. Təxminən e.ə. 400-cü illərdə keltlər burada məskunlaşdılar. Şəhər haqqında ilk dəfə 1009-cu ildə tapılan Peçin piskoposlara aid əlyazmalarında Kapoş kimi bəhs edilir.
Kapoşvar Universiteti
Kapoşvar Universiteti (ing. University of Kaposvár, mac. Kaposvári Egyetem) — Macarıstanın Cənubi Transdanubia regionunda yerləşən ən böyük universitetlərdən biridir. Universitet ölkənin təhsil şəhərlərindən hesab edilən Kapoşvarda yerləşir və 1 yanvar 2000-ci il tarixdə Macarıstan Parlamenti tərəfindən əsası qoyulub, bununla da bütün fakültələr və kolleclər Kapoşvarda fəaliyyət göstərməyə başlayıb. == Tarix == Macarıstan ali təhsil sisteminin yenidən strukturlaşdırılması ilə Kapoşvar Universitetinin 1 yanvar 2000-ci ildə əsası qoyuldu. Macarıstan Parlamentinin qərarına əsasən, onun əsasını qoymuş qanuni sələfləri birləşmiş və iki fakültə və iki tədqiqat institutları da bu birləşmənin daxilində yer almışlar. Bu inteqrasiya prosesindən əvvəl Kapoşvar Universitetini təşkil edən sələf institutları təhsilin və tədqiqatların bir çox sahələrində uğurla əməkdaşlıq edirdilər. Bu əməkdaşlığın əsas motivatorları onların elmi sahələrinin qarşılıqlı sərfəli tamamlanması və müəllimlər və tədqiqatçılar arasında olan əlamətdar insani və iş münasibətləri idi. Kapoşvar Universiteti tərəfindən hazırlanan institusiyonal tanınma planı Təhsil Hazirliyi tərəfindən 2000-ci ildə "A" dərəcəsi almışdı. Universitet gələcəyinin necə görməsinə aid institusiyonal tanınma planı tərtib etmişdi.