Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kandal (Şot)
Kandal (fars. كندال‎) və ya Cəfərabad - İranın Qərbi Azərbaycan ostanının Şot şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 441 nəfər yaşayır (102 ailə).
Kanda çayı
Kanda çayı (神田川, Kandaqava) — Paytaxt Tokio regionunun ərazisindən axan, Yaponiyada yerləşən çay. Rəsmən I dərəcəli çay kimi təsnif edilir. Sumida çayının sağ qolunu əmələ gətirir. Çayın uzunluğu 24,6 kilometrə bərabərdir. Suaşıran hovuzun sahəsi 105 km²-ə bərabərdir. == Tarixi == Əvvəllər Hirakava adlandırılan Kanda çayı indiki Marunouçi və Hibiya rüblərinin ərazisindən keçir. Hibiya körfəzinə tökülərək Nihombaşi çayının indiki qolunun ətraflarından cənuba doğru axırdı. O zaman Hirakava çayı Toyoşima və Ebara rayonlarının arasında təbii sərhəd rolunu oynayırdı. 1590-cı ildə Edoda məskən salmış Tokuqava İeyasu Hirakava çayının sahillərini bərkitdi. Şəhəri içməli su ilə təmin etmək lazım idi.
Katsuo Kanda
Katsuo Kanda (d. 21 iyun 1966) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Kiyoo Kanda
Kiyoo Kanda — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Kaldas
Kaldas (isp. Caldas) — Kolumbiyanın 32 departamentindən biri, departamentin adı kolumbiyalı vətənpərvər Fransisko Xose de Kaldasın adına nəzərən adlandırılmışdır. İnzibati mərkəzi - Manisales şəhəridir.
Kanzas
Kanzas (ing. Kansas) — Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Topeka şəhəridir.
Kanzas Siti
Kanzas-Siti (ing. Kansas City) — ABŞ-nin Missuri ştatında şəhər.
PANDAS sindromu
PANDAS sindromu (ing. pediatric autoimmune neuropsychiatric disorders associa-ted with A streptococcal infections) – klassik revmatik xoreyadan fərqli olaraq aşkar psixonevroloji simptomlarla gedir, əlamətlər tez və tam reqressiyası adekvat streptokok terapiyasından sonra keçir.
Fandab
Fandab — animelərin və ya filmlərin həvəskarlar tərəfindən səsləndirilməsi. Fandablar əsərin fandaberin dilində rəsmi yayımlanmadığından irəli gəlir. Əksər fandablar animelər üçün yaranır, lakin istənilən dildə animasiya və filmlər üçün də yarana bilərlər. Yumoristik tərzdə məzmun və qəhrəmanlar dəyişdirilmiş fandablara "Abridged Series" və "fundubs" deyilir. Fandablar müəllif hüquqları ilə qorunan materiallardan istifadə etdiyindən fansablar kimi də bu hüquqları pozur, lakin başqa tərzdə. Müəllif hüquqlarını pozmamaq üçün fandaberlər bəzən Dubroo kimi proqramlardan istifadə edirlər. Bu proqram videonun orijinal səsinə təsir etmir, sadəcə videonun trekini kəsərək fandaberin yaratdığı treki çalır.
Kaldaz
Kaldaz xanım - türk və altay mifologiyasında od ilahəsi. Başqa bir görüşə görə mal və iribuynuzlu heyvanların qoruyucusudur. Əmrindəki olan canlılara Kaldazın adı verilər. === Kaldazınlar === Kaldazın - türk və altay xalq inancında atəş cini. Odun içində oynayır. Qısa boyludur. Saqqalı yeddi qarışdır. Saqqalları kirpi oxu kimidir. Sarı bir samura çevrilə bilər. == Taz xanım == Taz xanım - türk və altay mifologiyasında göy tanrıçasıdır.
Kanada
Kanada (ing. Canada [ˈkænədə] dinlə; fr. Canada [kanadɑ] dinlə) — Şimali Amerikada yerləşən ölkə. == Etimologiya == Kanada sözünün etimologiyası haqqında indiyə qədər bir çox fərziyyələr irəli sürülüb, amma rəsmi olaraq qəbul edilən fərziyyəyə görə, kanada sözü Müqəddəs Lavrentiya İrokezlərinin (Kanadanın yerli əhalisi) dilindəki bir söz olan "kanata" sözündən əmələ gəlib. Bu söz kənd və ya qəsəbə mənasını verir. 1791-ci ildə bu ərazi Yuxarı Kanada və Aşağı Kanada adlanan iki Britaniya koloniyası halına gəldi və "kanadalılar" adlandırıldı. 1867-ci ildə London konfransında bu ölkənin rəsmi ünvanı "Kanada hökmranlığı" (ing. Dominion of Canada) olaraq qəbul edildi. 1982-ci ildə Kanada konstitusiyasının qəbulu ilə Dominion sözü Kanadanın qarşısından yığışdırıldı və sadəcə "Kanada" olaraq qaldı. == Tarixi == Kanadanın avropalılar tərəfindən işğalınadək burada eskimoslar və hindular yaşayırdı.
Kandon
Kandzi
Kanci (yap.: ; ci — hərflər, Kan — Xan; hərfi mənası: "xan hərfləri") — müasir yapon yazısında hiraqana, katakana, ərəb rəqəmləri və romaci (latın əlifbası) ilə birgə işlənən çin heroqrifləri.
Kandık
Eritronium cinsi yunancadan tərcümədə "qırmızı" deməkdir. "Kandık" isə soğanağının formasının it dişinə oxşadığına görə (lat. canis- it deməkdir) adlandırılmışdır. Bitkilər yabanı halda Cənubi Avropada, Qafqazda, Asiyada və Şimali Amerikanın mülayim iqlimli rayonlarında bitir. Onların gülçülükdə 15 növündən istifadə olunur və 2 növ bağ forması xüsusilə geniş yayılmışdır: Sibir eritroniumu (E. sibiricum) yarpaqlarında qırmızı-qonur xalları olan çoxillik bitkidir. Çiçəkləri sallaq, tək, bənövşəyi - çəhrayı, bəzən ağ rənglidir. Avropa eritroniumu (İt dişi) (E. denscanis) hündürlüyü 30 sm, çəhrayı gövdəli və yarpaqlarında al-qırmızı xalları olan bitkidir. Çiçəkləri çəhrayı, bənövşəyi, bəzən ağdır. Kandık yarımkölgəli, daşlıq yerlərdə yaxşı bitir. Yüngül, nəm torpaqlar yararlıdır.
Kanqal
Kanqal — Türkiyə ərazisində yetişdirilən it cinsi. Əsasən qoyun iti və qoruma istiqamətlidir. İt adını Sivasın Kanqal ilçəsindən götürülmüşdür. Dünyada müstəqil it cinsi olaraq tanınmada, Türkiyədə təmiz it cinsi hesab edilir. Üstəlik Türkiyə Kinoloji Federasiyası, o cümlədən Türkiyədə rəsmi Kanqal təşkilatlarının görə Ankara Kangal Dərnəyi itin müstəqil cins olması üçün cəhdlər göstərir. == Tarixi == Orta Asiyadan gələn Kanqlı (Kəngər) türk boyunun adı bağlıdır. Orxan Yılmaz "Kangal Köpeği / Tarihi-Tanıtımı-Yetiştirilmesi-Islahı" adlı kitabında "Kanqlı" türk boyunun Orta Asiyadan köç edərkən yanlarında üç şeyi gətirdiyini bildirir: at, it və qoyun. 2003-ci ilin 11 avqust tarixində kanqalla bağlı keçirilən I Beynəlxalq Kanqal Köpəyi Simpoziumunda bu cinsin Türküstandan Anadoluya gətirilməsi təstiqlənir. Kanqallar XVII əsrdən etibarən Osmanlı sarayında istifadə edilir və samson olarak adlandırıldı. Doğan Kartay həm "Türk Çoban Köpəyi Kanqal" kitabında, həm də I Beynəlxalq Kanqal Köpəyi Simpoziumunda bu itlərin həmcinin Yeniçərilər tərəfindən hərbi məqsədlərlə istifadə edildiyini birdirmişdir.
Kantal
Kantal (fr. Cantal; oks. Cantal ) — Fransanın Mərkəzi Cənub hissəsində departament.Overn rayonunun departamentlərindən biridir. Seriya Nömrəsi-15. İnzibati mərkəzi - Oriyak. Əhali sayı - 154.135 nəfər (şöbələri arasında 96-ci yeri tutur) (2010-cu il məlumatına görə). == Coğrafiyası == Şöbənin sahəsi 5726 km². == Tarixi == Kantal— 1790-ci ildə mart ayında Böyük Fransa İnqilabı zamanı yaradılmış, ilk 83 şöbədən biridir. Adı Lo və Qaronna çaylarından götürülüb. Keçmiş Overn vilayetində yerləşir.
Karandaş
Karandaş (rus. Карандаш əsli qara daş sözündən götürülmüşdür) — Yazı yazmaq, şəkil və cizgi çəkmək üçün taxtaya geydirilmiş nazik qrafit, yaxud quru boyaq çubuğu. == Karandaşların əcdadları == İlk variantı XIII əsrdə hazırlanıb. Qrafitin (qələmin içində olan qara hissə) taxtanın arasına qoyulmasını fransız kimyagəri Nikola Konte təklif edib. Əslində bu qrafiti qənaət ilə sərf etmək üçün hazırlanmışdı. Ancaq sonra fikir verildi ki, bu üsulla hazırlanan qələmlər daha yaxşı yazır. == İlk əsil karandaş == Barroudeyl gölü ətrafında qoyunlarını otaran çobanlar fikir verirlər ki, qoyunların dəriləri yerli qayalara sürtünəndə qaralır . Bu barədə yerli alimlərə bildirəndə, onlar düşünüblər ki, Borroudeyldə üzə "qara daş" yataqları çıxır. Yerli əhali tezliklə burada yazı üçün müxtəlif ləvazimatlar hazırlamağa başlayır, adını isə "qara daş" qoyurlar. Türkcə("qara" və "taş" sözlərindən "karandaş2 adı alınır.) İlk karandaşlar barədə yazılar 1565-ci ilin minerallar barədə yazılan traktatında olub.
Kavdar
Kavdar — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Hacılı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabrın 4-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Arazboyu düzənlikdədir. Tədqiqatçıların ehtimalına görə, kəndin adı qədim türkdilli qovlar tayfasının adını əks etdirir. Peçeneq tayfalarından biri olan qovların adına Tovuz, Sabirabad, İsmayıllı, Samux və b. r-nların toponimiyasında da rast gəlmək mümkündür. Kavdar qovlar etnoniminin yerli tələffüz formasıdır. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Qandal
Qandal — bir adamın biləklərini bir-birinə yaxın tutmaq və hərəkət qabiliyyətini maneə törətmək məqsədiylə hazırlanmış alətlərdir. Ümumiyyətlə bir zəncir ya da bar ilə bir-birinə tutdurulmuş iki oval parçadan meydana gələr. Metal xəlitəli ola biləcəyi kimi praktik plastik qandalların da istifadəsi yayılmışdır. Metal qandallar ümumiyyətlə bir açarla aça bilən kilid mexanizminə malikdir. Bəzi modellərdə dönən bir vint köməyi ilə qandal bağlanıla bilər və açıla bilər. Qandallar ümumiyyətlə polis və digər təhlükəsizlik işçilərin tərəfindən şübhəlilərin qaçmasını önləmək məqsədiylə istifadə edilər.
Qandax
Qandax — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin Əliabad naibliyinə daxil olan Qandax kəndində milli tərkibi muğallardan ibarət 97 ailə yaşayırdı. Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər. Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır. Qandax kəndi Qandax İcra nümayəndəliyi və Qandax Bələdiyyəsi tərəfindən idarə olunur. Əhalinin ümumi sayı –1900 nəfər, Azərbaycanlılardan ibarətdir.390 evdə 541 təsərrüfat fəaliyyət göstərir.Ərazidə 1 məktəb, tibb məntəqəsi,mədəniyyət evi,kitabxana,400 abanentlik Telefon stansiyası,poçt,məsçid,fındıq təmizləmə sexi fəaliyyət göstərir.Qandax kəndindən Zaqatala şəhərinə məsafə 29 km,Bakı şəhərinə 418 km. Kənddə Qandax kənd məscidi dini icması fəaliyyət göstərir.
Kanzaşi
Kanzaşi – ənənəvi yapon saç bəzəkləri. Əsasən metal və ya taxtadan hazırlanır, ipəklə bəzədilir. Bəzək əşyası olmaqla yanaşı, saçı tutmaq üçün də istifadə olunur. Sözün yaponca yazılışında bambuk (簪) heroqlifindən istifadə olunur. Belə ki, qədim Çində saç sancaqlarının hazırlanmasında bambukdan istifadə olunurdu. == Tarixi == Yaponiyada tapılmış ən qədim saç bəzəyi nümunələri Comon dövrünün son hissəsinə aiddir və heyvan sümüklərindən hazırlanıblar. Kanzaşi ilk dəfə Heyan dövründə istifadə olunmağa başlanmışdır. Orijinal kanzaşi şəri qovduğuna inanılan talisman hesab olunurdu. VIII əsrdə Çinin təsiri ilə qızıl və gümüş kimi metallardan hazırlanan ornamental kanzaşilər yaranmışdır. Belə ki, bu dövrdə qadınlar uzun tareqami üslubundan imtina edib yığcam, ləçəkli saç üslublarına üstünlük vermişdirlər.
Kaoday
Kankan
Kankan (tam adı: Keandrian Qynzel Jones; 22 sentyabr 2000, Dallas) — ABŞ repçisi, prodüseri, mahnı yazarı. == Həyatı == Kankan 2000-ci il sentyabrın 22-də Texasın Dallas şəhərində anadan olub. O, repçi Speaker Knockerz-in mahnılarını dinləyərək böyüyüb. Kankan deyir ki, əvvəlcə repçi kimi karyera qurmaq fikrində deyildi. İfadəsində bildirib ki, rep oxumağa "məzə üçün" başlayıb. O, deyir ki, musiqi yaratmağın nə qədər xoş olduğunu biləndən sonra həyatını tam olaraq buna həsr etməyi seçib.
Candar
Candar, Candari — Gürcüstan Respublikasının Kvemo Kartli mahalının Qardabani bələdiyyəsi ərazisində azərbaycanlıların yaşadığı kənd. Marneulidən 3 kilometr şimalda, dəniz səviyyəsindən 460 metr yüksəklikdə yerləşir. Candar kəndi Marneuli aqlomerasiyasına daxildir. Əhalisi 3118 nəfərdir (2002); əsasən əkinçiliklə məşğuldur. Kənddə Azərbaycan dilində məktəb 1922-ci ildən fəaliyyət göstərir. == Tanınmış şəxsləri == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası. V cild. Bakı, 2014. səh.185.
Maldaş
Maldaş — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 41 km məsafədə yerləşir. XIX əsrin ortalarında qışlaq əsasında yaranmış kənddir. Qışlaq mal-qaraya sal daşlar üzərində duz verilən "Maldaş" yerinin adını əks etdirir. == Toponimi == Toponim Azərbaycan dilində "iri buynuzlu ev heyvanı, mal-qara, qaramal" mənasında işlənən mal sözü ilə Azərbaycan dilində "dağ, qaya" mənasında işlənən daş sözünün birləşməsindən əmələ gəlmişdir. Zootoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Mandat
Mandat — hər hansı bir şəxsin, təşkilatın, dövlətin səlahiyyətlərini bildirən sənəd.
Mantaş
Mantaş (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. Çeşmə Mantaş (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Kənqaş
XIV–XV əsrlərdə Azərbaycan özünün inkişaf etmiş feodalizm mərhələsində onun cənub və şimal ərazilərində Qaraqoyunlu, Ağqoyunlu və Şirvanşahlar kimi dövlətlər mövcud idilər. Qədim dövrlərdə olduğu kimi, orta əsrlərin bu bir əsrlik mərhələsində də Azərbaycan Yaxın və Orta Şərq xalqları tarixində böyük rol oynamışdır. Qaraqoyunlu və Ağqoyunlu dövlətləri hərbi-inzibati əyalətlərə bölünürdü. Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu padşahları tərəfindən idarə olunurdu, əyalətlər isə həmin padşahların təyin etdikləri hakim sinfin üzvləri, yaxud məşhur tayfa başçılarının (canişinlərin) nəzarəti və idarəsi altında idi. Qeyd olunmalıdır ki, canişinlər əsasən hərbi işləri idarə edir, mülki inzibati orqanların işlərinə isə oturaq feodal əyanlar rəhbərlik edirdilər. Əyalət canişinlərinin də padşah kimi öz sarayı, inzibati aparatı, büdcəsi və silahlı dəstələri vardı. Dövlətin müharibə, sülh, taxta varislik və s. kimi mühüm siyasi məsələlərin həll edilməsində Kənqaş adlanan qapalı müşavirə xüsusi əhəmiyyət daşıyırdı. Bu müşavirənin üzvləri əsasən sülalə üzvləri və əmirlərdən ibarət olurdu.
Kanzas-Siti (Missuri)
Kanzas-Siti (ing. Kansas City) — ABŞ-nin Missuri ştatında şəhər.
Kanzas Siti (Missuri)
Kanzas-Siti (ing. Kansas City) — ABŞ-nin Missuri ştatında şəhər.
Kanzas buzlaq epoxası
Kanzas buzlaq epoxası (rus. Канзасская ледниковая эпоха., ing. Kansan İce Age) (ABŞ-də Kanzas, Kansac ştatı adından götürülüb) — Erkən Pleystosen buzlaq mərhələsidir. Şimali Amerika düzənliklərində ayrılmışdır. Təxminən alp stratiq-rafik sxeminin Mindel buzlaşması ilə müqayisə edilir.
Qanayan Kanzas müharibəsi
Qanayan Kanzas müharibəsi (ing. Bleeding Kansas, ing. Bloody Kansas və ya ing. Border War) - 1854 - 1860-cı illərdə, Amerika Birləşmiş Ştatlarının Kanzas və Missuri ştatlarının sərhədlərində yerləşən şəhərlərdə, baş vermiş silahlı qarşıdurmalara verilən ad. Tərəflərdən biri quldarlığa qarşı olan abolisionistlər digər isə quldarlıq tərəfdarı olan quldarlar olmuşdur. Silahlı qarşıdurmalar, Kanzas ştatına hər iki tərəfin nəzarət etmək, istəməsi səbəbindən daha da şiddətlənmişdir. Döyüşlərə Qanayan Kanzas adını, Nyu-York Tribun qəzetinin müxbiri Hors Grilli vermişdir. Qanayan Kanzas döyüşləri ABŞ vətəndaş müharibəsinin başlanmasının əsas səbəblərindən biri olmuşdur.
Missuri–Kanzas-Siti Universiteti
Missuri Universiteti (MU) — ABŞ-nın Missuri ştatının Tuson şəhərində ictimai tədqiqat universiteti. MU Missuri ştatının ən böyük universitetidir. 1908-ci ildən Amerika Universitetləri Assosiasiyasının üzvüdür və "R1: Doktorantura - Çox Yüksək Tədqiqat Fəaliyyəti" kateqoriyasına aiddir. Universitetin məzunları, professor-müəllim heyəti və işçi heyətinə 18 Rodos təqaüdçüsü, 19 Truman təqaüdçüsü, 140 Fulbrayt təqaüdçüsü, Missuri ştatının 7 Qubernatoru və ABŞ Konqresinin 6 üzvü daxildir. İki məzunu Nobel mükafatına layiq görülüb: Frederik Çapman və Corc Smit. == Tarixi == 1839-cu ildə Missuri Qanunverici orqanı bir dövlət universiteti üçün vəsait təsis edən Akt qəbul etdi. 1870-ci ildə bu müəssisəyə kollec statusu verildi. Bu akt kollecin əsas kampusunun bir qolu kimi Missuri Mədən və Metallurgiya məktəbinin yaradılmasına səbəb oldu. Sonralar məktəb Müasir Missuri Elm və Texnologiya Universiteti kimi inkişaf etmişdir. 1888-ci ildə Missuri Kənd Təsərrüfatı Təcrübə Stansiyası açılmışdır.
Kaunas
Kaunas — Litvanın ikinci ən böyük şəhəri. == Adı == Şəhərin adı Litva mənşəli şəxs adından gəlir. == İdman == ==== Futbol ==== Kauno Jalqiris FK futbol klubu. Stumbras FK futbol klubu.
Kavkas
Kavkas (ing. Caucas) — Qafqaz salnamələrinə görə Qafqaz və ya Kavkasos (gürcü: კავკასოსი Kavḳasosi) adlanır. Bunların Çeçenlərin və İnquşların atası olduğu iddia edildi. Onun hekayəsi XI əsrdə Leonti Mroveli tərəfindən şifahi ənənədən götürülmüş orta əsr gürcü salnamələri "Kartlis tsxovreba" toplusunda izah edilmişdir. Əfsanəyə görə, o, Tarqamosun oğlu idi və buna görə də Xaosun qardaşı Movakos, Lekos (Lezgin xalqlarının əcdadı adlanır), Geros, Kartlos (gürcü xalqının əcdadı kimi tanınır) və Egros onların mənbəyini aldı. Qafqazın oğlu Durdzuk Çeçenlərin və İnquşların atası sayılır. == Şəcərəsi == == Nəvələri == Nax xalqları|Nax (Vaynaxlar) XI əsrin gürcü salnaməçisi Leonti Mroveli fikrinə görə, "Qafqaz" sözü Qafqazdakı Nax xalqlarının əcdadının adından gəlir.
Qandağ
Qandağ — Şərur rayonu ərazisində dağ; Qandağ — Balakən rayonu ərazisində dağ silsiləsi.
Qardaş
Ata və anası bir olan uşaqların bir-birinə bağlılığı (bir-birinə bağlayan əlaqə).
Çaldaş
Çaldaş (Gədəbəy)