Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Katabolizm
Katabolizm (yunan sözü olub dağıtmaq, əskiltmək deməkdir), həmçinin enerji mübadiləsi və dissimilyasiya — mürəkkəb maddələrin daha sadə maddələrə parçalanması (deqradasiyası) və ya hər hansı bir maddənin istilik şəklində enerjinin və bütün biokimyəvi proseslərin universal enerji mənbəyi olan ATF molekulunun ayrılması ilə oksidləşmə prosesi; Katabolik reaksiyalar dissimilyasiya prosesinin əsasında durur; yəni mürəkkəb maddələrin daha sadə maddələrə parçalanması nəticəsində orqanizm üçün xas olan müəyyən spesifikliyini itirir. == Ümumi məlumat == Katobalizm nədir? Metabolizmin 2 növündən biri katabolizmdir. Bu proses sadə birləşmələrdən ATF enerjisinin sərf olunması ilə yeni, daha mürəkkəb birləşmələrin sintez və ya resintez olduğu anabolizm prosesininə əks prosesdir. Hüceyrələrdə katabolik və anabolik proseslərinin nisbəti hormonlar vasitəsilə tənzim olunur. Məs. adrenalin və ya qlyukokortikoidlər hüceyrədə maddələr mübadiləsi balansını katabolizmin üstünlük təşkil etdiyi tərəfə, insulin, somatotropin, testosteron isə anabolizmin üstünlük təşkil etdiyi tərəfə yönəldirlər. Sadəlik naminə katabolizmdən bəşəri baxımdan danışacağıq, baxmayaraq ki bütün orqanizmlər enerji ehtiyaclarını ödəmək üçün həm katabolik, həm də anabolik reaksiyalara sahibdirlər. İnsanlar enerjini ilk növbədə qidadan alır. Qəbul olunan qidadakı zülallar, yağlar, nuklein turşuları və karbohidratlardakı makromolekullar katabolik yollarla daha sadə molekullara bölünməlidir (oksidləşib) və ya digər anaboliklərdə istifadə edilə bilər.
Fatalizm
Fatalizm (fatalis-tale, qismət) — anti-dialektik dünyagörüşü konsepsiyası. Bu konsepsiyaya görə aləmdə baş verən bütün proseslər azadlığa, yaradıcılığa imkan yaratmayan zərurətə tabedir və əzəldən müəyyən edilmişdir. İlk əvvəl fatalizm mifologiyada insanların və hətta Allahların mənası, məqsədi olmayan kor taleyə qarşısıalınmaz tabeliyi haqqında təsəvvür kimi inkişaf etdirilmişdir. Fəlsəfədə fatalizm müxtəlif formada təzahür edir. Stoiklərin təliminə görə kosmos üzərində amansız tale hökmrandır və vaxtaşırı meydana gələn dünya yanğınından sonra hər şey təkrar olunur: qabaqcadan müəyyən edilmiş ahəngdarlıq haqqında Leybinits təlimində monadaların qarşılıqlı təsiri Allah tərəfindən qabaqcadan müəyyənləşdirilibdir; Şellinqin obyektiv idealist sistemində azadlıq və zərurətin bir-birindən ayrılması real fərdləri azad surətdə fəaliyyət göstərmək imkanından məhrum edir; Hegeldə şəxsiyyət nəticə etibarilə mütləq ideyanın yalnız aləti kimi meydana çıxır. Metafizik materializm sistemlərində (Hobbs, XVIII əsr fransız materializmi və b.) obyektiv təsadüfün inkarı, səbəbiyyət və eyniyyətin eyniləşdirliməsi də fatalizmə gətirib çıxarmışdır. Teoloji fatalizm tarixin və insan həyatının hadisələrinin Allahın iradəsiilə qabaqcadan müəyyən edilməsinə əsaslanır; teoloji fatalizm çərçivəsində mütləq tale konsepsiyaları (avqustinizm, kalvinizm, yansenizm) ilə Allah bəsirətinin qadirliyini insanın azad iradəsi ilə uyğunlaşdırılmağa çalışan baxışlar arasında (katolisizm, pravoslavlıq) mübarizə gedir. == Ədəbiyyat == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Kamalizm
Atatürkçülük, kamalizm və ya kamalçılıq — dar mənada Mustafa Kamal Atatürkün düşüncələrini və fikirlərini dəstəkləmək və riayət etmək, geniş mənada isə imperialist dövlətlərin zəif və geri qalmış milləti bölmə və torpaqlarını bölüşdürmə istəyinə qarşı meydana çıxan, Atatürk milliyyətçiliyinə əsaslanan və hər hansı bir ictimai sinifdən dəstək almayan, müasir dövrlə ayaqlaşmayan və xurafatı yayan qurumların əvəzinə, elmi və müasir mədəniyyəti yayan qurumların təşkil olunmasını məqsəd qoyan, anti-imperialist ideologiya. == Kamalizmin tarixi == və 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində Osmanlı İmperiyasının tənəzzül və süqut dövründə kamalizm bir ümid çırağı kimi doğuldu. Atatürk Türkiyə İstiqlaliyyət müharibəsində qalib gəldikdən sonra bu ideologiyanı həyata keçirərək Türkiyə Cümhuriyyətini qurdu. Cümhuriyyətin ilk illərində aparılan islahatlar təhsildən iqtisadiyyata, hüquqdan mədəniyyətə qədər hər sahədə köklü dəyişikliklərə səbəb olmuş, müasir dövlət quruculuğu yolunda mühüm addımların atılmasına imkan yaratmışdır. == Kamalizmin Altı Əsas Prinsipi == 1. Millətçilik: Kamalizmin millətçilik anlayışı etnik və ya dinə əsaslanan dar bir perspektivdən kənara çıxır və bütün türk vətəndaşlarının birlik və həmrəyliyini müdafiə edir. Bu prinsip milli istiqlal və suverenlik anlayışlarına əsaslanan ortaq tarix və mədəni şüurla birləşmiş xalq qurmaq məqsədi daşıyır. 2. Cümhuriyyətçilik: Xalqın iradəsinin suverenliyi və onun hakimiyyətdə iştirakı respublikaçılıq prinsipinin əsasını təşkil edir. Bu prinsip sultanlıq kimi monarxik hökumətlərin kölgəsindən qurtularaq millətə öz müqəddəratını təyin etməyə və demokratik siyasi sistem qurmağa imkan verir.
Liberal kamalizm
Liberal kamalizm və ya liberal atatürkçülük — Türkiyənin qurucu ideologiyası olan kamalizm ilə azadlığa əsaslanan liberalizmin birləşməsi. Liberal kamalizm 1930-cu illərdə Əhməd bəy Ağaoğlu tərəfindən yaradılmışdır. Ağaoğlu əvvəllər milliyətçi bir insan idi. == İqtisadi baxış == Liberal kamalizm iqtisadi baxımdan Atatürkün altı prinsipindən fərqli olaraq, statizm əvəzinə bazar iqtisadiyyatını müdafiə edir. == Sosial və mədəni baxış == Liberal kamalizm sosial sahədə Atatürkün milliyətçilik anlayışını müdafiə edir. 1924-cü il Konstitusiyasının 88-ci maddəsində və Atatürkün prinsiplərində ifadə edilən və millət anlayışını dinindən və irqindən asılı olmayaraq mədəni və siyasi birliyə əsaslandıran milliyətçilik anlayışıdır.
Teoloji fatalizm
Azad iradə haqqında arqument, azad iradə paradoksu və ya teoloji fatalizm — insan həyatının hadisələrini və gedişatına nəzarət edən ilahi təqdirə inam. Hər bir fərd onun həyat yolunu, qərarlarını və seçimlərini müəyyən edən ali güclərin təsirinə məruz qalır. İnsan həyatına ilahi müdaxiləni vurğulayan İslam, Kalvinizm və Yansenizm də daxil olmaqla müxtəlif dini təlimlərlə əlaqələndirilir. Əsas fikir ondan ibarətdir ki, taleyin əvvəlcədən müəyyən edilmiş planı var, daha yüksək bir güc tərəfindən idarə olunur və dəyişdirilə bilməz. Lakin Allahın hər şeyi bildiyi, xüsusən də hər şeyi bilməklə iradənin bir araya sığmaması və hər iki xüsusiyyəti özündə birləşdirən hər hansı bir Tanrı anlayışının ağlasığmaz olduğu iddiaları ilə bağlı bir çox ziddiyyətlər də vardır. == Hər şeyi bilmə və azad iradə == Tanrının varlığına qarşı bəzi arqumentlər insanlarıb azad iradəyə malik olması ilə Tanrının hər şeyi bilməsi arasında iddia edilən uyğunsuzluğa diqqət yetirir. Məşhur yəhudi filosofu Maymonid ilahi hərşeyə qadirlik ilə yaratdığı insanın azad iradəsi arasındakı ziddiyyəti ənənəvi yaxşı və pis əməllər baxımından belə təsvir etmişdir: Anqlikan teoloq Montqomeri Vott xristian vəhyinin oxşar təsvirini verdi: Bu arqumentin məntiqi forması aşağıdakı kimi ola bilər: İnsanın “azad yaradılmış” olduğunu iddia edən “S”-i (seçimi) Tanrı bilir. İndi “S”-in baş verməsi (gerçəkləşməsi) lazımdır. Əgər indi “S”-in baş verməsi zəruridirsə, “S” başqa cür ola bilməz (“zəruri”nin tərifi budur). Yəni, ilahi təqdirə görə faktiki “imkanlar” yoxdur.
Biomimetik kataliz
Biomimetik kataliz Katalizin inkişafının müasir istiqamətlərindən biri olan imitasion kataliz yeni tipli katalizatorların- biomimetik katalizatorların sintezi və onların müxtəlif kimyəvi proseslərdə tədqiqi və tətbiqi ilə bağlıdır. Əsas xassələrinə görə biokimyəvi proseslərin modelləşdirilməsindən bəhs edən və kimyəvi kataliz ilə fermentativ kataliz arasında aralıq mövqe tutan kataliz sahəsi imitasion kataliz adlandırılmışdır. İmitasion katalizdə fermentativ kataliz proses və obyektlərinin əsas xüsusiyyətlərini (selektivlik, mülayim şərait, aktiv mərkəzlərin təsir mexanizmi və s) imitasiya edən real modellərin konstruksiyası aparılır. Biomimetik katalizatorun biomimetik xüsusiyyətlərini əldə etmək üçün modelləşdirilən bioloji obyektin yəni fermentin təsir mexanizmi dəqiq məlum olmalıdır. Bunun üçün aktiv mərkəzin quruluşu ferment-substrat kompleksin quruluşu fermentin substrat spesifikliyi müəyyənləşdirilməlidir. Məlumdur ki, fermentin zülal hissəsi substratın katalitik çevrilməsində fəal iştirak edən funksional qruplardan ibarətdir: imidazol qalıqları, alifatik və aromatik hidroksil qrupları karboksil və sulfohidril amin qruplar. Fermentlərin biokimyəvi modellərinin konstruksiyası zamanı 2 əsas tələb yerinə yetirilməlidir: Model fermentativ reaksiya mexanizmini yerinə yetirməlidir. Fermentativ reaksiya sürətinin onun struktur-funksional quruluşu ilə bağlılığı nəzərə alınmalıdır. Fermentin təsir mexanizmində zülalın polipeptid zəncirinin aminturşu qalıqları turşu-əsasi xarakterli katalitik mərkəzlərin böyük rolu vardır. Başqa sözlə, substratın çevrilməsində prostetik qrupla birlikdə zülalın turşu-əsas mərkəzləri də iştirak edir.
Supramolekulyar kataliz
Supramolekulyar kataliz (ingil. supramolecular catalysis) – katalizatorun özünün və ya keçid vəziyyətinin supramolekulyar ansambl təşkil etdiyi reaksiyada sürət dəyişməsidir. Yüksək effektli və selektiv katalizatorların yaradılması supramolekulyar kimyanın mühüm məsələlərindən biridir. Supramolekulyar kataliz reaksiyalarında katalizatorun özü, eləcə də onun substratla kompleksi (keçid vəziyyət) – supremolekulyar hissəcik ola bilər. Supramolekulyar kataliz iki əsas mərhələdən ibarətdir: substratın (reaqentin) katolizatorla kompleks əmələ gətirməsi və substratın kompleks daxilində sonradan sərbəst katalizatorun ayrılması ilə gedən məhsullara çevrilməsi. Hər iki mərhələ üçün molekulyar müəyyənlik - başqa sözlə katalizatorun, substratın və məhsulların strukturları arasında supremolekulyar kimyanın metodları ilə əldə edilən həndəsi uyğunluq labüddür. Eləcə də energetik faktor, yəni katalizatorun və substratın reseptor mərkəzləri arasında güclü qarşılıqlı təsirin olması mühüm rol oynayır. Əgər katalizator özü reaksiya məhsuluna çevrilirsə, onda sistem bərpa bacarığına malikdir, başqa sözlə sistem DNT-nın(Dezoksiribonuklein turşusu) sintetik analoqunu təmsil edir. Təbii supramolekulyar katalizə ferment katalizini misal göstərmək olar. Sintetik supramolekulyar katalizatora sadə misal ATF-in(Adenozintrifosfat), ADF(Adenozindifosfat) və fosfata qədər hidrolizini nəzərə çarpan dərəcədə gücləndirən və bununla da ATF-aza fermentinin analoqu olan [24] – N6O2 makrotsiklini göstərmək olar.
Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu
Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu və ya qısaca KQKİ — 1935-ci ildə SSRİ Elmlər Akademiyasının yeni təsis edilmiş Azərbaycan filialının tərkibindəki kimya və tətbiqi kimya bölmələri əsasında yaradılmışdır. Hələ 1929-cu ildə Azərbaycana dəvət olunmuş SSRİ EA-nın müxbir üzvü Konstantin Krasuski Kimya İnstitutun təşkilatçısı və ilk direktoru olmuşdur. Sonralar İnstituta SSRİ EA Azərbaycan filialının professoru Məmmədəmin Əfəndi (1937–1941), professor Şıxbala Əliyev (1941–1943), Azərbaycan EA-nın müxbir üzvü Şamxal Məmmədov (1943–1949), Azərbaycan EA-nın müxbir üzvü Heydər Əfəndiyev (1949–1967), akademik İzzət Oruczadə (1967–1971), Azərbaycan EA-nın müxbir üzvü Zülfüqar Zülfüqarov (1971–1983) rəhbərlik etmiş, 1983–1985-ci illərdə Azərbaycan EA-nın müxbür üzvü Telman Qurbanov direktor vəzifəsini icra etmişdir. 1985-ci ildən 2002-ci ilə qədər İnstitutun direktoru akademik Ramiz Rizayev olmuşdur. == Tarixi == Kimya İnstitutu 1935-ci ildə SSRİ Elmlər Akademiyasının yeni təsis edilmiş Azərbaycan filialının tərkibindəki kimya və tətbiqi kimya bölmələri əsasında yaradılmışdır. Hələ 1929-cu ildə Azərbaycana dəvət olunmuş SSRİ EA-nın müxbir üzvü Konstantin Krasuski Kimya İnstitutun təşkilatçısı və ilk direktoru olmuşdur. 1965-ci ildə SSRİ EA Rəyasət Heyətinin və Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Kimya İnstitutu Azərbaycan EA Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutu adlandırılmışdır. Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan EA Rəyasət Heyətinin 7 iyul 1972-ci il tarixli qərarı əsasında Azərbaycan EA Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutunun strukturu kimi fəaliyyət göstərən Naxçıvan Regional Elmi Mərkəzi yaradılmışdır. Naxçıvan Regional Elmi Mərkəzi elmin inkişafını daim diqqət mərkəzində saxlayan ölkə başçısının 7 avqust 2002-ci il tarixli sərəncamı ilə təşkil edilmiş AMEA Naxçıvan bölməsinin tərkibində öz fəaliyyətini davam etdirmişdir. 1981-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin 22 iyun 322 saylı sərəncamı ilə Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutunun nəzdində Mineral Xammalın Emalı üzrə Təcrübi İstehsalatlı Xüsusi Konstruktor Texnoloji Büro yaradıldı.
AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutu

Kataliz və Qeyri-üzvi Kimya İnstitutu (Azərbaycan)

Akademik M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu