kata
katafalk
OBASTAN VİKİ
Katabolizm
Katabolizm (yunan sözü olub dağıtmaq, əskiltmək deməkdir), həmçinin enerji mübadiləsi və dissimilyasiya — mürəkkəb maddələrin daha sadə maddələrə parçalanması (deqradasiyası) və ya hər hansı bir maddənin istilik şəklində enerjinin və bütün biokimyəvi proseslərin universal enerji mənbəyi olan ATF molekulunun ayrılması ilə oksidləşmə prosesi; Katabolik reaksiyalar dissimilyasiya prosesinin əsasında durur; yəni mürəkkəb maddələrin daha sadə maddələrə parçalanması nəticəsində orqanizm üçün xas olan müəyyən spesifikliyini itirir. == Ümumi məlumat == Katobalizm nədir? Metabolizmin 2 növündən biri katabolizmdir. Bu proses sadə birləşmələrdən ATF enerjisinin sərf olunması ilə yeni,daha mürəkkəb birləşmələrin sintez və ya resintez olduğu anabolizm prosesininə əks prosesdir. Hüceyrələrdə katabolik və anabolik proseslərinin nisbəti hormonlar vasitəsilə tənzim olunur. Məs. adrenalin və ya qlyukokortikoidlər hüceyrədə maddələr mübadiləsi balansını katabolizmin üstünlük təşkil etdiyi tərəfə, insulin, somatotropin, testosteron isə anabolizmin üstünlük təşkil etdiyi tərəfə yönəldirlər. Sadəlik naminə katabolizmdən bəşəri baxımdan danışacağıq, baxmayaraq ki bütün orqanizmlər enerji ehtiyaclarını ödəmək üçün həm katabolik, həm də anabolik reaksiyalara sahibdirlər. İnsanlar enerjini ilk növbədə qidadan alır. Qəbul olunan qidadakı zülallar, yağlar, nuklein turşuları və karbohidratlardakı makromolekullar katabolik yollarla daha sadə molekullara bölünməlidir (oksidləşib) və ya digər anaboliklərdə istifadə edilə bilər.

Digər lüğətlərdə