Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bonaventura Kavalyeri
Bonaventura Kavalyeri (ing. Bonaventura Cavalieri, 1598[…], Milan – 30 noyabr 1647[…], Boloniya, Papa dövləti) — İtaliya riyaziyyatçısı; sahələrin və həcmlərin hesablanması üçün "bölünməyənlər" üsulunu yaratmışdır; bu üsul inteqral hesabının formalaşmasına kömək etmişdir.
Emilio de Kavalyeri
Emilio De Kavalyeri (it. Emilio de' Cavalieri; 1550[…], Roma – 11 mart 1602[…], Roma) — italyan bəstəkar, "Ruh və bədən haqqında təsəvvür" (it. La Rappresentazione di anima е di corpo; 1600) adlı ilk oratoriyanın müəllifi, bəziləri bu əsəri ilk opera da hesab edirlər. == Həyatı == O, Roma şəhərində zadəgan və musiqi sevən ailədə anadan olmuşdur, onun atası Tommazo De Kavalyeri Mikelancelonun yaxın dostu idi. 1578–1584-cü illər dövründə orqan çalan işləyirdi və Roma kilsələrində konsertlər təşkil edirdi. 1580-ci illərdə Kavalyeri kardinal I Ferdinand Mediçi ilə işləməyə başladı, sonradan kardinal musiqiçinin çoxillik himayədarı və sponsoru oldu. 1587-ci ildə Mediçi "Böyük Toskana Hersoqu" titulunu əldə etdikdən sonra, Kavalyeri 1588-ci ildə müdiri ilə birlikdə Florensiyaya köçdü. Burada bəstəkar Covanni Bardi ilə tanış oldu (və yəqin ki, əməkdaşlıq etməyə başladı), Mediçi ailəsinin təntənəli mərasimləri və digər kütləvi tədbirləri üçün hazırlanan musiqi tərtibatına görə cavabdeh idi. 1590-cı illərdə Kavalyeri bir neçə pastoral və 1597-ci ildə Mərsiyələr Kitabına aid əsər yazdı. Kavalyeri həmçinin siyasətlə də məşğul olurdu.
Fernanda Kavaliyeri
Fernanda Kavaliyeri (d. 28 avqust 1985) — Braziliyanı təmsil edən bədii gimnast. Fernanda Kavaliyeri 2004-cü ildə Braziliyanı XXVIII Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Fernanda Kavaliyeri 2004-cü ildə Braziliya bayrağı altında Yunanıstanın Afina şəhərində XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Ana Mariya Masiel, Dayana Kamilo, Jennifer Oliveyra, Larissa Barata və Tayanne Mantovaneli ilə birgə finalda 44.400 xal topladı və 8-ci yeri tutdu.
Klivlend Kavalers
Klivlend Kavalers — Ohayo ştatının Klivlend şəhərini təmsil edən peşəkar basketbol klubu. NBA-da Şərq Konfransının Mərkəzi qrupunda yer alır. Komanda 1970-ci ildən Portlend Treyl Bleyzers və Buffalo Breyvs ilə birlikdə əlavə komanda kimi fəaliyyət göstərməyə başlayıb. Ev oyunlarını ilk olaraq 1970-1974-cü illərdə Klivlend Arenada,1974-1994-cü illərdə isə Richfield Coliseum-da keçirib. 1994-cü ildən isə komanda oyunlarını Klivlendin mərkəzində yerləşən Quicken Loans Arenada keçirir. Dan Gilbert 2005-ci ilin martından komandanın sahibidir. Kavalers liqada çıxış etdikləri birinci ilin ilk 15 oyununu uduzmuş və ilk 5 il ərzində Şərq konfransında 6-cı yerdən yüksəyə qalxa bilməmişdi. Komanda 1976-cı ildə ilk Mərkəzi Divizion çempionluğunu qazanmışdır. Həmin ildə onlar həm də tarixlərində ilk dəfə Pley-offa və Şərq konfransının finalına yüksəlmişdir. Komanda 1980-ci ildə Ted Stepien tərəfindən satın alındı.
Monserrat Kabalye
Monserrat Kabalye (isp. Maria de Montserrat Viviana Concepción Caballé i Folch; d. 12 aprel 1933, Barselona, İspaniya – 6 oktyabr 2018, Barselona, İspaniya) — ispan opera müğənnisi. 12 aprel 1933-cü ildə İspaniyanın Barselona şəhərində anadan olub. 6 oktyabr 2018-ci ildə 85 yaşında ikən İspaniyanın Barselona şəhərində vəfat edib. Monserrat Kabalye Puççini, Bellini və Doniçettinin klassik italyan operalarında çıxışları ilə məşhurlaşmışdır.
Böyük üçlük (Klivlend Kavalers)