Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kayak
Kayak və ya eskimos qayığı — eskimoslar, aleutlar və başqa Arktika xalqları tərəfindən istifadə edilən qayıq növü. Hal-hazırda turizm və idman məqsədləri üçün istifadə edilir. Onların materialları dəniz axımına qarşı bir-birindən fərqlənir. Qayıqlar ağacdan hazırlanır. Onun bir çox plastik növləri də mövcuddur.
Kayak.com
Kayak.com (bəzən KAYAK) - The Priceline Group şirkətinə aid gediş haqqı toplayıcı və səyahət meta axtarış sistemidir. 18 dildə xidmət göstərir. Kayak.com həmçinin checkfelix və swoodoo adlı axtarış sisteminin də sahibidir. Əvvəllər müstəqil şirkət olan KAYAK Software Corporation 21 may 2013-cü ildə The Priceline Group tərəfindən satın alınıb. == Tarixi == === Qurulması === KAYAK Stiv Hafner və Pol İnqliş tərəfindən 2004-cü ildə qurulmuşdur. KAYAK-ın indiki baş icraçı direktoru Stiv Hafner 1991-ci ilin noyabrında Orbitzin qurulmasında kömək etmiş və biznesin inkişafı, reklam satış, marketinq və məhsul marketinqi fəaliyyətinə rəhbərlik etmişdir. Şirkət 2004-cü ildə DelaverdəTravel Search Company, Inc adı ilə qeydiyyatdan keçmişdir. 2004-cü il avqust ayında Kayak Software Corporation, 2011-ci ildə isə KAYAK Software Corporation adını almışdır. === ABŞ-da inkişafı === 2007-ci ilin dekabr ayında General Catalyst Partners, Sequoia Capital, Accel Partners, and Oak Investment Partners şirkətlərinin də daxil olduğu sərmayəçilər qrupundan 196 milyon ABŞ dolları vəsait alan KAYAK SideStep adlı səyahət saytını satın aldı.5 mart 2010-cu ildə KAYAK www.travelpost.com saytının aktivlərini və özünün səyahət məlumat biznesini The New Travelco, Inc. şirkətinə satdı.
Kadyak
Kadyak — toponim. ToponimlərKadyak adası — ABŞ Alyaska ştatı ərazisində yerləşən ada. Kadyak arxipelaqı — Alyaskanın cənubunda yerləşir.DigərKadyak ayısı — Qonur ayı növündən olan yarımnöv.
Kayan
Kayan - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İcevan) rayonunda kənd.
Kazak
Kazaklar (müxtəlif dillərdə: Kozak, Kosak, Cossack, Kossak, Kazak, Rus Kazakları) — Don və Dnepr çayları yaxınlığında XV əsrdən etibarən formalaşmağa başlamış xalq. Bir çox hallarda kazaklar Qazaxıstanda yaşayan yerli qazax xalqı ilə müqayisə olunur. Ancaq hər iki xalq arasında hec bir əlaqə mövcud deyildir. Kazak sözü qədim türk dilində azad insan mənasını verir.
Mayak
Mayak ya da Dəniz fənəri — gəmilərə yol göstərmək məqsədi ilə sahil yaxınlarında inşa olunan hündür mərtəbəli tikiliyə verilən addır. == Poçt markalarında mayak == Poçt markası == İstinadlar == == Xarici keçidlər == Ukrayna mayakları Arxivləşdirilib 2009-07-01 at the Wayback Machine Ukraynada mövcud olan mayaklar «Школы Яхтенного Капитана».
Kadyak adası
Kadyak adası (ing. Kodiak Island) — ABŞ Alyaska ştatı ərazisində yerləşir. Sahəsi 9.300 km² təşkil edir. Ada Alyaska yarımadasının şərqində yerləşir. Kodyak adı eskimos dilindən tərçümədə "iti" mənasını verir. == Coğrafiya == Kadyak arxipelaqının ən iri, Amerika Birləşmiş Ştatlarının ikinci adasıdır. Ada Alyaska yarımadasından Şelixov boğazı ayırır. Kadyak adası demək olarki bütünlüklə dağlıqdır. Ən hündür nöqtəsi isə 1353 metrdir. Kadyak adasından şimalda nisbətən iri Afoqnak, cənub-qərbdə isə Torisı adası yerləşir.
Kadyak arxipelaqı
Kadyak arxipelaqı (ing. Kodiak Archipelago) — Alyaskanın cənubunda yerləşir. 2003-ci il məlumatına əsasən arxipelaqda 13,913 nəfər yaşayır. == Coğrafiyası == Arxipelaqı materikdən Şelixov boğazı ayırır və materikə arasında olan məsafə 450 kilometrdir. Arxipelaqın uzunluğu 285 km. Eni isə 108 km təşkil edir. Ən iri adası Kadyak adasıdır, ikinci böyük adası isə ondan 5 km şimalda yerləşən Afoqnak adasıdır. Nisbətən şimalda yerləşən Şuyak adası çoxlu sayda əsrarəngiz buxtaıarı ilə seçildiyindən qoruma altındadır. Bundan əlavə arxipelaqa Berren, Semidi adaları, Elovıy, Çirikova və bir sıra kiçik adalar daxildir. Ümumilikdə arxipelaqın sahəsi 13,890 km² təşkil edir.
Kadyak ayısı
Kadyak ayısı (lat. Ursus arctos middendorffi) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinin qonur ayı növünə aid heyvan yarımnövü. Əsasən Kadyak adası və Kadyak arxipelaqına daxil adalarda yaşayır. Quruda yaşayan ən iri yırtıcılar sinfinə daxildir. == Göstəriçiləri == Kadyak ayısı 2,8 metr uzunluğa və 1,6 metr hündürlüyə malikdir. Yetkin ayıların çəkisi yarım tonu keçir. Ən nəhəng ayının çəkisi 780 kq olmuşdur. Kadyak ayısı Qonur ayı növünün yarımnövünə daxildir. Onların yaşadığı ərazilər əsasən qışı qısa olması ilə fərqlənir. Onlar digər qonur ayılara xas olaraq güçlü ətraflara və əzələli bədən quruluşuna malikdir.
Kaydak körfəzi
Kaydak — Xəzər dənizinin Qazaxıstan sahillərində dayaz və ensiz körfəz. Myortvıy Kultuk körfəzinin davamını təşkil edir. Şərqdən Bozaşı yarımadası ilə əhatələnir. Yerindən asılı olaraq 4-5 metr təşkil edir. == Tarixi == XX əsrin 30-cu illərində Xəzərin səviyəsinin enməsi ilə körfəzin suyu qurumuş və ərzisi şoranlığa çevrilir. 80—90-cı illərdə isə suyun səviyyəsinin qalxması ilə şoranlıq yenidən körfəzə çevrilmişdir.
Kazak Hetmanlığı
Kazak Hetmanlığı (ukr. Гетьманщина; Het’manshchyna, Військо Запорозьке; Viys’ko Zaporoz’ke) - Ukraynanın mərkəzində və şimal-qərbində 1649 - 1764-cü illərdə mövcud olmuş kazak dövləti. Hetmanlığ Ukrayna ərazisində yaşayan kazaklar və Zaparoje Seçində yaşayan yerli xalqın birləməsi nəticəsində yaranmışdır. Kazak Hetmanlığının ilk hetmanı 1648 - 1657-ci illərdə hakimiyyətə olmuş Boqdan Xmelnitskidir. 1648-ci ildə Polşadan alınan müstəqillikdən sonra hetmanlıq, 1654-cü ildə Pereyaslav müqaviləsinə əsasən Rus çarlığının tabeliyinə keçmişdir. 1667-ci ildə imzalanmış Andrusova müqaviləsinə görə Kazak Hetmanlığı Rus çarlığı və Polşa arasında bölünmüşdür. Andrusova müqaviləsinin imzalanmasından sonra Ukraynada yaşayan kazaklar arasında narazılıqlar yaşanmışdır. Qısa müddətdə baş verən narazılıqlar vətəndaş müharibəsinə çevrilmişdir. Vətəndaş müharibəsi XVII əsrin sonlarına qədər davam etmişdir. 1678-ci ildə Osmanlı imperiyası hetmanlığın mərkəzinə Çigirin şəhərinə səfər təşkil etmişdir.
Mayak (Beyləqan)
Mayak — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində qəsəbə.
Mayak (dəqiqləşdirmə)
Mayak — Gəmilərə yol göstərən qurğu. Mayak (Beyləqan) — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində qəsəbə. Mayak bələdiyyəsi — Azərbaycan Respublikasının Beyləqan rayonunda bələdiyyə.. Mayak (qəzet) — Sovet dövründə Əli Bayramlıda nəşr olunmuş qəzet. 1 №-li Mayak — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. 2 №-li Mayak — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd.
Mayak (radiostansiya)
"Mayak" dövlət radioyayım kompaniyası ("Mayak" DRK, "Radio Mayak") — SSRİ məkanının ən böyük və ən tanınan radiostansiyalarından biri. 1964-cü ildə Sov.İKP MK-nın qərarı ilə qurulmuşdur. 1 avqust 1964-cü ildən 14 mart 2013-cü ilə kimi bütün SSRİ və MDB ərazisində uzun və qısa dalğalarda yayımlanırdı. Hal-hazırda UKV və FM diapazonlarında Rusiyanın bir çox şəhərlərində və MDB ölkələrinin bəzi şəhərlərində yayımlanır. Bu günə kimi radionun siqnalı kimi Moskva gecələri musiqisindən istifadə olunur.
Mayak Kərimov
Mayak Kərimov (30 noyabr 1944 – 4 noyabr 2011)— Azərbaycanlı aktyor. == Həyatı == Mayak Kərimov 30 noyabr 1944-cü ildə anadan olmuşdur. 1967-ci ildən "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi filmlərdə əsasən epizodik rollarda çəkilmişdir. 1970-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Aktyorluq" fakültəsini bitirmişdir. Onu 60-a qədər filmdə görmək olar. 4 noyabr 2011-ci ildə vəfat etmişdir. == Filmoqrafiya == 1001-ci qastrol (film, 1974) (tammetrajlı bədii film) 777 №-li iş (film, 1992) (tammetrajlı bədii film) 777 №-li müəssisədə (film, 1988) (qısametrajlı bədii süjet-Mozalan № 129) Alman klinikasına şəxsi səfər (film, 1988)(tammetrajlı bədii film)-rol: əksinqilabçı təşkilat üzvü Anın quruluşu (film, 1980)(tammetrajlı bədii film)-rol: Ədhəmin dostu Anlamaq istəyirəm (film, 1980)-rol: elmi işçi Bəyin oğurlanması (film, 1985) Bir nömrəli... (film, 1980) Bircəciyim (film, 1986) Birisigün, gecəyarısı... (film, 1981) Dad (film, 1984) Dədə Qorqud (film, 1975) Doğma sahillər (film, 1989) Dolu (film, 2012) Əlavə iz (film, 1981) Əzablı yollar (film, 1982) Evlənmək istəyirəm (film, 1983) Gümüşü furqon (film, 1982) "Hacı Mail" nağılı... (film, 2005) Həmyerli (film, 1989) Həyat bizi sınayır (film, 1972) Xəbərdarlıq (film, 1985) Xoşbəxtlik qayğıları (film, 1976) İşarəni dənizdən gözləyin (film, 1986) İşgüzar səfər (film, 1982) Kölgədə 40 dərəcə isti (film, 1988) Küləyapardı (film, 1986) Qatır Məmməd (film, 1974) Qayınana (film, 1978) Qəm pəncərəsi (film, 1986) Qətl günü (film, 1990) Qəzəlxan (film, 1991) Mastika (film, 1986) Məhəbbətin familiyası (film, 1977) Mənim ağ şəhərim (film, 1993) Musiqili sınaq (film, 1982) Nəsimi (film, 1973) Nizami (film, 1982) O qızı tapın (film, 1970) Orijinal üsul (film, 1983) Özgə ömür (film, 1987) Papaq (film, 2007) Pəncərə (film, 1991) Sizi dünyalar qədər sevirdim (film, 1985) Sübut (film, 1982) Şir evdən getdi (film, 1977) Təhminə (film, 1993) Tənha narın nağılı (film, 1984) Torpaq.
Mayak bələdiyyəsi
Beyləqan bələdiyyələri — Beyləqan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Üzən mayak
Üzən mayak ― mayak funksiyasını görən gəmi. Onlar çox dərin və ya hər-hansısa digər səbəbə görə mayak tikintisi üçün yararsız olan sularda istifadə olunur. Roma İmperiyası dövründə gəmilərdə atəş fənərləri barədə qeydlər olsa da, ilk müasir üzən mayak İngiltərədə Temza çayının mənsəbindəki Nor barında 1734-cü ildə Robert Hamblin tərəfindən quraşdırlmışdır. Bu növ köhnəlmiş sayılır.
İrçi Kazak
İrçi Qazaq (qum. Йирчы Къазакъ; 1830 - 1879) — qumuq şairi. == Həyatı == Qazaq Tatarxan oğlu Yırçı (1830, Tarkovsk qəzasının Müslüm (indiki Atlan) kəndi-1879). Doğum və ölüm ili dəqiq bəlli olmayan Qazaq gözəl yırlar-şeirlər söylədiyinə görə xalq arasında Yırçı Kazak kimi tanınmışdır (Azərbaycanda bu şairin adı İrçi Kazak, rus qaynaqlarında Kazak kimi yazılır.Doğulduğu bölgədə xarakterik olan bir “işdə” - qız qaçır­ma­da (gəncliyində dostuna sevdiyi qızı qaçırmasına kömək edib­miş) iştirak etdiyinə görə həbs edilib Sibirə sürgünə göndərilir. Sibirdə olarkən vətən həsrətli, nisgilli və zəmanəsindən, mə­mur­ların özbaşınalığından, haqsızlıqdan, ədalətsizlikdən bəhs edən şeirlər yazmışdır. Vətənə döndükdən sonra da yazı üslu­buna sadiq qalmışdır. Onun şeirləri arasında aşiqanə, lirik nəğ­mələr olsa da, yaradıcılığının əsasını zəmanədən şikayət, düş­mənlərinin ona etdikləri pisliklər, məmurların isə haqsızlıqlara göz yummalarının tənqidi təşkil edir. Gözəl şeirləri ilə xalqının qəlbini ovsunlayan şairi düşmənləri, təxminən, 1879-cu ildə öl­dürtdürürlər.Yırçı Kazakın ağrılı-acılı ömür yolu və zəmanədən narazılıq dolu şeirləri Sovet ideoloqlarının işinə yarayır. Hətta rəsmi və ciddi nəşr sayılan ensiklopediyalarda onun haqqında “...qumuq ədəbiyyatının banisi. Aşiqanə və fəlsəfi didaktik şeirlər yaz­mış­dır.
Mayak (film)
Mayak (ing. The Lighthouse) — 2019-cu il ABŞ istehsalı dram filmi. Filmin rejissoru Robert Eqqersdir. Ssenari müəllifləri Robert və Maks Eqqersdir. Baş rollarda Villem Defo və Robert Pattinson çəkilib. Film 19-cu əsrin sonlarında Yeni İngiltərə sahillərindəki təcrid olunmuş adada yaşayan iki mayak gözətçisindən bəhs edir.
Ahmet Kaya
Əhməd Qaya (türk. Ahmet Kaya; 28 oktyabr 1957, Malatya – 16 noyabr 2000, Paris) — türk sənətçi. == Hayatı == Əhməd Qaya 1957-ci ildə Malatyada kürd əsilli ailənin beşinci uşağı olaraq dünyaya gəlib. Əslən Adıyamanlıdır. İlk evliliyindən Çiğdəm, ikinci evliliyindən isə Melis adlı 2 qızı var. == Ölümü == 11 noyabr 2000-ci ildə Parisdə infakt nəticəsində dünyasını dəyişmişdir.
Hazal Kaya
Leyla Hazal Kaya (türk. Leyla Hazal Kaya; d. 1 oktyabr 1990, İstanbul) — Türkiyə aktrisası. == Həyatı və karyerası == Hazal Qaya 1 oktyabr 1990-cı ildə İstanbulda anadan olub. İlk və orta dərəcəli təhsilini Qazi Osman Paşa ibtidai təhsil məktəbində və İstanbul italyan liseyində tamamlayan aktrisa, universitet təhsili üçün İstanbul Məlumat Universiteti səhnə və göstəriş sənətləri idarəsi, performans bölümünü seçmişdir. 2006-cı ildə "Acəmi Cadı" və 2007-ci ildə "Gənco" adlı seriallarda rol aldı, lakin onu məşhur edən Halit Ziya Uşaklıgilin eyni adlı romanının motivləri əsasında çəkilən Aşk-ı Memnu serialı oldu. Bu serialda canlandırdığı Nihal Ziyagil personajı ilə 2008–2010 illəri arasında izləyiciləri ekran başına çəkməyi bacardı. 14 yanvar 2011-ci ildə Show TV'də başlayan "Adını Fəriha qoydum" adlı serialla ekranlara geri qayıtdı. Türk, ingilis, italyan, alman dillərini bilir.
Kaya (Micikenda)
Kaya (cəmdə Makaya və ya kayas) — Keniyanın sahil vilayətində qədim Micikenda xalqının müqəddəs meşələri. Kaya meşəsi ritual gücün və mədəni şəxsiyyətin mənbəyi hesab olunur; və həmçinin bu etnik qrupun üzvləri üçün dua yeridir. Yaşayış məntəqəsi, ritual mərkəz və meşə ilə əlaqəli möhkəmləndirilmiş korpus da kaya meşəsinin bir hissəsidir. Günümüzdə kaya Micikanda xalqının ənənəvi bir təşkilat vahidi olaraq da xatırlanır. Təxminən 30 ayrı meşənin on biri bir yerə qruplaşdırılmış və Müqəddəs Micikenda Kaya Meşələri olaraq UNECKO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. == Coğrafiya == Keniyada 50-dən çox kaya müəyyən edilmişdir. Onların hər biri 30 ilə 300 hektar arasında ölçülmüşdür. Bu ərazilər Keniyanın cənub sahili boyu yerləşən düzənliklərdə, Mombasa və Kilifi şəhərləri arasındakı 200 kilometr (120 mil) sahil xəttinə səpələnmişdir. Əksər kaya-lara ziyarətçilərin girməsinə icazə verilməsə də, Diani Çimərliyindəki 30 hektarlıq meşə olan Kaya Kinondoya ziyarətçilərin girməsi mümkündür və buna görə də Kaya Kinondo Ekoturizm Layihəsinin himayəsi altındadır. == Tarix == Bir çox kaya əvvəlcə müxtəlif etnik qrupların istehkam tipli kəndləri idi.
Kaya Kallas
Kaya Kallas (est. Kaja Kallas; 18 iyun 1977, Tallin, Estoniya Sovet Sosialist Respublikası) — Estoniyalı vəkil, siyasətçi və dövlət xadimi. Reform Partiyasının sədri. 26 yanvar 2021-ci ildən bəri Estoniyanın hazırkı baş naziri. Keçmişdə Avropa Liberallar və Demokratlar İttifaqında Avropa Parlamentinin (2014-2018) və Estoniya Parlamentinin (2011-2014, 2019-2021) üzvü. == Bioqrafiyası == 18 iyun 1977-ci ildə Tallində anadan olub. Kaya Kallas Reform Partiyasının keçmiş sədri və Avropa Komissiyasının keçmiş vitse-prezidenti Siim Kallasın qızıdır. 1995-ci ildə Kaya Kallas yetkinlik sertifikatı imtahanından keçir. 1999-cu ildə Tartu Universitetinin Hüquq Fakültəsini Hüquq ixtisası üzrə bakalavr dərəcəsi ilə bitirib, bundan sonra Avropa və Estoniyanın rəqabət hüququ üzrə vəkil işləmişdir (vəkil kimi fəaliyyət hüququ 2011-ci ildə başa çatmışdır). Ayrıca 1996-cı ildən bəri peşəkar bir teatr rejissorunun köməkçisi olaraq çalışır.
Kaya ayıcası
Kaya ayıcası (lat. Arctia caja) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin erebidlər fəsiləsinin ayıca cinsinə aid heyvan növü. == Təsviri == Qanadları açılmış halda 65 – 68 mm-dir. Ön qanadlar tünd qəhvəyi rəngdədir, azacıq qırmızıya çalır. Üzərində sarımtıl-ağ rəngdə zolaqlar var. Qanadın zirvəsinə yaxın eninə yerləşən sarğı enli, ona birləşən və digər ucu qanadın daxiin kənarına doğru uzanan zolaq isə ensizdir. Buradan qanadın əsasına doğru uzanan zolaq qanadın əsasına birləşir və burada bir neçə yerə haçalanır. Arxa qanadlar açıq qırmızı rəngdədir, əsasına yaxın bir böyük qara ləkə, yanlarında isə iki kiçik qara ləkə vardır. Qanadın kənarında 1 kiçik, 2 böyük qara naxış yerləşir. Döşün üzəri ön qanadın rəngində tüklərlə örtülüdür.
Kaya konfederasiyası
Qaya krallığı — Koreyanın cənubunda yerləşmişdir və 42-562-ci illərdə mövcud olmuşdur. == Tarix == Qaya konfederasiyası 391-412-ci illərdə Goguryeo krallığının təsiri altında zəiflədi. Ancaq krallıq 562-ci ildə Şila krallığı tərəfindən işğal edilənə qədər müstəqilliyini saxladı. İşğalın səbəbi Qaya krallığının Şila krallığı əleyhinə Bekçe krallığı ilə ittifaqda olması idi.