Radlov türk mənşəli hesab edir və mənasını belə açır: “свободный, независимый человек, искатель приключений…”. Söz rus mənbələrində ilk dəfə 1395-ci ildə işlədilib. Deməli, kazaklar Rusiyaya XIV əsrdən gəlmiş ola bilərlər. Güman edilir ki, türk xalqlarıdır, bizim Qazax rayonunun adı da onların adı ilə qohumdur. Sözün mənşəyi ozan, gəzən kəlmələri ilə bağlıdır. M.Fasmer onları qırğız hesab edir: qırğız-“qır” (çöl) və “gəzmək (çöldə gəzən)” deməkdir. Onlara kaysaki də deyiblər. Deməli, qırğız və qazax eyni kökə malik sözlərdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Orta əsrlərin sonlarında Şərqi Avropa tez-tez düşmən hücumlarına məruz qalırdı. Belə şəraitdə ən ağır vəziyyətdə və əsarət altında qalanlar kəndlilər idi. Onların bir qismi Qara dənizin şimalında yerləşən səhralara qaçmağa məcbur oldu. XV əsrdə oralar hələ də “yiyəsiz” torpaqlar idi. Türklər bu qaçqınları kusak (qusak), yəni fırıldaqçı, macəraçı adlandırırdılar. Beləliklə də, rus dilində “kazak”, ingilis dilində isə “cossack” sözləri yarandı.
XVI əsrdə cənub-şərqdə, kazakların Ukraynada yerləşdikləri torpaqlar polyakların təsiri altına keçdi. Amma XVII və XVIII əsrlərdə ruslar polyakları məğlub edə bildilər və beləliklə də, 1800-cü ilə kazakların yaşadıqları torpaqlar artıq Rusiyaya məxsus idi.
Kazaklar çox gözəl at minir və olduqca cəsur döyüşçü idilər. XIX əsrin sonu – XX əsrin əvvəllərində Rusiya hökuməti kazaklardan daxili çaxnaşmaların yatırılmasında istifadə edirdi. Yuxarıdan gələn əmrlə kazaklar üsyançılara hücum edir və elə yenə də yuxarıdan gələn əmrlə yəhudi talanları törədirdilər. (Ayzek Azimov. Sözlərin tarixi)