DAVUL
DAYAMAK
OBASTAN VİKİ
Dayaklar
Dayaklar (protoavstroneziya dilində Daya – “qurunun daxili, sahildən uzaq hissələri”) — Kalimantan adasının daxili rayonlarında (İndoneziya, Malayziya, Bruney) yaşayan Avstroneziya xalqlarının ümumiləşdirici adı. == Tarixi == Ənənəvi olaraq dayaklara tala əkinçiliyi ilə məşğul olan və İslamı qəbul etməyən adanın yerli sakinləri aid edilir; sahilyanı rayonlarda suvarma çəltikçiliyi ilə məşğul olan müsəlman malayyalılar, həmçinin cəngəlliklərdə ovçuluq və yığıcılıqla məşğul olan punanlar dayakladan fərqləndirilir. Ümumi sayları 4–5 mln. nəfərdir (2006). == Dilləri == Avstroneziya dil ailəsinin müxtəlif qollarına aid dillərdə (bax Kalimantan dilləri) danışırlar. Ayrı-ayrı dayak tayfalarında mnemonik piktoqrafiya mövcud idi. İban, nqacu və s. dillərdə 19-cu əsrin ortalarında xristian missionerlər tərəfindən işlənib hazırlanmış, yaxud İndoneziyada tətbiq edilən latın əlifbasının təsiri altında 20-ci əsrin ikinci yarısında yaranmış yazı sistemləri meydana gəldi. İndoneziya dayaklar arasında yayılmış nqacu dili, Saravakda isə iban dili etnoslararası ünsiyyət vasitəsi kimi istifadə olunur. İndoneziya dili (İndoneziyada) və ədəbi Malayya dili (Malayziya və Bruneydə) də yayılmışdır.